Pages preview



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#1699
  1   2   3   4   5   6   7   8   9   10


8

2014/2 (15)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7 (479.24)

Feyziyeva K.V.

XIZI RAYONU ÜZRƏ APARILAN DİSPANSERİZASİYA ÇƏRÇİVƏSİNDƏ 

GÖZÜN VƏ ONUN ƏLAVƏ APARATININ AŞKARLANMIŞ 

XƏSTƏLİKLƏRİNİN YAYILMA TEZLİYİ



Xızı Rayon Mərkəzi Xəstəxanası, Xızı şəh., Azərbaycan

Açar sözlər: gözün və əlavə aparatının xəstəlikləri, ümumi xəstələnmə

Ətraf mühitin dərk edilməsində insan gözünün rolu əvəzsizdir. Görmənin sayəsində insanın əmək və sosial 

fəaliyyətinin keyfiyyəti yüksək olur. Gözün ağır xəstəlikləri görmə funksiyasına təsir göstərərək müxtəlif dərəcəli 

zəif görmə, hətta tam korluq yaradıb, əlilliklə nəticələnə bilər [1].

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən dünyada 39 mln. kor və 246 mln. zəif görən 

vardır. Deməli, ümumilikdə 285 mln. insan görmə qüsurundan əziyyət çəkir. Zəif görənlərin 65%-ni, kor olanların 

isə 82%-ni 50 yaşdan yuxarı əhali təşkil edir. 1999-cu ildə ÜST-ün və bir sıra beynəlxalq təşkilatların səyi ilə 

“Vision-2020” – the right to sight (görmə hüququ) başlıqlı Qlobal Fəaliyyət Planı (Global Action Plan 2014-2019) 

hazırlanıb. ÜST-ün və Beynəlxalq Korluqla Mübarizə Təşkilatının birgə təşəbbüsü olan “Vision-2020” layihəsi 

çərçivəsində qlaukoma, katarakta, yaşla bağlı makulyar degenerasiya, diabetik retinopatiya, refraksiya qüsurları 

kimi görmə zəifliyinə və korluğa səbəb olan xəstəliklər bir siyahıdadırlar [2].

Göz  xəstəlikləri  arasında  geniş  yayılmasına  və  ağır  fəsadları  ilə  seçilən  patologiyalardan  biri  olan  büllurun 

patologiyası  oftalmoloji  xəstəliklərlə  bağlı  ilkin  əlilliyin  əsas  nozoloji  səbəbləri  arasında  orta  hesabla  13,7 

0,27%  paya  malikdir  [3].  2-ci  tip  şəkərli  diabet  aşkarlanan  zaman,  artıq  həmin  xəstələrin  1/3-nin  göz  dibində 

retinopatiyanın olduğu təyin olunur [4].

75%  korluq  halları,  85%  görmə  pozulmaları  profilaktika  və  ya  müalicə  oluna  bilərdi.  Qlobal  Fəaliyyət 

Planındakı  məqsəd  görmə  pozulmalarını  və  korluğu  azaltmaqdır.  Bu  məqsədə  nail  olmaq  üçün  atılan  ilk 

addımın isə məlumat toplanılmasının olması göstərilib [2]. Prezident İlham Əliyevin göstərişi ilə 2014-cü ildə 

respublikanın  bütün  əhalisi  profilaktik-tibbi  müayinələrdən  keçirilmişdir.  Xızı  Rayon  Mərkəzi  Xəstəxanasında 

da xəstəlikləri aşkarlayıb məlumat toplamaq məqsədi ilə profilaktik yoxlamalar aparılıb. Belə ki, əgər xəstəlik 

vaxtında, ağırlaşmadan aşkarlanarsa, o zaman müalicənin nəticəsi də uğurlu alınar. Bu məqsədlə də profilaktik 

yoxlamaların keçirilməsinin və xəstəlikləri aşkarlamanın böyük faydası vardır.

İndiyədək Azərbaycanın bir sıra rayonlarında əhalinin görmə qüsurlarının öyrənilməsi ilə əlaqədar müxtəlif 

tədqiqatlar aparılsa da, Xızı rayonunda yaşayan əhali arasında belə bir araşdırma həyata keçirilməmişdir [1,5].



İşin məqsədi – Xızı rayonunda yaşayan 18 yaşdan yuxarı şəxslər arasında gözün və onun əlavə aparatının 

xəstəliklərinin rastgəlmə tezliyinin təyini.




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin