ŞƏKİ FİLİali



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix06.12.2016
ölçüsü4,76 Kb.
#958
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 Baş üzvlər. Mübtəda. Cüttərkibli cümlənin baş 
üzvlərindən biri mübtədadır.  Mübtəda  ərəb mənşəli söz olub
ibtida, baş, başlanğıc mənalarındadır. 
Mübtəda cüttərkibli cümlənin elə bir baş üzvüdür ki, 
qrammatik cəhətdən heç bir üzvdən asılı olmayıb,  əlaməti 
xəbərlə müəyyənləşən subyekti, əşyanı bildirməklə, adlıq hal 
formasında isim, əvəzlik və hallana bilən digər sözlər və 
birləşmələrlə ifadə olunur. Bu tərifdə  mübtədanın aşağıdakı 
xüsusiyyətləri əhatə edilmişdir: 
 1. Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil 
üzvüdür. Hətta  ən zəruri cümlə üzvü  hesab olunan xəbər də 
mübtədadan qrammatik cəhətdən asılı olur, onunla uzlaşır. 
Təyin də mübtədadan asılı olur və onunla yanaşma  əlaqəsinə 
girir.  
2. Mübtədanın  əlaməti xəbərdə öz ifadəsini tapır. 
Mübtəda hansı şəxsdə olarsa, xəbər də onunla həmin şəxsin tək 

Müasir  Azərbaycan  dili 
 
 
183 
və cəminə görə uyğunlaşaraq şəxs və ya xəbərlik şəkilçisi qəbul 
edir.  Məsələn, Mən gəlirəmSən gəlirsənO gəlir. Biz gəlirik
Siz gəlirsiniz. Onlar gəlirlər.  və s.  
3. Mübtəda cümlədə iş görəni və ya haqqında danışılan 
əşyanı bildirir. Mübtəda  şəxs  bildirməklə  yanaşı,  bütün  digər  
canlı    və    cansız  varlıqları,  mücərrəd  anlayışları    da    ifadə  
edir. Əgər mübtəda canlı insan məzmunu  bildirərsə, iş görən, 
cansız varlıqları ifadə edərsə, haqqında danışılan  əşya, varlıq 
məzmununu ifadə edir. Məsələn,  Mən qalxıb öz çadırımıza 
getdim. Kitab çox maraqlı idi. (İ.Əfəndiyev)  
4. Mübtəda bir qayda olaraq adlıq halda olan söz və söz 
birləşmələri ilə ifadə olunur və  kim? nə?  bəzən də  kimlər? 
nələr? hara?  suallarından birinə cavab verir. Mübtəda  insan  
məfhumu  ifadə  etdikdə  kim? sualına  cavab  olur.  Məsələn,  
Xidmətçi heç bir söz demədən dərhal qayıdıb  getdi.   
(İ.Əfəndiyev). Mübtəda cansız varlıqları ifadə etdikdə  nə?, 
məkan məzmunu bildirdikdə  hara? sualına cavab verir. 
Məsələn,  Kitab  çox maraqlı idi. Ağacın  ətrafında  yarasalar 
uçuşdu,  Əşrəf diksindi. (İ.Şıxlı)  Bakı  dünyada öz nefti ilə 
məşhurdur.   
5. Mübtəda isim və isimləşə bilən sözlər və 
birləşmələrlə ifədə olunur. 
      Müxtəsər cümlələrdə mübtəda bir qayda olaraq əvvəl, 
xəbər sonra işlənir. Geniş cümlələrdə isə əvvəl mübtəda zonası, 
sonra xəbər zonası gəlir. Bu qayda canlı danışıq dilində, bədii 
əsərlərin dilində pozula bilir.  Məsələn, Yox, o susmayacaq, 
susmaz sənətkar, Heyrət içindədir salondakılar. (S.Vurğun) 
     Bir  çox  hallarda  cümlənin mübtədası buraxıla bilir və 
onu biz xəbərdəki  şəxs sonluğuna  əsaslanaraq müəyyənləşdirə 
bilirik. Məsələn,  Ovçuluğa meyil saldım, Gecə-gündüz çöldə 
qaldım. (S.Vurğun)   
Mübtəda həmçins olduqda, yaxud ondan sonra təkid 
bildirən  ədat işləndikdə  və ya mübtəda məntiqi vurğu altına 
düşdükdə onu ixtisar etmək olmaz. 
Gülarə  Abdullayeva 
 
 
184
   Mübtəda quruluşça sadə, mürəkkəb olur. Sadə 
mübtədalar bir leksik vahidlə-bir sözlə (yəni, sadə, düzəltmə və 
mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn,  Şamil söhbətin 
buraya gəlib çıxmasını gözləmirdi.  Evdəkilər onu sükutla 
qarşıladılar.  Qaratel paltarı götürüb bir göz  qırpımında 
donunu başına keçirdi.(İ.Şıxlı)  
 Mürəkkəb mübtədalar isə söz birləşmələri ilə - II, III 
növ təyini söz birləşmələri (bəzən də I növlə),  feli sifət və 
məsdər tərkibləri ilə ifadə olunur. MəsələnArvadın zəhmli səsi 
fikir götürmüş  Şəmiddin ağanı diksindirdi. Kişiləri kurslara 
gətirmək  və  onlara yazı-pozu öyrətmək  asandır. (İ.Şıxlı)  
Çiynində  cənazə darvazanın ağzında dayananlar cınqırını 
çəkmədilər. (İ.Şıxlı)  
 Mübtəda isim, sifət, say, əvəzlik, feli sifət, məsdər, bəzi 
zərflər və köməkçi nitq hissələri, II, III növ təyini söz 
birləşmələri (bəzən də I növ), feli sifət və məsdər tərkibləri, feli 
isim birləşmələri ilə ifadə olunur. Bunların bəziləri, yəni sifət, 
say, işarə  əvəzlikləri, feli sifət, feli sifət tərkibləri mübtəda 
vəzifəsində  işlənmək üçün isimləşməli, hallana, adlıq halda 
dura bilməlidir. 
  
İsimlər mübtəda vəzifəsində daha çox işlənir. Çünki 
isimlərin təbiət etibarı ilə  təhkim olunduğu  əsas cümlə üzvü 
mübtədadır. Buna görə  də  hər cür quruluş  və növ 
xüsusiyyətlərinə malik olan isimlər cümlədə mübtəda ola bilir. 
Məsələn, Kişi qüssələndi. (İ.Şıxlı)  Körpü möhkəmdir. (İ.Şıxlı) 
Əhməd  gülümsəyərək hələ  də acığı soyumayan Əşrəfi süzdü.  
(İ.Şıxlı)  Külək  şiddətləndi. (İ.Şıxlı)  Atlar yorulmuşdu.(İ.Şıxlı) 
və s. 
  Sifətlər mübtəda vəzifəsində 
işlənmək üçün 
isimləşməlidir. Məsələn,  Qocalar deyir ki, düz bir il gecəli-
gündüzlü işləyəndən sonra yol hazır oldu. Yaşlılar  həmin 
torpaq yolla çox karvanların gəlib keçdiyini söyləyirdilər.          
(İ.Şıxlı) Yoldakılar bir dillə naçalnikdən xahiş etdilər ki, onun 
taqsırından keşsin. (Ə.Haqverdiyev) Axı,  yazıq  nə  etsin?        

Müasir  Azərbaycan  dili 
 
 
185 
(İ.Şıxlı) Bu igid kim ola bilərdi? (Əbülhəsən)  Güclülər, 
xoşbəxtlər  bu qədər amansız, bu qədər xudpəsənd 
olmamalıdırlar. (İ.Əfəndiyev)   
Dilimizdə olan bəzi sifətlər  (məs., kar, kor, qoca, cavan 
və s.) substantiv vəziyyətdə daha çox işləndiyi üçün bunlara 
mübtəda vəzifəsində də çox rast gəlmək olur. 
 Saylar 
sifət kimi mübtəda vəzifəsində  işlənmək üçün 
isimləşməlidir.  Bu cəhətdən sıra saylarında  əşyaviləşmə daha 
aydın hiss olunur.  Məsələn, Birinci ikincini heç vəchlə əlindən 
buraxa bilmədiyi kimi, ikinci  də  birincinin iztirablarına heç 
vəchlə soyuqqanlı baxa bilməz. (İ.Hüseynov)  
 
Əvəzliyin bütün növləri mübtəda vəzifəsində  işlənə 
bilir. Lakin bunun üçün işarə  və  təyini  əvəzliklər 
isimləşməlidir. Məsələn,  Mən heç bir zaman ağlamamışam.    
(İ.Əfəndiyev) Özü özünü qeyrətli müsəlmanlardan hesab edirdi. 
(N.Nərimanov)  O, dörd yaşında, dilsiz-ağızsız bir uşaq idi. 
(N.Nərimanov)  Heç kəs dava etməyib, cənab direktor, biz 
başqa iş üçün gəlmişik.(İ.Şıxlı) 
 Feli 
sifətlər də sifətlər kimi, mübtəda olmaq üçün 
isimləşməlidir. Məsələn,  Gələn  oğru da deyildi. (İ.Şıxlı)  
Deyilənlər  pis təsir edir, onlarda bizim imperiyaya qarşı 
etimadsızlığın və qəzəbin artmasına səbəb olur. (İ.Şıxlı)  
 
Məsdərlər isim xüsusiyyətinə malik olduğu üçün birbaş 
mübtəda vəzifəsində  işlənə bilir. Məsələn,  Nə biləydi ki, 
susmaq,  uşaqlıqdan başına gələnləri söyləməmək onun daxili 
inqilabına səbəb olacaq. (N.Nərimanov)  Ağlamaq lazım deyil, 
Mirzə, sən indiyədək heç kəsdən minnət götürməyibsən.         
(Ə.Haqverdiyev)  Yaşamaq yanmaqdır, yanasan gərək.          
(B.Vahabzadə) Sən bunlara qulaq asma, yaxşı çalmaq
oxumaq,  şeir yazmaq bir qabiliyyətdir. (İ.Əfəndiyev) Artıq 
danışmaq çox gec idi. (İ.Şıxlı)  
 
Bəzi zərflər də cümlədə mübtəda vəzifəsində  işlənə 
bilir. MəsələnOralar daşlıq idi. 
 
Gülarə  Abdullayeva 
 
 
186
Feli sifət və  məsdər tərkibləri də cümlədə mübtəda 
vəzifəsində çox işlənir. Məsələn,  Əyriyə  əl açıb, düzə gülən 
var,  bir çömçə tutana yüz bükülən var. (N.Həsənzadə) 
Camaatı buraya yığmaq lazımdır, vacib məsələ var. (İ.Şıxlı) 
Qoruğun keşikçilərinin sözünə baxmayanlar yerindəcə 
güllələnəcək. (İ.Şıxlı) Elə bil Əhmədin gözlərindəki mənanı 
oxumaq,  gülümsər  çöhrəsini çulğamış hüzn və  kədərin 
səbəbini öyrənmək çox çətin idi. (İ.Şıxlı)  Həsənağanın 
fabrikdən xaric edildiyi altı aydan artıq  deyildi.                   
(M.S.Ordubadi) 
 
II, III növ təyini söz birləşmələri də cümlədə mübtəda 
vəzifəsində çox işlənir:  Düz üç saat kənddə  atışma səsi 
kəsilmədi. (İ.Şıxlı)  Anasının fəryadı bu dəfə  Şamxala yaman 
təsir etdi. (İ.Şıxlı) Kürün suyu bulanmışdı. (İ.Şıxlı) 
 Bütün 
bunlardan 
əlavə, köməkçi nitq hissələri də canlı 
danışıq dilində deyil, qrammatika kitablarında əşyavi məzmun 
qazanaraq cümlədə mübtəda kimi işlənə bilir. Məsələn, Üçün, 
ötrü, görə yarımvurğulu qoşmalardır
İsə qarşılıq 
bağlayıcısıdır. Əfsus, dəhşət törəmə nidalardır. və s. 
 
Xəbər. Cüttərkibli cümlənin baş üzvlərindən biri də 
xəbərdir.  Xəbər mübtədaya aid iş, hal, hərəkət, hadisə  və 
hökmü bildirir.  Məsələn,  Ələddin saralmış kolların arasında  
arxası üstə  uzanmışdı. Qurmaq asandır, onu əldə saxlamaq 
lazımdır. (İ.Şıxlı) 
 
Xəbər cümlənin ən zəruri üzvüdür. Məhz xəbər vasitəsi 
ilə fikrimiz ya təsdiq, ya da inkar olunur. Hətta bir çox hallarda 
cümlədə mübtəda olmadıqda, xəbər vasitəsi ilə onu asanlıqla 
təsəvvür etmək olur. Lakin cümlənin  ən müstəqil üzvü 
mübtədadır, xəbər mübtədadan asılıdır. 
 Dilçilikdə çox zaman xəbərlə predikat qarışdırılır və 
eyniləşdirilir. Sadə, müxtəsər nəqli cümlələrdə bunlar uyğun 
gələ bilir. Məsələn,  Yağış    yağırdı.- cümləsində  yağış  həm 
mübtəda, həm də subyektdir, yağırdı  həm predikat, həm də 
xəbərdir. Lakin geniş cümlələrdə bu cür uyğunluq olmur. 

Müasir  Azərbaycan  dili 
 
 
187 
Məsələn,  Dünən kənddə    yağış  şiddətlə  yağırdı -cümləsində 
yağış  mübtəda, həm də subyekt, qalan bütün sözlər predikat 
olduğu halda, xəbər deyildir. Bu predikatın içərisində yağırdı-
xəbər,  dünən - zaman zərfliyi,  kənddə  -yer zərfliyi,  şiddətlə- 
tərz zərfliyidir. 
 
Xəbər bəzən fellə qarışdırılır və eyniləşdirilir. Çünki 
felin təsriflənən, yəni dəyişən formaları cümlədə yalnız xəbər 
vəzifəsində  işlənir. Buna baxmayaraq, xəbər dilimizdə olan 
bütün digər nitq hissələri və söz birləşmələri ilə də ifadə olunur 
və hal-hərəkət bildirməklə bərabər, hadisə, hökm də ifadə edir. 
Həmçinin fel morfoloji, xəbər sintaktik kateqoriyadır. Buna 
görə xəbərlə feli də eyniləşdirmək olmaz. 
Xəbər dilimizdə iki üsulla ifadə olunur:  
1. Xəbərin morfoloji üsulla ifadəsi;  
2. Xəbərin sintaktik üsulla ifadəsi. 
            Xəbərin morfoloji üsulla ifadəsi onun xəbərlik və  şəxs 
şəkilçiləri ilə formalaşması deməkdir. Məsələn,  Yaylaqda 
qaçaqlara çörək aparmışam.  Qızlar dəhşətlə çığırışıb kənara 
çəkildilər.(İ.Şıxlı) Məhəbbət  həyatın  ən gözəl anıdır.             
(Ə.Əhmədova)  
Xəbərin sintaktik üsulla ifadəsi onun xəbərlik və  şəxs 
şəkilçiləri olmadan formalaşması deməkdir. Bu cəhət  ən çox 
atalar sözləri və  məsəllərdə, xəbəri  var, yox sözləri ilə ifadə 
olunan cümlələrdə, xəbəri  əmr  şəklinin II şəxsin təki, qalan 
şəkillərdə III şəxsin təki ilə ifadə olunan cümlələrdə özünü 
göstərir. Məsələn,  Nəsə mühüm bir məsələ  var.  İndi qapıları 
kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli 
keşikçilərdən başqa heç kəs yox idi. Məni öldür, ancaq evdən 
qovma. (İ.Şıxlı)  Qonaqları stola dəvət elə.  (Ə.Əhmədova)   
 Digər cümlə üzvləri kimi, xəbər də quruluşca sadə  və 
mürəkkəb olur. Sadə  xəbər bir leksik vahidlə, yəni sadə, 
düzəltmə  və mürəkkəb sözlərlə ifadə olunur. Məsələn,  O, 
yəhərin üstündən qanrılıb geri baxdı.  (İ.Şıxlı)  Oğlun Söhrab 
buradadır. (İ.Şıxlı) 
Gülarə  Abdullayeva 
 
 
188
Mürəkkəb xəbərlər II, III növ təyini söz birləşmələri 
(bəzən də I növlə), feli sifət, məsdər tərkibləri ilə ifadə olunur
Məsələn,   O indi quldurların məclisindədir..(N.Nərimanov) 
Yayın isti günləri idi.(N.Nərimanov) Onun əsas arzusu oğlunu 
sağlam görməkdir. .(N.Nərimanov)Pirə gedənlərdən biri də 
vaxtında müalicə etməyib göz ağrısından  əbədi kor olmuş 
atasını yedəkləyib aparan, digəri Sibirə gedən oğlanları üçün 
nəzir aparan, bir digəri isə  övladı olmayanlardır.                   
(N.Nərimanov)  
 
Xəbər nitq hissələri və söz birləşmələri ilə ifadəsinə 
görə 2 növə ayrılır: 1. İsmi xəbərlər, 2. Feli xəbərlər.  
 
İsmi xəbər. İsmi xəbər dedikdə isim, sifət, say, əvəzlik, 
feli sifət, məsdər, bəzi zərflər, köməkçi nitq hissələri, II, III növ 
təyini söz birləşmələri, feli sifət və  məsdər tərkibləri ilə ifadə 
olunan xəbər nəzərdə tutulur. 
Xəbər isimlərlə daha çox ifadə olunur. Hər cür quruluş 
və növ xüsusiyyətlərinə  malik olan isimlər cümlədə xəbər ola 
bilir. Təsirlik hal müstəsna olmaqla, bütün hallarda, hətta başqa 
cümlə üzvü ola bilməyən yiyəlik halda olan isimlər də cümlədə 
xəbər ola bilir. Məsələn,  Səhərki hadisədən sonra atını minib 
meşəyə gedən Cahandar ağa da sahildə idi.(İ.Şıxlı) Çünki adət 
belə idi: artıq qalan şeylər  pirindi. .(N.Nərimanov)  Balamın 
yeganə nicatı pirdədir. (N.Nərimanov) və s.  
 
Sifətlər mübtədadan fərqli olaraq, xəbər vəzifəsində 
işlənmək üçün isimləşməyə ehtiyac duyulmur. Məsələn,  Axı, 
Zərnigar da yazıq idi.  (İ.Şıxlı) Bilirsiniz, ağa, bu saat mənim 
oğlum məndən  ağıllıdır. Ağa, məsləhətiniz  çox gözəldir.        
(Ə.Haqverdiyev) və s. 
 Bütün 
məna və quruluş xüsusiyyətlərinə malik olan say-
lar cümlədə  xəbər ola bilir. Məsələn,  Keçər aylar, keçər illər, 
Yaz, ey Vaqif, ömür azdır. (S.Vurğun) Bu,hələ birinci idi. və s.  
Əvəzliyin bütün məna növləri cümlədə  xəbər ola bilir. 
Məsələn,    Mənim ağılsız, dilsiz olmağımın səbəbi  sizsiniz.                  
(N.Nərimanov)  Arvadların bir sirri də  budur. (N.Nərimanov) 

Müasir  Azərbaycan  dili 
 
 
189 
Beləydi  qayda bizdə, qız doğanda analar, Baxıb qara geyərdi 
su üstündə sonalar. (S.Vurğun)  De görüm, sən  necəsən?                     
(İ.Şıxlı) və s.  
 
Məsdər məsdər tərkibləri də cümlənin ismi xəbəri 
yerində  işlənə bilir. Məsələn,  Yaşamaq  yanmaqdır, yanasan 
gərək. (B.Vahabzadə) Maşını bura sürdürməkdən məqsədim 
tikintiyə bir nəzər salıb işin vəziyyətini öyrənməkdir
(Ə.Mustafayev)  
Bəzən emosional məqamda məsdərin sonunda şəkilçi 
işlənməyə də bilir: Özü də gözümün qabağında heç nə olmamış 
kimi gəzmək. (İ.Şıxlı) 
 
Xəbər feli sifət və feli sifət tərkibi ilə  də ifadə olunur: 
Buranın yerindən, havasından  əlavə, suyu çox içməlidir,  buz 
kimi ürək sərinlədəndir.  (Ə.Hacızadə) Qapının ağzında 
dayananlar iclasa gecikənlər idi. (M.İbrahimov) Qəlbimin hər 
gözü bir aşiyandır, Bədbəxt  bu dünyada tək yaşayandır.                  
(M.Müşfiq) 
 
Bəzi zərflər, xüsusən də zaman, yer zərfləri xəbər 
vəzifəsində  işlənə bilir: Ancaq geri qayıtmadı, dedi: - Yolum 
irəlidir! (S.Vurğun) Ümidimiz sabahadır.   Qonaqlar 
içəridədirlər. və s.    
Qoşmaların artırıldığı sözlər də xəbər ola bilir. Məsələn, 
Yolumuz kəndə  tərəf idi. Bu hədiyyələr sənin üçündür. və s.    
 
Bəzən köməkçi nitq hissələri də  kinayəli substantiv 
məqamda xəbər ola bilir: Məni narahat edən bu ammalardır. 
 Bunlardan 
əlavə,  var, yox, bəs, lazım, mümkün, gərək 
sözləri də cümlədə xəbər kimi işlənə bilir: Cəbi həmişə anasına 
baxardı,  fəqət indiki baxışında bir atəş, bir elektrik qüvvəsi var 
idi. (N.Nərimanov) Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu. 
(İ.Şıxlı) Qəmli günlərimdə  lazımsan  mənə, Qovasan qəlbimin 
kədərini sən. (N.Kəsəmənli) və s.  
 
II, III növ təyini söz birləşmələri (bəzən də birinci növ)  
də  xəbər yerində  işlənə bilir. Məsələn,  O cavan xanəndə  bu 
yeddi gündə Mahmudun yadına düşən birinci adam idi. 
Gülarə  Abdullayeva 
 
 
190
(Elçin) Gülara xanım iflas olub kasıb düşmüş bir bəy 
ailəsindəndi. (S. Rəhimov) Ehyiyat igidin yaraşığıdır. (Atalar 
sözü)  Çox dərs demişəm,  mənim tələbəmdir. (İ.Şıxlı) 
 
Feli xəbər. Felin bütün dəyişən formaları, yəni  əmr, 
xəbər, vacib, arzu, lazım,  şərt, davam  şəkillərində olan fellər 
cümlədə yalnız xəbər vəzifəsində işlənir və həm də son dərəcə 
məhsuldar işlənir. 
 Yalnız şərt şəkli cümlədə asılı xəbər olur. Şərt şəklində 
olan fel cümlədə  əsas hərəkəti müəyyən  şərtə bağlayır. Onun 
əlaqələndiyi  əsas hərəkəti ifadə edən söz cümlənin müstəqil 
xəbəri kimi çıxış edir. Şərt  şəklindəki fel də təsriflənən forma 
olduğundan,  ətrafına çoxlu söz toplayıb, predikativliyi təmin 
etməklə cümlə yaradır və bu cümlə  əsas hərəkətin  işləndiyi 
cümlədən qrammatik cəhətdən asılı olur. Nəticədə,  şərt  şəkilli 
felin işləndiyi cümlələr tabeli mürəkkəb cümlə kimi formalaşır. 
            Feli  xəbər feli frazeoloji vahidlərlə  də ifadə olunur: 
Molla Sadığın elə bil üstündən dağ götürüldü. (İ.Şıxlı) və s.  
 
Məsdərlər və  məsdər tərkibləri  olmaq, etmək, bilmək, 
istəmək sözləri ilə birlikdə cümlədə daha çox xəbər vəzifəsində 
işlənir: Külfət içinə ikitirəlik salmaq istəmirdi. (İ.Şıxlı) 
 
Xəbərin inkarı  nə, nə  də bağlayıcıları,  deyil  ədatı,                   
-ma
2
 şəkilçisi ilə formalaşır. Məsələn,  Həsənağanın fabrikdən 
xaric edildiyi  altı aydan artıq deyildi. (M.S.Ordubadi) Amma 
innən sonra bu iş  baş tutmaz, oğlumu ayaqlayıb onun qapısına 
gedə bilmərəm. (İ.Şıxlı) Nə yatırnə dincəlir.            
 
Xəbərin təkrarı mürəkkəblik yaratmır:  Baxın, baxın, 
yaxşı baxın, diqqətlə baxın!(C. Məmmədquluzadə) 
 
 
 
Cümlənin  ikinci  dərəcəli  üzvləri 
 
  İkinci  dərəcəli  üzvlər  baş  üzvləri  və ya biri digərini  
izah  edir.   
Cümlənin  təşkiledici  üzvlərinə - mübtəda  və  xəbərə  
aid  olan  izahedici,  aydınlaşdırıcı,  tamamlayıcı    sözlər  və  

Müasir  Azərbaycan  dili 
 
 
191 
birləşmələr  ikinci  dərəcəli  üzvlər  adlandırılır”.                                     
(4, səh. 121)  
Baş  üzvlər cümlənin qurulması üçün zəruri  olduğu  
halda,  ikinci  dərəcəli  üzvlər ifadə ediləcək fikirdən asılı 
olaraq  işlənir. İkinci  dərəcəli  üzvlər ona görə ikinci dərəcəli 
üzvlər adlandırılır ki, onların cümlənin  strukturunda    ikinci  
dərəcəlidir. Yəni onlar olmadan da cümlə qurmaq, fikir ifadə 
etmək mümkün olur. Lakin baş üzvlər olmadan yalnız ikinci 
dərəcəli üzvlərin iştirakı ilə cümlə qurmaq mümkün deyil. 
İkinci dərəcəli üzvlər cümlədə işlənməklə baş üzvləri izah edir, 
fikrin daha əhatəli ifadə olunmasına səbəb olur.  
Baş  üzvlər  cümlənin  qrammatik  əsasını  təşkil  edir,   
ikinci  dərəcəli  üzvlər  isə  onların  ətrafında qruplaşaraq  
onları  bu  və   ya   digər  cəhətdən  izah  edir,  aydınlaşdırır, 
konkretləşdirir.  İkinci dərəcəli üzvlərin iştirak edib- 
 
etməməsinə  görə,  sadə  cümlə  müxtəsər  və  ya  geniş cümlə 
olmaqla təsnif edilir. Çox zaman fikrimizi müxtəsər  cümlələrlə  
də  ifadə  edə  bilirik,  lakin  fikrin   daha əhatəli, geniş ifadə 
olunması üçün    ikinci  dərəcəli  üzvlərə  ehtiyac  olur və bu 
zaman cümlə həcm etibarilə  də genişlənir. 
Cümlə  daxilində    sözlər arasında  sintaktik əlaqə ilə 
yanaşı, məna əlaqəsi də olur ki, buna   obyekt  əlaqəsi,  relyativ  
əlaqə,  atrubutiv  əlaqəni göstərə bilərik. Bu əlaqələr   ikinci  
dərəcəli  üzvlərin  yaranmasını    şərtləndirir. Dilimizdə ikinci 
dərəcəli üzvlərə tamamlıq, təyin və zərflik daxildir. 
Tamamlıq və onun mənaca növləri: vasitəsiz və 
vasitəli tamamlıq.  Tamamlıq  ikinci  dərəcəli  üzv   olub,  
üzərində    iş  icra  olunan  və    ya    hərəkətlə  dolayı  yolla  
əlaqələnən  əşyanı,  obyekti  bildirir.  
 Tamamlıq  cümlədə    xəbər  zonasına  daxil  olub  
xəbərlə  birbaşa,  mübtəda  ilə  dolayı  yolla – xəbər  vasitəsilə  
əlaqələnir,  adətən  xəbərlə  mübtəda  arasında  işlənir,  əksər  
halda  xəbərlə  idarə,  bəzən  yanaşma  əlaqəsində  olur;  kimə?  
nəyə?  kimi?  nəyi?  nə?  kimdə?  nədə?  kimdən?  nədən?  kim  
Gülarə  Abdullayeva 
 
 
192
ilə?  nə  ilə? kim üçün?  nə  üçün?  nə barədə?   nə haqda?  
kimə   qarşı?  və s.  suallara  cavab   verir. 
Tamamlıqlar  feli xəbərə, bəzən də ismi xəbərə aid olur. 
Tamamlıqlar  ismin  adlıq  və    yiyəlik  hallarından  başqa,  
digər  hallarda olan sözlərlə, həmçinin   qoşmalarla  işlənən  
sözlər  və  birləşmələrlə      ifadə  olunub,  əşya  bildirir.  
Tamamlıq  özünün  əşya  məzmunu ifadə etməsinə görə 
mübtədanı xatırladır. Onların ifadə vasitələri də, demək olar ki, 
eynidir.  
Tamamlıqlar da nitq  hissələrindən  isim,  şəxs  əvəzliyi,  
məsdər,  həmçinin  substantivləşmiş  işarə  əvəzliyi,  sifət,  say  
və  s.    ilə  ifadə  olunur. Lakin mübtəda yalnız ismin adlıq 
halında dura bilən sözlər və birləşmələrlə ifadə olunduğu halda, 
tamamlıq ismin dörd halı ilə: yönlük, təsirlik, yerlik, çıxışlıq 
halda olan sözlər və birləşmələrlə ifadə olunur. Bundan əlavə, 
bəzi qoşmaların artırıldığı sözlər və birləşmələr də tamamlığın 
ifadə vasitələrinə daxildir. Deməli, tamamlığın ifadə imkanları 
mübtəda ilə müqayisədə daha genişdir. Məsələn,  Mələk  hər 
şeyi başa düşdü. (İ.Şıxlı) Faytonçu da atlarını  çimizdirdi.       
(İ.Şıxlı) Eyni halı indi də hiss edirdim.(İ.Əfəndiyev) Bu 
qonağın düyü xörəyindən xoşu gəlmir.  (İ.Əfəndiyev) və s.  
Hərəkətlə  obyekt  arasındakı    əlaqənin  xarakterinə  
görə  tamamlıqlar  2  növə  bölünür.  1.  Vasitəsiz  (müstəqim)  
tamamlıq.  2. Vasitəli  (qeyri-müstəqim)  tamamlıq. Vasitəsiz  
tamamlıq  hərəkətlə  bilavasitə,  birbaşa  əlaqəli  olan,  üzərində  
iş  icra  olunan, hərəkətin birbaşa təsir göstərdiyi   əşyanı,  
obyekti  bildirir. 
Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin