Şeirlərin oxusu. Şeirlərin oxusu şagirdlərin hafizəsini möhkəmləndirir, nitqini inkişaf etdirir, dünyagörüşünü artırır və onlarda estetik zövq formalaşdırır. “Azərbaycan dili” dərsliklərində 7-lik, 8-lik, 5-lik və 14-lük şeir formalarına rast gəlmək olur. Buna görə də müəllim bayatı, qoşma, gəraylı kimi şeir formalarının bütün xüsusiyyətlərini gözəl bilməlidir. Misradaxili bölümlərin, qafiyələrin misra sonu fasilələrin düzgün edilməsi vacib şərtlərdəndir. Misra sonu fasilələr adətən bir bərabərdə olmalıdır. Oxu zamanı qafiyələr aydın tələffüz edilməlidir. Qafiyələrin, rədiflərin şagirdlər tərəfindən düzgün oxunması şeiri şeir kimi səsləndirir. Şagirdləri düzgün, ifadəli oxuya alışdırmaq üçün bəzi şeirlərin ilk bəndlərini lövhədə yazıb, qafiyələri xətlə fərqləndirməklə
yazı-oxu nümunəsi verdikdən sonra ardını kitabdan oxutmaq lazımdır. ġeiri oxuyarkən qəliblənmi. formadan uzaqlaşıb ifadəli oxuya yer verilməlidir.
Şagirdlərin hafizəsini möhkəmləndirmək, nitqini inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək, estetik zövqünü tərbiyə etmək baxımından şeirlər müstəsna rola malikdir. Şeirin ölçüləri, heca, vəzn ritm və s. ucadan, ifadəli oxu prosesində daha aydın, dəqiq qavranılır.
Ey Vətən, ana Vətən!
Heyranam sənə Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.
(Ə. Cəmil. Vətən. II sinif, s. 22).
Y a x u d: Qayada bir şəkil var,
Yallı gedir adamlar.
Nələr düşür gör yada:
Ən çətin zamanda da
insan gülüb-oynamış,
Canda müsiqi eşqi
Qayıq-qayıq qaynamış.
(X.Rza Ulutürk. “Yallı rəqsi” III sinif, səh.192).
Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı. Müəllim öz nümunəsi ilə şagirdləri özü kimi oxumağa deyil, oxu prosesində fasiləni, sürəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə dəvət edir.Bunun üçün isə müəllimin özü şeiri ifadəli oxumağa ciddi hazırlaşmalı, onun əsas ideyasını tonunu, sürətini, ritmini müəyyənləşdirməli və məşq etməlidir. Əgər müəllim çətinlik çəkirsə, söz ustalarının, aktyorların ifasında şerilərin oxunma qaydasını şagirdlərə çatdırmalıdır. Şagirdlərdə şeirin oxusuna şüurlu münasibət yaranarsa, onlar düzgün oxumağa alışarlar. Şagirdlər şeirin məzmununa uyğun sözlə “şəkil çəkməyi” bacarmalıdırlar. Şeirlərin oxusunda bütöv oxudan, həmçinin şeiri bənd-bənd paylayıb oxutmaqdan da istifadə etmək mümkündür.