Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə12/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
OTM (mühazirə mətnləri) yeni

Sinfin fəallaşdırılması. (Bu zaman müəllim müxtəlif oyunlardan istifadə edərək sinfi fəallaşdırır).

  • Motivasiya (Problemin qoyuluşu, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualının verilməsi).

  • Tədqiqatın aparılması (Fərziyyələri və tədqiqat sualına cavabı yoxlamaq üçün faktorların axtarılması).

  • İnformasıya mübadiləsi (İnformasiyanın və şəxsi tədqiqatların təqdimatı).

  • İnformasiyanın müzakirəsi (İnformasiya müzakirəsi, müxtəlif faktlar arasında əlaqənin tapılması, onların təsnifatı).

  • Ümumiləşdirmə və nəticə (Ümumiləşdirmənin tərifi və onun fərziyyələrlə müqayisəsi, onların təsdiq və ya təkzib edilməsi haqqında nəticə, tədqiqat sualına cavab).

  • Yaradıcı tətbiqetmə (Faktiki vəzifələrin həlli üçün şəraitdə tətbiqetmə).

  • Qiymətləndirmə və ya refleksiya (şəxsi fəaliyyətin inikası və qiymətləndirilməsi; istənilən mərhələdə keçirilə bilər).

    Qeyd edilən dərs mərhələlərinin başlanğıcı olan motivasiya mərhələsi yeni dərsin qurulmasında çox mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi hər bir tədqiqatı başlayarkən problemi ortaya gətirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni bilgilərin kəşfinə aparan bələdçi, “yol göstərən ulduz” rolunu oynayır. Fəal təlimin 1-ci mexanizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur.
    Bəs nə üçün dərsin bu mərhələsi məhz motivasiya adlandırılır?
    Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı çıxış edir. Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmə qabiliyyətinin sərbəstliyi və müstəqilliyidir: uşaq öz fikrini "Zənnimcə…" , "Mən belə gəlir ki,…", "Mən belə hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir.
    Dərsin yüksək səviyyədə qurulması motivasiyanın necə qoyulmasından asılıdır. Motivasiya mərhələsində müəllim tədqiqat sualına giriş etmək üçün müxtəlif yollardan istifadə edir. Ona görə də müəllim tədqiqata başlamazdan əvvəl şagirdlərin idraki fəallığını artırmaq, onların öz bilikləri əsasında özləri tərəfindən tədqiqat sualının tapılması üçün motivasiyadan istifadə edir. Motivasiya üçün istifadə olunan materiallar öz tərtibatı, qeyri-adiliyi, gözlənilməzliyi ilə şagirdlərin diqqətini cəlb etməli və onların təfəkkürünün inkişafına yönəlməlidir. Ümumiyyətlə, motivasiya yaradılarkən nəzərə alınan amilləri aşağıdakı kimi sistemləşdirmək olar:

    • Material qeyri-adiliyi ilə fərqlənməli, şagirdi düşünməyə məcbur etməli, müstəqil təfəkkürü inkişaf etdirməyə yönəlməlidir.

    • Materialın təqdimetmə üsulları və formaları şagirdləri fəaliyyətə və tədqiqata həvəsləndirməlidir.

    • Fərziyyələri yoxlamaq təqdimat aparmaq imkanı verilməlidir.

    • Yaradıcılığa maksimum imkan yaradılmalıdır.

    • Müəllim düzgün yönəldici suallar verməli, cavabları dəstəkləməli və istiqamətləndirməlidir.

    Bu amillər nəzərə alınarsa, motivasiya dərsin yüksək səviyyədə qurulmasında əsas göstərici funksiyasını yerinə yetirmiş olar. Çünki motivasiyada problem axtarılır və tapılır ki, onun həlli üçün yollar əvvəlcədən qeyd edilə bilsin. Əgər problemin nə olduğu tapılmazsa, məsələ həll edilməmiş qala bilər.
    Motivasiyanı müxtəlif yollarla yaratmaq olar. Onlar əsasən ağıdakılardır:
    1) Rəmzi materialın şərhi. Rəmzi material foto, plakat, simvol, bədii əsərdən bir parça, tapmaca, melodiya və s. ola bilər. Müəllim materialı nümayiş və təqdim edərkən sinfə “ Bu nəyi bildirir?”, “ Bu material hansı mənanı ifadə edir?”, “ Bunu necə izah edə bilərsiniz?” və s. kimi suallarla müraciət edir.
    Məsələn, ümummilli liderimiz Heydər Əliyev haqqında keçirilən mövzuda motivasiyanı aşağıdakı kimi yaratmaq olar: Burada dairənin üzəri örtülür, onun altında isə liderimizin fotosu gizlədilir. Uşaqların fərziyyələri öyrənildikdən sonra fərziyyələrin düzgünlüyünü yoxlamaq üçün dairənin üzəri açılır.
    2) Sual verməyə həvəsləndirmə. Burada müəllim şagirdləri sual verməyə həvəsləndirərək müstəqil düşünməyə alışdırır. Belə suallar təfəkkür prosesini aktivləşdirməyə yönəlir və onların 3 növü var:
    “... haqqında biz nəyi bilirik və nəyi bilmirik? ... haqqında daha nələri bilmək istərdik?” Sual verdikdən sonra müəllim şagirdlərin təfəkkürünü lazım olan istiqamətə yönəldir və onlara bələdçilik edir. Bunun üçün yardımçı suallar verilər, sualda qoyulmuş məsələnin açılmasına kömək edən terminlərdən istifadə oluna bilər. Əsasən iki və daha çox cavabı olan suallardan istifadə olunur. Çünki konkret cavabı olan suallardan istifadə tədqiqat aparmaq və axtarış üçün kifayət deyil.
    Suallar əsasən təməl sözlərin köməyi ilə verilir. Təməl sözlər mövzuda xassə, xüsusiyyət, funksiya, növ, tip, rol, əhəmiyyət, səbəb, əlaqə, qüsur və üstünlük, qayda və s. cəhətləri ifadə edir.
    3) Məsələnin, problemin birmənalı olmayan həlli. Bu zaman işin təşkil edilməsi üçün müxtəlif yolların tapılması, məsələnin çox variantlı uğurlu həlli ön plana çəkilir, hər hansı hadisəni törədən bir neçə səbəbin olması onun həlli yolunda da problemlərin hamısının həll edilməsinin gərəkliliyini yaratdığından suallar da bu istiqamətdə qoyulmalıdır. Bu həm də şagirdləri tədqiqata cəlb edərək onların daha obyektiv çıxış yolları axtarmasına şərait yaradır.
    Əyaniliyi “qızıl qayda” adlandıran Y.A.Komenskinin fikri ilə razılaşraq qeyd edə bilərik ki, yuxarıda şərh etdiyimiz motivasiyanın yaradılması üsulları ilə nümunələr göstərərək tanış olsaq onun məzmununu daha yaxşı mənimsəyərik. Bütün bunlarla sübut olunmuş şəkildə yaxından tanış olmaq üçün oxu dərslərində interaktiv metodların tətbiqində motivasiyanın yaradılması ilə bağlı bir neçə nümunəyə baxaq:
    I s i n i f. Mövzu: Meyvə və tərəvəz ( əşya dərsi)
    Motivasiya: Müəllim sinfə müxtəlif meyvə və tərəvəzlər gətirir. Sonra onları uşaqlara bir-bir nümayiş etdirərək onların adlarını soruşur, lakin meyvə və tərəvəz qruplarına ayırmır. Daha sonra uşaqlara bunları hansı iki qrupa ayırmaq olar? sualını verir. Cavablar alındıqdan sonra müəllim şagirdlərin dediklərinə qüvvət verərək dərsi davam edir.
    II s i n i f. Mövzu: Qaranquş
    Motivasiya: Motivasiya klaster üsulu ilə qurulur.Şagirdlərin fikirləri dinlənilir. Motivasiya tədqiqat sualı ilə yekunlaşdırılir.

    II s i n i f . Mövzu:Heydər Əliyev


    Motivasiya anlayışın çıxarılması üsulu ilə qurulur. Bundan sonra Heydər Əliyevin öz səsi ilə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sitatı səsləndirilir. şagirdlər ulu öndər Heydər Əliyevə məxsus xüsusiyyətləri söyləyirlər. Tədqiqat sualı müəyyənləşdirilir.
    III s i n i f . Mövzu: Ə.Xəqaninin “Ana” şeiri
    Motivasiya: Müəllim şagirdlərdən valideynləri haqqında soruşur. Ata və ananın övladının xoşbəxtliyi üçün çalışması diqqətə çatdırılır. Şagirdlərin fikirləri dinlənildikdən sonra ana məhəbbətindən söz açılır. Şagirdlər anaya məxsus ən gözəl xüsusiyyətləri saymağa başlayırlar. Motivasiya tədqiqat sualı ilə yekunlaşdırılir.
    IV s i n i f. Mövzu: Üzeyir Hacıbəyovla bir görüş (Kazım Kazımzadə)
    Motivasiya: Müəllim Ü.Hacıbəyovun “Koroğlu” operasının musiqisini şagirdlərə dinlədir. Sonra onlardan bu musiqini dinləyərkən hansı hissləri keçirdiklərini soruşur. Şagirdlərin fikirlərini öyrəndikdən sonra müəllim bu operanın yaradıcısı olan Ü.Hacıbəyovun da bu operanı yazarkən həmin hissləri keçirdiyini, öz vətənpərvərlik ruhunu bu operanın musiqisində əks etdirdiyini şagirdlərin nəzərinə çatdırır. Daha sonra isə mövzunu elan edərək bu şəxsiyyət haqqında daha ətraflı məlumat alacaqlarını şagirdlərə bildirir. Tədqiqat sualı müəyyənləşdirilir.
    İnteraktiv metodların tətbiqi zamanı dərsdə müxtəlif iş formalarından istifadə olunur. İş formaları dedikdə, fərdi, cütlərlə, böyük və kiçik qruplarda iş nəzərdə tutulur. Bu iş formalarının hər biri oxu dərslərində şəraitə uyğun olaraq mühüm əhəmiyyət kəsb edir. Ona görə də onların hansı praktik əhəmiyyətə malik olduğunu bilmək üçün onlara ayrılıqda baxaq. Kiçik qruplarla və cütlərlə iş fəal təlim formaları hesab edilir.

    Yüklə 131,95 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   8   9   10   11   12   13   14   15   ...   27




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin