5
4.2.6. Müəllim öz fəaliyyəti ilə
işlədiyi kollektivin nüfuzunun artmasına
çalışmalıdır.
4.3.
Rəhbərliklə münasibət
4.3.1. Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik
onu etik
davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının
qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2. Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini,
sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3. Müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və
tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə,
o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə
yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4. Rəhbərliyin
qanuni
göstərişlərinin
müəllimlər
tərəfindən
yerinə
yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.5. Təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl
etməsinə birbaşa məsuliyyət daşıyır.
4.3.6. Rəhbərliyin
müəllimlərlə
münasibəti
qarşılıqlı
hörmət
əsasında
qurulmalıdır.
4.3.7. Rəhbərlik tərəfindən müəllim əməyinin
qiymətləndirilməsi həqiqi
xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.
4.3.8. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi
həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.
4.3.9. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif
olunmuş
məlumatlar
verməməli,
məlumatı
verməzdən
əvvəl
bütün
imkanlardan
istifadə
edərək
onun
düzgün
olub-olmamasını
müəyyən
etməlidir.
4.3.10. Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə
və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi
və ya ona təhrif
olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11. Rəhbərlik
təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən
münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı,
yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və
nizam-intizam
yaratmalıdır.
Dostları ilə paylaş: