Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Hipofiz vəzi hormonları, funksyaları



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə54/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

7. Hipofiz vəzi hormonları, funksyaları: Hipofiz vəzinin (beyin artımı) 
çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda 
0,4 q, donuzda 0,3 q olur. 
Hipofizin hormonları maddələr mübadiləsinə təsir etməklə boy və inkişaf 
proseslərini nizamlayır.
Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və arxa hissələrin 
hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir. 
Ön hissənin hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti- 
kotropin, tireotropin, laktotropin. 
Somatotropin. Bu, zülal təbiətli maddə olub, tərkibi heyvanın növündən 
asılıdır. Qaramalın somatotropinində 396, insanınkında isə 190 aminurşusunun 
qalığı vardır. Sonuncu 1971-ci ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda 
somatotropinin molekul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə 
boy hormonu da deyilir. Bu hormon toxumalarda sərbəst aminturşularının 
miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azotlu maddələr az ifraz 
olunur. Diabetogen və pankreotrop təsir bununla əlaqədardır. Karbohidratların 
mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın 
tərkibinə daxil olan zülalların biosintezini sürətləndirir. Bu hormon sümük və 
qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının 
downloaded from KitabYurdu.org


95 
inkişafını stimulə edir, fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd 
vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir. 
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin 
(somatotropinin mediaboru) adlanan zülali maddələrlə biokomplekslər şəklində 
təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.
Honadotrop hormonlar. Bu ad altında hipovizin ön payında sintez olunan 
follikultənzimedici, lüteinləşdirici və lakfogen hormonlar birləşdirilir. Honadotrop 
hormonlar mürəkkəb quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormon-
ların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.
Folikultənzimedici hormon - follitropin dişilərin yumurtalığında olan 
folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez prosesinə stimuləedici 
təsir göstərir. İnsan folekultənzimedici hormonu molekul kütləsi 34 000 Dalton 
olan qlükoproteiddir. 
Lüteinləşdirici 
hormon-dişilərdə ovulyasyanı (folekulun partlaması 
yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı cismin əmələ gəlməsini 
sürətləndirir, erkəklərdə isə androgenləri hasil edən leydiq hüceyrələrinin 
fəaliyyətini tənzim edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500 
Daltondur. 
Laktogen hormon (laktotropin)-süd vəzilərinə estrogenlər kimi təsir göstərir 
onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə hipotrofiyaya uğramış 
süd vəzilərində südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin 
hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır. 
Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir. 
Andrenokortikotropin (AKTH). Bu hormon 39 aminturşusunun qalığından 
ibarət polipeptiddir, sintez edilmişdir. Müxtəlif heyvanların adrenokortikotrop 
hormonu quruluşca fərqlənir.
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü vəzilərin qabıq
hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir. 
Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı vəzin fəallığını 
artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən karbohidratların mübadiləsinə 
təsir edir. Bu hormon qlükoproteiddir, qeyri-zülal hissəsi karbohidratlardandır. 
Tərkibində 3,5% heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır. 
Tireotrop hormon (tireotropin) molekul kütləsi 28 300 Da-dur. Onun 
molekulu iki α və β poliprptid zəncirindən ibarətdir. α-zəncirində 96, β-zəncirində 
118 aminturşu qalığı olur. Tərkibin-də 11 ədəd disulfid rabitəsi olur. 
Hipofizin orta payının hormonu. Hipofizin orta (ara) payında melanositsti-
muləedici hormon (melanotropin, intermedin) sintez edilir. Məməli heyvanlarda bu 
hormonun iki formasına təsadüf olunur. Onlardan biri α-, digəri isə β-melanositsti-
muləedici hormon adlanır. α-Melanositstimuləedici hormon – tərkibinə 13 
downloaded from KitabYurdu.org


96 
HO─ 
─CH
2
─CH
2
─NH

NH 
aminturşu qalığı daxil olan polipeptiddir. Onun molekulunun birinci quruluşu 
adrenokortikotrop hormonunun molekul zəncirinin ilk 13 aminturşu qalığından 
ibarət olan hissəsi ilə eynidir. Lakin α-melanotropin molekulunun N-terminal 
hissəsində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş şəkildə olur, 
onun C-terminal hissəsində olan 13-cü aminturşu isə valin turşusunun amididir. 
Hipofizin arxa payının hormonları. Yuxarıda göstərilmişdir ki, hipofizin 
arxa payının hormonları – vazopressin və oksitosin hipotalamus nüvələrindəki 
neyrosekretor hüceyrələrdə əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri 
vasitəsilə hipofizin arxa payına gətirilir. Burada vazopressin və oksitosin 
neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisimciklərində) 
toplanır. Beləliklə, hipofizin arxa payı bu hormonlar üçün rezervuar vəzifəsi 
daşıyır. Q. Olivekronun (1957) məlumatına görə, vazopressin hipotalamusun 
supraotik, oksitosin isə paraventrikulyar nüvələrində əmələ gəlir.
Vazopressin və oksitosin, kimyəvi tərkiblərinə görə, nonapeptiddirlər. Onlar 
bir-birindən iki aminturşu qalığı ilə fərqlənirlər. Belə ki, oksitosinin molekulunda 
leysin və izoleysin qalığı olduğu halda, vazopressinin molekul zəncirinin həmin 
aminturşulara müvafiq gələn hissəsində arginin və fenilalanin qalıqları yerləşir. 
Hamiləliyin erkən dövrlərində oksitosin uşaqlığa təsir göstərmir. Sonralar 
uşaqlığın oksitosinə qarşı həssaslığı yüksəlir və doğuş dövründə maksimal 
səviyyəyə çatır. Estrogenlər uşaqlığın oksitosinə qarşı həssaslığını yüksəldir, sarı 
cismin hormonu (prohesteron) isə azaldır. Oksitosin süd yollarının miopitelial 
hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili təzyiqini yüksəldir və 
südvermə prosesini stimulə edir. Təmiz oksitosin vazopressinin, təmiz vazopres-
sinin isə oksitosinin bəzi təsir xüsusiyyətlərini cüzi dərəcədə özündə əks etdirir. 
Oksitosin qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə 
parçalanır.
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyarların daralmasına 
səbəb olur ki, bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir. Vazopressin tac 
damarları daraldaraq, ürək çatışmazlığı əlamətləri göstərə bilər. Lakin qeyd etmək 
lazımdır ki, qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları 
(antidiuretik təsir göstərən dozada bir neçə min dəfə artıq) tətbiq olunmalıdır. 
Vazopressin qısamüddətli təsir göstərir. Bədənə yeridilmiş vazopressinin aktivliyi 
1 – 3 dəqiqə müddətində 2 dəfə azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə 
parçalanır, 8 – 10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-
zmdən xaric olur.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin