Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o



Yüklə 0.75 Mb.

səhifə1/8
tarix09.12.2016
ölçüsü0.75 Mb.
  1   2   3   4   5   6   7   8

           

AZЯRBAYCAN RESPUBLИKASI TЯHSИL NAZИRLИYИ 

            AZЯRBAYCAN DÖVLЯT ИQTИSAD UNИVERSИTETИ 

 

 



«MAGИSTRATURA  MЯRKЯZИ» 

 

Abbasov Cavid Sadiq oğlu 

                                             

(MAGИSTRANTIN A.S.A.) 

 

 

“Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və  

rüsumlarının rolu” mюvzusunda 

 

 



                

 

MAGИSTR      DИSSERTASИYASI        



 

Иstiqamяtin шifri vя adы    

 

                   060401  Dünya iqtisadiyyatı 



 

Иxtisasыn шifri vя adы      

 

                                 Gömrük işinin təşkili 



 

Elmi rяhbяr  

 

                                     Magistr proqramыnыn rяhbяri 



(A.S.A., elmi dяrяcя vя elmi ad)  

                 A.S.A., elmi dяrяcя vя elmi ad)  

 

hbə i.e.n.Z.A.Şəkərəliyeva                         и.е.н.М.М.Асланова_________ 



 

 

 



 

 

     



Kafedra mцdiri    _____________ 

            проф.А.Ш.Шякярялийев

___________  

                                     (A.S.A., elmi dяrяcя вя elmi ad) 

 

 

    BAKI  - 2016 


 

 



MÜNDƏR CAT 

G R Ş 

I FƏS L. BÜDCƏ-VERG  S YASƏT N N HƏYATA KEÇ R LMƏS N N 

NƏZƏR  - METODOLOJ  ƏSASLARI 

1.1. Büdcə-vergi tənzimlənməsinin məqsəd və vəzifələri                                                   

1.2. Büdcə təsnifatı və büdcə gəlirlərinin formalaşması prinsipləri 

 

II FƏS L.  BÜDCƏ GƏL RLƏR N N FORMALAŞMASI 



XÜSUS YYƏTLƏR  VƏ MÜAS R VƏZ YYƏT N N TƏHL L  

2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri 

     2.2. Müasir şəraitdə Azərbaycanda  büdcə-vergi siyasəti və onun dövlət 

       gəlirlərinə təsirinin təhlili 

 

III FƏS L.  BÜDCƏ GƏL RLƏR N N ARTIRILMASINDA 

BÜDCƏ-VERG   S YASƏT N N SƏMƏRƏL L Y N N 

YÜKSƏLD LMƏS   ST QAMƏTLƏR  

3.1.Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin optimallaşdırılması 

3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin təkmilləşdirilməsi istiqamətləri

 

 

NƏT CƏ 

Ə

DƏB YYAT S YAHISI 



                                                   

                                                     

                                                 

 

 



G R Ş 

Respublikamızın  inkişafında  ölkənin  maliyyə  sisteminin  əsas  dayağı  olan  və 

onu  iqtisadi,  sosial  və  siyasi  funksiyaların  yerinə  yetirilməsi  üçün  pul  vəsaitləri  ilə 

təmin  edən  dövlət  büdcəsinin  rolu  böyükdür.  Qeyd  etmək  lazımdır  ki,  dövlətin 

iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin 

tənzimləyici  funksiyasından  və  onun  tətbiq  mexanizmindən  nə  dərəcədə  dolğun 

istifadə edilməsindən asılıdır.                                                    

Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndi-

rilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət 

çərçivəsində  düzgün  hədəfləndirilməməsi  hökuməti  iqtisadiyyatda  əks  nəticə  ilə  -

ə

saslandırılmayan,  qeyri-taraz  gəlir  azlığı  problemi  qarşısında  qoya  bilər  və  büdcə 



mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.   

 

Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - 



ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma 

nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və 

icrasının  təkmilləşdirilməsindən,  qeyri-neft  sektorunda  məşğulluğun  səviyyəsinin 

artırılmasından,  kiçik  və  orta  sahibkarlığa  maliyyə  dəstəyinin  gücləndirilməsindən 

ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil 

olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan  gəlir mənbəyinə malik olmalıdır. 

Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-

ləri  arasında  bölüşdürülür.  Bu  məqsədlə  büdcə  həlqələri  zəruri  gəlir  mənbəyi  ilə 

təmin  edilməklə,  hər  bir  regionun  sosial-iqtisadi  inkişafı  üçün  lazımi  miqdarda 

maliyyə vəsaiti müəyyənləşdirilir. 

Dövlət  büdcəsi  gəlirlərinin  sosial-iqtisadi  proseslərdəki  rolu  əvəzedilməzdir. 

Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və 

fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin 

nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və 

digər  bazar  subyektlərinin  fəaliyyəti  ilə  əlaqədar  büdcədən  ayrılan  vəsait 

qoyuluşlarının  həcmi  və  istiqamətləri  dəyişmişdir.  Bütövlükdə  götürsək, 



 

 



respublikamızda  vergi  sistemi  əsaslı  şəkildə  təkmilləşdirilmiş  və  onun  beynəlxalq 

standartlar  səviyyəsinə  çatdırılması  üçün  tədbirlər  görülür.  Bu  dövr  ərzində  büdcə 

gəlirlərinin  ÜDM-un  strukturuna  və  sahə  quruluşuna  uyğun  artımına,  potensial 

gəlirlərin  büdcəyə  alınmasının  təmin  olunması  əmsalının  əhəmiyyətli  dərəcədə 

yüksəldilməsinə,  vergilərin  ödənilməsinin  sadələşdirilməsinə,  vergi  dərəcələrinin 

azalmasına,  vergilərin  yığılmasını  təmin  edən  orqanların  strukturunun  təkmil- 

ləşdirilməsinə  və  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsini  təmin  edən  vergi 

mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür. 

 

Büdcə  siyasətinin  tərkib  hissəsi  olmaqla,  vergi  siyasətinin  formalaşması  və 



həyata  keçirilməsi  ümumi  iqtisadi  inkişafın  əsas  şərtlərindəndir.  Ona  görə  də  vergi 

işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl 

vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir 

sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə 

funksiyasını normal şəkildə həyata keçirə bilsin. 

Ölkədə  həyata  keçirilən  iqtisadi  islahatların  müasir  mərhələsində  büdcə 

vəsaitlərinin  istehsal  və  sosial  sahələrin  inkişafına  yönəldilməsi  dövlət  büdcəsinin  

tərkib  hissəsi  olmalıdır.  Vergilərin  büdcə  gəlirlərinin  formalaşmasına,  istehsalın  kə-

miyyət  və  keyfiyyət  göstəricilərinə  təsiri  xüsusi  əhəmiyyət  kəsb  edir.  nkişaf  etmiş  

ölkələrdə  vergilər  dövlət  gəlirlərinin  əsas  mənbəyi  olmaqla,  iqtisadiyyatda  

tənzimləyici  kimi çıxış edir.  Vergilər özünün əsas funksiyası olan - maliyyə funk-

siyasından  başqa,  dövlətin  istehsalın  bərpasına,  genişləndirilməsinə,  təkmilləşdiril-

məsinə, yeni texnika və texnologiya ilə  təmin edilməsinə, strukturuna  və qurluşuna  

iqtisadi  təsiretmə  vasitəsidir.  

Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi    inkişaf  konsepsiyasına      uyğun 

olaraq    müəyyənləşdirilməlidir.  Bu  siyasət,    ümumi  makroiqtisadi    göstəriciləri  əks 

etdirən  sərt  maliyyə  siyasətindən    tədricən  uzaqlaşmanı,  büdcə-vergi  siyasətinin 

çevikliyinin  artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsini,  manatın 

məzənnəsinin  tənzimlənməsini  və  digər  tədbirləri    özündə  əks  etdirir.    Həyata 

keçirilən  kompleks  makoiqtisadi  tədbirlər  sabit  iqtisadi  artımın  təmin  edilməsini, 



 

 



istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsini, 

ölkənin  regionlarının  iqtisadi  inkişafının  tarazlaşdırılmasını,  yerli  özünüidarəetmə  

orqanları  olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi 

şə

raitin yaradılmasını nəzərdə tutur. 



Son illərdə respublikamızda həyata keçirilən  iqtisadi və siyasi islahatlar dövlət 

maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi  sistemində əsaslı dəyişikliklərə səbəb 

olmuşdur. Belə ki, dövlət büdcəsi dövlətin əlində, iqtisadiyyata təsir göstərilməsində, 

aparılan  struktur  dəyişikliklərini  maliyyələşdirilməsində,  iqtisadiyyatın  qabaqcıl 

sahələrinin  inkişafının  stimullaşdırılmasında,  əhalinin  aztəminatlı  təbəqəsinə  sosial 

yardımların  verilməsinin  təmin  edilməsində  real  vasitəyə  çevrilmişdir.  slahatların 

sonrakı  mərhələlərinin  həyata  keçirilməsi  bu  məsələlərin  elmi  tədqiqindən,  nəzəri, 

metodoloji-praktiki  məsələlərinin  kompleks  həllindən  çox  asılı  olduğunu  göstərir. 

Bunanla  əlaqədar,  həyata  keçirilən  islahatlar  kontekstində  büdcə-vergi  siyasətinin 

məzmun və mahiyyətinin öyrənilməsi, onun ölkənin sosial-iqtisadi inkişafa təsirinin, 

büdcə gəlirlərinin artırılması yollarının araşdırılması sahəsində yeni tələblər qoymuş 

və  bu  problemi  müasir  dövrün  reallıqlarına  uyğun  metodoloji  yanaşma  əsasında 

tədqiq  edilməsini  zərurətə  çevirmişdir.  Belə  ki,  bu  istiqamətdə    maliyyə  siyasətinin 

tərkib hissəsi olan   büdcə-vergi   siyasətinin   tənzimləyici tətbiqi  mühüm  əhəmiyyət 

kəsb  edir.  slahatların  gedişi  bu  məsələlərin  elmi  tədqiqindən,  nəzəri,  metodoloji-

praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda 

son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna 

müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması   bunlarla əlaqədar problemlərin 

tədqiqinə,  həyata  keçirilən  islahatlar  kontekstində  büdcə-vergi  siyasətinin  həyata 

keçirilməsinə,  onun  təkmilləşdirmə  istiqamətlərinin  müəyyənləşdirilməsinə  yeni 

nəzəri - metodoloji yanaşma tələb edir.                                                                                               

 

 

 

 


 

 



FƏS L. BÜDCƏ-VERG  S YASƏT N N  HƏYATA KEÇ R LMƏS N N 

NƏZƏR  - METODOLOJ  ƏSASLARI      

1.1. Büdcə-vergi tənzimlənməsinin məqsəd və vəzifələri  

Klassik  siyasi  iqtisad  məktəbinin  banisi  şotland  iqtisadçı  -  filosofu  A.Smit 

(1723-1790)  obyektiv  iqtisadi  qanunların  kortəbii  fəaliyyətini  iqtisadi  prosesləri 

dövlətin  müdaxiləsi  olmadan  tənzimləmək  qabiliyyətinə  malik  «gözə  görünməz  əl» 

adlandırırdı.  Lakin  onun  bu  tezisi  ancaq  əmtəə  istehsalının  ilkin  mərhələsi  üçün 

özünü  doğrulda  bilərdi  və  iqtisadi  inkişafın  sonrakı  mərhələləri  «kortəbiilik 

nəzəriyyəsinin» əsassız olduğunu göstərdi.  ngilis iqtisadçısı D. Rikardo (1789-1871) 

klassik məktəbin davamçısı olsa da, iqtisadi qanunların obyektiv və kortəbii fəaliyyəti 

ilə  yanaşı  onların  dərk  olunanan  olduğunu  qəbul  edir  və  dövlətin  iqtisadi  siyasət 

hazırlayaraq bu proseslərə müdaxıləsini tövsiyə edirdi. O, iqtisadi siyasətin əsas aləti 

kimi vergiləri görürdü və «ən aşağı vergini ən yaxşı vergi» hesab edirdi.  

Artıq  XIX  əsrin  axırlarında  həm  mikro  və  həm  də  makroiqtisadi  proseslərdə 

dövlətin  fəal  rolu  əhəmiyyətli  dərəcədə  hiss  olunmağa  başladı.  Makroiqtisadi 

tənzimləmə  vasitələrinin  köməyi  ilə  müəssisələrin  fəaliyyətinə  təsir  göstərən  dövlət 

büdcə  sisteminin  formalaşdırılması  mümkün  oldu.  Dövlət  bazar  münasibətlərinin 

agentinə  çevrildi.  Bu  zaman  neoklassik  iqtisadi  nəzəriyyə  dövlət  büdcəsini 

makroiqtisadiyyatın maraqları mövqeyindən nəzərdən keçirirdi. 

Bu  dövrdə  bir  çox  iqtisadçılar,  o  cümlədən  Amerika  iqtisadçısı  C.B.  Klark 

dövlət  mexanizmlərinin  məhdudluğunu  və  onun  ümumi  dövlət  sosial-iqtisadi  məsə-

lələrin həllində əhəmiyyətli rol oynaya bilməyəcəyini qeyd edirdilər. Bu nəzəriyyənin 

tərəfdarları  təbii  inhisarçılıq  sahələrinin  rolunu  yüksək qiymətləndirir  və  belə hesab 

edirdilər ki, bu sahələr sərt dövlət tənzimlənməsi obyekti kimi qalmaqla cəmiyyətin 

həm sənaye və həm də sosial problemlərinin həllində əsas rol oynamalıdırlar. 

Keyns  nəzəriyyəsi  «əmək  haqqı  və  qiymətlər  elastik  olduğu  halda,  iqtisadi  

mənbələrdən tam  istifadə edə  bilmək  üçün  büdcə  siyasəti  tədbirlərinə (xərclərin  

artırılmasına, vergilərin  azaldılmasına) ehtiyac olduğunu müəyyən etmişdir». Keyns 


 

 



göstərmişdir  ki,  məcmu  tələb  və  təklif  azlığını  aradan    qaldıran  maliyyə  siyasəti 

həyata  keçirilməsə, sürətlə  artan  işsizliyi aradan  qaldırmaq olmaz .  

 

Məşhur  iqtisadçı  P.Samuelsonun  irəli  sürdüyü  ictimai  rifah  nəzəriyyəsində, 



dövlətə  və  onun  tənzimləmə  funksiyasına  xüsusi  yer  ayrılırdı.  P.  Samuelsona  görə 

bazarın  fəaliyyətində  «kənarlaşmalar»  baş  verir,  yəni  bazar  qanunları  işləmir,  bazar 

mexanizmləri isə lazımi nəticəni vermir. Bazarın bu «kənarlaşmaları» dövlətin büdcə 

maliyyələşdirilməsi  mexanizmləri  hesabına  aradan  götürülür.  Bu  zaman  ictimai 

nemətlərin iki xüsusiyyəti özünü göstərir: rəqabətsizlik və istisnasızlıq. Rəqabətsizlik 

şə

raitində cəmiyyətin hər hansı üzvü tərəfindən ictimai nemətlərin istehlak edilməsi 



digər  bir  şəxs  üçün  bu  istehlakın  azalması  deməkdir.  stinasızlıq  isə  ictimai 

nemətlərin cəmiyyətin bir üzvü tərəfindən istehlak edilməsi, bu nemətin cəmiyyətin 

digər üzvü tərəfindən istehlak edilməsi imkanının istisna edilməməsidir. 

Dövlətin  nisbətən  qapalı  maliyyə  sistemi  əsasən  iqtisadiyyatın  səfərbərlik 

modeli  daxilində  fəaliyyət  göstərir.  Bu  zaman  büdcə  vasitəsilə  cəmiyyətdəki  geniş 

təkrar  istehsal  proseslərinə  dövlət  təsirinin  əhəmiyyəti  və  rolu  çox  yüksək  olur. 

Dövlət şəxsi təşəbbüs və sahibkarlıq fəaliyyəti üçün sərt çərçivəni müəyyən etməklə, 

büdcə  vasitəsi  ilə  investisiya,  idarəçilik,  sosial  müdafiə  və  s.  digər  məsələləri  həll 

edir. 

Maliyyə  münasibətləri  sisteminə  daxil  olan  büdcə  münasibətləri  öz  funksiya-



larını yerinə yetirmə prosesində ölkənin büdcə fondları şəklində maddiləşir. Maliyyə 

ehtiyatlarının  dövlətin  əlində  mərkəzləşmə  səviyyəsini  əks  etdirən  büdcə  fondunun 

konkret  kəmiyyəti  bir  sıra  amillərdən:  iqtisadiyyatın  inkişaf  səviyyəsindən, 

müəssisələrdə, təşkilatlarda və idarələrdəki təsərrüfatçılıq metodlarından, cəmiyyətin 

həll etməli olduğu iqtisadi və sosial məsələlərdən, iqtisadiyyatın strukturunda nəzərdə 

tutulan dəyişikliklərdən asılıdır. 

Bu münasibətlər özünün çoxcəhətliliyi ilə xarakterizə olunur, çünki bu müna-

sibətlər  bölgü  münasibətlərinin  ən  müxtəlif  səviyyələrində  təzahür  edir.  Büdcə 

münasibətlərinə ciddi təsir göstərən ümumi xarakterli amillər sırasında -  hər şeydən 

ə

vvəl ölkədə təkrar istehsal prosesinin idarə edilməsi səviyyəsini, vətəndaşlara göstə-



 

 



rilən xidmət  metodlarını, dövlətin sosial-iqtisadi həyatının hər bir mərhələsində həll 

etməli olduğu vəzifələri göstərmək olar. 

Dövlət  büdcəsini  iqtisadi  kateqoriya  kimi  xarakterizə  edən  ən  vacib  xüsusiy-

yətlərdən biri onun obyektiv xarakter daşımasıdır.  lk baxışda, hər il dövlətin əlində 

cəmləşən  milli  gəlirin  həcmi,  xüsusən  onun  bölüşdürülməsi  prosesi  dövlətin 

iradəsindən asılı kimi görünür. Lakin əslində,  istər milli gəlirin və dövlət büdcəsinin 

həcmi, istərsə də onların bölüşdürülməsi prosesi ölkədəki istehsal sahələrinin inkişaf 

səviyyəsindən,  cəmiyyətin mövcud sosial-iqtisadi tələblərinin xüsusiyyətlərindən və 

digər obyektiv  amillərdən asılıdır.  

Büdcə  dövlətin    hazırladığı  iqtisadi  siyasətin  reallaşdırması  üçün  əsas  vasitə 

olmaqla,  maliyyə  siyasətini  də  reallaşdırmağın  mühüm  alətidir.  O,  pul  fondlarının 

formalaşması  aləti  olan  vergilər  və  dövlət  borclanması  ilə  yanaşı,  həm  də  pul 

fondlarının məqsədəuyğun xərclənməsinə aid olan maliyyələşdirmə, büdcədən  əmək 

haqqının ödənilməsi kimi tədbirləri özündə birləşdirir.  

Büdcənin istehsal sahələrinə təsiri və onlarla qarşılıqlı əlaqədə olması - gəlirlər 

və  xərclər  formasında  təzahür  edir.  Büdcənin  gəlirləri  istehsal  və  qeyri-istehsal 

sahələrinin  əldə  etdikləri  mənfəətdən  və  bunun  müqabilində  ödədikləri  vergilərdən, 

həmin  sahələrin  özünün  inkişafı  isə  qismən  və  ya  təmamilə  büdcədən 

maliyyələşdirmə mənbələrindən xeyli asılıdır.  

Bütün  ictimai-iqtisadi  formasiyalarda  büdcə,  dövlətin  pul  vəsaitlərinə  olan 

tələbatlarını ödəyir. Məhsuldar əmək tərəfindən yaradılmış yeni dəyər nəinki istehsal 

məqsədli  məsələlərin  həllinə  xidmət  etməli,  o,  həm  də  vətəndaşların  konstitusiya 

hüquq  və  azadlıqlarını  qoruyan  dövlət  təsisatlarının  fəaliyyətini  təmin  etməlidir. 

Bununla  yanaşı  əhalinin  öz  maliyyə  tələbatını  təmin  edə  bilməyən  hissəsi,  habelə 

inkişaf  səviyyəsi  millətin  ictimai  təminatının  indiqatoru  hesab  edilən  sosial  sahələr, 

dövlətin  və  vətəndaşların  təhlükəsizliyini  təmin  edən  hüquq  mühafizə  orqanları  və 

ordu bilavasitə dövlətin himayəsindədir. 

Dövlət büdcəsi iqtisadiyyat sahələrinin, ölkənin müdafiə tələblərinin və dövlət 

idarə orqanlarının maliyyələşdirilməsi üçün lazım gələn pul fondlarının yaranması və 


 

 



istifadəsi  ilə  əlaqədar,  dövlətlə  hüquqi  və  fiziki  şəxslər  arasında  milli  gəlirin 

bölüşdürülməsi  üzrə  meydana  gələn  pul  münasibətlərdir.  Bu  münasibətlər  isə  öz 

növbəsində,  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  müvafiq  tədbirlərin  həyata 

keçirilməsi,  ölkənin  müdafiəsinin  möhkəmləndirilməsi  və  dövlət  idarəetməsinin 

maliyyələşdirilməsi  üçün  büdcə  fondunun  yaradılması  və  istifadəsi  ilə  əlaqədardır. 

qtisadiyyatı  inkişaf  etdirmək,  əhalinin  sosial-iqtisadi  tələbatlarını  ödəmək,  ölkənin 

müdafiə qabiliyyətini möhkəmləndirmək və cəmiyyəti idarə etmək məqsədi ilə dövlət 

öz büdcəsini istehsal  və  qeyri-istehsal   sfereları arasında,  iqtisadi  regionlar  arasında 

yenidən  bölüşdürür.  Büdcə  vasitəsilə dövlət  - ölkənin  iqtisadi sistemini,  bütövlükdə 

iqtisadi münasibətləri  tənzimləyir.  

Cəmiyyət və iqtisadiyyat  qarşısında duran vəzifələrdən asılı olaraq dövlət öz 

gəlirlərini  və  xərclərini  illik  büdcə  planı  formasında  tərtib  edir.  Belə  olan  halda, 

dövlət  öz  gəlirlərinin  mənbələrini  və  xərclərinin  istiqamətlərini  əvvəlcədən  bilir  və 

müvafiq qurumların fəaliyyətini bu məqsədlərə yönəldir. Bu, hər bir dövlətin büdcə 

siyasətinin  əsas  amili  kimi  qəbul  edilir  və  bunun  həyata  keçməsi  ancaq  dövlətin 

mükəmməl büdcə sistemi olduğu şəraitdə mümkündür. 

Qeyd  etmək  lazımdır  ki,  «büdcə»  anlayışı  hüquqi-normativ  aktlarda  və  elmi 

ə

dəbiyyatda,  monoqrafiya  və  dərsliklərdə  bir  qədər  fərqli  mənalarda  işlədilir. 



Məsələn,  Rusiya  Federasiyasının  Büdcə  Məcəlləsində  o  –  «dövlət  və  yerli 

özünüidarəetmənin  vəzifə  və  funksiyalarını  maliyyə  cəhətdən  təminat  üçün  nəzərdə 

tutulan  pul  vəsaitləri  fondunun  yaradılması  və  istifadə  olunması  forması...»  kimi, 

digər elmi mənbə və dərsliklərdə - «əsas mərkəzləşdirilmiş pul vəsaitləri fondu» , «… 

pul  münasibətlərinin  məcmusu,  …  əsas  maliyyə  planı»,  «…  mühüm  maliyyə 

tənzimləyicisi…»,  «…real  subyektiv  maliyyə  aləti  (vasitəsi)…»,  «milli  gəlirin 

yenidən  bölgüsünün  əsas  aləti»,    «dövlətin  müəyyən  müddət  ərzində,  adətən  bir  ilə 

gəlir və xərclərinin smetası» kimi ifadə olunur. 

Büdcə-vergi  siyasəti maliyyə siyasətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-

iqtisadi inkişaf konsepsiyasına və iqtisadiyyatın, habelə ayrı-ayrı dövlət orqanlarının, 

sahibkarlığın  inkişafını  təmin  edən  digər  dövlət  proqramlarına  uyğun  olaraq 


 

10 


 

hazırlanır.  Büdcə  –  vergi  siyasətinin  həyata  keçirilməsində  əsas  məqsəd  -  ölkədə 

makroiqtisadi  göstəricilərin  sabit  saxlanmasını  təmin  etməklə  iqtisadi  artıma  nail 

olmaq,  maliyyə  intizamının  möhkəmləndirmə,  dövlət  büdcəsinin  tərtibi  və  icrasının 

təkmilləşdirmək,  onun  şəffaflığının  artırmaqı,  sahibkarlığa  maliyyə  dəstəyinin 

gücləndirmək və inflyasiyanın səviyyəsini aşağı salmaqdan ibarətdir.  

Eyni zamanda bu siyasətin əsas məqsədlərindən biri də,  bütövlükdə büdcənin 

həcm  və  tarazlığının  tənzimlənməsidir.  Burada  əsas  şərt  –  iqtisadi  siyasət 

çərçivəsində  dövlət  xərclərinin  həcminə  uyğun  olaraq,  büdcənin  vergi  gəlirləri 

hesabına tarazlaşdırılması və nəticə etibarı ilə iqtisadiyyatın özündəki tarazlığın təmin 

edilməsidir.  

Ə

nənəvi  büdcə  tarazlığı  nəzəriyyəsinə  görə  büdcə  kəsiri  və  yaxud  büdcə 



artıqlığı iqtisadiyyatdakı real tarazlığı və  ya iqtisadi tarazlığı dəyişdirmir. Buna görə 

də büdcə-vergi siyasəti elə həyata keçirilməlidir ki, dövlət büdcəsi istənilən şəraitdə  

iqtisadiyyatı  zəiflətməsin.  Ona  görə  də,  həyata  keçirilən  iqtisadi  siyasətin  pozitiv 

nəticələrindən  başqa  neqativ  nəticələrinin  də  ola  bilməsini  yaddan  çıxarmaq  olmaz. 

qtisadi  tarazlığın  təmin  edilməsində,  məcmu  tələb  və  təklifin  uzlaşdırılmasında 

dövlət büdcəsinin rolu əvəzsizdir. Belə ki, dövlət büdcəsinin tarazlığı ümumi iqtisadi 

tarazlığın taleyini əvvəlcədən müəyyən etmiş olur.  

Təkrar  istehsal  prosesinin  və  cəmiyyətin  ictimai  həyatının,  həmçinin  dövlətin 

ümumi  fəaliyyətinin  idarə  edilməsi  büdcəyə  daxil  olan  vəsaitlər  hesabına 

maliyyələşdirilir və nəticə etibarı ilə büdcə vəsaiti dövlət idarəçiliyinin vacib iqtisadi 

mexanizmi  kimi  çıxış  edir.  darəetmə  mexanizmi  lazımi  səviyyədə  fəaliyyət 

göstərmədikdə, o, bir sıra mənfi nəticələrə, məsələn, mənbəyini vergi ödəmələri təşkil 

edən büdcə gəlirlərinin tam həcmdə  yığılmaması və s. neqativ halların yaranmasına 

səbəb ola bilər.  

qtisadiyyatın  inkişaf  etdirilməsində,  istehsalın  stimullaşdırılmasında  və 

həmçinin  cəmiyyətin  sosial-iqtisadi  inkişafında  dövlət  büdcəsinin  çox  böyük  rolu 

vardır. Bu da özünü həm  kəmiyyət və həm də keyfiyyət baxımından göstərir. Hər bir 

ölkədə  dövlət  idarəetmə  sisteminin  başlıca  şərtlərindən  biri  -  bu  sahədə  görüləcək 



 

11 


 

tədbirlərin  həyata  keçə  bilməsi  üçün  zəruri  olan  büdcə  xərcləri  ilə  əlaqədardır.  Ona 

görə də hər il tərtib və təsdiq olunan büdcədə sosial xərclərə böyük əhəmiyyət verilir.  

Dövlət  büdcəsinin  istehsal  sahələri  ilə  qarşılıqlı  əlaqələrinin  ən  təsirli 

metodlarından  -  vergiqoyma  və  istehsal  sahələrinin  stimullaşdırılması  metodlarını 

göstərmək  olar.  stehsala  bu  yolla  təsir  göstərilməsi  metodları  eyni  zamanda  dövlət 

büdcəsinin öz daxili iqtisadi mahiyyətini və rolunu da daha dərindən və geniş şəkildə 

aşkar  etməyə  imkan  verir.  Büdcənin  aşağıdakı  istiqamətlərdə:  ümumi  daxili 

məhsulun  bölüşdürülməsi  və  yenidən  bölüşdürülməsi,  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi,  sosial-iqtisadi  siyasətin  həyata  keçirilməsinin  maliyyə  təminatı  və 

mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi prosesində onun 

məqsədyönlü olmasına dair bütün qanunların gözlənilməsinə nəzarət edilməsi istehsal 

sahələrinə təsir  göstərdiyini qeyd etmək lazımdır. Bu funksiyaların yerinə yetirilməsi 

vasitəsilə büdcə həm istehsalın inkişafını və  ümumi daxili məhsulun yaradılmasını, 

həm də onun bölgüsünü və yenidən bölgüsünü təmin edir.  

Dövlət,  fondlarının  yaradılması,  müxtəlif  istehsal  sahələrinin  və  təsərrüfat 

növlərinin  stimullaşdırılmasını  vergiqoyma  metodu  həyata  keçirir.  Büdcənin 

istehsalla olan bu qarşılıqlı əlaqələrinin reallaşması - büdcə gəlirlərinin müxtəlif pul 

fondları  şəklində  formalaşması,  onun  bölüşdürülməsi,  sonra  da  həmin    fondların 

büdcə xərcləri maddələri üzrə məqsədyönlü şəkildə istifadə olunması formasında baş 

verir. 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  -  ölkənin  maliyyə  sisteminin 



başlıca həlqəsi, əsas maliyyə planı hesab olunur, ali qanunvericiliu orqanı olan Milli 

Məclis  tərəfindən  qəbul  olunaraq  ölkə  Prezidenti  tərəfindən  qanun  şəklində  təsdiq 

olunur.  Azərbaycan  Respublikasının  Büdcə  sistemi  haqqında  qanuna  görə  büdcə  – 

Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti  və  özünüidarəetmə 

orqanları  vasitəsilə  dövlətə  və  bələdiyyələrə  məxsus  vəzifə  və  funksiyaları  yerinə 

yetirmək  üçün  lazım  olan  pul  vəsaitinin  yığılması  və  istifadə  olunması  üçün  əsas  

maliyyə sənədidir. 


 

12 


 

Dövlətin  birbaşa  tənzimləmə  metodlarının  əsas  istiqamətlərindən  biri  də 

iqtisadi artımla bağlıdır. Burada makroiqtisadi tarazlığa imkan verə bilən investisiya, 

habelə  tələblə  yığım  arasında  ən  əlverişli  nisbətin  yaradılması  problemi,  xüsusilə 

böyük əhəmiyyət kəsb edir. Dövlətin həyata keçirdiyi iqtisadi tənzimləmə metodları 

içərisində fiskal siyasət xüsusi yer tutur. Bu siyasət - büdcə vəsaitinin yaranması və 

ondan istifadə edilməsi ilə əlaqədar dövlətin yeritdiyi maliyyə siyasətinin çox mühüm 

tərkib  hissəsi  olmaqla,  dövlət  xərcləri  və  vergi  ilə  bağlı  tənzimləmə  sistemi  kimi 

iqtisadiyyata  stabilləşdirici  təsir  göstərir.  Təcrübə  göstərir  ki,  bəzi  ölkələrdə  süni 

büdcə tarazlığının yaradılması bu ölkələrin  iqtisadiyyatını zəiflədir, istehsalı isə  iflic 

vəziyyətinə salır.  

Büdcədə  cəmiyyətin  inkişafının  tsiklik  xarakteri  və  onun  dinamikası  əks 

olunur,  köhnə  prinsiplər  mütləq  mənada  inkar  olunmur,  bütün  müsbət  meyllər  isə 

inkişafın  yeni  mərhələsində  nəzərə  alınır.  Son  iki  yüz  illik  inkişaf  ərzində  sənaye 

dünyasının  tsiklik  inkişafının  konkret  ifadəsi  tsiklik  prosesdə  gah  sosial-iqtiadi 

həyatın  bazar  tənzimləyicilərinin  (iqtisadi  səmərəliliyinin  yüksəldilməsi  meyllərinin 

özünün  məqsəd  kimi  qəbul  etməsi),  gah  da  sosial-iqtisadi  proseslərinin  dövlət 

tənzimləyicilərinin  (sosial  ədalətə,  sosial  bərabərliyə  doğru  meyllər)  rolunun 

güclənməsi bir-birini əvəz etmişdir. Məlumdur ki, inkişafın tsiklik xarakterindən irəli 

gələn  nəzəriyyələrdən  bir-birini  əvəz  edən  iqtisadi  və  sosial  məqsədlər  iqtisadi 

inkişafın tələbatlarına uyğun olaraq növbəylə aparıcı rol oynamışlar. 

Bununla  yanaşı iqtisadiyyatın səfərbəredici və  qarışıq  modelləri  arasında bəzi 

fərqlər  mövcuddur.  Ayrı-aryı  ölkələrin  qarışıq  iqtisadiyyatını  üç  tipə  ayırmaq  qəbul 

edilmişdir:  neostat,  neoliberal  və  mərkəzləşdirilmiş  razılaşma.  Onların  hər  üçünün 

ümumi  cəhətini  strateji  sosial-iqtisadi  məsələlərin  həllində  dövlətin  rolunun  artması 

təşkil  edir.  Bu  məsələlərdən  -  xarici  iqtisadiyyat,  ekologiya  və  fundamental 

tədqiqatlar sahəsində olan problemlər ön sıraya çıxır. Bununla yanaşı müstəqil statusa 

malik olan, lakin ümummilli məsələlərin həlli ilə məşğul olan ictimai təşkilatların da 

rolu  artır.  Yerli  idarə  orqanlarına  xüsusi  fikir  verilir,  onlar  həmin  ərazidə  yaşayan 

ə

halinin ən vacib ehtiyaclarını ödəməlidirlər.  



 

13 


 

Bununla yanaşı dünya iqtisadiyyatının qloballaması ilə əlaqədar müəyyən pro-

seslər meydana gəlir. Bir ölkə çərçivəsindən kənara çıxan transmilli korporasiyalar iş 

qüvvəsinin  miqrasiyasına,  kapitalın  və  əmək  resurslarının  ixracına  ciddi  təsir 

göstərirlər.  Onların  təsiri  altında  dünya  təsərrüfatının  yeni  strukturu  formalaşır  və 

beynəlxalq əmək bölgüsü dərinləşir. 

Qarışıq  qtisadiyyatın  Yaponiya  və  Asiya-Sakit  okean  modelləri  şəraitində 

dövlət büdcəsi öz fərqli xüsusiyyətləri ilə seçilir. XX əsrin ikinci yarısında bu ölkə-

lərin iqtisadiyyatında baş verən struktur dəyişiklikləri yüksək texnologiyalar və ixrac 

yönümlü  istehsal  sahələrinin  inkişaf  etdirilməsi  ilə  səciyyələnirdi.  Yapon  iqtisadi 

möcüzəsi  ölkənin  innovasiya  və  sosial  sahələrində  büdcədən  daha  böyük 

maliyyələşmə ayrılması ilə bağlı idi.  

Bu  şəraitdə  dövlət  xərclərinin  xeyli  artmasına  baxmayaraq,  kapital  yığımı  ilə 

ə

laqədar  vergiqoyma  bazasının  genişləndirilməsi  sayəsində  əldə  edilən  səmərə  cari 



büdcə  kəsirindən  yüksək  olmuşdu.  Uzun  müddət  yapon  iyeninin  digər  valyutalarla 

müqayisədə məzənnəsinin kəskin surətdə aşağı düşməsinin qarşısı alındı. Bu, ixracın 

stimullaşdırılmasına şərait yaratsa da, faiz dərəcəsinə mənfi təsir göstərmirdi. Kredit 

ucuz olaraq qalırdı və bu, həm əmtəə istehsalçıları, həm də dövlət idarə orqanları və 

ev təsərrüfatı üçün əlverişli idi. Faiz dərəcələrinin müəyyən edilməsinə və kommer-

siya banklarının yenidən maliyyələşdirilməsində mərkəzi banklar fəal rol oynayırdı. 

  Asiya-Sakit okean regionu ölkələrinin bazarları xarici kapital tərəfindən zəbt 

edilməsinə baxmayaraq, burada dövlətin rolu fəal olaraq qalırdı. Region ölkələrində 

strateji planlaşmaya, o cümlədən büdcə planlaşmasına xüsusi fikir verilirdi ki, bu da 

maliyyə  resurslarının  milli  iqtisadiyyatın  əsas  istiqamətlərində  cəmləşməsinə  imkan 

yaradırdı.  «Miqyaslı  iqtisadiyyat»  effekti  yaranırdı  və  dövlət  transmilli  maliyyə-

sənaye qruplarına çevrilən iri milli korporasiyaların inkişafını müdafiə edirdi. 

XX  əsrin  50-60-cı  illərində  büdcənin  gəlir  bazasının  genişləndirilməsi  məsə-

lələri və vergilərlə əlaqədar olan mülkiyyət hüquqi nəzəriyyəsi geniş yayılmışdı. Bu 

nəzəriyyənin  banisi  R.Koue  idi  və  Nobel  mükafatı  laureatı  A.M.Onore,  Amerika 


 

14 


 

hüquqşünası  .Bekker  kimi  məşhur  alimlər  də  bu  nəzəriyyənin  əsaslarının  işlənib 

hazırlanması üzərində çalışmışdılar. 

Büdcə tənzimlənməsi ilə əlaqədar qarışıq iqtisadiyyatın neoliberal tipinin bəzi 

xüsusiyyətlərini  də  nəzərdən  keçirməyə  ehtiyac  var.  Qarışıq  iqtisadiyyatın  bü  tipi  - 

bazar  tənzimləyicilərinə  üstünlük  verir,  dövlətin  rolu  isə  azad  rəqabətin  qorunub 

saxlanılması  üçün  müvafiq  şəraitin  təmin  edilməsi  ilə  məhdudlaşdırılır.  Burada, 

maliyyə siyasətində M.Fridmanın monetarist nəzəriyyəsinə üstünlük verilirdi. Büdcə 

siyasəti  ilə  əlaqədar  büdcə  kəsirinin  azaldılmasına  yönəldilmiş  tədbirlər  həyata 

keçirilirdi və bu, vergilərin yüksəldilməsi və ictimai xərclərin azaldılması yolu ilə baş 

verirdi.  

50-60-cı  illərdə  ABŞ  prezidenti  Trumen  və  Eyzenhauer  belə  siyasəti  həyata 

keçirirdilər.  Lakin  C.Kennedi  «Nyu  ekonomiks»  prinsiplərini  həyata    keçirməyə 

başladı.  Bu  prinsiplər  Keynsin  vergilərin  azaldılması  və  dövlət  xərclərinin 

çoxaldılması yolu ilə məcmu tələbin genişləndirilməsi nəzəriyyəsinə əsaslanırdı. Eyni 

zamanda,  tsiklik  inkişafın  nəticələrini  yumşaltmaq  məqsədi  ilə  büdcə  kəsirinin 

genişləndirilməsinə  yol  verilirdi.  Həmin  dövrdə  iqtisadiyyatın  dövlət  sektorunun 

sürətli inkişafı əsasən kosmik və hərbi komplekslərin irimiqyaslı maliyyələşdirilməsi 

ilə  əlaqədar  idi.  Bu  dövrdə  dövlətin  rolunun  güclənməsi  sosial  müdafiə  sisteminin 

genişləndirilməsinin,  işsizliyin  səviyyəsinin  azaldılmasının  və  strateji  planlaşmanın 

rolunun  artmasının  təsiri  altında  baş  veriridi.  Bu  konsepsiyanı  V.Leontyev  və  C. 

Helrbeyt öz əsərlərində inkişaf etdirmişdilər.  

Strateji  planlaşmanın  rolu  regionların  inkişaf  proqramlarının  işlənib  hazırlan-

masında  əks  olunurdu  ki,  bu  da  ABŞ-ın  Şimal  və  Cənub  rayonları  əhalisinin  həyat 

səviyyəsinin  bərabərləşməsini  təmin  edirdi.  Bütün  bunlar  o  demək  idi  ki,  iqtisadi 

inkişafın neoliberal modeli tədricən neostat modelin elementləri ilə zənginləşirdi. Bu, 

ABŞ və Qərbi Avropa iqtisadiyyatındakı islahatları bir-birinə  yaxınlaşdırırdı. Bütün 

bunlara baxmayaraq, neoliberal model daha çox nəzəriyyə kimi mövcud idi. 

Qərbi Avropa, məsələn, Almaniya neoliberalizminin əsas xüsusiyyəti onun so-

sial yönümlü olmasında idi. Bu model sosial-bazar modeli konsepsiyasına əsaslanırdı. 



 

15 


 

Müharibədən  sonrakı  Almaniyada  bu  nəzəriyyənin  davamçısı  L.Erxard  olmuşdu. 

Alman  neoliberalizmi  ortoliberalist  model  idi.  Bu  modelin  həyata  keçirilməsi  -  pul 

islahatlarını,  dirijizm  nəzəriyyəsindən  imtina  edilməsini,  milliləşmənin  ləğv 

edilməsini,  kiçik  biznesin  mudafiə  edilməsini,  müəssisələrin  idarə  olunmasında 

işçilərin  iştirakını  nəzərdə  tuturdu.  Mənfəətə  görə  verginin  və  səhmdar  cəmiyyətlər 

üçün  müəyyən  edilmiş  vergilərin  azaldılması  yolu  ilə  istehsal  fəallığının 

stimullaşdırılmasına xüsusi fikir verilirdi. 

«Nyu  ekonomiks»  modeli  əsasında  neoliberalizm  nəzəriyyəsi  tədricən  qarışıq 

iqtisadiyyat  nəzəriyyəsinə  çevrilirdi.  Bu  xarici  bazarlarda  rəqabətin  güclənməsi  və 

istehsalın  təmərküzləşməsi  və  ixrac  potensialının  stimullaşdırıl-masında  dövlətin 

rolunun fəallaşması ilə əlaqədar idi. 

Qarışıq  tipli  iqtisadiyyatın  xüsusiyyətləri  Qərbi  Avropanın  sveç,  Hollandiya, 

Belçika  və  digər  ölkələrində  özünü  göstərirdi.  Bu  iqtisadiyyat  «mərkəzləşdirilmiş 

razılıq iqtisadiyyatı» adı  almışdı.  Bu ölkələrdəki  iqtisadi  modelin  əsasını  işverənlər, 

hökumət və muzdlu işçilərin birgə məsuliyyəti təşkil edirdi. 

Ümumiyyətlə, büdcə-vergi siyasəti - iqtisadyyatın özü-özlüyündə  tam məşğul-

luğa nail olmasını təmin edən avtomatik  nizamlayıcılar, real əmək haqqı elastikliyi, 

yığım və investisiyaların faiz dərəcəsi, pulun yalnız istehlak üçün tələb edilməsi və s. 

ə

sasında reallaşmasını nəzərdə tutur. Keyns bu fərziyyələrin doğru  olmadığını qeyd 



edərək, əmək haqqının və faiz dərəcəsinin elastik olmadığını, iqtisadiyyatın  sərbəst 

buraxılarsa,  ancaq  aşağı  səviyyəli  bir  tarazlığa  nail  olunacağını,  mənbələrin  tam  

istifadəsi  üçün    pul    təklifini  tənzimləyən    pul  siyasətilə  yanaşı,  büdcə    gəlirini 

artırmağa yönəlmiş bir maliyyə siyasətinin həyata keçirilməsinin  vacibliyini də irəli 

sürmüşdür. Bu nəzəriyyəyə əsaslanan büdcə siyasətinin  həyata keçirilməsi istiqamət-

ləri  çox  genişdir.  Nisbətən  zəif  inkişaf  etmiş  ölkələrdə  büdcə  siyasətinin  həyata 

keçirilməsi  və  fəaliyyət  göstərməsi  mümkün    deyildir.  Çünki  məcmu  tələbdəki 

artımın, istehsalı və bilavasitə məşğulluğu artıracağı və pul vəsaiti mənbələrinin tam  

istifadə  olunmasını təmin edəcəyi fikirlər də mövcuddur. 


 

16 


 

 

qtisadi tarazlıq   iqtisadiyyatda  məcmu  tələb və  məcmu  təklif tarazlığıdır.  Bu 



tarazlığın    təmin  edilməsində  məcmu  tələb  və  məcmu  təklifin uyğunlaşdırılmasında  

dövlət  bölməsinin  rolu  böyükdür.  Dövlət  bölməsinin  tarazlığı  ümumi  iqtisadi 

tarazlığa  müsbət  və  ya  mənfi  təsir  edə  bilər.  qtisadi  tarazlığın  təmin  edilməsində  

istifadə  oluna  biləcək  büdcə-vergi  siyasətini  ümumi  olaraq    üç  bölmədə  cəmləşdirə 

bilərik. Büdcədə dövlət  xərcləri ilə  vergilərin bir-birinə uyğun olması büdcə tarazlığı 

kimi  qiymətləndirilir.  Dövlət  xərclərinin    vergilərlə    təmin  olunmaması,  borclanma 

yaxud pul  emissiyasından istifadə edilməsi - kəsirli büdcə və yaxud büdcənin kəsirlə  

maliyyələşdirilməsi  deməkdir.  Ən  əlverişli  vəziyyət  isə  toplanan    vergilərin  dövlət 

xərclərini üstələməsidir. Belə halda, büdcə artıqlığı əmələ gəlir və həmin artıq vəsait  

adətən, dövlətin qızıl və valyuta  ehtiyatlarının artmasına  yönəldilir. 

 

Bir qayda olaraq, büdcə-vergi siyasətində büdcə, vergilərlə dövlət  xərclərinin  



tarazlaşdırılmasına əsaslanır. Burada məqsəd odur ki, iqtisadiyyatın özündəki tarazlıq  

büdcə  qeyri-tarazlığı ilə pozulmasın.  

Büdcənin pul emissiyası yolu ilə tarazlığının təmin edilməsi nəzəriyyəsində, ilk 

növbədə  dövlət  xərclərini  təmin  etməsi  üçün  pul  emissiyası  ilə  pul  təklifi  məsələsi 

mühüm əhəmiyyət kəsb edir.  Pul təklifini artırmaq, ilk növbədə  qiymətlərin ümumi 

normasını artıracaq və  iqtisadiyyatda    məcmu  təklif  ilə  məcmu  tələb  artacaq,  ancaq 

məcmu  məhsulu  müəyyən edən  məcmu  təklif  olmadığından, eyni  həcmli mal və  

xidmətlər  daha  yüksək    qiymətlərlə    satılacaq.  Bu  isə  inflyasiya  adlanan    iqtisadi  

təhlükənin  yaranması  deməkdir.  Məhz  bu  nəticələrdən  qaçmaq  üçün    büdcə-vergi  

siyasətini iqtisadiyyatın vəziyyətinə uyğun  olaraq həyata keçirmək lazımdır.  

 

 

 



 

 

17 


 

: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti


  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə