P L a n təfəkkür və onun formaları


Fikri proseslərin əsas əməliyyatları



Yüklə 24,76 Kb.
səhifə6/7
tarix25.11.2022
ölçüsü24,76 Kb.
#70463
1   2   3   4   5   6   7
5327 (4

Fikri proseslərin əsas əməliyyatları. Fikri proseslər problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və hansısa problemin həllinə istiqamətləniyaları subyektin təsəvvürlərində qeyri-adekvat, təsadüfi və qeyri-əsas əlamətlərlə verilib. Daha adekvat dərk etmə təfəkkür qarşısında duran məsələ həlli üçün, idrak prosesləri çoxlu əməliyyatlardan istifadə edir. Be­lə əməliyyatlara təhlil, tərkib, müqayisə, mücərrədləşdirmə, ümumiləşdirmə, konkretləşdirməni aid edilir. Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və münasibətlərinin açılmasına yönəlib. Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin – təhlil və tərkib (analiz və sintez) vasitəsi ilə bu əlamətləri aydınlaşdırmaq mümkündür.
Təhlil – əşyanın, hadisənin fikrən hissələrə, anlara, tərəflərə bölünməsidir. Tərkib təhlil vasitəsi ilə ayrılmış, parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir. Təhlil problemi hissələrə bölür, tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir. Təhlil və tərkib əməliyyatlarının köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa doğru gedir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib vasitəsilə tamın mahiyyət əlaqələri açılır.
Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi, əvvəlcə əşyavi, hərəkət planında əmələ gəlir. Təhlil və tərkib bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrılmış əlamətlər tərkibin köməyi ilə fikirdə bütövləşir. Bəzi insanlar təhlilə meylli olmaları – dəqiqlik və aydınlığı, digərləri isə tərkibin genişliyi ilə seçilir. Təhlil və tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən, digər münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə aşkarlanır.
Müqayisə – şeyləri, hadisələri, onların xüsusiyyətlərini qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır, müəyyən edir. Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir. Müqayisə idrakın formasıdır, şeylər əvvəlcə müqayisə yolu ilə dərk olunur. Bu, həm də idrakın elementar formasıdır. Oxşar və fərqlər əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcə xarici münasibətlər kimi çıxış edir. Müqayisə oxşarda fərqi, fərqdə oxşarı tapmağa yönəlib. Daha dərin mahiyyət əlamətlərini, qanunauyğunluqları və daxili əlaqələrin açılmasını tələb edir. Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra tələblər verilir. Hər şeydən əvvəl, müqayisəni eynicinsli obyektlər üzərində aparmaq lazımdır. Məsələn, tələbə ilə fincanı müqayisə etmək olmaz. Digər tərəfdən müqayisə zamanı müqayisə olunan obyektlərin hamısında eyni əlamət götürülməlidir. Məsələn, iki tələbədən birinin intizamını, o birinin isə təlim müvəffəqiyyətini götürüb müqayisə etmək olmaz.

Yüklə 24,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin