Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


 Maddələr mübadiləsinin öyrənilmə üsulları



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə58/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

2. Maddələr mübadiləsinin öyrənilmə üsulları: Qəbul edilən qida maddələ-
rinin ilk çevrilmələrindən başlayaraq, mübadilənin son məhsullarının əmələ gəldiyi 
mərhələyə qədər uğradıqları bütün kimyəvi dəyişikliklərə a r a l ı q m ü b a d i l ə
deyilir. Mədə-bağırsaq traktında gedən həzm və sorulma prosesləri, sümüklərdə 
mineral maddələrin əmələ gəlməsi, bəzi toxumaların ara maddələrinin və 
mayelərinin yaranması müstəsna olmaqla, aralıq mübadilənin yerdə qalan bütün 
prosesləri hüceyrələrin daxilində baş verir.
Balans üsulu ilə müxtəlif elementlərin və maddələrin (azot, kalsium, fosfor, 
su və s.) qəbul edilən və kənar olunan miqdarı təyin edilməklə, orqanizmin onlara 
olan təlabatı müəyyənləşdirilir. Yoxlanan maddənin (məsələn, azotun) qəbul 
edilmiş miqdarı ifraz olunandan çoxdursa müsbət balans adlanır. Bu zaman həmin 
maddə bədəndə toplanır. Belə hal ən çox cavanlarda nəzərə çarpır. Maddənin qəbul 
olunmuş miqdarı ifrazından az olarsa, o mənfi balans adlanır. Həmin vəziyyət 
müxtəlif xəstəliklərdə yaranır. Qəbul olunan maddənin miqdarı ilə ifraz olunankı 
eynidirsə ona müvazinət balansı deyilir.
downloaded from KitabYurdu.org


104 
Balans üsulu insan və heyvanların müxtəlif maddələr olan təlabatının 
miqdarca təyininə imkan verir. Bu üsulla keyfiyyət təlabatını müəyyən etmək 
olmur.
Nişanlanmış atomlar üsulundan istifadə etməklə orqanizmə daxil olan 
maddənin tərkibində (aminturşusunda, yağ turşusunda, hormonda, vitamində, 
duzlarda və s.) atomlardan biri (məsələn, karbon, kükürd, fosfor, azot, və s.) 
nişanlanır-yəni mədəyə radioktiv izotopu olan element daxil olur. Radioktiv 
elementə görə orqanizmdə, ayrı-ayrı orqan, toxumalarda yoxlanan maddənin 
vəziyyəti izlənir. Bu üsul aralıq mübadilənin ətraflı öyrənilməsinə imkan verir. 
Angiostomiya üsulunda müxtəlif orqanların aralarına, arteriya və vena damarlarına 
fistula qoyularaq istənilən vaxtda qan, öd və başqa nümunələr götürülür, kimyəvi 
təhlil aparılır. İ. P. Pavlov, J. S. London tərəfindən təklif edilmiş bu üsul müxtəlif 
maddələrin (məsələn, karbohidratların, zülalların və s.) ayrı-ayrı orqanlarda 
mübadiləsini-yəni çevrilmələrini öyrənməyə imkan verir.
Təcrid edilmiş orqanlar üsulu Klod Bernar tərəfindən təklif edilmişdir. Bu 
üsulla mübadilə proseslərini öyrənmək üçün ayrı-ayrı orqanlar bədəndən-
orqanizmdən təcrid edilmiş və mübadilə prosesləri həm müəyyən orqan çıxarılmış 
orqanizmdə, həm də çıxarılan orqanın özündə öyrənilir. Bu yollarla aparılan 
tədqiqatlar biri digərini tamamlayır. Qanda qlükozanın miqdarının sabit saxlanıl-
masında, sidik cövhərinin əmələ gəlməsində qaraciyərin rolu İ. P. Pavlov, M. V. 
Nenski və Q. Embden tərəfindən bu üsulla müəyyən edilmişdir. Elektron mikros-
kopiyası üsullardan, sürətli sentrifuqalardan, polyaroqrafiya, xromatoqrafiya
elektroforez və s. ilə birlikdə hüceyrədə (mitoxondriyalarda, ribosomlarda, nüvədə 
və s.) maddələr mabadələsinin öyrənilməsində geniş istifadə olunur.
Biopsiya və ya orqanostomiya üsulunda ayrı-ayrı orqanlardan kəsiklər 
götürülərək, onlarda maddələrin kimyəvi təhlili aparılır və ona əsasən də maddələr 
mübadiləsi öyrənilir. Bu məqsədlə O. Varburq aparatından və s. cihazlardan 
istifadə olunur. Hidrokimyəvi üsulda müayinələr histoloji kəsiklərdə aparılır.
Maddələr mübadiləsini öyrənmək üçün fraksiyalarından və homogenatlardan 
da istifadə edilir. Bu üsul mübadilə proseslərinin lokalizasiyasının (yerləşməsini) 
müəyyənləşdirməyə imkan verir. Zülalların ribosomlarda sintez olunması və s. bu
üsulla öyrənilmişdir.
Bütün bu üsullar maddələr mübadiləsini ətraflı öyrənməyə və onu istənilən 
istiqamətdə dəyişdirməyə, heyvanların məhsuldarlığını artırmaq, onların keyfiyyə-
tini yaxşılaşdırmaq, xəstəliklərinin qarşısını almaq yollarını müəyyən etməyə 
imkan verir.
Maddələr mübadiləsinin tipi, intensivliyi bir sıra amillərdən: heyvanın 
növündən, yaşından, qidasından, ilin fəslindən, temperaturdan, təzyiqdən və s-dən 
asılıdır. (Q. E. Vladimirov, P. P. Radıkov, V. V. Kovalski, H. İ. Səfərov, Q. B. 
downloaded from KitabYurdu.org


105 
Xəlilov və b.). Mübadilə prosesinin gedişində sinir sisteminin və daxili sekresiya 
vəzlərinin nizamlayıcı rolu da mühüm əhəmiyyətə malikdir. (İ. P. Pavlov, K. M. 
Bıkov, A. İ. Qarayev, H. İ. Səfərov, Q. B. Xəlilov və b.). Bütün bu məsələləri 
ətraflı öyrənməklə, maddələr mübadiləsini heyvandarlığın inkişafına şərait 
yaradacaq istiqamətə yönəltmək olar.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin