P. F. Kazimi TÜrk xalqlarinin kitab və Kİtabxana



Yüklə 1.26 Mb.
Pdf просмотр
səhifə1/12
tarix16.07.2017
ölçüsü1.26 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

 

P.F. KAZIMİ  
 
 
TÜRK  XALQLARININ 
KİTAB  VƏ  KİTABXANA  
MƏDƏNİYYƏTİNİN 
MƏNBƏŞÜNASLIGI 
(MANAQRAFİYA) 
 
 
 
 
 
 
Bakı – Mütərcim -2014 

 

 
 
 
Elmi redaktor;         Əməkdar elm xadimi ,Tarix elmləri  doktoru ,   
professor  Xələfov A.A. 
Rəycilər;             Filolojı elmlər doktoru,professor Ramiz Əsgər   
                        Pedaqogika üzrə fəlsəfə doktoru, dos. Knyaz Aslan 
 
 
 
 
 
 
Kazımi  P.F.  Türk  xalqlarının  kitab  və  kitabxana  
mədəniyyətinin mənbəşünaslığı. Manaqrafiya.- Bakı, 2014. 200 s. 
 
 
 
 
 
 
 
 
© P.Kazımi, 2014 

 

 
TÜRK  XALQLARININ 
KİTAB  VƏ  KİTABXANA  MƏDƏNİYYƏTİNİN 
MƏNBƏYİ  VƏ 
MƏNBƏŞÜNASLIĞI 
 
Hər  bir  xalqın  kitab  və  kitabxana  tarixi  onun  milli  təkamülündə 
mədəni simasını  tam gerçəkliyi ilə ortaya çıxarmağa imkan verir. Kitab 
və  kitabxana  tarixi  anlayışları  yazı,  əlifba,  kitab,  oxucu,təhsil, 
kitabxana, xəttatlıq, miniatür sənətkarlığı və bir sıra digər istiqamətlərdə 
insan  fəaliyyətinin  məhsullarını    ümumiləşdirərək  öyrənir,  bununla  da 
milli  və  regional  mədəni  inkişafın    bitkin  mənzərəsini  yaratmaqda 
əvəzsizdi. 
Türklər 5min illik tarixləri boyunca dünyanın ən böyük və qüdrətli 
bir  neçə  dövlətinin  qurucuları  oldular.  Motun  (Börü  Tonqa),  Atilla, 
Kapgan  Kagan,  Alp  Arslan,  Əmir  Teymur,  Fatih  Sultan  Mehmet,  Şah 
İsmayıl  Xətai,  Mustafa  Kamal,  Heydər  Əliyev  kimi  böyük  dövlət 
adamlarını  yetişdirərək  bu  günkü  dünyanın  formalaşmasına  kömək 
etdilər   
Tədqiqatçı  Ramiz  Əsgər  ortaq  türk  ədəbiyyatının  qədim    və  orta 
dövrünü  xarakterizə  edərkən  maraqlı  bir  konsepsiya  irəli  sürür:"Ortaq 
türk  ədəbiyyatı  qədim  dövrdə  Orxon-Yenisey  abidələrinin,orta  dövrdə 
isə dörd fundamental, möhtəşəm klassik əsərin üzərində yüksəlir.Bunlar  

 

türk  və  dünya  ədəbiyyatının  ən  nadir  incilərindən  biri  "Dədə  Qorqud" 
dastanı,  "Manas"  dastanı,"  Qutadqu  Biliq",  "Divanü  lügat-it-türk" 
əsəridir."(X) 
 Mənbələrin  qiymətləndirilməsində  belə  bir  yanaşmanı  ən  düzgün 
yanaşma  hesab  edərək  tədqiqatımızın  ümumi  konsepsiyasını 
müəyyənləşdirdik. 
Bu  istiqamətdə  indiyə  qədər  bir  çox  mütəxəssis  əsərlər  yazmış, 
məqalələr  və  kitablar  çap  etmişlər.  Azərbaycan,  Türkiyə,  İran(farsdilli 
mənbələr)  və  Rus  sovet  alimlərinin  tədqiqatları  diqqətimizi  daha 
yaxından  cəlb  edir.  Bununla  belə  dünyanın  digər  dillərindən  tərcümə 
olunmuş  və istifadə imkanı yaradılmış mənbələri  də tədqiqatımıza cəlb 
etmiş və mövcud ədəbiyyat kütləsini əsasən üç qrupa ayırmışıq. 
1.İlkin mənbələr. 2.Mötəbər mənbələr. 3.Digər mənbələr. 
Qeyd  olunan  məlumat  mənbələrinin  və  informasiya  kütləsinin 
çoxluğu  tələb  edir  ki  tədqiqatı  rasional    bir  sistem  daxilində 
müəyyənləşdirək  və  həm  coğrafi  arealı,  həm  də  tarixi  periodu 
məhdudlaşdırmayaq. Problemin hassaslığı tələb edir ki, əhəmiyyətindən 
asılı  olmayaraq  bütün  növ  tədqiqatlar  öyrənilsin,  təsnifləşdirilsin  və 
tənqidi  qiymət  alaraq  referatlaşdırılsın.  Məhz  bu  məqsədlə  tədqiqatın 
sonuna    tövsiyə  olunan  ədəbiyyatın  biblioqrafiyasını  əlavə  etmək 
qərarına gəldik. 
Türk  xalqlarının  kitab  və  kitabxana  mədəniyyətinin  mənbəyi 
böyük  coğrafi  arialda  mədəni  mərkəzlər,  görkəmli  şəxsiyyətlər, 

 

şairlər, mütəfəkkirlər, hökmdarlar, elmi, dini və  təhsil  mərkəzləri, 
eləcədə ayrı-ayrı türk xalqları, boyları və dövlətləri olmuşdu. 
“Türk”  sözü  əski  mənbələrdə  müxtəlif  tələffüzlərdə  qeyd 
edilmişdir(Herodotda  “Tarkita”,  Hind  mənbəyində  “Turuxa”,  Çin 
mənbəyində  “Tukuyə”  və  sairə).  VII  əsrdə  Orxon  yazılı    abidələrində  
bugünkü  tələffüzlə  milllət  və  dövlət  mənasında    işlədilmişdir.  Eləcədə 
“Türk”  sözünə  törəmək,  güc  və  qüvvət,məğfər  və  intizamlı  kimi 
müxtəlif  mənalar  da  verilmişdir.  Belə  hesab  edilir  ki,”türk”  sözü 
Göktürk dövlətini quran (552-ci il) və onu idarə edən Aşina (aşmaqdan) 
ailə qəbiləsinin adı olmuş və sonradan bütün millətə və bu dildə danışan 
ellərə şamil olmuşdur. 
 
         Mahmud  Kaşqarinin  Türk  sözünə  verdiyi  şərh  türk  xalqlarının 
mənşəyi  baxımından  diqqəti  cəlb  edir.    Beləki  tədqiqatın  obyekti  türk 
xalqlarının mədəniyyətidir . 
-"Türk:  əleyhissalam  Nuhun  oğlunun  adıdır.Bu  ad  Nuh  oğlu 
Türkün  övladlarına  tanrının  verdiyi  addır..."Türk"sözü    Nuhun 
oğlunun adı kimi işləndikdə tək bir adamı bildirir, övladlarının adı 
olanda "bəşər" sözü kimi coxluq və cəm bildirir." (II cild s.357-358) 
M.Kaşkariyə  etimad  etməməyə  heç  bir  əsasımız  yoxdur.Mənbəyin 
mövzusu,quruluşu və əhəmiyyəti haqqında ayrıca bəhs ediləcək. 
       Göründüyü  kimi  türk  fenomeni  -  etnosun  yaranması,  tarixi, 
mədəniyyəti 
və 
dünya  sivilizasiyasına  göstərdiyi  xidmətlərin 
öyrənilməsi  və təhlili son dərəcə  mürəkkəbdir. 

 

 
Bir  sıra  tədqiqatçılar  türk  xalqlarının  bir  qrupunu  dünya 
mədəniyyətində oynadıgı əhəmiyyətli rolunu qeyd edir və tədqiqatlarını 
bu  istiqamətdə  aparır.Bununla  da  etnosun  bütövlüyü  və  birliyi  sual 
altına  düşür.  Türk    fenomeni    böyüklüyü,  bütövlüyü,  dünyaya  açıq 
olması, tolerantlıgı, etnik özünəqapanmadan uzaq olması, din, dil, əlifba 
çərçivəsində məhdudlaşdırmamaqla özünü ifadə edir. Təsadüfi deyil ki, 
ən qədim zamanlardan türklər bir neçə dildə danışmış, bir necə əlifbada 
yazmış və böyük bir cografiyada dominant xalq olmuşdu. Beləliklə türk 
xalqlarının  kitab  və  kitabxana  tarixi    mədəni  insan  cəmiyyətinin 
inkişafının ümumi konturlarını göstərən vacib bir tədqiqat istiqamətidir. 
Türk  xalqları  üçün  əlifba,yazı,  yazı  materialı,  kitab,  kitabxana  xüsusi 
anlam  daşımış,  dünyanı  dərk  etmək,  digər  insan  toplumları  ilə  əlaqə 
saxlamaq,  öz  həqiqətlərini  ifadə  etmək,  digərlərinin    həqiqətlərini 
öyrənə  bilmək,  bir  sözlə  dövrün  mühüm  informasiya  kommunikasiya 
vasitəsi  olmuşdur.  Bir  çox  digər,  xüsusilə  də  kiçik  xalqlardan  fərqli 
olaraq əlifba, yazı və kitab lokal dini maraqlara, xalqların özünü təcrid 
maraqlarına,  reqional  idarəetmə    vasitəsinə      cevrilməmişdi.  Məsələn, 
IX əsrdə Rusiya  yeni dini inancları qəbul etməklə  yeni  əlifba da qəbul 
edir.  Bu  əlifda  İsa  Məsihin  dövrünün  əlifbası  və  ya  xristianlıgın 
yayıldığı əlifba da deyildi. Kiril və Mefodi Latın əlifbası  əsasında yeni 
Rus  əlifbasını  tərtib  edərkən  əksər  latın  əlifbası  işarələrinin  ifadə 
etdikləri  səsləri  dəyişərək  yeni  əlifba  yaradır.  Məqsəd  etnik  qrupların 

 

dini  birliyə  məruz  qalmaqla  inteqrasiyasının,  bununlada  etnik 
transformasiyasının qarşısını almaq idi.  
         İnformasiyanın  nəhəng  təsir  gücünü  həm  antik,  həmdə  orta  əsr 
hökmdarları,  mütəfəkkirləri,  din  xadimləri  bilir  və  qeyd  olunan 
texnologiyaları  tətbiq  edirdilər.  Bu  texnologiyaların  tətbiqini 
xristianlığın Qafqazda yayılması zamanı da müşaət etmək olar. Alban, 
Gürcü  və  erməni  əlifbalarının  tərtibi  zamanı  "yaradıcı"və  "daşıyıcı" 
əlifbalardan  imtina  olunaraq  yeni  qrafik  quruluş  tətbiq  olunur  və  eyni 
işarələrə müxtəlif səslər yüklənməklə etnik qrupların  izolyasiyası təmin 
edilmişdi. 
 
 Türklər  dünyada  yazısı,  yəni  özlərinə  aid  bir  neçə  əlifbası  olan 
öndər  toplumlardan  biridir.  Bu  gün  məqsədli  olaraq  Orxon  və  ya 
Yenisey  əlifbası  deyə  də  adlandırılan  bu  yazı  sisteminin  zaman-zaman 
başqa  xalqlardan  türklərə  keçdiyinə  dair  iddialar  varsa  da,  hələ  ki  bu 
vəziyyət    elmi  sübut  edilməmişdir.  Mövzuya  aid    olduğuna  görə  bunu 
da qeyd edək ki, əlifbanın “runik” deyə adlandırılması qədim skandinav 
yazılarının  münasibətindən  qaynaqlanır  ki,  “runik”  sözü  skandinavca 
“sirr, əsrar”  mənasını verir. Kök Türk (Türük Bil) Əlifbası şəklində də 
adlandırılan    milli  türk  yazısı  türkcədəki  bütün  səsləri  göstərməsi 
baxımından son dərəcə maraqlıdır. Bu hərflər   türkcənin səs uyumuna 
görə hazırlanmışdır deyən mütəxəssislər daha inandırıcıdır. 
 Onlar  
bu əlifba vasitəsi ilə oxumağı, yazmağı öyrəndikləri kimi, millətlərarası 

 

anlaşmalarda da bu yazıdan istifadə edir və Asiyanın müxtəlif  xalqları 
da bundan yararlanırdılar.  
 
Uyğur  türkləri  Soqd  mənşəli  olduğu  söylənilən  bir  əlifbanı 
yaratdılar və özlərindən kənar bir sıra toplumların da istifadə etməsinə 
vasitəçi  oldular.  Moğollar  uyğurları  məğlubiyyətə  uğratdıqdan  sonra 
onların güclü  mədəniyyətinə tabe oldular və uyğur yazısından istifadə 
etməyə başladılar. Nəhayət, uyğur  katibləri və dövlət işçiləri bütün sivil 
idarələri  əllərinə  keçirdilər.  Çingiz  xanın  nəvələrinin  dövründə 
Mavərənnəhr,  Xorasan  və  İraqdakı  dəftərxana    məmurlarının    çoxu 
uyğurlar idi. 
Bu gün moğol millətinin əlifbası hələ də milli uyğur 
türk yazısıdır. 
  Uyğurların kitabları kağız üzərinə ya əl ilə yazılır ya da basılırdı. 
Bu, Çin kağızından fərqli idi. Uyğurların özlərinin kağız emal üsulunun 
olması da bir həqiqətdir. IX və X əsrlərdə çinlilərin blok basqı üsulu ilə 
çoxaltma  texnologiyasından  fərqli  olan    bir  basqı  sənəti    tətbiq
 
olunurdu. 
Sərt  ağacdan  tək-tək  hərəkətli  uyğur  hərfləri  ilə  kitab 
basmağı  ilk  olaraq    həyata  keçirmişlər.  Türküstandakı  müxtəlif 
qazıntılar  nəticəsində torbalar içində belə hərflər  tapılmışdı ki, bu da 
fikrimizi  sübut  edir.  Uyğur  türklərinin  bu  şəkildə  kağız  və  mətbəə 
üsullarındakı yenilikləri insan  cəmiyyətinin  inkişafına  xidmət etmişdi. 
Elmi  biliklərin    yayılmasında    son  dərəcə  önəmli  bir  yerə  sahib  olan 
Türklər    xüsusi araşdırmaların aparılmasını tələb edir. Türk köçlərinin 
xüsusilə    qərbə  doğru  olması  və  burada  məcburən  fərqli  siyasi 

 

quruluşların və mədəniyyətlərin olması yeni türk mədəni çevrələrinin də 
ortaya çıxmasına səbəb olurdu. Mədəniyyətlərin və dillərin inteqrasiyası 
zamanı,  daha  mükəmməl  əlifbanın  tətbiq  olunması  ehtiyacı  gündəmə 
gəlirdi.  
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 

 
10 
 
Türk xalqları və dövlətləri.
 
  
 
       Ən qədim zamanlardan müxtəlif  türx xalqlarının adlandırılması ilə 
əlaqədar    fərqli  baxışlar  mövcuddur.  Nüfuzlu  Rusiya  tədqiqatçısı 
M.Z.Zakiyev  özünün  "Turkskaya  linqvisticeskaya  arxeologiya" 
əsərində qeyd edir ki,  bulqar-tatarları özlərini heç bir zaman türk olaraq 
adlandırmayıb və türk anlayışı XIX əsrin sonları, XX əsrin əvvəllərində 
tədqiqatçılar  tərəfindən  dövriyyəyə  daxil  edilmişdi.  Ümumiyyətlə  türk 
xalqlarının  çox  sayda  müxtəlif  adlarla  adlandırılması  bütün 
tədqiqatcıların  diqqətini  cəlb  etmişdi.  Məhz  bu  cəhətdən  müvafiq 
tədqiqatların elmi mötəbərliyi məsələsi gündəmə gəlir.  
Yeri  gəlmişkən  Mahmud  Kaşkarinin  Türk  sözünə  verdiyi  şərhi  də 
xatırlatmaq  yerinə  düşər.  Beləki  tədqiqatın  obyekti  türk  xalqlarının 
mədəniyyətidir, qısaca desək "türklərdir". 
-"Türk:  əleyhissalam  Nuhun  oğlunun  adıdır  .Bu  ad  Nuh  oglu 
Türkün övladlarına tanrının verdiyi addır..."Türk"sözü  Nuhun oğlunun 
adı  kimi  işləndikdə  tək  bir  adamı  bildirir,  övladlarının  adı  olanda 
"bəşər"  sözü  kimi  çoxluq  və  cəm  bildirir."  (II  cild  s.357-358) 
M.Kaşkariyə  etimad  etməməyə  heç  bir  əsasımız  yoxdur.  Mənbəyin 
mövzusu, quruluşu və əhəmiyyəti haqqında ayrıca bəhs edilir. 
Uzun  müddət  türklərin  yaşadığı  cografiyanı  gəzmiş  M.Kaşkari  öz 
əsərində 30-dan yuxarı türk ləhcəsini o cümlədən oğuz, qıpcaq, karluk, 

 
11 
bulqar  və  digər  türk  dilində  danışan  xalqlar  haqqında  geniş    məlumat 
verir. 
        Belə  hesab  etmək  olar  ki  türk    insanları  əsasən  üç    formada  
adlandırılmışlar: 
1.Boyların vəya tayfaların adı ilə. 
2.Yaşadıqları coğrafi adlarla. 
3.Digər xalqların verdiyi adlarla. 
        Bir qrup tədqiqatçılar 30, bəziləri 60 müxtəlif adlarla, müxtəlif 
coğrafiyalarda  yaşayan  türk  xalqlarının  adını  çəkir.  Tədqiqatçı 
Mədət  Çobanov  "Türkün  qızıl  kitabına"(Rəfiq  Özbək)    istinad 
edərək  Türk  xalqlarının  112  tanınmış  dövlət  qurumu  haqqında 
məlumat  verir.  Bunlar  arasında  15  imperatorluq,  38  dövlət,  34 
bəylik,  4  atabəylik,  16  xanlıq,  5  cumhuriyyətin  adı  çəkilir. 
A.N.Qumilovun  tədqiqatlarında  da    çox  sayda  türk  uluslarının  adı 
çəkilir  ki,  bunların  bir  hissəsi  böyük  köçlər  zamanı  adları  əvəz 
olunur, yeni adlar qoyulur, coğrafi adlarla adlandırılır, bəzi hallarda 
əsarət altına düşərək adları zorla dəyişdirilir. Məsələn, Çar Rusiyası 
zamanı  azərbaycanlılara  qafqaz  tatarları,  qazaxlara  qırğız  deyə 
müraciət etmişlər ki, bir sıra areallarda bu proses bu gün də davam 
edir. 
        Tədqiqatçı F.Mustafa Araz nəşriyyatında 2012- ci ildə çapdan 
çıxmış  "100  tyurkskix  etyudov"  ensiklopediyasında  hal-hazırda 
mövcud olan 100 adda türk dillərini təsnifləşdirir: 

 
12 
1)  Azərbaycanlılar,  2)  Altaylılar,  3)  Arqular.  4)  Qıpçak 
erməniləri,  5)  Atuşlular,  6)  Balkarlar,  7)  Barabinlilər,  8) 
Baraqunilər,  9)  Basmılılar,  10)  Başqırdlar.  11)  Beltırlər,  12) 
Besermyanlar,  13)  Bulqarlar,  14)  Qaqauzlar,  15)  Dulqanlar, 
16)  İkanlı  karabulaklılar,  17)  İli  türklər,  18)  İliylilər  və  ya 
kuldjinlər, 19) Kazaxlar, 20) Kanlı, Kanqlı, Kanqli, 21) Cənubi 
Kappadokiyalılar,  22)  Karaimlər,  23)  Karakalpaklar,  24) 
Karamanilər,  25)  Karamanlılar,  26)  Karaçaylılar,  27) 
karluklar, 28) Kaşkaylılar, 29) Kereilər, 30) Kereitlər, 31) Göy-
Monçakçılar,    32)  Qırğızlar,  33)  Krımçatlılar,  34)  Koybalılar, 
35)  Kumadinlər,  36)  Kumıklar,  37)  Kuraminlər,  38)  Kızıllılar. 
39)  Yenisey  Qırğızları,  40)  Lebedinlər,  41)  Lobnorlar,  42) 
Manqıtlar,  43)  Maymınlar,  Maymalar,  44)  Mesxetilər,  45) 
Meşerlər,  46)  Mişarlar,  47)  Naqaybaklar,  48)  Naymanlar,  49) 
Çöl Noqayları, 50) Budjak Tatarları (Noqaylar), 51) Oyratlar, 
52)  Pontiçlər,  53)  Salarlar,  54)  Sarıq-Yuqurlar,  55)  Soyot-
çatanlar, 56) Soyotlar, 57) Sonkorlar, 58) Tatarlar, 59) Alabuq-
Noqay  Tatarları,  60)  Astraxan  Tatarları,  61)  Barabin 
Tatarları, 62) Krım Tatarları, 63) Kıryaşen Tatarları, 64) Sibir 
Tatarları, 65) Saqay Tatarları, 66) Dağ Tatları, 67) Telenqitlər, 
68) Teleutlar, 69) Teptiyarlar, 70) Tofalar, 71) Türkmənlər, 72) 
Türkiyə  türkləri,  73)  Turxmənlər,  74)  Tuvalılar,  75)  Tubalar, 
76)  Tuvinlər  (todjinlər),  77)  Turkomanlar,  78)  Turfanlar,  79) 

 
13 
Xorasan  türkləri,  80)  Özbəklər,  81)  Uyqurlar,  82)  Urumılılar, 
83)  Fuyuy  qırğızları,  84)  Çalkanlılar,  85)  Çulımlılar,  86) 
Çuvaşlar,  87)  Xakaslar,  88)  Xalaclar,  89)  Xotonlar,  90)Çalkın 
Yunanları,  91)  Çaatanlar,  92)  Çenqelilər,  93)  Şarlar,  94) 
Şorlar, 95) Çalklar, 96)  Eynu və ya Abdallar, 97) Yuryuklar, 
98) Yuyqurlar, 99) Yakutlar, 100) Yarınlılar,     
         Göründüyü  kimi  türk  fenomeni-etnosun  yaranması,  tarixi, 
mədəniyyəti  və  dünya  sivilizasiyasına  göstərdiyi  xidmətlərin 
öyrənilməsi və təhlili son dərəcə mürəkkəbdir. 
Bir  sıra  tədqiqatçılar  türk  xalqlarının  bir  qrupunu  dünya 
mədəniyyətində  oynadığı  əhəmiyyətli  rolunu  qeyd  edir  və 
tədqiqatlarını bu istiqamətdə aparır. Bununla da etnosun bütövlüyü 
və birliyi sual altına düşür.  Türk  fenomeni  böyüklüyü, bütövlüyü, 
dünyaya  açıq  olması,  tolerantlığı,  etnik  özünə  qapanmadan  uzaq 
olması,  din,  dil,  əlifba  çərçivəsində  məhdudlaşdırmamaqla  özünü 
ifadə edir. Təsadüfi deyil ki, ən qədim zamanlardan türklər bir neçə 
dildə  danışmış,  bir neçə  əlifbada  yazmış  və  böyük bir cografiyada 
dominant xalq olmuşdu. 
         İndi  isə    bir  neçə  türkdilli  xalqlar  və  onların  yaratmış 
olduqları  dövlətlər,  dil,  mədəniyyət  və  ədəbiyyat    haqqında 
məlumat verək. 
Uyğurlar:  Uyğurlar  sayına  görə  Türkiyə  türkləri, 
Azərbaycan, özbək, qazax və tatarlardan sonra altıncı türk xalqıdır. 

 
14 
Uyğur  xalqının  əsas  hissəsi  Çin  Xalq  Respublikasında  yaşayır. 
BMT-nin 1991-ci il statistik məlumatına görə, Çində 9 milyondan, 
Əfqanıstanda  2  milyondan  çox  uyğur  yaşayır.  1989-cu  il  əhalini 
siyahıyaalmaya  görə  əsasən,  Qazaxıstan  və  Qırğızıstan 
Respublikalarında  262.129 nəfər uyğur yaşayır. 
 
 
 
Uyğurlar  toplu  halında      əsasən  Çin  Xalq  Respublikasının 
qərbində  Şərqi  Türküstanda  yaşayırlar.  1955-ci  ildə  Sintzyan-
Uyğur  Muxtar  Rayonu  yaradılmışdır  ki,uyğurlar  onun  əhalisinin 
əksəriyyətini  təşkil  edir.Bundan  başqa  uyğurlar  Qazaxıstan 
Respublikasının  da  cənubunda  toplu  halında  yaşamaqdadırlar.
 
XIV  əsrdən  başlayaraq  uyğurların  soyadı  tədricən 
unudulmuş,  onların  ümumi  adı  olmamış  və  onlar  özlərini 
yaşadıqları  yerin  adı  ilə  adlandırmışlar.  Məsələn:  Ağsuda 
yaşayanlar ağsuluq, Kaşkarda yaşayanlar kaşğarlıq və s.   
 
Kaşğar əyaləti mancurlar tərəfindən  işğal edildikdən sonra 
burda  yaşayan  uyğurlar  tarançi,  yəni  əkinçi  adlandırılmağa 
başlayır.  1881-1883-cü  illərdə  Rusiyanın  Cetusi  və  Qazaxıstanın 
cənub  əyalətinə  köçən  uyğurlar  da  tarançi  adlanır.  Bundan  başqa 
1917-ci ilə qədərki rus dilində yazılmış elmi ədəbiyyatda uyğurları   
sart, Şərqi Türkustan tatarları da adlandırılmışlar. Uyğur adı sovet 
uyğurlarının 1921-ci ildə Daşkənddə keçirilmiş qurultayında qəbul 
edilmişdir  və  beləliklə,  XIV  əsrə  qədər  mövcud  olmuş  qədim 
etnonim bərpa edilmişdir. Uyğur Muxtar Rayonunda (Çin) yaşayan 

 
15 
uyğurlar  sonralar,tədricən  öz  soyadlarını  bərpa  etmişlər    və  hal-
hazırda bu ad bütün uyğurlar tərəfindən qəbul edilmişdir. 
 Görkəmli  alim  Ramiz  Əsgər  M.Kaşkarinin  divanına 
əsaslanaraq qeyd edir ki, Uyğurlar kağızı və (literi) mətbəə şriftini 
ilk    kəşf  etmiş  bir  türk  boyudur.  XI  əsrdə  onlar  Urumçi,  Turfan, 
Beş Balık, Hami şəhərlərində və ətrafdakı bölgələrdə  yaşayırdılar. 
Kansu  bölgəsindəki  sarı  uyğurlar  tanqutların  hakimiyyəti  altına 
girmiş,  bir  qismi  isə  qərbə  köç  etmişdi.    »Divan«da  uyğurlar 
haqqında  xeyli  məlumat  verilir.  Onların  İskəndərlə  savaşları, 
şəhərləri, ləhcəsi, əlifbası, atalar sözləri barədə bilgilər verilir.  
Uyğur  dili  və  Uyğur  ədəbiyyatı:  Oğuzlar  (doğğuz  oğur-
uyğur)  Göktürk  dövlətini  yıxıb,  onların  yerinə  keçəndən  (745)  az 
bir  müddət  sonra,  üçüncü  xaqanları  Buğu  xan  mani  dinini  qəbul 
edib, onu öz dövlət dini qəbul etdi (h. 142\m. 763). Bundan sonra 
Mani  dini  ilə  bərabər,  mani  dininə  inanan  Soğd  missionerləri 
vasitəsilə  Mani  yazısı  da  türklər  arasında  yayıldı.  Göktürk  yazısı 
tərk edildi. Uyğurların ikinci xaqanı Moyin Çor üçün tikilən abidə 
göktürk yazısı ilə olduğu halda, bundan sonrakı yazılı mətnlər yeni 
yazı  ilə  yazılmağa  başlandı.  Yeni  yazı  soğd  yazısında  bəzi 
dəyişiklər  edərək  icad  edilib,  uyğur  yazısı  adlandırıldı.  Uyğur 
yazısı türklər arasında Mani, Budda və İslam dini yayılandan sonra 
da uzun əsrlər işləndi və   XVI əsrə qədər davam etdi.  

 
16 
Uyğur  əlifbası  sağdan  sola  yazılır,  18  hərfdən  ibarətdir  və 
türk dilinin xüsusiyyətlərini ifadə etmək üçün   kifayət deyildi. Bu 
əlifbada “p”, “b”, “f” səsləri üçün bir hərf vardır, “g” səsi üçün də 
bir  hərf  mövcuddur.  “O”,  “u”,  “ö”  “ü”  üçün  də  yalnız  bir  hərf 
vardır. Uyğur dili göktürkcənin davamıdır . 
 
 
Uyğur  yazısının  tarixi  eranın  əvvəllərinə  gedib  çıxır.Onlar 
əvvəllər  Orxon-Yenisey  əlifbasından  istifadə  etmiş  və  sonra  soğd 
əlifbası  əsasında  qədim  uyğur  əlifbası  yaratmışlar.Qədim  uyğurlar 
hər  iki  əlifba  ilə  bir  hissəsi  orijinal,bir  hissəsi  hind,Çin,toxar 
dillərindən  tərcümə  edilmiş  zəngin  ədəbiyyat  yaratmışlar.Uyğur 
dilində  yazılmış  bədii  əsərlərin  tarixi  bizim  eranın  IV-V  əsrlərinə  
aid edilir.
 
 
 
 
 
 
 
 
 
Türklərdə  ilk  kitabxanaların  quruluşuna  dair  məlumatlar  
Orta  Asiyada  Uyğur  Türkləri    tarixində  rast  gəlinir.Tanınmış 
Moğol  tarixi    tədqiqatcısı  Marujo  d`Ohsonn  bir  çinli  səyyahdan 
eşitdiklərinə  əsasən  uyğur  məmləkətlərində  xalqın  istifadəsi  üçün 
açılmış 
ümumi 
kitabxanaların 
olduğunu 
bildirmişdir.Bu 
kitabxanada  mövcud  olan  30.000-ə  yaxın  əlyazma  əsəri  Qaraxoca 
və  Turfan qazıntılarında qərblilərin  əlinə keçmişdir. Türk və  Şərqi 
Türküstan  tarixinin  öyrənilməsində  böyük  əhəmiyyəti  olan  bu 
tapıntıları  qərb  tarixcilərindən  ilk  dəfə  Sir  Aurel  Stein  görmüşdür. 
Uyğurlara  aid  bu  kitabxana  So-Ço  çayının  şərqindəki  bir  surun 
cənubuna  qədər  gələn  Tun-Huang  vahəsindəki  Bin  Buda 

 
17 
mağaralarında        bir  rahib  tərəfindən  tapılmışdır.Ancaq  bu 
kitabxana  ilk  tapıldığı  vaxtda  buradakı  kitablara  əl  vurmaq 
mümkün olmamışdır. Çünki kitabların tapıldığı  Bin Buda mağarası 
ətrafda  yaşayan  əhaliyə  görə  müqəddəs  hesab  olunurdu.  Ancaq 
Steinin gözəl sözləri, inandırıcı dəlilləri və çinli rəhbərlərin köməyi 
ilə  xəzinəyə  girmək  mümkün  olmuşdur.  Xəzinə  Steinin  təxmininə 
görə,  1000  il  gizli  qalmışdır.  Bu  kitab  xəzinəsinin  qapıları  da 
düşmən təcavüzünə qarşı freskalar ilə örtülmüşdür. Əsərlər burada 
çox  uzun  müddət  qalmış  olmalarına    baxmayaraq   xarab  olmadan 
günümüzə  qədər  gəlib  çıxa  bilmişlər.Stein  bu  əsərləri  gördükdən 
sonra Çin dilinə aid əsərlər xaric digərlərini mağaradan   çıxardaraq 
tədqiq  etmiş  və  24  sandıq  tutumunda  əlyazma  tomarı  və  rəsm 
sənətinə  aid  əsəri  Londondakı  evinə  göndərmişdir.    Qədim  uyğur 
ədəbiyyatı  nümunələri,  heç  şübhəsiz,  qədim  uyğurların  bədii 
təfəkkürünün  məhsuludur.  Lakin  heç  bir  xalq  boşluqda  yaşayıb 
inkişaf  etmir,onu  əhatə  edən  xalqlarla  daim  siyasi,ictimai,iqtisadi 
və mədəni təmasda olur. Bu baxımdan qədim uyğurlar istisna təşkil 
etmir.  Buna  görə  də  qədim  uyğur  mədəniyyətinin  inkişafında 
uyğurların  qonşuları  Çin,  Hind  və  İran  xalqlarının  da  payı  
olmuşdu.  Eyni  zamanda  qədim  uyğurlar  da  onunla  təmasda  olan 
xalqların mədəniyyətinə təsir göstərmişlər. 
740-cı ildə Uyğur dövləti qırğızlar tərəfindən işğal olundu və 
dağıdıldı.  Bundan  sonra  uyğurların  bir  qismi  Tarım-Turfan 

 
18 
hövzəsinə  gedib  Hoçunu      mərkəz  seçərək,  Uyğun  dövlətini 
qurdular, bir qismi də Çinə, Kaansuya gedib, Çinə tabe oldular.  
Uyğur  ədəbiyyatı  yeni    ərazilərdə  də  davam  edir,  yeni 
məzmun  daşıyır  və  mənsur  əsərlərlə  zənginləşirdi.  Bu  ədəbiyyatın 
iki xüsusiyyəti   qeyd olunur:  birinci dini motivlərlə olması,  digəri 
daha  çox  tərcümə  əsərlərinə  təmaül  olması.    Tərcümə  çincə, 
sanskritcə, tibetcə, toxarca və soğdcadan olmuşdur.  
  Uyğur ədəbiyyatını iki qismə ayırırlar: 
1.
 
 Maniçi ədəbiyyat, (yəni Mani dininə inanan uyğurların meydana 
gətirdiyi ədəbiyyat.)  
2.     Budda   ədəbiyyatı.
 
 
 
Uyğur  ədəbiyyatının    tədqiqatçıları  VIII  yüzillikdən 
başlayaraq  yaranan  dini  mətnləri  də  ədəbi  nümunələr  kimi 
öyrənirlər. Bunlar əsasən dua mətnləri olub   ilk poetik nümunələr 
hesab edilə bilər.
  
 
 
 
 
 
 
 
XVII əsrdən başlayaraq yeni uyğur ədəbi dili formalaşmağa 
başlanır.  Bu  ədəbi  dil  orta  uyğur  dilinin  bir  sıra  xüsusiyyətlərini 
qoruyub  saxlasa  da,  ümumxalq  danışıq  dilinə  xeyli  yaxınlaşır.  
Uyğur  dilindəki  bu  demokratikləşmə  prosesi  XVII-XIX  əsrlərin 
şair  və  yazıçılarından  Hirkiti,  Novbati,  Zəlili,  Abdurehim  Nizari, 
Molla  Şakir,  Molla  Bilal  və  başqalarının  əsərlərində  təcəssüm 
etmişdir.  XVII-XIX  əsrlərdə  Xotanda  yaşamış  şairə  Sarıxanın 
şeirləri xalq arasında geniş  yayılmışdır. Onun şeirlərinin bir qismi 

 
19 
indi də uyğurlar tərəfindən mahnı kimi oxunur. XIX əsrdə yaşamış 
Molla  Musanın  “Tarix-i  Eminiye”  əsəri  memuar  tarixi  janrında 
yazılmışdır.  XIX  əsrin  görkəmli  şairi  Molla  Bilalın  şeirləri  xalq 
yaradıcılığı ilə sıx bağlı idi.
  
 
Tarixçi  Eberhardın  yazdığına  görə,  Çinin  1875-ci  ildə 
yenidən  Şərqi  Türküstanı  işğal  etməsi  10  milyon  insanın  məhvinə 
səbəb  oldu.  Onlar  arasında  çoxlu  istedadlı  gənc  şairlər,  yazıçılar, 
sənətkarlar  də  vardı.  Ümumiyyətlə,  Şərqi  Türküstanda  daha  çox 
şair və yazıçının gənc ikən dünyasını dəyişdiyi müşahidə olunur ki, 
bu da ölkədə irticanın hökm sürdüyünü göstərir. Türk memarlığına 
uyğun  tikilən  binalar  sökülüb  yerində  Çin  üslubunda  binalar 
tikilirdi.  Türkcə  olan  yer  adları  dəyişdirilib  çinliləşdirildi.  Əhali 
çincə  oxumağa  və  çinlilərlə  evlənməyə  təhrik  edildi.  Milli  əxlaqı 
pozmaq  üçün  qumarxanalar,  meyxanalar  və  s.  yaradıldı.  Şərqi 
Türküstan, türk və Türküstan sözlərini işlətmək, qəzet, jurnal nəşr 
etmək, Türkiyədən və müsəlman ölkələrindən kitab və s.  gətirmək  
qadağan  edildi.  Bu  da  ədəbiyyatın,  sənətin,  mədəniyyətin 
inkişafında  bir  durğunluq  və  tənəzzül  yaratsa  da,  milli  şüurun  
oyanişı və milli təəssübə səbəb olurdu. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə