Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə45/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

B
3
vitamini- Pantoten turşusu və ya B
3
vitamini aminsizləşmiş valinin 
metillləşmiş törəməsi (yəni dimetildioksiyağ turşusu) ilə β-alanin-dən ibarət olub, 
tərkibi belədir. 
CH
2
−(CHOH)
3
−CH
2
OH 
│ 






İzoalloksazin 
NH 
NH 
CO 
CO 
H
3
C─ 
H
3
C─ 
B
2
-Vitamini 
CO 
CO 
CH
3
│ 
HO─CH
2
─C─CHOH─CO─NH─CH
2
─CH
2
─COOH 

CH

downloaded from KitabYurdu.org


80 
Pantoten turşusu (və ya pantoten) açıq sarı yapışqanvarı yağa bənzər 
mayedir. Suda yaxşı həll olur. Turşu və qələvilərin istirakı ilə hidroliz olunur, 
peptid rabitəsi pozulur. Az davamlıdır, asan oksidləşir. Bu vitamin sintez 
edilmişdir. İnsanın, heyvanların və bitkilərin həyatında pantoten turşusunun rolu 
çox böyükdür. O, koenzin A-nın tərkibinə daxil olmaqla, mübadilədə mühüm rol 
oynayır. 
Karbon turşularını (sirkə turşusu, palmitin turşusu və s.) fəallaşdırmaqla, 
onların oksidləşməsinə şərait yaradır, zülalların mübadiləsi və lipoidlərin 
sintezində iştirak edir.
Pantoten turşusunun çatışmamazlığından insan və heyvanlarda dermatit baş 
verir, tüklər piqmentasiyasını itirir, tökülür, sinir sisteminin, böyrəküstü vəzlərin 
və ürəyin fəaliyyətində pozğunluq əmələ gəlir. 
Pantoten turşusu gövşəyən heyvanların işkənbəsində, təkdırnaqlıların və 
quşların bağırsağında mikroorqanizmlər tərəfindən də sintez olunur. Lakin sonun- 
cuların tələbi ödənilmir.
Heyvan toxumalarında pantoten turşusunu parçalayan fermentlərə təsadüf 
edilməmişdir. O orqanizmdən sidiklə xaric olunur. 
Atın yeminin hər kiloqramında 3,2 mq, cücələrinkində isə 9 mq pantoten 
turşusu olduqda onların orqanizminin tələbi ödənilir.
Pantoten turşusu ən çox bitkilərin yaşıl hissəsində, yarpaqlarda və mayalarda 
olur. Bundan başqa, düyü kəpəyində (1,5 – 2 mq%), buğdada (1 mq%), buğda 
kəpəyində (2,5 mq%), kartofda, kələmdə (0,4 mq%), otda (1,2 mq%), dənli bitki-
lərin qabığında mövcuddur. Bu vitaminə qaraciyərdə, ətdə, yumurtada və süddə də 
çox rast gəlinir.
B
5
vitamini (və ya PP)- Bu vitamin nikotin turşusu və onun amidindən 
ibarətdir.
B
5
vitamini, yaxud niasin, su və spirtdə yaxşı həll olan, zəif turş dada malik, 
temperatura davamlı, ağ kristallik maddədir.

─COOH 
Nikotinamid 
Nikotin turşusu 
─CONH


downloaded from KitabYurdu.org


81 
Nikotin turşusu 236
0
C-də, nikotinamid isə 129
0
С-də əriyir. Bu vitamin 
nikotinamid formada oksidoreduktaza fermentlərində koferment: nikotinamidade-
nindinukleotid (NAD) və nikiotinamid-adenindinukleotidfosfat (NAOF) funksya-
sını yerinə yetirir, yəni anaerob dehidrogenazanın tərkibində olur, bioloji 
oksidləşmə reaksiyalarını sürətləndirir, karbohidratların və yağ turşularının, 
fosfatidlərin parçalanmasında iştirak edir. PP vitamini donuzda, itdə, quşlarda və s. 
heyvanlarda triptofandan da əmələ gəlir. Nikotin turşusunun biosintezi kövşəyən 
heyvanların işkənbəsində və cücələrin bağırsağında daha intensiv gedir. 
B
5
vitamini çatışmadıqda insanlarda pellaqra xəstəliyi əmələ gəlir. Bu da 
dərinin açıq yerlərində (sifətdə, əllərdə, ayaqlarda) simmetrik yaraların əmələ 
gəlməsi və sinir pozğunluqları (qısa müddətli huşsuzluq-demensiya) ilə xarakter-
lənir. Bu xəstəliyə körpə və yaşlı donuzlar, ev quşları daha çox həssasdır.
Ərzaq məhsullarında nikotin turşusu olmadıqda toxuma tənəffüsündə iştirak 
edən bir sıra fermentlərin sintezi pozulur. Bu vitamin karbohidrat mübadiləsində 
iştirak edir. Bundan əlavə nikotin turşusu azot mübadiləsinə, qanda xolesterinin 
miqdarına, yağ turşularının sintezinə təsir göstərir. Bu vitamin qan yaranmada 
iştirak edir.
Bu vitamin dənli bitkilərin toxumunda, qabıq hissəsində çoxdur. Buğdanın 
qabığında 15-30 mq %dənində isə 5-7 mq %, noxudda 2 mq %, kartofda 1 mq % 
PP vitamini vardır. 
Bu vitamin yabanı bitkilərdən yemlikdə 3,1 mq %, yolotunun tərkibində isə 
1,4 mq % olur. Heyvan məhsullarından PP vitamini qaraciyərdə, böyrəklərdə və 
ətdə də çoxdur. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin