(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01
11
Data(Verilənlər) tab vərəqi:
Get & Transform Data(Xarici Verilənləri Al):
Kənardan, müxtəlif proqramlardan verilənlərin, məlumatların daxil olunmasını və onlar arasındakı əlaqəni təmin edir.
Queries & Connections(Sorğular və Bağlantılar):
İşçi kitabdakı məlumatları yeniləyir, oradakı əlaqələrə nəzarət edir, məlumat dəyişikliyi baş verdikdə səhifənin əsas
mənbə
ilə əlaqəsini tənzimləyir.
Sort & Filter(Sıralama və Süzgəç):
İşçi vərəqdə, xanalarda sıralama və süzgəcləmə əməliyyatlarını yerinə yetirir.
Data Tools(Verilənlərin Alətləri):
Bir sütundakı məlumat müxtəlif sütunlara bölünür, işçi vərəqdə eynisi (nüsxəsi) olan sətirlərdən birini silir, xanaya yanlış
məlumatların daxil olmasının qarşısını alır, müxtəlif diapazonlardakı qiymətləri
yeni xanada birləşdirir, işçi vərəqdəki
formulları analiz edərək müxtəlif kəmiyyətlərlə işləməyə imkan verir.
Forecast(Proqnoz):
Ssenari
Meneceri, Parametr axtarışı və Cədvəllərdən istifadə etməklə vərəqdəki düsturlar üçün müxtəlif qiymətləri sınayır.
Outline(İcmal):
Xana diapazonları əlaqələndirilir, onlar bir qrup kimi formalaşdırılır, yaradılmış qruplar ayrılır, ləğv olunur, əlaqələnmiş
məlumatların bir-birindən fərqli sətirlərini bir araya yığır, xanadakı məlumatların məzmununu göstərir və həmin
məlumatların məzmununu gizlədir.
Dostları ilə paylaş: