Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Kimya əleyhinə fərdi paket



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə72/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   68   69   70   71   72   73   74   75   ...   97
Mülki müdafiə-converted

Kimya əleyhinə fərdi paket (İPP-8) – dəri səthinin ZM damcıları və ya dumanı 
ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq 
sahələrini və bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya 
təmizlənməsindən keçirmək üçündür. Bu paket içərisində hər cür ZM-i 
zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd 
pambıq-tənzif salfetdən ibarətdir. 
Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr dəri örtüyündən bədənə sürətlə 
sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi, zəhərlənmədən sonra sanitariya 
təmizlənməsinə başlanması müddətindən bilavasitə asılı olur. Qismən sanitiriya 
təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə düşdüyü vaxtdan sonrakı 5 
dəqiqə müddətində keçirilsə, onda təmizlənmə son dərəcə səmərəli olacaqdır. 


Fərdi sarğı paketi (İPP) yaralara və yanıq yerlərinə sarğı qoymaq, turna isə 
qanaxmaları dayandırmaq üçün istifadə edilir. 
Radiasiya, kimya kəşfiyyatı və dozimetrik nəzarət cihazları. 
Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya 
şəraitində əhalinin və MM qoşunlarının fəaliyyətini təmin etmək məqsədilə 
ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı 
təhlükənin dərəcəsini qiymətləndirməkdir. 
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir: 

əhalinin həyat fəaliyyətini və zədələnmə ocaqlarında xilasetmə və təcili qəza-
bərpa işlərinin müvəffəqiyyətlə icra edilməsini təmin etmək üçün 
şüalanmaların aşkar edilməsi və ölçülməsi; 

dezaktivasiya və sanitariya təmizlənməsinin keçirilməsi zərurətini, habelə 
zəhərlənmiş ərzaq məhsullarından istifadə etmək normalarını təyin etmək 
üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi; 

radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş və həyat qabiliyyətini 
təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi. 
- ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zəhərlənmə 
dərəcələrinin laboratoriyalarda ölçülməsi. 
Dozimetriya cihazları – onların təyinatına, ölçülən şüalanmanın növünə və cihazın 
sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar. 
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır: 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin