Özbaşına Həbslər: bmt ekspertləri Azərbaycana ilk rəsmi səfərə başlayırlar



Yüklə 14.94 Kb.
tarix23.07.2017
ölçüsü14.94 Kb.




Özbaşına Həbslər: BMT ekspertləri Azərbaycana ilk rəsmi səfərə başlayırlar
CENEVRƏ (13 may 2016) – 16-25 may tarixlərində Azərbaycanda azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu ölkəyə ilk rəsmi səfərini edəcək.
On gün davam edəcək səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - İşçi Qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlər ilə görüşlər keçirəcəklər.
Ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla azadlıqdan məhrum olunmuş şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair birinci əldən məlumat toplayacaqlar.
Eksperlər qrupunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşaiyət edəcək.

İşçi Qrupunun ilkin müşahidələrinə dair mətbuat konfransı 25 may 2016-cı il tarixində saat 15:00-da, Bakıda, BMT-nin ölkə ofisində keçiriləcək. Mətbuat konfransı yalnız jurnalistlər üçün açıqdır.


İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.
SON
İşçi Qrupu dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir: Baş Məruzəçi c-b Setondci Roland Adcovi (Benin); Kommunikasiyalar üzrə Sədrin Müavini c-b Xose Qevara (Meksika); İzləmə üzrə Sədrin Müavini x-m Li Tumi (Avstraliya); c-b Seonq-Fil Honq (Koreya Respublikası) və c-b Vladimir Toçilovski (Ukrayna).

Ekspert qrupu azadlıqdan iddia edilən özbaşına məhrum etmə hallarını araşdırmaq üçün 1991-ci ildə İnsan Hüquqları Komissiyası tərəfindən yaradılmışdır. Sığınacaq axtaran şəxslər və köçkünlərin inzibati saxlama hallarını əhatə etmək üçün 1997-ci ildə Komissiya Qrupun mandatını dəqiqləşdirilib və uzadılmışdır. 2013-cü ilin sentyabrında İnsan Hüquqları Şurası İşçi Qrupunun mandatını təsdiq etmiş və daha üç il müddətinə uzatmışdır. Daha ətraflı məlumat: http://www.ohchr.org/EN/Issues/Detention/Pages/WGADIndex.aspx
Özbaşına Həbslər üzrə İşçi Qrupun Məlumat bazası ilə tanış olun: http://www.unwgaddatabase.org/un/
İşçi Qruplar İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları kimi tanınan alətin bir hissəsidir. BMT-nin İnsan Hüquqları sistemində müstəqil ekspertlərin ən böyük orqanı hesab olunan Xüsusi Prosedurlar Şuranın müstəqil faktaraşdırıcı və monitorinq mexanizmlərinin ümumi adıdır. Xüsusi Prosedurlar üzrə mandat sahibləri dünyanın hər bir yerində ölkəyə xas olan halları və ya tematik məsələləri həll etmək üçün İnsan Hüquqları Şurası tərəfindən təyin olunan müstəqil insan hüquqları ekspertləridir. Onlar BMT-nin əməkdaşı deyil və istənilən dövlət və ya təşkilatlardan müstəqildirlər. Onlar ekspert qismində xidmət göstərir və bu iş üçün maaş almırlar.
BMT İnsan Hüquqları, Ölkə üzrə səhifə - Azərbaycan:  http://www.ohchr.org/EN/countries/ENACARegion/Pages/AZIndex.aspx
Daha ətraflı məlumat və mətbuat sorğuları üçün aşağıdakı əməkdaşla əlaqə saxlayın:
Səfər zamanı: Ruslan İsmayıl-zadə (ruslan.ismayilzada@undp.org) və Kamran Bağırov (kbaghirov@ohchr.org) və yaxud +994 12 497 08 69 telefon nömrəsinə zəng edə bilərsiniz.


Səfərdən əvvəl və sonra: Odri Rinaldi (+41 22 917 92 25) və Margarita Neçayeva (+ 41 22 928 94 62) və yaxud wgad@ohchr.org ünvanına məktubla müraciət edin.
Xəbər saytları və sosial media üçün: BMT-nin İnsan Hüquqları üzrə aşağıda adları göstərilən sosial media kanallarında mətbuat üçün açıqlamalarmızdakı multimedia məzmunu və əsas ismarıclarımız yerləşdirilib:

Müvafiq işarələrdən istifadə edərək bizi qeyd edin:


Twitter: @UNHumanRights
Facebook: unitednationshumanrights
Instagram: unitednationshumanrights

Google+: unitednationshumanrights


Youtube: unohchr


Office of the High Commissioner for Human Rights www.ohchr.org

Palais des Nations Email: press-info@ohchr.org

CH-1211 Geneva 10 Tel: +41 22 917 9310

Switzerland Tel: +41 22 917 9383



: Documents -> Issues -> Detention
Documents -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza
Documents -> Videotherapy Video: Cool Runnings Sixth Grade
Documents -> Guidelines on methods for calculating contributions to dgs
Documents -> Document Outline form monthly ret cont
Documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
Issues -> İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi
Issues -> İnsan Hüquqları və Transmilli korporasiyalar və digər biznes müssisələr üzrə bmt-nin İşçi Qrupunun Mandatı
Detention -> Ədalət sistemi
Issues -> Qeyri-rəsmi tərcümə bmt insan hüquqları eksperti Azərbaycanı vətəndaş cəmiyyətinə qarşı cəza yanaşmasına yenidən baxmağa çağırır




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə