AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

BAġA ÇATDIRILMASI 

 

Neft  sənayesinin  texniki  cəhətdən  yenidən  qurulması.  Neft  

senayesinin  bərpası  prosesində baĢ lıca  a mil  te xn iki  cəhətdən  yenidənqurma,  ən  

qabaqcıl  texnikanın  tətbiqi  olmuĢdu.  Texn iki  cəhətdən  yenidənqurma  neft 

sənayesinin  əsas  sahələrini,  o  cü mlədən  qazıma  iĢini  də  əhatə  etmiĢdi. 

KöhnəlmiĢ  zərbə  Ģtanq  qazıma  üsulu  fırlama-qazıma  üsulu  ilə  əvəz  o lundu. 

Azərneftin  rəhbərlərindən  biri  F.A.Rüstəmbəyov  qeyd  etmiĢdi  ki,  "biz  neft 

sənayemizin in kiĢafını fırlama - qazımasın ın inkiĢafında görürdük". Hələ  1922-ci 

ildə  Bakıda  mühəndis  M.A.KapelyuĢnikov  fırlama -qazıma  üçün  ilk  səmərəli 

mühərrik  yaratdı  (KapelyuĢnikov  turboburu).  Bu  yenilik  1924-cü  ildən  neft 

sənayesində  tətbiq  olundu 

221


.  O  vaxt  F.A.Rüstəmbəyovun  rəhbərliyi  altında 

Suraxanıda turbobur üsulu ilə dünyada ilk neft quyusu qazıld ı. Fırlama üsulu ilə  

qazımanın  xüsusi  çəkisi  1927/28-ci  ildə  81,8  faizə  çatdı 

222


.  Qazımada  turbin 

109 

 

üsulu  da  tətbiq  edildi  və  artıq  1927/28-ci  ildə  bütün  qazıma  iĢlərin in  90  faizi 



fırlama  və  turbin üsulları  ilə  görülürdü.  Bu  üsulların  mən imsənilməsi  sayəsində 

qazıma iĢinin həcmi 1927/28-ci ildə 1923-cü ildəki 171,3 min metrdən 260,6 min  

metrə çatmıĢdı

223


Neft  quyularının  istismarı  sahəsində  dartayçının  ağır,  az  məhsuldar 

əməy ini  əvəz  edən  dərinlik  nasosu  və  komp ressorlar  tətbiqilə   neft  quyuların ın 

yeni  üsulla  istismarına  Bib iheybət,  Suraxan ı  və  Sabunçu  neft  mədənlərində 

baĢlandı

224


. Ġlk dəfə  1923-cü  ilin  iyununda Bibiheybətdə tətbiq olunan  bu üsulla 

oktyabr ayında 7 quyudan 25,5  min pud, 1925-ci ilin may ında isə 332 quyudan 3 

milyon 812 min  pud neft çıxarılmıĢdı 

225


Dərinlik  nasoslarının  tətbiqi  neft  hasilatı  prosesinin  geniĢ 

me xanikləĢdirilməsin in  baĢlanğıcı  oldu,  minlərlə  dartayçının  ağır  əl  ə məyindən 

azad  edilib  iĢçi  qüvvəsinə  tələbat  olan  baĢqa  sahələrə  göndərilməsinə  imkan  

yaratdı. 

Neft emalı istehsalı sahəsində yenidənqurma iĢinə 1927-ci ildə baĢlandı. 

Sənayenin bu sahəsi həm yeni  müəssisələrin tikilməsi, "əm də  köhnə  zavodların  

yeni  avadanlıqla  tama milə  təchiz  edilməsi  ilə  inkiĢaf  etdirilird i.  SSRĠ-də  ilk 

böyük  borulu  ağ  neft-benzin  zavodu,  kü kürd  turĢusu,  karbit,  yağ  və  krekinq 

zavodları 1927- 1928-ci illərdə Bakıda tikildi. 

Neftayırma sənayesi əvvəllər baĢlıca olaraq iĢıqlandırıcı ağ neft emalına 

yönəlmiĢdisə,  artıq  1926-cı  ildən  etibarən  benzin  istehsalına  daha  çox  diqqət 

verilir.  Neftayırma  istehsalı  sahəsinə  benzinin  yerli  mühəndislərin  iĢləyib-

hazırlad ıqları  fasiləsiz təmizlən məsi üsulu tətbiq olundu. Bu, benzinin  duru neft 

məhsullarından ayrılmasın ı xeyli artırmağa imkan verdi. 

Bunun  üçün  ölkənin  özündə  istehsal  olunan  müasir  avadan lıqla

 

təmin  


edilmiĢ ilk borulu  ağ neft-benzin  zavodunun iĢə salın masının böyük əhəmiyyəti 

oldu. Ġlk sovet trubçatkası (neft ayırmaq üçün mü xtəlif boru sistemindən qurğu  - 



məsul  red.)  Montin  adına  zavodda  (indiki  Bakı  neft  sənayesi  maĢınqayırma 

zavodu - məsul red.) ha zırlan mıĢdı. Kub (destillə et mə k və ya  maye qaynatmaq  

üçün iri qazan - məsul red.) sistemin in trubçatka ilə əvəz edilməsi yanacağa xeyli 

qənaət  etməyə  imkan  yaratdı.  1920-ci  ilə  nisbətən  neftayırma  sənayesinin 

məhsulu  1928-ci  ildə  2,8  dəfə,  o  cü mlədən  sürtkü  yağları  istehsalı  üç  dəfədən 

çox artmıĢdı

226



Te xniki  yenidənqurma  A zərbaycan  neftçilərinin  xarici  ölkələ rdəki 



texn iki  yeniliklərlə  tanıĢ  olmalarına  imkan   yaratdı.  O  vaxt  Azərneftin  

mütəxəssisləri və  ixtisaslı fəhlələrdən  ibarət bir qrup  1924-cü  ildə tanın mıĢ neft 

ustası Quliyev Pirinin baĢçılığı ilə ABġ-a - Pensilvaniya və Kalifo rniya Ģtatlarına 

ezam  ed ild i.  Onların  arasında  buruq  ustası,  yeddi  mədən  maĢinisti,  həmçinin  

çilingər, tikinti fəhlələri və baĢqaları var idi 

227




110 

 

Sənayenin elektrikləĢdirilməsi zaman ı mədənlərə xüsusi diqqət yetirildi. 



Bibiheybət,  Suraxan ı,  Sabunçu  mədənlərində  yeni  elektrik  motorları  quruldu. 

Mədənlər  1920/21  -ci  ildə  765  ədəd 

228

,1925/26-c ı  I  il  sentyabrın  sonunda  isə 



3371  ədəd  elektrik  motoru  almıĢdı

229


  və  beləliklə ,  mədənlə rdə  iĢlənən  bu xar 

enerjisi  ucu z  e lektrik  enerjisi  ilə  əvəz  edildi.  Artıq  1925-c i  ilin  sentyabrında 

Azərbaycanda  hasil  edilmiĢ  bütün  neftin  87,1  faizi  elektrik  enerjisi  ilə 

çıxarılmıĢdı.  1928-ci  ilin  əvvəllərində  istismarda  olan  neft  quyuların ın  96,1 

faizində ele ktrik motorları iĢləyirdi

231


SəmərələĢdirmənin  gediĢində  Azərneftin  təsərrüfatı  inkiĢaf  edir,  qaz 

istehsalı və istifadəsi artırdı. Neftin  bu xarlan ması və qaz a xının ın qarĢısını a lmaq  

üçün neft quyularının  qapalı istismarına baĢlandı. Ġnqilaba qədər qaz ancaq qaz 

quyularından  hasil  edilirdi,  sovet  dövründə  isə  əsas  yeri  fontan  quyularından 

püskürən  qaz    tuturdu.  Bunun  sayəsində  qaz  istehsalı  1920/21-ci  ilə  nisbətən 

1925/26- cı

 

ildə yeddi dəfədən ço x artdı. Texn iki yenidənqurma neft hasilatını da 



1927/28-c i  ildə  xey li art ıraraq  onu 7  milyon 573,8 tona, baĢqa sözlə  1913-cü il 

səviyyəsinin 102,6 faizinə çatdırmağa imkan verd i 

232



Neft hasilatın ın sürətlə çoxalması onun emalını  1928/29-cu ildə 76  mln  



tona qaldırdı

233


Neft  sənayesinin  bərpa  edilməsində  xid mətlərinə  görə  1925 -ci  ilin  

may ında  Azərbaycan  MĠK  Rəyasət  Heyəti  16  nəfər  Bakı  neftçi  -  fəh lə  və 

mühəndisini  A zərbaycan  SSR-in  Qırmızı  Bayraq  ordeni  ilə  təltif  etdi.  On ların 

arasında  Sabunçu  çilingəri  DadaĢ  Dəmir  oğlu,  Bibiheybət  tormo zçusu  Qara 

Mirzə  Sadıq,  Suraxanı  qazmaçısı  Qaflan,  neftayırma  fəhlələri  Oskokin  və  Əli 

Xudat,  Ramana  dülgəri  Vavilov,  Binəqədi  maĢinisti  Rakov,  mühəndis 

MA.KapelyuĢnikov  var  idilər

234

.  Eyni  zamanda  SSRĠ  MĠK-in  qərarı  ilə 



Azərneftin  11  rəhbər  iĢçisi,  o  cümlədən  Azərneftin  rəisi  A.P.Serebrovski,  onun 

müavin i M.V.Barinov və F.A.Rüstəmbəyov da Qırmızı Əmək Bayrağ ı ordeni ilə 

təltif olundular

235


SSRĠ  M ĠK  F.A.Rüstəmbəyova  xüsusi  müraciətlə  qeyd  edirdi  ki,  o, 

"Respublikalar  Ġttifaqının  neft  təsərrüfatın ın  xeyli  yaxĢ ılaĢdırılmasına  səbəb 

olmuĢ  buruq  qazıma,  neft  çıxarılması  və  emalın ın  səmərələĢdirilməsi  iĢinin  

yorulmaz  rəhbəri,  dövlət  maraqların ın  və  Azərneftin  maliyyə  qüdrətinin 

dəyanətli və ardıcıl qoruyucusudur" 

236



Azərbaycan neft sənayesinin bərpası bütövlükdə Zaqafqaziya və SSRĠ -



nin  xalq  təsərrüfatı  üçün  çox  əhəmiyyətli  id i.  1925-ci  ildə  neft  sənayesinin 

məhsulu  ZSFSR  sənayesinin  bütün  ümumi  məhsulunun  yarısını  təĢkil  ed ird i. 

Ölkənin  baĢlıca  yanacaq  bazası  olan  Bakı  bütün  Ġttifaqda  istehsal  olunan neftin 

67 fa izin i verird i 

237



111 

 

Bakı neft mədənlərinin d irçəldilməsi nəinki bütün ölkəni duru yanacaqla 



təmin etməyə, eyni zamanda külli miqdarda gəlir gətirən neftin ixracının fasiləsiz 

artmasına  imkan  yaratdı.  1924/25-ci  ildə  Bakı  neftin in  ixracı  1913-cü  ildəki 

səviyyəni  ötdü.  Neft  məhsullarının  ixracı  ö z  xüsusi  çəkisinə  görə  SSRĠ-nin  

ümu mi ixracatında  birinci yeri tuturdu

238

. Yalnız  1924/25-ci ildə neft ixracından 



əldə edilən 65,4  mln  manat  xalis gəlirin 

239


 38,5  mln manatı A zərbaycan neftinin 

payına düĢürdü 

240



Ancaq  ağır  zəh mətlə  çıxarılan  milli  sərvətdən,  -  "qara  qızıl"dan 



 

respublikanın  ehtiyacı  üçün  cüzi  "pay"  ayrılırd ı.  Belə  ki,  1923-3  ildə  Azərbaycan 

SSR  XKS-nin  sərəncamında qalan  və  respublika  büdcəsinə  daxil  o lan  neft  fondu 

neft  istehsalının  cəmi  on  faizini  təĢkil  edirdi 

241

. Azərbaycanın  neft  məhsullarının 



satıĢından əldə

 

edilən gəlirdən respublika büdcəsinə ayrılan payın azlığı onun xalqına 



qarĢı ədalətsizlik idi. 

N.Nərimanov  Moskvaya  göndərdiyi  məktub  və  teleqramlarında  dəfələrlə 

belə vəziyyətin dəyiĢməsini tələb etmiĢ, hər vasitə ilə

 

respublika büdcəsinə ayrılan 



məbləğin  artırılmasına  çalıĢmıĢdı

242


,  Lakin  bu  məsələlərin  həllinə  Azərneftin 

Ģovinist  ruhlu  rəhbərliyi  heç  bir  maraq  göstərmir,  əksinə  bir  növ  mane  olurdu. 

N.Nərimanov  A.P.Serebrovskinin  diktator,  amirlik  hərəkətlərini  tənqid  edərək 

göstərirdi  ki,  o,  "Azərnefti  monarxiyaya çevirmiĢdir"

243

. A.Serebrovskinin  və  onun 



silahdaĢlarının  ayrı-seçkilik  yaradan  rəhbərlik  xətti  Azərbaycan  neftçilərinin  çox 

vaxt  haqlı  narazılığına  səbəb  olsa  da,  Mərkəzi  də  təmin  etdiyi  üçün  dəyiĢməz 

qalırdı. 

Sənayenin  digər  sahələrinin  bərpası.  Azərbaycan  SSR  AXTġ-nin  

ixtiyarında  olan  sənaye  sahələrinin  bərpası  1926/27-ci  ildə  əsasən baĢa  çatmıĢdı. 

Dağ-mədən  sənayesi  həyata  qaytarılmıĢ,  Gədəbəy  misəritmə  zavodu,  Çirakidzor 

kükürd-kolçedanı mədəninin fəaliyyəti geniĢlənmiĢdi

244

. Naxçıvan duz mədənlərində 



istehsal prosesi me xanikləĢdirilmiĢ

245


, duz çıxarılmasının 1921-ci ildəki 222,8  min pud 

göstəricisi 1926-cı ildə 1 milyon 800 min puda qədər artmıĢdı

246



1924-cü  ildə  fəaliyyətini  1917-ci  ildən  dayandıran  Qaradağ dövlət sement 



zavodu bərpa olunmuĢ, hər ay neft sənayesi üçün zəruri olan 20  min çəllək sement 

verməyə baĢlamıĢdı

247



Ġpəkəyirmə istehsalı da artdı. 1925/26-cı ildə ġəkidə və Dağlıq Qarabağda 



beĢ baramaaçma zavodu iĢləyirdi

248


Eyni  za manda  1925/26-cı  ildə  33  min  adamın  çalıĢdığı  xırda  kustar 

istehsalı  da  bərpa  olunurdu.  Kustar  sənaye  məhsulu  artaraq  30  milyon  manat 

dəyərinə  çatdı

249

.  Bununla belə  xırda  kustar  istehsalının  kooperativləĢdirilməsi  üçün 



görülən  tədbirlərin  əhəmiyyəti  də  az  olmadı.  1924-cü  il  iyunun  17-də  hökumətin 

dekreti  ilə  xirda  kustar  istehsalçılara  birlik,  Ģirkət  və  artellərdə  birləĢmək  hüququ 

verildi 

250


. 1925-ci  il sentyabrın 30-da Azərbaycan SSR Ali Ġqtisadi AXTġ  yanında 

112 

 

kustar kooperasiya birliyi yaratdı.  Kooperayanın məqsədi kustar istehsalını inkiĢaf 



etdirmək  və  sosialist  bölsməsinə  qoĢmaq    idi.    Beləliklə,      1925/26-cı    ildə  

Azərbaycanda  5  milyon  manatlıq  məhsul  istehsal  edən  4  min  kustar 

kooperativləĢdirildi.

251 


 

Kustar istehsalın mühüm sahələrindən biri olan xalçaçılıq xeyli zəifləmiĢdi. 

1913-cü  ildə  toxunmuĢ  xalçaların sayı  108  mindən  çox  olmuĢdu.  Bu  rəqəm  1924-

1925-ci  ildə  isə  161-ə  enib  670  dəfədən çox  azalmıĢdı.  Çünki  Azərbaycanın bütün 

qəzalarında  kütləvi  xarakter  daĢıyan  bu  xalq  sənətinin  tam  bərpasına  Ģərait 

yaradılmırdı

252



Bəzi  sənaye  sahələri  müharibədən  əvvəlki  səviyyəni  ötüb-keçmiĢdi. 



Məsələn,  daĢ  duz  çıxarılması  1913-cü  il  səviyyəsinin  315  faizini,  kükürd 

kolçedanı 354 faizini, tütün məhsulları 325 faizini, pambıq ipliyi 146 faizini, bez parça 

150 faizini təĢkil edirdi

233


. Azərbaycanda bir çox sahələr isə 1925/26-cı ildə 1913-cü il 

səviyyəsinə yaxınlaĢmaqda idi. Sement istehsalı 1913-cü il  istehsalının 91 faizini; 

pambıq təmizlənməsi 80 faizini təĢkil edirdi 

254


Lakin bəzi sənaye sahələri isə müharibədən əvvəlki səviyyədən  xeyli geri 

qalırdı.  Barama  toxumu  tədarükü  1913-cü  ildəkinin  30,6  faizini,  ipəkəyirmə  27,4 

faizini təĢkil edird i. 

Xalq  təsərrüfatı  dirçəldikcə  Azərbaycanın  senzli  sənayesinin  ümumi 

məhsulu  da  artaraq  1925/26-cı  ildə  86,6  faiz

255

  təĢkil  etdi.  1924/25-ci  ildə 



respublikanın senzli  sənaye sahəsində olan  121  dövlət  müəssisəsinin  istehsal  etdiyi 

məhsulun dəyəri 231,5 mln manat, 1925/26-cı ildə isə 323 mln manat id i

256



Artıq 1923-cü ildə Azərbaycan SSR-də bərpa prosesi uçün səciyyəvi hal 



sənayedə  ümumi  məhsul  artımının  kənd  təsərrüfatında  ümumi  məhsul  artımının 

üstələməsi  idi

257

.  1927/28-ci  ildə  respublikanın  bütün  xalq  təsərrüfatı  məhsulunda 



sənayenin payı 70,7 faiz, kənd təsərrüfatının payı isə 29,3 faiz olmuĢdu

258




Kənd  təsərrüfatı.  Azərbaycanın  kənd  təsərrüfatının  bərpasında  irəliləyiĢ 

əldə  olundu.  1921-1925-ci  illərdə  əkin  sahəsi  500  min  desyatindən  966  min 

desyatinə  çatdırıldı

259


.  1925/26-cı  ildə  respublika  kənd  təsərrüfatında  məhsuldarlıq 

müharibədən  əvvəlki  səviyyənin  80,2  faizi

260

,  1926/27-ci  ildə  isə  105  faizi



261

  qədər 


oldu.  Ümumi  əkin  sahəsində  pambıqçılığın  keçmiĢ  xüsusi  çəkisinin  bərpasının 

mühüm  xalq  təsərrüfatı  əhəmiyyəti  var  idi,  1925/26-cı  ildə  pambıq  əkini  sahəsi 

1913-cü  il  səviyyəsinin  97,2  fa izini

262


,  toplanmıĢ  məhsulun  isə  80,2  fa izin i

263


 

təĢkil ed irdi.  Pambıq əkini sahəsi 1921 -ci  ildə ümu mi əkin sahəsinin 0,9  faizini 

təĢkil edirdisə, 1926-

 

ci



 

ildə 9,7 faizə çatdı

264



Azərbaycanda  pambıqçılığ ın  sürətlə  bərpası,  sərfəli  qiy mət,  pamb ıqçı 



kəndlilərin  taxıl  və  zəruri  sənaye  malları  ilə  təchiz  edilməsi  və  aqrotexniki 

tədbirlər  onun  gəlirli  sahəyə  çevrilməsinə  səbəb  olmuĢdu

265

.  1924-cü  ildə 



respublika  pamb ıq  istehsalı  və  xam  pambıq  tədarükünə  rəhbərlik  etmək  üçün 

113 

 

xüsusi "Azdövlətpambıq" idarəsi yaradıldı



266

. Bu idarə əslində pambıq istehsalını 

hər  vəchlə  qaldırmaq  üçün  pambıqçı  kəndliləri  həddindən  artıq  inzibati-amirlik 

metodları ilə səfərbər edən ağır istismar orqanı ro lunu oynayırdı.  

Üzü mçülük  də  yenidən  bərpa  olundu.  1925-1926-cı  ildə  ü zü mlü klərin 

sahəsi 1913-cü ilin səviyyəsinə çatdı

267



Lakin  əkinçiliy in  bütün  sahələri  eyni  səviyyədə  bərpa  olunmurdu. 



Baramaçılıq  geri  qalırdı,  1926/27-ci  ildə  əldə  edilmiĢ  barama  1913-cü  ildə 

yetiĢdirilmiĢ baraman ın 60 faizini təĢkil edirdi

268



Heyvandarlıq  da  ço x  çətinliklə  d irçəlirdi  1925/26-cı  ildə  heyvandarlıq  



məhsulu  müharibədən əvvəlki səviyyənin 85,4  faizin i,  mal-qaranın sayı isə 83,6 

faizini  təĢkil  edirdi

269

.  Atların,  qoyun  və  keçilərin  sayı  1914-cü  ildəkindən  bir 



qədər  çox  idi.  Lakin  iribuynuzlu  mal-qaran ın  sayının  artması  müharibədən 

əvvəlki səviyyədən hələ də çox geri qalırdı

270



Azərbaycanda kənd təsərrüfatının inkiĢafı üçün geniĢ suvarma sisteminə 



böyük  ehtiyac  var  idi.  1924-cü  ilin   sentyabrında  Azərbaycan  SSR  A li  Ġqtisadi 

ġurası  kəhrizlərin  bərpası  üçün  12  mln  manat  ayırdı.  1925-ci  ildə  suvarma 

arxlarının  bərpası  və  b ir  ço xunun  tikintisi  baĢa  çatdırıld ı.  1922-1925-ci  illərdə 

Mil  və  Muğan  düzlərində  Govur  arxın ın,  Əzizbəyov  (keçmiĢ  Yu xarı 

Vərontsevski)  adına  kanalın,  keçmiĢ  Qolitsin  arxın ın  və  baĢqalarının  bərpası 

üçün iĢlər görüldü. Naxçıvanda Fərhad və Xanulyar arxları təmir ed ild i.  1925-ci 

ildə Sa mu x düzündə Qarasaqqal arxın ın çəkilməsinə baĢlandı

271


Suvarma  iĢlərini  respublikada  34  meliorasiya  Ģirkəti  təĢkil  ed irdi. 

Onların qüvvəsi ilə on iki suvarma  məntəqəsi və 370  kəhriz tə mir o lunmuĢdu

272


Meliorasiyanın  inkiĢafı  yeni  torpaq  sahələrinin  mənimsənilməsi  üçün  imkan  

yaradırdı. 

Kənd  təsərrüfatının  bərpası  və  inkiĢafı  üçün  hökumət  tərəfindən 

 

buraxılan  borc  mühü m  rol  oynayırdı.  Azə rbaycan  kənd  təsərrüfatı  bankı  kəndli 



təsərrüfatlarına  və  kənd  təsərrüfatı  kooperativlərinə  müntəzəm  borc  verir, 

toxu ma olan ehtiyacı ödə mə k üçün böyük  məb ləğdə vəsait ayırırdı.  1922-1924-

cü  illərdə  kəndlilərə  borc  olaraq  700  min  pud  toxu mluq  taxıl,  1923-1925-ci 

illərdə  isə  kənd  təsərrüfatının  inkiĢafı  üçün  11  milyon  manatdan  artıq  pul 

buraxılmıĢdı.  Kəndli  təsərrüfat ları  müasir  alətlərlə  təmin  edilirdi,  1923-1926-cı 

illərdə  Azərbaycan  kəndliləri  18  minə  qədər  dəmir  kotan  və  xeyli  baĢqa  kənd 

təsərrüfatı  alətləri  aldılar

273


.  Əkinçiliyin  mexanikləĢdirilməsinə  baĢlanmıĢdı. 

1926-c ı ildə A zərbaycanın çöllərində artıq 250 traktor iĢləyirdi

274



Suvarma  Ģəbəkəsinin  geniĢlənməsində,  elmi-tədqiqat  üsullarının  



əkinçilik  aqrotexn ikası  və  mexanikləĢdirilməsinə  tətbiqində  də  irəliləyiĢ  baĢ 

verdi.  Kəndli  təsərrüfatlarına  dövlət  tərəfindən  yardım  göstərmə kdən  ötrü 



114 

 

1923/24-cü  ildə  yerlə rdə  təcrübə  məntəqələri  və  onların  62  sayda  təcrübə-



nümunə təsərrüfatları yaradıldı

275


Kənd təsərrüfatının vəziyyətini yaxĢ ılaĢdırmaq  üçün kəndlilərin torpaqla 

təmin  olunması,  yer  quruculuğu  iĢlərinin  həyata  keçirilməsi,  torpaq  qanununun 

yaradılması  da  mühü m  Ģərt  id i.  1923-cü  ildən  baĢlayaraq  Azərbaycan  SSR-in  

torpaq  kodeksi  tətbiq  olundu

276


.  Yerli  xüsusiyyətləri  nə zərə  a lmaqla   yaradılmıĢ 

bu kodeks (məcəllə) respublikada yer quruluĢu iĢlərinin  plana uyğun aparılması, 

torpaqdan  istifadəni  niza mla maq  üçün  böyük  əhəmiyyət  kəsb  edirdi,  kodeksdə 

deyilirdi: "Azərbaycan SSR hüdudlarında olan bütün torpaqlar, kimin ixtiyarında 

olmasından  asılı  olmayaraq,  Fəhlə-Kəndli  Dövlətin in  mü lkiyyəti  hesab 

olunur"


277

Kodeksdə  qeyd  olunurdu  ki,  torpağı  öz  zəh məti  ilə  becərmək  istəyən 



Azərbaycan  SSR-in  bütün  vətəndaĢları  bu  hüquqdan,  ya  torpaq  cəmiyyətinin  

tərkib ində cəmiyyətin  müəyyən etdiyi qaydalara tabe olmaq la, ya da ayrılıqda  - 

torpaq  cəmiyyətinin  tərkib inə  daxil  olmadan  istifadə  edə  bilərlər

278


.  Qanunları 

pozan  hər  cür sövdə  -  almaq,  satmaq,  bağıĢlamaq,  vəsiyyət  etmək,  yaxud  girov 

qoymaq  qadağan  idi.  1920-c i  il  may ın  5-dən  sonra  bağlanmıĢ  bu  cür 

razılaĢmaların  hamısı  kodeksə  görə  qeyri-qanuni  hesab  olunurdu.  Kodeksin 

tələbini pozan lar sovet hakimiyyətinin dekretinə tabe olmaqdan imtina edən kimi 

məsuliyyət  daĢıyır,  eyni  zamanda  istifadələrində  olan  torpaqlardan  da  məhrum 

edilirdilər

279


Yo xsulların  və  ortababların  mənafelərini  müdafiə  edən  torpaq  kodeksi 

torpaqdan  istifadədə  sabitlik  ideyasını  ardıcıl  həyata  keçirirdi

280


.  Yoxsul  kəndlilər 

üçün  yer  quruculuğu  iĢlərinin  mühüm  əhəmiyyətini  nəzərə  alan  hökumət  torpaq 

quruluĢu  üzrə  bütün  xərcləri  öz  üzərinə  götürməyi  qət  etdi  və  qərara  aldı  ki, 

kənddaxili torpaq bölgüsü iĢlərini məcburi qaydada həyata keçirsin. 

YĠS Ģəraitində dövlət tərəfindən kasıb kəndlilərə göstərilən kö mək kəndli 

təsərrüfatlarının əsas kütləsinin ortabablaĢmasına səbəb oldu, 70 minə qədər kəndli 

təsərrüfatı ortabab qrupuna keçdi. 1925-ci  ildə ortabablar respublika  kəndlilərinin 

54,  varlı  kəndlilər  və  ya  qolçomaq  adlandırılanlar  3  faizə  qədərini,  qalan  43  faizi 

muzdurlar, atsız və aztavanlılar təĢkil edirdi. Əkinçilikdə mərkəzi simaya çevrilmiĢ 

ortabab  kəndlilər  istehsal  olunmuĢ  pambıq  və  buğda  məhsulunun  63  faizini 

verird ilər

281


YĠS-in  təsərrüfat sistemi  ölkənin  iqtisadiyyatını  bərpa  etmək  üçün Ģərait 

yaratmasına baxmayaraq, ziddiyyətli və dəyiĢkən idi, əsasən iri dövlət sənayesi və 

xırda  əmtəə  kəndli  təsərrüfatına  əsaslanırdı.  Belə  Ģəraitdə  böhran  labüd  idi  və 

onlardan biri 1925-ci ilin sonunda oldu. "Əmtəə aclığının" - kəndlilər üçün zəruri olan 

sənaye malları qıtlığının meydana çıxması kənd təsərrüfatına mənfi təsir göstərdi və 

taxıl tədarükü çətinliklərə düçar oldu. 


115 

 

Müxtəlif  partiya  qrupları  V.Ġ.Leninin  vəfatından  sonra  hakimiyyət 



uğrunda  mübarizənin  kəskinləĢdiyi  Ģəraitdə  yarana  biləcək  iqtisadi,  siyasi  və 

partiyadaxili böhran məsələlərini həll etmək üçün müxtəlif variantlar təklif edirdilər. 

1927-ci  ilin  Ġkinci  yarısında  Stalinin  təkbaĢına  hakimiyyəti  YĠS-i,  de mokratik 

prosesləri  güclü  inzibati-amirlik  təzyiqləri  ilə  əvəz  etdi.  1927-1928-ci  illərdə 

kəndlilərə  qarĢı  fövqəladə  antidemokratik  tədbirlər  baĢlandı  və  bununla  da  hələ 

imkanları qalan YĠS-i həyata keçirməkdən əslində tam imtina ed ild i. 



Ġctimai-iqtisadi  ukladlar  nisbətində  dəyiĢikliklər.  Xalq  təsərrüfatının 

bərpası prosesində, YĠS-in həyata keçirildiyi Ģəraitdə Azərbaycanda ictimai-iqtisadi 

ukladların nisbəti də dəyiĢdi. 

Bərpa dövrünün sonlarında respublikada yüngül və yeyinti sənayesinin bir 

sıra  kiçik    və    orta  müəssisələri    xüsusi  kapital  nümayəndələrinin  əlində  idi. 

Bakıda  xüsusi sahibkarlar  səkkiz  müəssisəni  -  dəyirmanları,  pivə  zavodunu  və s. 

icarəyə götürmüĢdülər. Dağlıq Qarabağda onların ixtiyarında 16 baramaaçma  zavodu 

var idi, Lənkəran qəzas ında iki xüsusi baramaaçma zavodu iĢləyirdi və s. 

Ġpək emalı sənayesində xüsusi kapitalın çəkisi daha böyük idi. 1925-ci ildə 

istehsal  olunan  məhsulun  29,2,  iĢçi  qüvvəsinin  isə  29,6  faizi  onun  payına 

düĢürdü

282


1923-cü ildə Azərbaycan SSR-də 47,5  min sənaye fəhləsindən altı mini

283

 

(təxminən 1/8 hissəsi) xüsusi Ģəxslərə məxsus sənaye müəssisələrində çalıĢırdı. 1925-



ci  ilin   ortalarında  isə  təkcə  Bakıda  xüsusi  kapitalist bölməsində təqribən beĢ  min 

fəhlə iĢləyirdi

284



Azərbaycan  SSR-in  bütün senzli  sənaye  müəssisələrinin  yalnız  6,2  faizi 



xüsusi  Ģəxslərin  ixtiyarında  idi

285


,  onların  məhsulunun  xüsusi  çəkisi  isə  ümumi 

məhsulun  1,4  faizindən  artıq deyildi

286

.  1923-cü  ildə  əsasən  azsaylı  fəhləsi  olan bu 



kiçik  müəssisələrin  hər  birinə  orta  hesabla  1,7  fəhlə  düĢdüyü  halda,  dövlət  neft 

müəssisələrinin hər birinə 429, baĢqa dövlət və kooperativ sənaye sahələrində  isə 

8,3 fəh lə düĢürdü

287


Xüsusi  kapitalist  sənayesi  fəhlələrinin  əksəriyyəti  Balaxanı-Sabunçu 

yaxınlığında  kustar  neft  quyularında,  kiçik  müəssisələrdə,  Nuxanın  baramaaçan 

zavodlarında iĢləyirdi. Məsələn, 1925-ci ilin əvvəllərində kustar üsulla neft çıxarmaqla 

900 nəfər məĢğul olurdu

288


Dövlət  sənayesi  fəhlələrilə  müqayisədə  xüsusi Ģəxslərin  müəssisələrində 

fəhlələrin vəziyyəti və iĢ Ģəraiti baĢqa cür idi. Kapitalistlər hər cür metodla əməyi 

intensivləĢdirməyə çalıĢır, ço x vaxt əmək qanunlarından yan keçərək, həddi-büluğa 

çatmamıĢların  əməyindən  istifadə  edir,  qanunla  müəyyənləĢdirilmiĢ  8  saatlıq  iĢ 

gününü 10-12 saatadək uzadır, həmkarlar ittifaqı üzvlərini iĢə qəbul etməkdən boyun 

qaçırırdılar.  Onlar  əmək  mühafızəsi  qaydalarını  pozaraq  dartayçıları  quyuları 


116 

 

təmizləmək  üçün  onun  dibinə  düĢməyə  məcbur  edirdilər



289

,  bu  da  çox  hallarda 

bədbəxt hadisələrin baĢ verməsinə səbəb olurdu. 

Bakıda  xüsusi sənayenin baĢqa sahələrində, məsələn, tənbəki fabrikində, 

Xalyatovun  tikiĢ  ema lat xanasında,  Qara  Ģəhərdəki  xüsusi  dəyirmanda  fəhlələrə 

məzuniyyət  verilmir,  xəstələnmiĢ  fəhlələri  iĢdən  çıxarırdılar

290

.  Həmkarlar 



ittifaqlarının əmək mühafizəsi orqanlarının nəzarətindən yayınmaq üçün sahibkarlar 

mü xtəlif  hiylələrə  əl  atır,  saxta  artel-mədənlər  və  kollektiv  podrat  tikinti 

müəssisələri  adı  altında  fəhlələrin  muzdlu  əməyindən  geniĢ  istifadə  edirdilər.  Belə 

ki,  1923-cü  ildən  Azərbaycanda da saxta  artellərin sayı  xüsusən yeyinti  və  tikinti 

sənayesi sahələrində artdı

291


Xüsusi  kapitalist  sənaye  bölməsində  sahibkarlarla  fəhlələr  arasında  da 

mübarizə  Ģəraiti  kapitalist  dövlətlərindən  fərqlənirdi.  YĠS  dövründə  burjuaziya 

tərəfindən istismar olunan xüsusi müəssisələrin fəhlələri sovet orqanları tərəfindən 

müdafiə olunurdular. Fəhlələrin hüquqları əmək haqqında sovet qanunları kodeksi 

ilə qorunurdu. Bu kodeksə əlavə olaraq, Azərbaycan SSR XKS 1922-ci il fevralın 

24-də xüsusi müəssisələrdə əmək Ģəraiti və əmək haqqının nizamlanması, onlarda 

münaqiĢələrin həll olunması qaydası haqqında qərar qəbul etdi

292



Xüsusi    Ģəxslərə    mə xsus    müəssisədə    fəhlələrin    mənafeyini  müdafiə 



məqsədilə  Azərbaycan  hökuməti  1922-ci  il  may ın  17-də  əmək  haqqında  iĢçi 

qanunvericiliyinin pozulmasına görə  cəza tədbirləri haqqında dekret verdi

293

. 1922-


ci ildə respublika Xalq Ənıək Komissarlığı  müfəttiĢliy i əmək qanunları  kodeksinin 

pozulmasına  görə  xüsusi  sahibkarlardan  910  cərimə  almıĢdı

294

.    1923-cü  ildə  



Xalq  Əmək  Komissarlığı  yanında  əmək  qanunları  kodeksini  pozan ları  cinayət 

məsuliyyətinə  cəlb  edən  əmək  məh kəməsi  yaradıldı.  1924-cü  ildə  əmək 

məh kəməsinin  baxd ığı    1646  iĢdən  90  faizi  xüsusi  müəssisələr üzrə  idi,  sonrakı 

illərdə bu xarakterli iĢlərin sayı xey li azald ı

295



Xüsusi kapitalın istismar ənənələrini məhdudlaĢdırmaq uğrunda mübarizədə 



mühüm  rol  oynayan  Azərbaycan  həmkarlar  ittifaqları  müntəzəm  olaraq  fəhlələrin 

mənafeyinin  müdafiəsinə  qalxır,  xüsusi  müəssisələrin  fəhlələrini  öz  sıralarına  cəlb 

edir, orada öz təĢkilatlarını yarad ırdılar

296


Xüsusi  müəssisələrin  fəhlələrinin  mənafelərini  müdafiə  etməkdə  kollektiv 

müqavilələr  ciddi  vasitə  oldu.  Fəhlələr  həmkarlar  ittifaqlarının  rəhbərliyi  altında 

kollektiv müqavilələrin bağlanmasına nail olur, kapitalistlərin onlara riayət etməkdən 

boyun qaçırmalarına yol vermir, əmək haqqının artırılmasını və normal ə mək Ģəraiti 

yaradılmasını tə ləb edird ilə r. 

Xüsusi müəssisələrdə fəhlələr kapitalistlərə son təsir vasitəsi kimi bəzən  

tətilə  əl  atırdılar.  Xankəndindəki  baramaaçan  fabrikin  fəhlələrinin  1925-ci  ilin  

mayında elan etdikləri tətilin səbəbi həmkarlar təĢkilatı üzvlərinin iĢdən çıxarılması, 

onların  yerinə  həmkarlar  təĢkilatı  üzvü  olmayanların  qəbul  edilməsi  olmuĢdu. 



117 

 

Tətilçilər isdən çıxarılanları iĢə bərpa etməyi və qeyri-qanuni qəbul olunanları iĢdən 



çıxarmağı,  kollektiv  müqavilənin  Ģərtlərinə  əməl  olunmasını,  tətil  günləri  üçün 

əmək  haqqı  ödənilməsini  tələb  edirdilər.  Üç  gün  davam  edən  tətil  fəhlələrin  

tələblərinin yerinə yetirilməsi ilə baĢa çatdı. 

1923-cü ildə respublikanın ümu mi sənaye məhsulunun dəyərinin 80,9 faizi 

dövlət,  4,6  faizi  kooperativ,  14,5  faizi  isə  xüsusi  müəssisələrin,  bütövlükdə  isə 

bütün ümumi sənaye məhsulunun 85,5 faizi

298

 sosialist bölməsinin payına düĢürdü. 



1924/25-ci  ildə  isə dövlət və  kooperativ sənayesinin  (neft sənayesi  istisna  olmaqla) 

payı ümumi məhsulun 93,5 faizini, xüsusi sənayenin isə 6,5 faizini təĢkil edird i

299



Kənd  təsərrüfatında  da  tədricən  sosialist  elementləri  inkiĢaf  edirdi. 



Azərbaycan  kəndində  kənd  təsərrüfatı  kooperasiyaları  nəzərə çarpacaq dərəcədə 

artırdı.  Onların  əsas  formaları  kənd  təsərrüfatı  artelləri,  kredit,  maĢın-traktor  və 

meliorasiya  Ģirkətləri  idi.  1924-1927-ci  illərdə  kənd  təsərrüfatı  kooperativlərinin 

sayı  artaraq  67-dən  186-ya,  onların  üzvlərinin  sayı  isə  14,2  mindən  73,5  minə 

çatdı. Kəndlilərin kooperasiya ilə əhatə olunması dörd faizdən 21 faizə qalxd ı

300


Sovxo zlara gəldikdə isə sosialist təsərrüfatların ın bu forması zəif inkiĢaf 

edirdi. 1924-cü ildə respublikada 29 min desyatin torpağı olan cəmi on bir sovxo z 

var idi


301

Kənd  təsərrüfatı  istehsalında  xüsusi  kapitalist  ukladı  da  müəyyən  yer 



tuturdu.  Bu  təsərrüfatları  kənd  təsərrüfatı  fəhlələri  -  muzdurların  əməyindən 

istifadə  edən  qolçomaq  təsərrüfatları  təmsil  edirdilər.  1925-ci  ilin  yanvarında 

qeydiyyatda olan muzdurların sayı qırx min nəfərə çatırdı

302


Cəmisi  üç  faiz  təĢkil  edən, azsaylı,  lakin  muzdlu  əməyə  əsaslanan güclü 

qolçomaq  təsərrüfatları  bütün  pambıq  və  taxıl  məhsullarının  12-13  faizini 

verird ilər

303



Sovet  dövləti  qolçomaqların  artmasını  məhdudlaĢdırmağa  çalıĢır,  bunun 



üçün vergi təzyiqinə, hətta inzibati xarakterli tədbirlərə  əl atırdı. 1925-ci ildə bütün 

kəndli  təsərrüfatlarının  on  beĢ  faizini  təĢkil  edən  qolçomaq  və  daha  varlı  kəndli 

təsərrüfatları  A zərbaycan  kəndində  bütün  kəndli  təsərrüfatı  vergisinin  47  faizin  

ödəyirdi


304

Xalq təsərrüfatının bərpasının sonlarına yaxın əmtəə mübadiləsi sahəsində 



sosialist və kapitalist elementləri arasında mübarizə kəskinləĢdi. 

1925/26-cı  illərdə  respublika  əhalisinin  ehtiyaclarının  ödənilməsində 

istehlak  kooperasiyasının  rolu  artdı.  O  öz  dövriyyəsini  343  faiz  artıraraq  ticarətdə 

mühüm mövqe tutdu. Ümumi  mal dövriyyəs ində onun xüsusi çəkisi artaraq 1923/ 24-

cü ildəki 12,1 faizdən 1925/26-cı ildə 25,l faizə çatdı

305


Lakin  xüsusi kapital ticarətdə güclü tərəf olaraq qalırdı. 1925-ci ildə əhali 

əmtəələrin  ümumi  dəyərinin  təqribən  yarısını  xüsusi  alverçilərdən  alırdı.  Ticarət 

sahəsində bütün əmtəə mübadiləsinin təqribən yarısı, Azərbaycan kəndində isə 75 



118 

 

faizə  qədəri  onların  əlində  cəmləĢmiĢdi



306

.  1928-ci  ildə  xüsusi  kapital  pərakəndə 

əmtəə mübadiləsinin 45 faizinə sahib id i 

307


Çətinliklərə  baxmayaraq,  Azərbaycanın  əmtəə  mübadiləsində  sosialist 

bölməsi  tədricən  üstün  mövqe  tuturdu.  1925/26-cı  ildə  onun sayı ümumi  ticarət 

dövriyyəsində 63,3 faiz təĢkil edirdi

308



Sosialist  bölməsi  inkiĢaf  etdikcə,  onun təsir  dairəsi  geniĢlənirdi,  1926-cı 



ildə  respublikanın  bu  təsərrüfat  bölməsində  əhalinin  27,3  faizi  iĢləyirdi.  Onların  

sırasına  dövlət  müəssisələri  və  kooperativlərin  fəhlə  və  qulluqçuları  (26,7  faiz), 

kənd  təsərrüfatı  artellərinin  üzvləri  və  kooperativ  kustarları  (0,6  faiz)  daxil  idilər. 

Əhalinin beĢ faizi isə kapitalist bölməsində çalıĢırdı

309



SənayeləĢdirmə  xətti.  1925-ci  ilin  sonlarına  yaxın  müttəfiq 



respublikalarda,  o  cümlədən  Azərbaycan  SSR-də  əsasən  müharibədən  qabaqkı 

səviyyə  bərpa  olundu.  YĠS  azad  iqtisadiyyatın,  iĢgüzarlığın  və  təsərrüfat 

təĢəbbüskarlığının  inkiĢafına  Ģərait  yaratdı.  Buna  baxmayaraq,  ölkə  texniki  və 

iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq, ölkənin 

elmi-texniki

 

potensialını 



yüksəltmək 

lazım 


idi. 

Beləliklə, 

ölkənin  

sənayeləĢdirilməsini  inkiĢaf etdirmək  zəruriyyəti  meydana çıxmıĢdı.  Cəmiyyətin 

ictimai-iqtisadi,  maddi  həyatının  obyektiv  tələblərinə  uyğun  yeniləĢdirilməsi 

zərurəti ilə əlaqədar olaraq, 1925-ci ilin dekabrında ÜK(b) P XIV qurultayı SSRĠ-də 

sənayeləĢdirmə  xəttini götürdü. Lakin bunun üçün öz yığımı olmayan ölkə "sosialist 

sənayeləĢdirməsinə"  iqtisadiyyatı  inzibati-amirlik  yolu  ilə  nizamlamaq,  kəndi 

istismar etmək, fəhlə əksəriyyətinin "inqilaba  və sosializmə" həd-siz  ina mı  və  ruh 

yüksəkliy i hesabına gedirdi. 

SənayeləĢdirmə  bütün  xalq  təsərrüfatının  "sosialistcəsinə"  yenidən 

qurulması,  fəhlə  sinfinin  artmasına  Ģərait  yaranması,  onun  zəhmətkeĢ  kəndlilərlə 

ittifaqının möhkəmlən məsi və Ģəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar hesab 

olunurdu. 

Bütün  müttəfiq  respublikalarda  yeni  sənaye  müəssisələrinin  tikintisinə 

baĢlandı. Sosialist sənayesinin yeni nəhəngləri, Dnepr su-elektrik stansiyası, qüdrətli 

maĢınqayırma və avtomobil zavodları, Türküstan-Sibir dəmir yolu ("Türksib") və s. 

meydana çıxdı. 

SənayeləĢdirmə, keçmiĢ çar Rusiyasının müstəmləkələri olmuĢ digər milli 

respublikalarda  olduğu  kimi,  Azərbaycanda  da  iqtisadi-texniki  geriliyi  aradan 

qaldırmaqda həlledici rol oynamalı idi. 

Bir çox sənaye sahələrinin tam bərpası əslində 1927-ci  ilə qədər uzanır və 

onlarla  yanaĢı,  yeni  sənaye  müəssisələri,  ilk  növbədə  neft  sənayesi  müəssisələri 

yaradılması prosesi gedirdi. 

Neft  sənayesinin  sonrakı  inkiĢafı  üçün  Azərneftin  yanında  ilk  dəfə 

geoloji-kəĢfiyyat  bürosu  yaradıldı.  Neftli  sahələrin  ardıcıl  olaraq  öyrənilməsinə  



119 

 

baĢlandı.  Balaxan ı-Sabunçu  rayonunda  kəĢfıyyat  quyuları  qazmaqla  Kirməki  və 



Kirməkialtı  laylarda  zəngin  neft  yataqları  aĢkar  edildi.  Yeni  neft  yataqlarının 

mənimsənilməsinə  baĢlandı.  Təcrübəli  fəhlələrin  təĢəbbüsü  ilə  (buruq  ustası 

Ġsazadə  və  N.Buniyadov)

310


  Balaxanı-Sabunçu  rayonunda,  "Saldat  bazarı"  adlanan 

yerdə  ilk  sovet  mədəni  yaradıldı.  Onun  yaradılmasında  buruq  ustaları  A.Səlimov 

və  Q.Səlimov,  dartayçılar  Seyfulla  Oruc  və  Ġsmayıl  Əli  və  b.  fərqləndilər.  Əgər 

1922-ci ilin  mayında birinci sovet mədənində cəmisi iki neft quyusu vardısa və ayda 

15  min  pud  neft  verirdisə,  üç  ildən  sonra  onlar  66  olub,  1,5  milyon  pud  neft 

verird i


311

Hələ  1922-ci  ildə  Bibiheybət  buxtasında  dənizdən  fəth  edilmiĢ  sahədə 



yeni  mədən  -  "Ġliç  bu xtası''nı  yaratmaq  üçün  baĢlanmıĢ  iĢ   daha  da  sürətləndi. 

1923-cü ilin  mayında orada ayda 49 min pud neft verən iki neft buruğu var idisə, 

1925-c i ilin  mayında hasilatı  912  min pud neft olan 19 quyu iĢləyird i.  Belə liklə, 

Bakı ətrafında yeni neft buruqları meĢəsi salın mağa baĢladı.  

1926-c ı il fevralın 3-də Q.Musabəyov (sədr), H.Sultanov D.Bünyadzadə 

və  baĢqalarından  ibarət  respublikanın  sənayeləĢdirilməsi 

ko missiyası 

yaradıldı

312

.  Komissiyanın  yanında  xa mma l  və  fəhlə  qüvvəsi,  sənaye,  elektrik 



stansiyaları  və  sairən in  təĢkili  Ģöbələri  yarad ıld ı.  Ko missiyaya  təcili  surətdə 

sənayeləĢdirmə  plan ı  hazırlamaq  tapĢırıldı.  1926-cı  ilin  mayında  Azərbaycan 

SSR-in  sənayeləĢdirilməsinin  beĢillik  inkiĢaf  proqra mı  məsələsi  AK(b)P  MK 

plenumunda  müzakirə  edildi.  Həmin  planda,  hər Ģeydən  əvvəl,  neft sənayesinin 

gələcəkdə  daha  güclü  inkiĢafı  və  texniki  cəhətcə  yenidən  qurulmasının  baĢa 

çatdırılması,  eləcə  də  yeni  toxuculuq  kimya  və  sənayenin  baĢqa  sahələri  ü zrə 

yeni  müəssisələrin  tikilməsi  nəzərdə  tutulurdu.  Azərbaycan  qəzalarında  yeni 

sənaye  ocaqlarının  yaradılmasına  xüsusi  əhəmiyyət  verilirdi.  Onlar  gələcəkdə 

Azərbaycanın  simasını  dəyiĢdirməli  və  onu  qabaqcıl  sənaye  respublikasına 

çevirməli id i. 

1926-c ı  ilin  sentyabrında  Azərbaycan  MĠK-nin  IV  sessiyası  Gəncədə 

yeni  güclü  toxuculuq  fabrikin in,  Zurnabadda  su-elektrik  stansiyasının  və  yeni 

suvarma  kanalların ın  tikilməsini  nəzərdə  tutan  inkiĢaf  plan ını  təsdiq  etdi

313


Sessiya hökumətə respublikanın elektrikləĢdirilməsi planın ı hazırlamağı tapĢırdı. 

Azərbaycanın  sənayeləĢdirilməsinin  özünəməxsusluğu  ondan  ibarət  idi 

ki, burada onun əsas və aparıcı sahəsi tarixən yaradılmıĢ neft sənayesi idi.  Əsas 

sərəncam  verən  Mərkəz  Azərbaycanda  "qara  qızıl"  çıxarılması  sürətinin 

artırılmasında  daha  çox  maraq lı  idi.  Çünki  neft  sənayesi  Sovet  Ġttifaqın ın 

sosialist sənayeləĢdirilməsi planın ın ən mühüm tərkib hissəs i idi. O, ölkənin  xalq 

təsərrüfatının bütövlükdə inkiĢafı üçün həlledici əhəmiyyətə  malik olub,  iqtisadi 

cəhətcə xeyirli və effektli  idi. Buna görə də sənayeləĢdirmənin  ilk illərində əsas 

diqqət  Azərbaycanda  neft  sahəsinin  inkiĢafına  verilmiĢdi.  Digər  tərə fdən  bu 



120 

 

onunla  əlaqədar  idi  ki,  ö lkən in  eyni  zamanda  bütün  sənaye  sahələrini  inkiĢaf 



etdirmək  üçün  kifayət  qədər  vəsait  yox  id i,  ona  görə  də  ən  tez  gəlir  verən 

sahələrə seçmək lazım gəlirdi. 

Be ləliklə,  Azə rbaycan  qəzala rın ın  sənayeləĢdirilməsi  məhdud   idi  və 

ləng gedirdi. Sənayenin inkiĢafında respublikanın  mərkəzi  ilə rayonları arasında 

ənənəvi uyğunsuzluq hələ də qalmaqda idi.  

Azərbaycan  neftinin  Ümu mittifaq,  "beynəlmiləl"  əhəmiyyətini  daim 

vurğulayan  sovet  hökuməti,  ilk  növbədə  neft  sənayesini  maliyyələĢdirird i. 

Sənaye  cəhətdən  geri  qalmıĢ  Azərbaycan  qəzaları  onu  maraqlandırmırd ı. 

1926/27-c i  ildə  SSRĠ  neft  sənayesi  üçün  nəzərdə  tutulmuĢ  150,5  milyon  manat 

ümu mi  məbləğin  yarıdan  çoxu  (83  milyon  man.)  SSRĠ  Əmək  və  Müdafiə 

ġurasının 24 dekabr 1926-cı il tarixli qərarı ilə A zərneft üçün ayrıldı. 

Neft  sənayesini  yeni  sahələrdə  neft  yataqları  ilə  təmin  etmək  üçün 

AbĢeronun mü xtəlif yerlərində - Zığda, Qaradağda, Putada kəĢfiyyat quyularının  

qazılması  geniĢləndirild i.  1926/27-ci  ildə  qazıma  1925-ci  il  səviyyəsini  iki  dəfə 

ötərək  225,5  min  metrə  çatdı

314


.  Artıq  1926-cı  ildə  Putada,  1928-ci  ildə  isə 

Neftçalada ilk qıryu istismara buraxıldı. 1928-ci ildə isə Qaraçu xurda birinci neft 

quyusu qazılmıĢdı. 

Azərneftin yeni neft emalı  müəssisələri yarad ılırd ı.  1926-cı  ildə Bakıda 

ilk  kre kinq  zavodun  tikint isinə  baĢlandı,  1927-ci  ildə  Vano  Sturua  adına 

neftayırma zavodu (indiki A zərbaycan Neft-Yağ Ġstehsalı Birliyi), yeni borulu ağ 

neft-benzin zavodu, Zığda ka rbid zavodu istismara ve rildi

315


Neft  sənayesinin  istehsal  bazasının  yenidən  qurularaq  fırla ma  üsulu  ilə 

quyu  qazımağa  keçilməsi,  neftin  qapalı,  dərinlik  nasosları  ilə  çıxarılması 

mü xtəlif  sənaye  avadanlıqlarına  böyük  tələbat  yaratdı.  Ağır  sənayenin  mühüm 

sahələrindən  biri  o lan  maĢınqayırman ı  texniki  cəhətcə  yenidən  qurmaq  tələbi 

meydana  çıxdı.  Respublikanın  L.ġmidt  (indiki  Səttərxan  -  məsul  red.), 

Dzerjinski  (indiki  Sura xan ı  maĢınqayırma  zavodu  -  məsul  red.),  "Ba kı  fəhləsi" 

adına  əsasən  neft  avadanlıqları  hazırlayan  maĢınqayırma  müəssisələri  xey li 

müvəffəqiyyət qazandılar. On lar texn ikanın yenilikləri  ilə təchiz o lunmuĢ güclü 

dəzgahlar  və  aqreqatlara  malik  id i.  Levinson  və  Xatisəv  zavodları  əsasında 

yaradılmıĢ  L. ġmidt adına  zavodda (ind iki  Səttərxan   adına  zavod -  məsul red.)  

ontonluq marten  sobası 1924-cü  ildə  iĢə salındı. Alət və prokat sexləri yenidən 

quruldu. Fəhlə lərin sayı 1920-ci ildə 30 nəfərdən, beĢ ilə  1172-yə çatdı

316


Zavod  fırlama-qazıma  dəzgahları  və  dərinlik  nasosları  istehsalına 

yiyələndi.  1923-cü  ildə  SSRĠ-də  ilk  dəfə  burada  bucurqad  (ağırlıq

 

qaldıran 



mexanizm) hazırlandı

317


. 1924-cü ildə ölkədə ilk dəfə

 

dərinlik nasosları buraxıldı və 



onların ardıcıl istehsalına baĢlandı. Bunun zavoddakı bir günlük istehsal həcmi 1925-ci 

121 

 

ilin  avqustunda  8-10  ədədə  çatdırıldı,  1927-ci  ildə  isə  burada  SSRĠ-də  ilk 



poladəridən qövsvari elektrik sobası iĢləməyə baĢladı. 

1926-cı ildə Suraxanıda iĢə düĢən

318

 Dzerjinski adına mexaniki zavod (indiki 



Suraxanı maĢınqayırma zavodu) sovet mühəndislərinin yaratdığı yeni dərinlik nasosu 

buraxmağa baĢladı

319



Bu nailiyyətlərin nəticəsində xaricdən gətirilən neft sənayesi avadanlığının 



xüsusi  çəkisi  xeyli  azaldı.  Əgər  1924-cü  ilin  mayında  Bakının  bütün  neft sənayesi 

avadanlığının 54 faizi xaricdən gətirilirdisə, 1927-ci ildə bu, 27 faizə endi, qalan 73 

faizi isə SSRĠ-nin neft avadanlığı istehsal edən zavodlarından gətirilirdi. Bunun 33 

faizi 


Bakı 

neft  maĢınqayırma  müəssisələrinin  payına  düĢürdü

320

.  Bakı 


maĢınqayıranlarının  fədakar  əməyi  artıq  1929-cu  ildə dərinlik  nasoslarının  xaricdən 

gətirilməsinə son qoydu

321



Azərbaycan  SSR  AXTġ-yə  tabe  olan  sənayedə  də  texniki  cəhətdən 



yenidənqurma  prosesi  gedirdi.  Buna  səbəb  respublika  sənayesinin  inkiĢafı  üçün 

kapital  qoyuluĢunun  artması  idi.  1926/27-ci  ildə  ona  qoyulan  xərclər  631,1  min 

manatdan 7 milyon 370 mino qalxmıĢdı

322


. Həmin ildə sənayenin digər sahələrini də 

inkiĢaf  etdirmək  planına  baĢlanılmıĢdı.  1926-cı  il  oktyabrın  20-də  AK(b)P  MK-sı 

sənayeləĢdirmə  üzrə  ko missiyanın  bu  sahədə  əməli  təkliflərini  təsdiq  etdi. 

Azərbaycan SSR AXTġ-yə  Gəncə toxuculuq fabrikinin tikintisini baĢa çatdırmaq, 

elektrik,  baramaaçan  və  balıqçılıq  sahələrinin  inkiĢafını  təmin  etdirmək  tapĢırığı 

verildi


323

Güclü sənaye yaratmaq böyük kapital qoyuluĢu tələb edirdi. Sosialist yığımının 



əsas  mənbələri  milliləĢdirilmiĢ  sənaye  və  dövlət  ticarəti,  nəqliyyat,  bank  sistemi, 

kəndlilərin  əmək  məhsuldarlığının  artırılması,  eləcə  də  əhalin in  vəsaiti  hesabına 

dövlət istiqrazından gələn gəlirlər idi. SənayeləĢdirməyə yönəldilən lazımi vəsaitin 

yığılması  üçün  ölkədə  çox  ciddi  qənaət  rejimi  qurmaq,  möhkəm  istehsalat  nizam-

intizamı yaratmaq, səmərələĢdirməni yaymaq,  məhsulun maya dəyərini azaltmaq, 

səmərəli  olmayan  xərcləri  ləğv  etmək  lazım  idi.  Bunların  əvəzində  isə  bütün 

istehsal  vasitələrinin  Mərkəzin  əlində  cəmləĢməsinə  əsaslanan  inzibati-amirlik 

sistemi güclənirdi. 

1926-c ı ilin aprelində UIK(b)P M K və MIK bütün partiya təĢkilatlarına, 

nəzarət  komissiyalarına,  partiyanın  bütün  üzvlərinə  "Qənaət  üsulu  uğrunda 

mübarizə  haqqında"  müraciət  qəbul  etdi.  Azərbaycanda  da  qənaət  üsulu  uğrunda 

mübarizə  baĢlandı.  1926-cı  ilin  mayında  partiya  aparatında  respublikanın  dövlət 

idarələrində  və  sənaye  müəssisələrində  səmərələĢdirmə  iĢi  aparan  Mərkəzi 

komissiya yaradıldı

324

. Bakı Partiya Komitəsi 1926-cı ilin avqustunda sentyabrın 1-dən 



qənaət  üsulu  kampaniyası  keçirməyi  qərara  aldı.  Həmin  ilin  axırına  yaxın  artıq 

Bakının müəssisə və idarələri üzrə ümumi qənaət 2 milyon 500 min manata çatmıĢdı. 

Azərneft  müəssisələri  1,828  min  manat,  Xəzər  gəmiçiliy i  64  min  manat,  Bakı 


122 

 

soveti 300 min manat, Azərbaycan SSR AXTġ və onun müəssisələri 247  min  manat 



qənaət etmiĢdi

325


Rayonlarda qənaət üsulu üzrə qəza komissiyaları iĢ aparırdı. 1926-cı ilin 

birinci  yarısında  Gəncədə  qənaət  üsulu  üzrə  26  komissiya  fəaliyyət  göstərirdi. 

Onlardan  ancaq  altısının  aylıq  qənaəti  13  min  manata  qədər  olmuĢdu.  1926-cı  ilin 

Ġkinci yarısında Naxçıvan MSSR, Nuxa, Quba, Salyan və Cəbrayıl qəzalarında 300 

min manata qədər qənaət əldə edilmiĢdi

326



Bərpa  dövrünün  sonuna  yaxın  respublikanın  AXTġ-nin  ixtiyarında  olan 



dövlət sənayesi də müasir texnika əsasında yenidənqurma mərhələsinə daxil oldu. 

Bakıda yeni yüngül və yeyinti sənayesi müəssisələri fəaliyyətə baĢladı. 1927-ci ildə 

çörək  zavodu,  bir  il  sonra  isə  Əli  Bayramov  adına  tikiĢ  fabriki,  kiçik  tikiĢ 

emalatxanalarının  birləĢdirilməsi  əsasında  Volodarski  adına  fabrik  (indiki 

A.Bakıxanov adına tikiĢ kombinatı) yaradıldı ki, bununla da Azərbaycanda iri tikiĢ 

sənayesinin  əsası  qoyuldu.  1924-cü  ildə  Bakı  "Qırmızı  Oktyabr"  və  "III 

Ġnternasional"  tütün  fabrikləri  bir  böyük  müəssisədə  birləĢdirildi.  BöyüdülmüĢ 

"Qırmızı Oktyabr" fabriki yenidən təchiz o lundu və elektrikləĢdirild i. 

Ġstehsalın  səmərələĢdirilməsi  məhsulun  artmasını  təmin  edirdi.  Belə  ki, 

əgər  Azərbaycanda  pambıq  parça  istehsalı  üzrə  yerli  sənayenin ümu mi  məhsulu 

1920/21-c i  ildə  cə misi  2,2  milyon  manat  idisə,  1925/26-cı  ildə  7,3  milyon  manat 

oldu


327

Azərbaycanda  keçmiĢdən  irs  qalmıĢ  iqtisadi  geriliyi  ləğv  etrnək  üçün 



qəzalarda  sənaye  ocaqların ın  yaradılmasının  mühü m  rolu   var

 

idi.  1924-cü  ildə  



tikilməyə baĢlayan və 1925-ci  ilin aprelində baĢa

 

çatdırılan,  A zərbaycanda yun  



sənayesinin    özü lünü  təĢkil    edən  mahud  fabriki  Gəncədə  350  fəhləsi  və  ay lıq  

istehsal  gücü  30  min  arĢın  mahud  olan  ilk  iri  sənaye  müəssisəsi  idi.  Tambovun 

"Muravey" mahud fabrikinin köhnə, 1906-cı ildə ha zırlan mıĢ avadanlığı əsasında 

qurulan  bu  müəssisə  getdikcə  müasir  texnika  əsasında  qurularaq  öz  istehsal 

gücünü  artırırd ı.  1926/27-ci  ildə  fabrikin  avadanlığın ın  yenidən  qurulması  üçün 

xaricdən,  baĢlıca  olaraq  Alman iyadan  194  min  alman  markası  dəyərində 

avadanlıq alın mıĢdı. 1925-ci  il avqustun 1-də Azərbaycan SSR MĠK-in qərarı ilə 

"Qırmızı  A zərbaycan"  adlanan  Gəncə  mahud  fabriki  1926-cı  ildə  1,4  milyon 

manatlıq  məhsul  istehsal edird i

328


. 1926-cı ildə  Gəncədə dəyəri  4  milyon  manat 

olan  yağ-piy  zavodu tikildi.  Elə  həmin  vaxt  iki  min  dəzgah  və  66  min  iyi  olan  

yeni  Gəncə əyirici to xucu fabrikinin tikintis inə baĢlandı. 1925-ci  il  martın 30-da 

Azərbaycan  XKS  inĢaatına  üç  milyon  manat  ayrılmıĢ  bu  müəssisənin  tikilməsi 

üzrə  xüsusi  komitə  yaratmağı  qərara  aldı

329


.  Bu  ko mb inatın  birinci  növbəsi  və 

pambıqtəmizləmə zavodu 1928-ci ildə iĢə düĢdü. 

Gəncədə  əksəriyyəti  yerli  əhalidən  olan  respublika  to xucu  fəhlələrinin  

milli  dəstəsinin  təĢəkkülü  baĢlandı.  1924/25-ci  ildə  Gəncə  və  baramaaçma 



123 

 

istehsalının  köhnə  mərkəzi  olan  Nu xan ın  fəhlələri  respublikan ın  bütün 



fəhlələrin in  2,7  faizini  təĢkil  edirdilər

330


.  Bakının  payına  isə  Azərbaycanın 

sənaye fəhlələrin in 96,1 faizi düĢürdü

331

. Lakin qəzalarda sənaye müəssisələrinin  



iĢə  salın ması  sayəsində  1927/28-ci  ildə  bu,  6  faiz  azaldı.  Gəncə  qəzasında  isə 

artaraq 0,7 faizdən 2,5 faizə çatdı

332



Nu xada  baramaaçan  fabriklər  yenidən  quruldu.  1927-ci  ilin  sonlarında 



kiçik  fabriklər  əsasında  altı  iri  müəssisə  iĢləyirdi

333


.  Burada  yeni  iri  ipək  emalı 

fabriki  tikilirdi

334

,  bu  tikintiyə  rəhbərlik  etmək  üçün  hökumət  tərəfindən  xüsusi 



tikinti ko mitəsi yaradılmıĢdı 

335


. Xankəndində baramaaç ma fabriki t ikilirdi. 

1926/27-c i  ildə  Ucarda  və  Yevla xda  pa mb ıqtə mizlə mə  zavodları 

tikild i

336


.  Lənkəranda  (1927-ci  il)  və  Ordubadda  (1928-ci  1  konserv  zavodları 

fəaliyyətə baĢladı

337



ElektrikləĢdirmə sahəsində də yeni iĢlər görülürdü. 1923-1924-cü illərdə 



Gəncədə

338


,  Qubada

339


,  Zaqatalada

340


  yeni  elektrik  stansiyaları  iĢə  salınmıĢdı. 

Naxçıvanda

341

, Göyçayda



342

, Xankəndində

343

 isə onların tikilməsinə baĢlanmıĢdı. 



O vaxt qəzalarda artıq 11 elektrik stansiyası var idi. 1924-cü ilin iyununda, hətta 

Zaqatala  qəzasının  Qax  kəndində  də  xüsusi  elektrik  stansiyası  iĢə  düĢdü  və  o, 

Azərbaycanda  elektrikləĢdirilmiĢ  ilk  kənd  oldu.  Ġlk  elektrik  iĢığı  1922-ci  il 

sentyabrın 15-də Qazaxda, dörd aydan sonra isə AğdaĢda yandı

344

. 1924-1927-ci 



illərdə  ġuĢa,  Lənkəran,  Naxçıvan,  Nu xa  və  digər  yerlərdə  19  elektrik  stansiyası 

tikilmiĢ və yenidən bərpa olun muĢdu

345



SənayeləĢdirmənin gediĢində Azərbaycan zəhmətkeĢləri ço x çətinlikləri 



dəf  etməli  olurdular.  Zəruri  vəsait  və  kadrlar  çatıĢmırdı.  Plan laĢdırma  iĢində 

inzibatçılıq,  in zibati-amirlik  və  mü xtəlif  əyintilər,  tikintilərin   tez-tez  vaxtında 

baĢa  çatdırılmaması  halları  doğururdu  ki,  bu  da  əlavə  vəsait  tələb   edirdi. 

Respublika AXTġ Mərkəzdən asılı id i,  müstəqil fəaliyyət göstərə bilmird i,  əsaslı 

tikintilərə b ilavasitə rəhbərlikdən məhru m idi. 

Belə  ki,  AK(b)P  IV  qurultayının  (fevral,  1922-ci  il)  A zərbaycan 

qəzalarından  sənayeləĢdirilməsi  barəsində  qəbul  etdiyi  qəran  nəzərdə  tutulan 

səviyyədə  yerinə  yetirilməmiĢ  qaldı.  Bununla  belə  sənayeləĢdirmədə  müsbət 

nəticələr də əldə olunurdu ki, bunu sənayenin xüsusi çəkisinin kənd təsərrüfatına 

nisbətində  üstünlüyü  göstərirdi.  1927/28-ci  ildə  sənaye  məhsullarının  xüsusi 

çəkisi  respublikanın  xalq  təsərrüfatının  ümu mi  məhsulunun  70,7  faizini,  kənd 

təsərrüfatı məhsulları isə 29,3 faizini təĢkil edird i

346



Beləliklə, 



Azərbaycanda 

"sosialist" 

sənayeləĢdirmən in 

əsas 


istiqamətinin  ancaq  ümu mittifaq  əhəmiyyətli  sahənin  -  neft  sənayesinin 

inkiĢafına  yönələn  xətti  ö zünü  tam  aĢkarlığı  ilə  nü mayiĢ  etdirird i.  Təb ii  ki,  bu 

siyasət sənayenin Azərbaycanda tarixən yaran mıĢ birtərəfli in kiĢafında dəyiĢiklik 

etməyə  kö klü  Ģərait  yaratmırdı.  Bu  isə  respublikanın  bütün  regionlarında 



124 

 

iqtisadi-mədəni  proble mlərin  və  eləcə  də  ictimai-siyasi  məsələlə rin  bərabər  və 



yüksək səviyyədə həllinə imkan verməyən əsas səbəblərdən idi.  

 

 



125 

 

IV FƏS ĠL 



 

AZƏRBAYCANDA YENĠ DÖVLƏT QURUC ULUĞU 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin