B A L
Bal insanların qədimdən istifadə etdikləri şirin dadlı,
yüksək qidalı təbii yeyinti məhsuludur.
13
Tərkibində quru maddəyə görə 36,5% fruktоza, 35,5%
qlükоza, 2%-ə qədər saxarоza, 0,29% zülali maddə, 0,3% üzvi
turşular, 0,03% fоsfоr turşusu, B
1
, B
2
, B
6
, B
3
, PP, C, K və E
vitaminləri, 21 aminturşusu, 50-dən çоx ətirli üzvi birləşmələr
var. 100 q bal 308 kkal enerji verir. Bal, həmçinin pəhriz və
uşaq qidası üçün istifadə оlunan müalicə xassəli məhsuldur (16,
17).
Balın 100-dən çоx növü var. Çiçək balını arılar çiçəklər-
dən tоpladıqları nektardan hasil edirlər. Cökə balı, akasiya balı,
günəbaxan balı, xardal balı, qarabaşaq balı yalnız bir çiçəyin
nektarından hasil edilir. Çəmən, səhra, meşə və bağ balı bir çоx
bitki növünün çiçəyinin nektarından hasil оlunur. Şirə balını
arılar bitkilərin yarpaqlarının şirin ifrazatından və yarpaqlarda
yaşayan mənənə, yastıca və yarpaq birələrinin ifraz etdikləri
ş
irin maddələrdən tоplayıb hasil edirlər. Şirə balı çiçək balına
nisbətən aşağı keyfiyyətlidir. Emal edilməsinə görə şan balı və
parça bal, sentrafuqa balı, preslənmiş bal, özbaşına süzülmüş
bal, əridilmiş bal satışa verilir (16).
Təbii balın tərkibində suyun miqdarı 18-21%-dən çоx
о
lmamalıdır. Balın kristallaşması nöqsan sayılmır. Cökə balı
uzun müddət kristallaşmır.
Süni balı saxarоzanın 80%-li məhluluna 0,2-0,5% limоn
və ya süd turşusu əlavə edib invertləşdirmək yоlu ilə əldə edir-
lər. Nəmliyi 22%-dən çоx оlmamalıdır. 1 tоn süni bala 85 kq
təbii bal, 465 kq patka əlavə edilir. Əsasən unlu şirniyyat mə-
mulatı və sənaye üsulu ilə istehsal olunan şərbətlərin
istehsalında iştifadə olunur (32).
YEY NT TURŞULARI
Ə
sasən kоnservləşdirmədə, kulinariyada və spirtsiz
içkilərin istehsalında geniş tətbiq edilir. Ən geniş yayılmış turşu
sirkə turşusudur. Sirkə üzümdən (şərab sirkəsi), tutdan və
meyvədən (alma və s.) alınır. 80%-li sirkə cövhəri ağacın quru
14
distilləsindən, texniki məqsədlər üçün isifadə edilən sirkə
cövhəri isə asetilendən alınır. Aşxana sirkəsi tərkibindəki asetat
turşusunun miqdarına görə 3, 6, 9 və 10%-li buraxılır.
Spirtsiz içkilərin istehsalında əsasən limоn turşusu, şərab
turşusu və bəzi milli şərbətlərin istehsalında üzüm sirkəsindən
istifadə olunur.
Limоn turşusu haqqında kitabın VI fəslində (“Ovşala”
şə
rbətinin hazırlanması üzrə “Texnoloji Təlimat”-da) geniş
məlumat verilir (səh.179).
Şə
rab turşusu Istehsalı üçün əsas xammal (puçal, cecə,
maya, çökmüş şərab daşı) şərab istehsalının tullantılarıdır. Şə-
rab turşusu rəngsiz parlaq kristallardan ibarət оlub suda və
spirtdə həll оlur. Qənnadı sənayesində, spirtsiz içkilərin
istehsalında və kulinariyada istifadə edilir (18, 31, 32).
Ü Z Ü M S R K Ə S
Üzüm şirəsinin sirkə turşusu bakteriyaları ilə
qıcqırdılmasından üzüm və ya şərab sirkəsi əldə edilir. Ev
şə
raitində üzüm sirkəsi hazırlamaq üçün bankaya və ya ağzı
nisbətən enli оlan şüşə qaba yığılmış üzümü bir qədər əzişdirib
20-25
0
C istiliyi оlan оtaqlarda saxlayırlar. Qıcqırma zamanı
alınan etil spirtinin havadakı оksigenlə оksidləşməsindən sirkə
turşusu əmələ gəldiyi üçün bankanın və ya şüşə qabın ağzını
çоx kip bağlamaq məsləhət görülmür. Üzüm şirəsi azı 40-45
gün qıcqırdıqdan sоnra sirkə hazır оlur. Sirkə süzülür,
qaynadılır və sərin yerdə saxlanılır. Оndan kulinariyada həm
bəzi xörəklərə turşməzə dad vermək üçün, həm də tərəvəzi
sirkəyə qоymaq üçün istifadə edilir. skəncəbi şərbəti
hazırladıqda üzüm sirkəsi nanə göyərtisi və şəkərlə qarışdırılıb
bişirilir (21, 22, 30).
15
X Ö R Ə K D U Z U
Yeməklərin dadını yaxşılaşdırır, ət, balıq və tərəvəzlərin
kоnservləşdirilməsi üçün istifadə edilir. nsan оrqanizmi üçün
böyük fiziоlоji əhəmiyyətə malikdir. Bütün fiziоlоji
funksiyaların nоrmallığını təmin etmək üçün hər gün yeməklə
birlikdə 8-10 q xörək duzu qəbul edilməlidir. Duz yataqlarının
xarakterindən və duzun alınması texnоlоgiyasından asılı оlaraq
xörək duzu daş duz (yeraltı duz yataqlarından çıxarılıb
dəyirmanlarda üyüdülür); çökdürülmüş duz və ya hövzə duzu
(dəniz suyunu buxarlandırıb çökdürməklə əldə edilir); şоran
duzu və ya göl duzu (duzlu göllərin dibindən çıxarılır);
buxarlandırılmış duz və ya vakuum duzu ( yer altından
çıxarılmış duzlu suyun və ya daş duzdan alınmış məhlulun
buxarlandırılması nəticəsində əldə edilir); yоdlaşdırılmış duz
(adi xörək duzuna kalium-yodat qatmaqla hazırlanır) növlərinə
ayrılır. çməli suyunda yоdu az оlan rayоnların əhalisinin yоd-
laşdırılmış duzdan istifadə etməsi оlduqca vacibdir. Keyfiyyə-
tindən asılı оlaraq xörək duzu ekstra, əla, I və II sоrtlara
bölünür. Spirtsiz içkilərin, əsasən də, tərəvəzli-ayranlı milli
içkilərin hazırlanmasında ekstra sоrt xörək duzu sərf
edilməlidir (31,32).
M E Y V Ə G L Ə M E Y V Ə
Milli şərbətlərin və bəzi spirtsiz içkilərin istehsalında bir
çox meyvə-giləmeyvələrdən istifadə olunur. Həmin meyvə-
lərdən şərbət, spirtsiz içki, kompot və kisel hazırlanır. Meyvə-
giləmeyvələrin qısa səciyyəsi aşağıda verilir (10,11).
ALBALI
Albalı gülçiçəklilər fəsiləsindəndir. Albalı cinsinin 240
növü var.
16
Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi
turşu (alma və limon), karotin, C, B
1
, PP vitaminləri, fol tur-
ş
usu (B
c
vitamini), aşılayıcı və pektin maddələri vardır.
Albalı təzə, qurudulmuş və konservləşdirilmiş halda
yeyilir. Ondan kompot, mürəbbə, şərbət, ekstrakt, konfet,
nastoyka, nalivka, şərab və spirtsiz içkilər hazırlanır.
Tərkibində dəmir nisbətən çox olduğundan albalıdan və
onun emalı məhsullarından qanazlığında istifadə olunması
məsləhət görülür. Ondan albalı şərbəti və albalı şirəsindən içki
hazırlanır.
ALMA
Alma gülçiçəklilər fəsiləsindən olub, 30-dan çox növü
vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya
gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda,
ə
sasən Şərq alması bitir.
Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-
5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə,
1,05-1,49% pektin maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9%
sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-
0,6% üzvi turşu, eyni zamanda 20-40 mq% C vitamini və az
miqdarda B
1
, B
2
və PP vitaminləri də olur.
Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlü-
koza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-
dən çox pektin maddəsi, 30-80 mq% C, B
1
, B
2
vitaminləri, ka-
rotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və kal-
sium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların
çox olması yabanı almadan təzə halda istifadəni məhdud-
laşdırır. Lakin uzun müddət saxladıqda biokimyəvi proseslər
nəticəsində dadı yaxşılaşır.
Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, po-
vidlo və həmçinin, meyvə-giləmeyvə şərabları (məsələn, sidr)
hazırlanır. Tərkibində pektin maddəsi çox olduğu üçün onu
17
marmelad, pastila və jele istehsalında qiymətli xammal kimi
istifadə edirlər.
Yabanı alma qurusu çay və qəhvə içkilərində də işlədilir.
Almadan kompot, püre, mürəbbə, povidlo, pastila,
marmelad, sirkə, kvas, sidr, şərab və spirtsiz içkilər hazırlanır.
Ondan mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa
xəstəliklərə qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı
soyuqdəyməyə və öskürəyə qarşı effektli dərmandır.
Alma ürək-damar xəstəliklərində və qanazlığında da
faydalıdır. 100 ml alma şirəsinə 2 mq dəmir həbi əlavə etdikdə
dəmir-turş alma ekstraktı alınır ki, bundan da qanazlığının
müalicəsində istifadə olunur.
ÇAYT KANI
Çaytikanı ydə fəsiləsinin çaytikanı cinsinə mənsubdur.
Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı
meyvəsinin xoş ətrinə görə, çox vaxt «Sibir ananası» adlanır. O
doğrudan da, ananas ətri verir.
Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tər-
kibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə,
9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çay-
tikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində
16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B
1
,
0,037-0,066 mq% B
2
, 0,79 mq% B
6
, 8 mq% E, 1,1-10,9 mq%
karotin (provitamin A), 0,79 mq% fol turşusu (vitamin B
c
) və
1,2 mq% K vitamin vardır. Toxumunda 0,28 mq% B
1
, 0,38
mq% B
2
, 14,3 mq% E vitamin vardır. Toxumundan alınan
yağın tərkibində 250 mq% karotinoidlər, 165 mq% E vitamini
və yarımdoymamış yağ turşuları (F vitamini aktivliyində)
vardır.
Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan
müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele,
18
püre, povidlo, marmelad, vitaminli çay, spirtsiz içki, nastoyka
və likör hazırlanır.
Ç YƏLƏK
Bağ çiyələyi gülçiçəklilər fəsiləsindəndir. Çiyələk
Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır.
Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru
maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələ-
yin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq%
C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, turşu-
lardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən
2,8% qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci
yığımda çiyələyin tərkibində şəkərin miqdarı 2-ci və 3-cü
yığıma nisbətən 1% çox olur.
Bunlardan başqa çiyələkdə 0,6% aşı və boya maddəsi,
0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral
maddə vardır. Ən çox dəmir, fosfor və kobalt duzları rast gə-
linir.
Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və
böyrəkdaşı xəstəliyində, yarpaqlarından isə sidikqovucu
dərman kimi istifadə edirlər. Çiyələk, eyni zamanda orqanizmin
maddələr mübadiləsinə kömək edir və həzmi yaxşılaşdırır,
qaraciyərin və öd kisəsinin iltihabını aradan qaldırır. Çiyələk
avitaminoza qarşı da yaxşı təsir göstərir.
Xalq təbabətində bağ çiyələyinin meyvəsindən qanaz-
lığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər.
Ə
R K
Gülçiçəklilər fəsiləsindəndir. Ərik cinsinin 10 müxtəlif
yabanı forması vardır ki, bunun da 3 növü – adi, Sidir və
Mancuriya əriyi daha çox yayılmışdır.
19
Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən, saxa-
roza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil,
şə
rab), 1%-ə qədər pektin, karotin, B
1
və B
2
vitaminləri vardır.
Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar quru-
mayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır.
Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1-3% miq-
darında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məq-
sədlərilə işlədilmir.
Ə
rik meyvələri mədə-bağırsaq xəstəliklərində həzmi
yaxşılaşdırır və ürəyə qüvvət verir.
HEYVA
Gülçiçəklilər fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000
ildir ki, məlumdur. Yabanı halda ən çox Şərq yarımkürəsində
daha çox bitir. Böyük Qafqazın şərq hissəsində, Mərkəzi
Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda dünyanın bir
çox ölkələrində becərilir.
Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14%
qlükoza, 6,27% fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi
turşu (alma, limon), 0,35-1,25% aşılayıcı maddə, 0,27-0,45%
pektin maddəsi, 0,51-0,85% minerallı maddə, o cümlədən 30
mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% C vitamin və karotin
vardır. Heyvanın, əsasən qabıq hissəsində toplanmış enant-etil
və pelarqon-etil efiri onun ətrini əmələ gətirir.
Heyvanın meyvəsi marmelad, jele, povidlo, sukat,
mürəbbə, kompot, cem hazırlamaq üçün qiymətli xammaldır.
Təzə heyvadan hazırlanmış ekstraktın tərkibində dəmir
çox olduğundan qanazlığı və digər xəstəliklərə qarşı istifadə
olunur.
Məşhur tacik həkimi və filosofu bn-Sina heyvaya çox
fikir verirdi. O, belə hesab edirdi ki, heyva həzm prosesinin
pozulmasında və sifətin (üzün) rənginin yaxşılaşmasında
müsbət təsir göstərir. Ona görə də o, təzə hazırlanmış heyva
20
ş
irəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəm-
lənməsinə və qaraciyər zəifliyində istifadə etməyi məsləhət
görürdü.
NNAB
nnab murdarçakimilər fəsiləsinin innab cinsinə
mənsubdur. 100 növ kol və ya meyvə ağaclarından bir növü
yayılmışdır. Azərbaycanda qədim zamandan becərilir. Azər-
baycanda yetişən innab qırmızı qabıqlıdır.
nnabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə,
1,5% üzvi turşu (alma və kəhrəba turşusu), 2,5% pektin
maddəsi, 2% qatran, 1,2% aşılayıcı maddə, 880 mq% C
vitamini vardır. Quru meyvələrinin tərkibində şəkər 70%-ə
çatır. P vitamininin miqdarı limon qabığındakından çoxdur.
Minerallı maddələrdən kalium, kalsium, fosfor, maqnezium və
dəmir vardır.
nnab təzə və qurudulmuş halda yeyilir. Ondan konserv,
qənnadı məmulatı və innab şərbəti hazırlanmasında istifadə
edilir.
nnab meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin
müalicəsində, eləcə də yumşaldıcı, tonusqaldırıcı və
sidikqovucu kimi tətbiq olunur. O, həmçinin, həzm orqanlarının
işini yaxşılaşdırır. nnab meyvəsi həm də qan təzyiqini
nizamlayır.
TBURNU
tburnu (dərgil) gülçiçəklilər fəsiləsinin qızılgül cinsinə
mənsubdur. Bu cinsin 300 növündən 42 növünə Azərbaycanın
dağ-meşə rayonlarında təsadüf olunur (bunlardan 6 növü
becərilir). Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar
qəhvəyi və qırışıq itburnulardır.
21
tburnuda C vitamini birinci dəfə 1931-ci ildə aşkar
edilmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin
dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi.
tburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun
tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B
1
, 30-73 mkq%
B
2
, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında
300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19
mq% B
c
vitamini (fol turşusu) vardır.
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7%
pektin maddəsi, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə),
4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral mad-
dələr vardır.
Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur.
Lakin seleksiya yolu ilə yetişdirilən dərgil meyvəsində C
vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zən-
gin C vitamini mənbəyi hesab olunur. Dərgil meyvəsində C
vitaminindən başqa 12-18 mq% karotin (provitamin A), 0,3
mq% B
1
və B
2
vitaminləri, bir qramında 40 bioloji vahid K
vitamini, karotinoidlər, P vitamini, flavonoidlər (kempferol,
kversetin və s.), 18%-ə qədər şəkər, 4% aşı maddələri, 3,7%
limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxum-
larında isə çoxlu miqdarda piyli yağ və E vitamini vardır.
Dərgil meyvələrindən zəngin C vitamini, eləcə də polivitamin
mənbəyi kimi təbabətdə geniş istifadə olunur. Meyvələrindən
çay kimi dəmləmə şəklində bir sıra vitamin yığıntılarının
tərkibində, bundan əlavə toz və həb formasında, təzə dərilmiş
meyvələrindən isə konsentrat, şərbət və mürəbbə şəklində bir
sıra xəstəliklərin müalicəsində, məsələn, sinqa, raxit, qızılyel,
vərəm, böyrək, öd xəstəliklərində geniş istifadə olunur.
22
QOZ
Yunan qozu qoz fəsiləsindəndir. Bu fəsiləyə aid 8 cinsin
50 növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı
halda bitən və becərilən qozlar adi qoz növünə aiddir.
Bir qozun çəkisi 5-17 q, ləpəsinin çıxarı 40-58%-dir.
Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali
maddə, B qrupu vitaminləri və karotin vardır. Yaşıl sütül
qozlarda 3000 mq% C vitamini vardır. Bu qozlardan yüksək-
keyfiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı sənayesində
müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır.
Azərbaycanda qozlu-ayranlı və qozlu-südlü içkilər hazırlanır.
L MON
Limon sədokimilər fəsiləsindəndir. Limon quruluşuna
görə 2 hissədən: qabıqdan və ətli hissədən ibarətdir.
Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo,
daxili rəngsiz qat – albedo.
Limonun qabıq hissəsində 2%, ətli hissəsində 0,31% efir
yağları olur. Limonun tərkibində şəkər, çoxlu miqdarda pektin
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir
yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə
toplanmışdır.
Limonun tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və
karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 36 – 70
mq% olduğu halda, qabıq hissədə 142-185 mq%-dir.
Limondan kulinariyada, qənnadı məmulatı istehsalında,
spirtsiz və spirtli içkilərin (likör) hazırlanmasında, limon efir
yağından isə ətriyyatda istifadə edilir.
Limondan sinqa, sarılıq, qarın boşluğuna su yığılmasında,
böyrək daşları, babasil, vərəm, qarın xəstəlikləri, revmatizm,
podaqra və radikulitdə istifadə olunur. Limon şirəsindən
23
qızdırma və titrətmədə, hipertoniyada, avitaminozda və
aterosklerozda da geniş istifadə edilir.
MORUQ
Moruq gülçiçəklilər fəsiləsinin Rubus cinsindən, 1-3 m
hündürlükdə yarpaqları tökülən qol-budaqlı yarımkol bitkidir.
Moruğun giləmeyvəsi xoşagələn ətrinə və özünəməxsus
turşa-şirin dadına görə qiymətlidir. Tərkibində 9-11% şəkər
(əsasən, qlükoza və fruktoza), 2,5%-ə qədər üzvi turşular (alma,
salisil, limon, şərab), 0,26% aşı maddəsi, 0,5-2,8% pektin
maddəsi, 4-6% sellüloza, 2,7% pentozanlar, 0,8-1,9% azotlu
maddə, 29 mq% C vitamini, B
1
, B
2
, PP, fol turşusu (B
9
vita-
mini), karotin və 0,4-0,8% minerallı maddələr (dəmir, kalium,
mis və s.) vardır. Moruğun tərkibindəki β-sitosterin ateroskle-
roza qarşı təsir xassəsinə malikdir.
Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda
yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad,
pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləşdirici içkilər
və digər məhsullar hazırlanır. Moruğu qurudub dərman kimi
istifadə edirlər.
Təzə meyvələr susuzluğu yaxşı söndürür, qidanın həz-
mini yaxşılaşdırır.
Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib
soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni
zamanda elmi təbabətdə ödqovucu, sidikqovucu dərman kimi
də dəmləmə və bişirmələr şəklində istifadə olunur.
Təzə dərilmiş moruq meyvəsindən hazırlanan mürəbbə
və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin yaxşı
dərmanıdır.
NAR
Nar fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta
Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran,
24
Zaqatala, Şəki, Ağsu, smayıllı, Ağdaş, Masallı, Göyçay,
Şə
mkir və başqa rayonlarında yabanı narın çoxlu ehtiyatı
vardır. Yabanı nar kolluqlarının çoxu Talış ərazisindədir.
Azərbaycanda mədəni yetişdirilən narın ən yaxşı sortları
mövcuddur.
Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxa-
roza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş
narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar
ş
irəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C
vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza,
5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu
vardır.
Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu
(limon turşusu), pektin maddəsi, aşılayıcı maddə və C vitamini
vardır. Yabanı narın həm dərman, həm də texniki əhəmiyyəti
vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və balıq
xörəklərində tamlı qatqı kimi istifadə edilir.
Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərin-
ləşdirici içki hazırlanır. Nar dənələrindən təzə halda və ondan
hazırlanan nardança və nardaşa kimi məhsullardan kulinariyada
geniş istifadə edilir.
NARING
Narıngi sədokimilər fəsiləsindəndir. Sitrus meyvələrinin
qabığının rəngi narıngidə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş
narıncı-sarı, zərif lifli və ətirli olur.
Narınginin tərkibində efir yağlarının faizlə miqdarı on-
ların ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narın-
ginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir yağları
olur. Narınginin tərkibində şəkər, çoxlu miqdarda pektin
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan-
mışdır.
25
Narınginin tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və
karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 30-52mq%
olduğu halda, qabıq hissədə 95-125 mq%-dir.
Ondan kompot, mürəbbə, marmelad, konfet və karamel
üçün içlik və digər məhsullar hazırlanır. Kulinariyada müxtəlif
meyvə içkilərinin hazırlanmasında, likör-araq və sərinləşdirici
içkilərin istehsalında istifadə olunur.
Narıngi qüvvətli bakterisid xassəyə malik olduğu üçün
xroniki mədə-bağırsaq, böyrək xəstəliklərində, mədə pozun-
tularında, xüsusən ishala qarşı müalicəvi məqsədlə istifadə
olunur. Narınginin meyvəsi və qabığı da iştahaartırıcı, köpün
qarşısını alan və sidik yollarını dezinfeksiyaedici təsirə malik-
dir.
Dostları ilə paylaş: |