Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə41/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

2. Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları
Vitaminlərin öyrənilməsi 1880-ci ildə N. İ. Lunin tərəfindən başlanmış və ilk dəfə 
1911-ci ildə K. Funk tərəfindən düyünün kəpəyində müəyyən edilmişdir. Hələ 
qədim zamanlarda insanlar arasında bir sıra kütləvi xəstəliklər (sınqa, beri-beri, 
pellaqra və s.) yayılmışdır. Beri-beri xəstəliyi haqqında məlumatı qədim Çin, 
Yunan və Hind həkimlərinin əsərlərində təsadüf olunur. 1912-ci ildə polyak alimi 
K. Funk düyü kəpəyindən alınan və beri-beri xəstəliyində işlədilən kristal 
maddənin tərkibində amin (─NH
2
) qrupunun olmasını müəyyən etmişdir və bu 
downloaded from KitabYurdu.org


72 
maddəyə vitamin (latınca vita-həyat, vitamin-həyat amili) adı verməyi təklif etdi.. 
Sonralar məlum oldu ki, düyü kəpəyindən alınmış kristal maddə də müxtəlif 
birləşmələrin qarışığından ibarətdir. Sonralar qida ilə qəbul edilən, həyat üçün 
zəruri olan və orqanizm tərəfindən energetik maddə kimi istifadə edilməyən bioloji 
aktiv maddələr vitaminlər adı altında birləşdirildi. Sonralar aydın olmuşdur ki, 
tərkibində amin qrupu olmayan vitaminlər də (askorbin turşusu, tokoferol, 
pridoksin və s.) vardır.
Vitaminlər latın hərfləri ilə adlandırılır. A, B, C, D, E, K vitaminləri və s.
Lakin bunlar təsirlərinə görə (antikseroftalmik, antipellaqrik vitaminlər və s.) və 
kimyəvi tərkiblərinə görə də (tiamin, askorbin turşusu və s.) adlandırılır. Hazırda 
hər üç adlanmadan istifadə edilir.
Vitaminlər müxtəlif qrup üzvi birləşmələrə aid olduğu üçün onların həll 
olma qabiliyyətinə görə iki qrupa bölünür.
1. Yağda həll olan vitaminlər – A, D, E, K, Q 
2. Suda həll olan vitaminlər – B qrupu (B
1
, B
2
, B
3
, B
5
, B
6
) vitaminləri, C, PP, 
fol, paraaminbenzoy turşusu və s.
Yuxarıda qeyd edilən vitaminlərin bəziləri bir neçə formada olur. Həmin 
formalar – vitamerlər adlandırılır. Məsələn, A
1
və A
2
vitaminləri A vitamininin, D
2
və D
3
vitaminləri D vitamininin vitamerləridir.
Vitaminlər əvəzolunmaz birləşmələrdir. Onların orqanizmdə müxtəlif
miqdarda olmasından asılı olaraq orqanizmin avitaminoz hipovitaminoz və hiper-
vitaminozluq halları yaranır. 
Avitaminozluq – qida maddələrinin tərkibində vitaminlərin tamamilə 
olmaması halına deyilir. Bir neçə vitaminin olmaması poliavitaminoz adlanır. Bu 
hal müəyyən xəstəliklərə gətirib çıxarır və orqanizmin məhvi ilə nəticələnir.
Hipovitaminozluq – qidada bu və ya digər vitaminin qismən çatışmamazlığı, 
yəni vitaminlərin səviyyəsinin normadan aşağı düşdüyü hallarda baş verir.
Əmələ gəlmə səbəblərinə görə hipovitaminozları iki qrupa bölmək olar: 1) 
ekzogen hipovitaminozlar-qida maddələrinin keyfiyyətsizliyi nəticəsində baş verir. 
2) endogen hipovitaminozlar-orqanizmdə baş verən patoloji hallarla əlaqədar 
meydana çıxır.
Hipovitaminozluq hallarında – orqanizmin iş fəaliyyəti aşağı düşür, qaran-
lıqda görmə zəifləyir, ümumiyyətlə orqanizmin xəstəliklərə qarşı müqaviməti 
zəifləyir.
Hipervitaminozluq – vitaminlərin uzun müddət həddindən artıq qəbul 
edilməsi nəticəsində baş verir. Bu hal bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb 
olur. Belə xəstələrə hipervitaminozlar deyilir. Hipervitaminozluq yağda həll olan 
vitaminlər (xüsusən A və D) üçün xarakterikdir. Bu hal insan orqanizmində bir sıra 
allergik xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.
downloaded from KitabYurdu.org


73 
Vitaminlərlə zəngin bitki və heyvan mənşəli ərzaqlarla qidalanma orqanı-
zmdə fermentativ proseslərin normal getməsi üçün əsas amillərdən biridir.
Qida məhsullarının tərkibində olan vitaminləri təyin etmək üçün iki üsuldan 
istifadə edilir: fiziki-kimyəvi və bioloji üsullardan. 
Fiziki-kimyəvi üsul müxtəlif vitaminlərin müəyyən kimyəvi reaktivlərlə 
rəngli reaksiyalar vermək qabiliyyətinə əsaslanır. Bioloji üsulun mahiyyəti bundan 
ibarətdir ki, heyvanlar müəyyən müddət ərzində (dəniz donuzu, siçovul və s.) süni, 
vitaminsiz pəhrizlə qidalandırırlar, təcrübə heyvanlarında avitaminoz əmələ 
gəldikdən sonra, onları tədqiq olunan qida maddələri ilə yemləyirlər. Qida 
maddəsinin müəyyən vitaminin avitaminozunun qarşısını ala bilən miqdarını təyin 
etməklə, onun tərkibindəki vitaminin aktivliyini hesablayırlar. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin