1992-ci ildən sonra respublikada ali və orta məktəb coğrafiyası tədrisində köklü
dəyişikliklər baş verməsi ilə səciyyələnir.
a. Məktəb coğrafiyasına iki pilləli konsentrik-spiralvari quruluş tətbiq edildi.
b. Orta ümumtəhsil məktəblərininin buraxlış siniflərində coğrafiya kursu tədris
olunmağa başladı.
c. Məktəb coğrafiyasının məzmunu dəyişdirildi.
Tədris planında coğrafiyanın yeri aşağıdakı kimi idi:
1. ƏSAS TƏHSIL PILLƏSINDƏ
VI sinif –Ümumi fiziki coğrafiya
VII sinif –Materik və okeanların fiziki coğrafiyası
VIII sinif- Azərbaycan Respublikasının fiziki coğrafiyası (1 –ci yarımil) və
Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası
IX sinif- Dünyanın iqtisadi və sosial coğrafiyası
2. ORTA TƏHSIL PILLƏSINDƏ
X sinif – Yerşunaslıq
XI sinif – Türk dünyasının coğrafiyası
d) Coğrafiya fənni üzrə mili kurrikulumun tətbiqi –məktəb coğrafiyasının
strukturunda, məzmununda, tədrisində indiyədək mövcud olmuş və sovet təhsil
sisteminin varisi kimi qəbul edilən proqramın ləğv edilməsi və təfəkkürün
inkişafına yönəldilmiş şəxsiyyətyönümlü kurrikulumun tətbiqidir.
CTM –in inkişafına təsir edən amillər
Dostları ilə paylaş: