Axc mühacirlərinin fəaliyyətləri


Cümhuriyyətə qədərki muhacirət



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#100737
1   2   3   4   5   6   7   8   9   ...   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Cümhuriyyətə qədərki muhacirət


Əsrin sonlarına yaxın yaranan nisbi
stabilliyi 1905–07-ci illərdə Bakıda da
güclü əks-səda doğuran Birinci Rus
inqilabı pozdu. Bu inqilabın yatırılması ilə
başlanan təqiblər, siyasi fəaliyyətin
maksimum məhdudlaşdırılması, bir sıra
qəzetlərin bağlanması Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Məhəmməd Əmin Rəsulzadə kimi fikir
adamlarını və başqalarını ölkəni tərk
etmək məcburiyyəti qarşısında qoydu. Bir
qayda olaraq inqilabçıların və millətçilərin
təqib edildiyi Stolıpin irticasından yayınıb
mühacirətə üz tutduğunu Ə.Ağaoğlu belə
xatırlayırdı
[1]
:


Şiddətli təqib edilənlər arasında idim.
İş elə bir dərəcəyə çatmışdı ki, artıq
daha özümün deyil, ailəmin də
sakitlik və salamatlığı təhlükə altına
düşmüşdü. 1908-ci ildə Türkiyədə
inqilab olmuşdu. Tanıdığım bəzi
şəxslər iş başına gəlmişdilər. Digər
tərəfdən Qafqaz canişini vəzifəsinə
təyin olunan Vorontsov-Daşkov məni
necə olursa-olsun, həbsə aldırıb
sürgün etməyə qərar vermişdi. Bunu
eşidən kimi mən də dərhal 1908-ci
ilin sonlarına doğru İstanbula
qaçdım.
Azərbaycan mühacirətinin başında
M.Ə.Rəsulzadənin də göstərdiyi kimi


"Əhməd bəy Ağaoğlu və Əli bəy
Huseynzadə kimi böyük şəxsiyyətlər
dururdu". 1911-ci ildə Azərbaycan
mühacirlərindən Ə.Ağaoğlu və
Ə.Huseynzadənin rəhbərliyi ilə yeni
cəmiyyətin əsası qoyuldu. Bu əsasən
xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan və
eyni adlı məcmuə dərc edən "Türk Yurdu"
idi. M.Ə.Rəsulzadə də 1908-ci ildə
təqiblərdən yayınaraq İranın Rəşt
şəhərinə getmiş və orada mücahidlərə
qoşularaq Tehrana keçmişdi. İranda
başlayan Məşrutə hərəkatının fəal
iştirakçısı olan M.Ə.Rəsulzadə az vaxt
ərzində istedadı ilə diqqəti cəlb
etdiyindən, ona yeni yaradılan Demokrat
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin