“Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov



Yüklə 25.27 Kb.
PDF просмотр
tarix13.06.2017
ölçüsü25.27 Kb.

“Palitra”.-2010.-8 yanvar.-N.2.-S.5.

Vidadi Salahov:

"Azәrbaycanlılar Qazaxıstanın bütün dövlәt orqanlarında çalışırlar"

Xaricdә yaş ayan soydaş larımız arasında siyasi-iqtisadi, sosial-mәnәvi birliyin olması ilә yanaşı  onların

qarşısında  azәrbaycançılıq  ideologiyasına  әsaslanan  bir  sıra  tarixi  vәzifәlәr  durur.  Burada  Azәrbaycan

reallıqlarının dünyaya olduğu kimi çatdırılması,  elәcә dә vәtәnә  sәdaqәtlilik  kimi meyarlar öz әksini tapıb.

Bu  amala  sadiq  qalan  xaricdәki  diaspor  tәşkilatlarımız  fәaliyyәtlәrini  daha  da  güclәndirirlәr.  Hazırda  öz



fәaliyyәti  ilә  seçilәn  belә  diaspor  tәşkilatlarından  biri  dә  Qazaxıstandakı  "Xәzәr"  Azәrbaycan  diaspor

tәşkilatıdır. Tәşkilatın sәdri Vidadi Salahov güclü diasporun xalqımız üçün önәm daşıdığını deyir:

-  Bu  gün  əqidəsindən,  dünyagörüşündən  asılı  olmayaraq  Azərbaycanı  özünə  tarixi  Vətən  bilən  hər  bir

azərbaycanlının  vahid  amal  uğrunda  birləşməsi,  həmrəylik  nümayiş  etdirməsi  tarixi  missiya,  dövrün  tələbi  və

zamanın  çağırışıdır.  Milli  birlik,  vətəndaşlıq  birliyi  olmadan  tərəqqiyə,  əmin-amanlığa  və  firavanlığa  qovuşmaq

çətindir. Otuz iki ildən artıqdır ki, mən Qazaxıstanda yaşayıram və orada diaspor işi ilə məşğul olmağımla yanaşı

Qazaxıstanda  yayımlanan  20  min  tirajlı,  üç  dildə  (Azərbaycan,  qazax  və  rus)  nəşr  edilən  həftəlik  və  beynəlxalq

"Turan  Ekspress"  qəzetinin  baş  redaktoru  və  təsisçisiyəm.  İctimai  işlər  həyatımın ayrılmaz  bir  hissəsidir.  Onu  da

qeyd  edim  ki,  Qazaxıstanda  üç  yüz  minə  qədər  azərbaycanlı  və  türklər  yaşayır.  Azərbaycanlı və  türklərdən  təşkil

olunmuş  diaspor  ətrafında  toplaşanlar  o  zaman,  yəni  1937-44-cü  illərdə  Gürcüstandan  və  Azərbaycandan  sürgün

olunmuş insanların nəsillərindəndir. Ancaq hazırda Qazaxıstanda məskunlaşan azərbaycanlıların əksəriyyəti təhsillə

 əlaqədar  olaraq  və  ya  işləmək  məqsədilə  özləri  könüllü  şəkildə  burada  yaşayırlar.  Ən  sonuncu  miqrasiya  isə

ermənilər tərəfindən zəbt olunmuş Dağlıq Qarabağ və onun ətraf şəhərlərindən məcburi köçüb gələnlərdir. Hazırda

Qazaxıstandakı məcburi köçkünlərin sayı 10 mindən çoxdur.

Diasporumuzun  fəaliyyətinə  gəldikdə  isə  Qazaxıstanda  14  vilayətdə  diasporun  tərkibinə  daxil  olan  Mədəni

Mərkəzlər  fəaliyyət  göstərir.  Eyni  zamanda  həmin  mərkəzlərin  daxilində  "bazar  günü"  azərbaycandilli  məktəbləri

və özfəaliyyət dərnəkləri mövcuddur. Onların fəaliyyətlərinin əsasında azərbaycançılıq ideyası durur. Azərbaycanın

zəngin tarixi, misilsiz mədəni irsi və görkəmli ziyalıları haqqında ətraflı məlumat verilir. Hər il Azərbaycanla bağlı

olan  bayramlar  və  anım mərasimləri  ilə  əlaqədar  olaraq  soydaşlarımızla  birgə  silsilə  tədbirlər  keçiririk.  Bütün  bu

işləri  həyata  keçirməkdə  bir  məqsədi-miz  də  odur  ki,  Qazaxıstanda  yaşayan  və  gələcəyimizin  təminatçısı  olan

uşaqlara, gənclərə yaşadığı ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı doğma vətəninə sevgi, xalqına, millətinə,

dilinə həmişə sadiq qalmalarını da tövsiyə edirik. Fikrimcə, bu bir neçə komponentə sadiq qalmaq və qorumaq hər

bir vətəndaşın mənəvi borcudur.



-  Bu  gün  önәmli  amillәrdәn  biri  dә  diasporun  hәmin  ölkәnin  ictimai  hәyatında  tәmsil  olunmasıdır.

Qazaxıstanda yaşayan azәrbaycanlılar daha çox hansı sahәlәrdә çalışırlar?

- Sevindirici hallardan biri do odur ki, Qazaxıstanın bütün dövlət strukturlarında azərbaycanlılara rast gəlmək

olur.  Bu  da  bizim  diaspor  fəaliyyətinin  güclü  bir  qüvvə  ilə  əhatə  olunduğu  göstərir.  Konkret  olaraq  hər  hansı bir

sahənin adım çəkmək çətin olar. Onu deyə bilərəm ki, Qazaxıstanda yaşayan azərbaycanlıların çoxşaxəli fəaliyyət

istiqamətləri  var.  Yəni  orada  yaşayan  azərbaycanlılar  iki  qrupa  bölünür.  Onların  bir  qismi  Qazaxıstana  işləmək

üçün  gəlmiş  Azərbaycan  vətəndaşlarıdır,  digər  qrup  isə  Qazaxıstan  vətəndaşı  olan  soydaşlarımızdır.  Artıq

Qazaxıstan  vətəndaşlığını  qazanmış  azərbaycanlılar  bütün  sahələrdə  fəaliyyət  göstərirlər.  Azərbaycandan  olan

vətəndaşlar  isə  daha  çox  tikinti,  ticarət,  neft  və  qaz  sənayesi  sahəsində  çalışırlar.  Eləcə  də  digər  sahələrdə

həmvətənlərimizə  rast  gəlmək olur.  Bu  hal  da  bir  azərbaycanlı  kimi  mənə  öz  soydaşlarımla  böyük  bir  qürur  hissi

duymağa imkan verir.



 Diasporumuzun inkişafı istiqamәtindә bir sıra addımlar  atılır.  Ümumiyyәtlә,  diaspor  tәşkilatlarının

bugünkü fәaliyyәti sizi qane edirmi?

-  Diasporumuzun  fəaliyyəti  getdikcə  güclənir.  Lakin  bununla  yanaşı  mən  bugünkü  zamanda  müxtəlif

ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəaliyyətlərindən tam razı qala bilmərəm.

Ona görə ki, biz hələ Azərbaycan həqiqətlərini dünyaya yetərincə çatdıra  bilməmişik. O zaman diasporların

fəaliyyətindən razı qalmaq olar ki, həmin təşkilatların köməyilə Xocalı faciəsini və xalqımızın illərdir məruz qaldığı

digər dəhşətləri dünyaya çatdıra və qəbul etdirə bilək. Deyərdim ki, bu gün diasporlarda təşkilatlanma işləri gedir.

Ancaq xaricdə yaşayan azərbaycanlıların potensialını nəzərə alanda görülən işlər çox azdır. Hazırda Azərbaycandan

kənarda yaşayan azərbaycanlıların diaspor təşkilatlarında fəaliyyət istiqaməti gərək hərtərəfli inkişaf etsin ki, həmin

qurumlar yaşadıqları ölkələrin dövlət strukturlarına təsir etmək gücünə malik olsun. Onu da qeyd etmək istərdim ki,

son illər müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının birləşməsi və inkişafı istiqamətində Diasporla

İş üzrə Dövlət Komitəsi çox böyük işlər görür.

 Diasporumuz  tәrәfindәn  Xocalı  faciәsini  dünyaya  çatdırmaq  vә  qәbul  etdirmәk  önәmli  amillәrdәn

biridir. Sizin tәşәbbüsünüzlә Qazaxıstan parlamentindә bu istiqamәtdә һәг hansı bir mәsәlә qaldırılıbmı?

-  Bəli,  şəxsən  mənim  3  il  bundan  əvvəl  parlamentə  müraciətim  olub.  Cavab  da  almışam  ki,  Qazaxıstan  bu



soyqırımı,  bu  faciəni  qəbul  edir.  Qazaxıstan  bu  soyqırımı rəsmən  tanımağa  bir  qədər  ehtiyat  edir,  ancaq  belə  bir

soyqırımın  baş  verdiyini  onlar  artıq  dərk  etməyə  başlayıblar.  Bu  da  təbii  bir  haldır.  Ona  görə  ki,  bu  istiqamətdə

təbliğat  azdır.  Elə  əslində  hər  şeyi  də  bundan  başlamaq  lazımdır.  Güclü  təbliğat  olmalıdır.  Özü  də  təbliğat  əyani

vəsaitlər  və  dəqiq  faktlar  əsasında  dünyaya  çatdırıl-malıdır.  2-3  il  bundan  əvvəl,  yəni  qəzetimiz  orada  geniş

yayılmayana qədər və mənim universitetlərdə çıxışlarım olmadığı zamana qədər  qazaxıstanlıların çoxunun  Xocalı

hadisələri ilə bağlı heç bir məlumatı yox idi. Birinci dəfə olaraq redaktoru olduğum "Turan Ekspress" qəzetinin bir

nömrəsini Xocalı faciəsinə həsr etdim və bu hal orada böyük bir rezonans doğurdu. Mən onu demək istəyirəm ki,

indiki  zamanda  Azərbaycandan  kənarda  fəaliyyət  göstərən  diaspor  təşkilatları  birləşərək  informasiya  blokadasını

yarmalı və Azərbaycan həqiqətlərini yaşadığı ölkənin dilində həmin ölkənin vətəndaşlarına çatdırmalıdır.

- Diasporumuzun fәaliyyәt istiqamәtlәrinin öz әksini tapdığı Hәmrәylik Xartiyası ilә bağlı fikirlәrinizi

bilmәk maraqlı olardı.

-  Hər  bir  uğurlu  iş  yaxşı  təklifdən  irəli  gəlir.  Yəni  yaradılan  bu  Xartiya  birliyə  və  həmrəyliyə  yönəlibsə,

bundan yaxşı nə ola bilər? Mən böyük məmnuniyyətlə və ruh yüksəkliyi ilə bu sənədi qəbul edirəm. Xartiyada bəzi

çatışmazlıqlar  və  tamamlanmamış  bir  sıra  məsələlərin  olmasına  baxmayaraq  bu  sənədin  yaradılması  böyük  bir

irəliləyişdir.  Hazırda  Xartiyanın  daha  da  təkmilləşməsi  üzərində  iş  gedir.  Ən  əsası bu,  bizlər  üçün  çox  vacib  bir

sənəddir.  Hansı məsələləri  sənəd  formasında  qəbul  etmək  istəsən,  həmin  sənədə  əlavələr  etmək  olar.  Əsas  onun

yerinə yetirilməsidir. Mən də çox istərdim ki, Xartiyada hansı məsələlər yer alıbsa, onları yerinə yetirək. Qeyd edim

ki, bu Xartiyada kifayət qədər maraqlı işlər yer alıb və bu işlərin icrası bizim üçün çox yaxşı olardı.



- Orta Asiya ölkәlәrindә fәaliyyәt göstәrәn digәr diaspor tәşkilatlan ilә әlaqәlәriniz varmı?

- Demək olar ki, bütün diaspor təşkilatları ilə əlaqələrimiz mövcuddur. Bilirsiniz ki, Qazaxıstan çox böyük bir

ölkədir. Qazaxıstanda olan on dörd vilayətin  özünün  bir-birinə  inteqrasiyası məsələlərinə  səylərimizi  yönəltmişik.

Həmin  vilayətlərin  bir-biri  ilə  əlaqəsi  bir  çox  işlərin  icrasına  kömək  edər,  eyni  zamanda  güclü  bir  diaspor

formalaşar. Onu da vurğulayım ki, həmçinin Azərbaycandan da dəstək alırıq. Komitə tərəfindən həm mənəvi, həm

də maddi dəstək görürük. Bizə lazım olan bir çox materialları komitənin köməyilə əldə edirik. Bir sözlə, biz istər

Azərbaycan dövlətinin, istərsə də komitənin diqqət mərkəzindəyik və bu diqqət də bizi Azərbaycanın çiçəklənməsi



naminə daha səylə işləməyə vadar edir.

Nigar


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə