Motivasiya. Qarışqa zəhmət çəkir, zülmlə özündən on dəfə ağır yükü yuvasına daşıyır. Yuvasına az qalmış bir sərçə onun dənini aparır. Sərçə pırıltı ilə uçanda bir budağa dəyib zədələnir.
Köməkçi sual: Bu hekayədə kimə yazığınız gəlir?
Tədqiqat sualı: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” misalı nə zaman söylənilir?
Tədqiqatın aparılması: Dərsliklə iş. İşĢ dəftəri, səh. 140-141
Nəticə: Başqasının əməyini mənimsəmək istəyən müftəxorlara heç kimin yazığı gəlmir.
Ev tapşırığı: Zəhmət və müftəxorluq haqqında atalar sözü tapıb yazın.
Qiymətləndirmə: Müzakirəyə əsasən aparılır.
“Dostlar səfərdə” ( 1 saat)
Gözlənilən şagird nailiyyətləri
Məzmun standartı
Verilmiş atalar sözlərindən mətnin məzmununa uyğun olanı seçməklə əsas fikri anladığını nümayiş etdirir.
iş vərəqləri, qələm, pozan, marker,
yapışqan və s.
H-b.:2.1.2
Motivasiya. Atalar sözü var: Dostunu tanımaq üçün yola çıxmaq lazımdır. Bu atalar sözünü necə başa düşürsünüz?
Tədqiqat sualı: Dost necə olmalıdır? Fərziyələr dinlənilir.
Dərsliklə iş: Mətn dörd hissəyə bölünür. Hər qrup bir hissəni oxuyub təhlil edir. Həmin hissəyə şəkil də çəkilir. Qruplar mətnin ardıcıllığına uyğun tədqiqat aparırlar. Mətnin sonundakı suallar cavablandırılır.
Nəticə: Dost etibarlı, sadiq olmalı, həm yaxşı, həm də dar gündə dəstək olmalıdır.
Ev tapşırığı: Dostluq haqqında atalar sözləri tapıb yazın.
Qiymətləndirmə: Təqdimatlara əsasən aparılır.