Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə40/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   36   37   38   39   40   41   42   43   ...   144



4

şəkilçisindən istifadə olunmuşdur. 



 -alım, -əlim  şəkilçisi müasir Azərbaycan dilində  işlənməsə  də, Türkiyə türkcəsində öz izlərini qoruyub saxlaya 

bilmiş  və hal-hazırda da I şəxsin cəminin  şəxs  şəkilçisi kimi işlənməkdədir. Digər  şəkilçi olan -tı



4

  şəkilçisi isə felin əmr 

formasının I şəxsinin cəminin şəxs şəkilçi kimi deyil, yəni qrammatik şəkilçi kimi deyil, feldən fel düzəldən leksik şəkilçi 

kimi dilimizdə  işlənməkdədir.  Əsərdə isə II şəxsin və III şəxsin təkində, I şəxsin cəminə dair nümunələrə daha çox rast 

gəlinir. 

2) Əmr formasının inkarı morfoloji yolla -ma



2

 şəkilçisinin iştirakı ilə yaranır: oxunmasın, yazılmasın. 

“Türk-kün tapun, tənqrigə boynamağıl, 

Korkup anqar eyməkü oynamağıl, 

Gecə-gündüz tanrıya tapın, boyun qaçırma 

Ondan qorxub çəkinərək oynama. (2-DLT, III, 326). 

Karşıp adın üdürmə = Ona qarşı çıxma, başqasını seçmə (2-DLT, III, 18). 

Başlığ közüg yapsama, 

Yaşı onun sawrukar, 

Yaralı gözü qapama, 

Onun yaşı fışqırar. (2-DLT, I, 312). 

Dəniz olup taşma, Əlimdən gəlməyəcək işə tolaşma (4-106). 

Sultan aydır vəzirə: Çok söyləmə, 

Qarşı durub bana cavab söyləmə (4-49). 

Dürtüşürkən ala köndərin ufanmasın! (5-30). 

“Divani lüğət-it-türk” əsərində, o cümlədən digər türk dilli yazılı abidələri olan “Oğuznamə”, “Kitabi -Dədə Qorqud” 

və “Mehri və Vəfa” əsərlərindən gətirilən nümunələrdə əmr formasının inkarı morfoloji yolla -ma

2

 şəkilçisinin iştirakı ilə 

yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, türk dilli əsərlərdə morfoloji yolla felin inkarlığının yaranması üstünlük təşkil 

edir. 


3)  Felin əmr forması gələcək zaman məzmunu ilə bağlı olur. Çünki əmr olunan hər hansı bir iş gələcəkdə icra olunur. 

“ Kuşka” etin, kəlsə kalı kutluğ yay, 

Tün, kün keçə alkınur ödhlək bilə ay” 

Qışa hazırlaş sən, gəlsə qutlu yay, 

Gecə-gündüz keçərək başa çatar zamanla ay (2-DLT, I, 418) 

Təgür məninq sawınu bilgələgə, ay = Çatdır mənim sözümü bilgələrə de. (2-DLT, III, 158). 



 

ƏDƏBİYYAT 

1.  B.Xəlilov “Müasir Azərbaycan dilinin morfologiyası”, II hissə,Bakı 2007. 

2.”Divani lüğət-it-türk”, I cild, 2006. 

3. H.Mirzəzadə “Azərbaycan dilinin tarixi”, Bakı, 2010. 

4. K.Şərifli, A.Şərifli “Mehri və Vəfa”, Bakı, 2001 

5. “Kitabi-Dədə Qorqud”, Bakı, 1978 



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

176 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ALTAY DİLLƏRİNDƏ KƏMİYYƏT ŞƏKİLÇİLƏRİNİN QRAMMATİK PARALELLİYİ 

Aysel ƏHMƏDOVA 

Bakı Dövlət Universiteti  



aysel_009@mail.ru 

Altay dillərində (türk, monqol, tunqus-mancur) ismə aid olan qrammatik kateqoriyalar paralellərlə  zəngindir. Bu 

cəhətdən kəmiyyət kateqoriyası da istisna deyil. 

Altay dillərində cəm şəkilçilərini iki qrupa bölmək olar. Birinci qrupa daxil olan şəkilçilər bu dillərin əksəriyyətində 

işlənir, yaxud müxtəlif sözlərin və  şəkilçilərin tərkibində öz izini saxlamışdır. Buraya daxil olan şəkilçilər,  əsasən, bir 

samitdən və ya samitlə saitin birləşməsindən ibarətdir. Bunlar Altay dilləri üçün ilkin kəmiyyət şəkilçiləri hesab oluna bilər. 

Bu şəkilçilər aşağıdakılardır: 

1.  -n  şəkilçisi. Bu şəkilçi monqol dillərində  cəm  şəkilçisidir:  yorçiqun yabuqun elçin “ora-bura gedən çaparlar”, 



moritan “atlılar”. Müasir dövrdə yalnız ordos dili -n  şəkilçisini saxlamışdır. Tunqus-mancur dillərində  -nasal şəkilçisinin 

tərkibində mövcuddur. Türk dillərində ilk dəfə M.Kaşğari tərəfindən  ärän  və  oğlan sözlərində  cəm  şəkilçisi kimi 

göstərilmişdir. Ärän qırqın “oğlanlar və qızlar”, örtän “alovlar” (ört “alov”) sözlərində, suvarinkuman etnonimlərində də 

işləndiyi qeyd edilir. Bodun “xalq” sözü bod~boy “tayfa, qəbilə” sözünün cəm formasıdır. 

2. -r şəkilçisi. Bu şəkilçi tunqus-mancur dilləri üçün səciyyəvidir: kuŋakār “körpələr” (evenk), elür “bunlar” (solon), 

mamari “nənələr” (mancur). Burada limāgir, çapōgir  tayfa adlarında da saxlanmışdır. Monqol dillərində  -nar, türk 

dillərində -lar şəkilçilərinin tərkibində qalmışdır. 

Rotatizm hadisəsinə görə digər Altay dillərindəki r samitinə türk dillərində z samiti uyğun gəlir. Buradan çıxış edərək, 

türk dillərində cəmlik bildirən z elementini də bu şəkilçi ilə bağlamaq olar. Bu element müxtəlif sözlərin (göz, iz, biz), şəxs 

və  mənsubiyyət  şəkilçilərinin (-ŋız, -mız, -ız: ataŋız, änäŋiz, barıŋız  “gedin”,  barıdımız, veririz) tərkibində saxlanmışdır. 

Eyni mövqedə bəzi türk dillərində -r elementini görmək mümkündür: qolıŋar “əliniz” (qırğız), tonuŋar “xəziniz” (Tuva), 



turaŋar “eviniz” (xakas), balağar (Altay). Bir fikrə görə, ı saitindən sonra gəldikdə palatallaşaraq samitinə çevrilmiş, a 

saitindən sonra gəldikdə isə dəyişməmişdir. 

3.  -t  şəkilçisi. Bu şəkilçi monqol dillərində  işləkdir:  kürgen “kürəkən” – kürged,  bulağ “bulaq” – bulağūd (qədim 

monqol), nom “kitab” – nomuud (buryat). Türk dillərində bir neçə sözdə bunun izlərini görmək olar: tigit “şahzadələr”, erät 

“kişilər, əsgərlər”, orut “yerlər” (qədim türk), toyot “bəylər”, xotut “xanımlar” (yakut), narat “şam ağacları” (tatar). Qədim 

türk dilində -ğut şəkilçisi də işlənmişdir: alpağut “cəsurlar”, uruŋut “döyüşçülər”. -t elementini telengit, soyot, bürüt tayfa 

adlarında görmək olar. Yakut dilində  -ttar  cəm  şəkilçisi  (-t+-lar)  işlənir:  ärättär  “kişilər”,  kırqıttar “qızlar”. Bu dildə 

mənsubiyyət  şəkilçilərində  də  -t elementi var: ağabıt “atamız”,  ağağıt “atanız”. Tunqus dillərində bu şəkilçi  əvəzlikdə 

(nuŋartan “onlar”), üçüncü şəxsin cəmində  (aknilten “onların böyük qardaşları”,  qaçatin  “götürdülər”),  hunāt “qızlar” 

sözündə, braŋgat, buldet tayfa adlarında görünür. Mancur dilində -ta/-te cəm şəkilçisi var: amata “atalar”, amcita “əmilər”. 

4.  -l  şəkilçisi. Tunqus-mancur dilləri üçün səciyyəvidir:  qūlel  “evlər” (evenk), dukul  “evlər” (orok). Qədim monqol 

dilində də işlənmişdir: kimul “dırnaqlar”, daba al “dağ keçidləri”. Müasir monqol dillərində -tşūl cəm şəkilçisinin tərkibində 

mövcuddur: bagatşūl “uşaqlar” (xalxa). Türk dillərində bu şəkilçi bəzi sözlərin (ükil~üküş “çox, çoxluq”) və şəkilçilərin (-lar

tərkibində  işlənir. Tarixən birinci şəxsin cəmində  işlənmiş  -alım/-älim  şəkilçisinin tərkib hissələrini belə göstərmək olar: -a 

(arzu şəkli göstəricisi)+ -l (cəm şəkilçisi)+ -ım (birinci şəxs şəkilçisi). Ayaq, bilək kimi sözlərdə -q/-k şəkilçisinin cəm şəkilçisi 

kimi götürülməsindən çıxış edərək, yenə onlar kimi cüt məfhumları ifadə edən əl, qol sözlərindəki -l elementini də cəm şəkil-

çisi hesab etmək olar. Başqa bir fikir isə türk dillərində çoxluq da bildirən  şəkilçisinin tunqus dillərindəki -l şəkilçisinə uy-

ğunluğudur (lambdaizm hadisəsinə görə digər Altay dillərindəki l samitinə türk dillərində ş uyğun gəlir).  şəkilçisinin çoxluq 

bildirməsinə bunları misal göstərmək olar: yış“meşəli dağ” –  “ağac”, ödüş “sutkanın vaxtları” – öd “vaxt”, oğuş “qəbilə”. 

5.  -s  şəkilçisi. Monqol dilləri üçün səciyyəvidir:  kilince “günah” – kilinces, yeke “böyük” – yekes  (qədim monqol). 

Tunqus dillərində -sa topluluq bildirir: mōsa “meşə”. Mancur dilində -sa/-se/-so, -si cəm şəkilçisi işlənir: abakan “böyük” – 

abakasi “böyüklər”. Türk dillərində  qədim  şəkilçilərdən biri kimi göstərilir. Bir neçə tayfa adının tərkibində qalmışdır: 

ışbaras, töläs, tardus(ş), türgäs(ş)~türgis(ş). Üçüncü şəxs mənsubiyyət şəkilçisini bununla əlaqələndirsələr də, bu düzgün 

deyil, çünki həmin  şəkilçi cəmlik bildirmir. Digər tərəfdən,  s samitli variantın yalnız saitlə qurtaran sözlərə artırılmasına 

əsaslanaraq demək olar ki, s bitişdirici samitdir. 

İkinci qrup şəkilçilər mürəkkəb  şəkilçilərdir. Bunlar bir neçə  şəkilçinin birləşməsindən yaranmışdır və bu dillərin 

inkişafının sonrakı dövrünə aid edilir. Bunlara türk dillərindəki -lar (-l+-ar), monqol dillərindəki -nar (-na+-r), -nad (-na+-

d), -nuğūd (-nu+-ğud), tunqus dillərindəki  -sal (-sa+-l), -nasal (-na+-sal)  şəkilçilərini misal göstərmək olar. Monqol 

dillərində  işlənən  -nar  şəkilçisi də  qədim türk dilindəki  -lar  şəkilçisi kimi yalnız insan məfhumu bildirən sözlərə 

artırılmışdır: axanar “böyük qardaşlar”. -sal şəkilçisinin izini türk dillərində də görmək olar: qumsal “qumluq yer”. 

Altay dillərində cəm şəkilçiləri (xüsusi adlara artırıldıqda) “o və başqaları”, “o və onun kimilər” mənalarını da ifadə 

edir. Məsələn, annemler, teyzemler (türk), nökör Sükebağāturnar “yoldaş Süxebatar və başqaları” (monqol). Yapon 

dilindəki –taçi şəkilçisi də oxşar məna bildirir. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

177 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

QARABAĞIN BƏZİ HİDROTOPONİMLƏRİNİN ETİMOLOGİYASI 

 

Aynurə ƏLİYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



aynura.aliyeva.1977@mail.ru 

 

Açar sözlər: toponim, hidronim, oykonim, antroponim, hidrotoponim. 

Hidronim və hidronimik vahidlər  əsasında yaranan toponimlər hidrotoponim adlanır. Ağdam və Füzuli bölgəsində 

mövcud olan Şahbulaq və Xatınbulaq oykonimləri bu qrupa daxil olan coğrafi adlardandır. 

Şahbulaq kəndi Ağdam rayonunun Maqsudlu inzibati ərazi vahidində, Qarabağ düzündə yerləşir. Oykonim kəndin 

ərazisindəki qədim bulağın – “Şahbulağ”ın adı ilə adlanmışdır. “Mənbələrə görə, XVII əsrdə I Şah Abbasın dayandığı 

(düşərgə saldığı) yer və oradakı bulaq Şahbulaq adlanırdı. Qədim Qafqaz Albaniyasının VII əsrdən məlum olan Tuçkatak 

dairəsinin (mahalının) sonrakı adının  Şahbulaq olduğu ehtimal olunur” [1, 564-565]. Şahbulaq hidronimi ”böyük bulaq”, 

“kür sulu bulaq” mənasındadır. 

Şahbulaq kəndi yaxınlığında  Şahbulaq dağ silsiləsi və XVIII əsrə aid eyniadlı qala var. Qalanı Qarabağ xanlığının 

banisi  Pənahəli xan tikdirmişdir. Mirzə Camal Cavanşirin yazdığına görə, Pənah Əli xan Bayat qalasının strateji baxımdan 

zəif olduğunu və orada qoşun saxlamağın çətinliyini, iqlimin istiliyini nəzərə alaraq yeni müdafiə qalasını Tərnəküt adlanan 

yerdə Şahbulaq qalasını tikdirməyi qərara aldı. Arxa tərəfdən Şahbulaq dağının təbii müdafiə əhəmiyyəti,  Şahbulağın bol 

və təmiz suyu burada yaşayış üçün əlverişli şərait təyin edirdi. 1748-ci il Bayat müharibəsindən az sonra Bayatı tərk etmək 

üçün sürətlə  Şahbulaq qalası tikildi və Pənah xan öz iqamətgahını buraya köçürdü: “İndi Şahbulağın adı ilə  məşhur olan 

Tərnəküt qalasının binası qoyuldu. Məsləhətə görə Bayat qalasını  tərk etdilər.  Şahbulağındakı böyük çeşmə yanında qala 

tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər, bazar, çarsu (meydan), hamam və  məscid tikdilər. Müsəlman 

(tarixi ilə) 1165 (1751/52)-ci ildə el camaatının bütün evləri – böyüklərin, sənətkarların, xanin yaxın adamlarının və 

xidmətçilərinin (ailəsi)  Şahbulağı qalasına köçürüldü” [4,113]. Pənahəli xan  öz iqamətgahını  Şuşaya köçürdükdən sonra 

Şahbulaq qalası tədricən tərk edildi. 

Yaşayış  məntəqəsindən bir qədər kənarda Şahbulaq dağ silsiləsi yerləşir. Şah sözü  toponimiyada yüksəklik, ucalıq, 

hündürlük, bəzən də böyüklük anlamlarında işlənir.  

Azərbaycanda şah sözü ilə yaranan toponimlər çoxdur. Məs.;  Şahdağ (Qusar r-nu), Şahbulaq dağı (Göranboy r-nu), 

Şahsevən kəndi (Ağcabədi, Kürdəmir rayonları), Şahbuz kəndi (Şahbuz r-nu), Şahkərəm kəndi (Daşkəsən r-nu), Şahqaya 

dağı (Qaradağ r-nu) və s. 

Türk mənşəli bulaq sözü ilə yaranan toponimlərimiz də çoxdur: Aydınbulaq (Şəki), Qarabulaq (Gədəbəy, Xankəndi

Qax, Oğuz), Daşbulaq (Şamxor,  Şəki, Xankəndi), Ağbulaq (Cəlilabad, Laçın, Tovuz, İsmayıllı, Xankəndi), Soyuqbulaq  

(Kəlbəcər, Laçın, Qazax), Xanbulaq (Yardımlı) və s. 

Bildirək ki, Azərbaycan ərazisində bulaq komponentli hidrooykonimlərin sayı 50-yə yaxındır. 

Xatınbulaq. Füzuli rayonunda Qarakollu inzibati-ərazi vahidində, Qarabağ silsiləsinin  ətəyində yerləşir. Xatınbulaq 

kənd adı Xatın və bulaq sözlərinin birləşməsindən ibarət olur, “Xatının bulağı” anlamını verir. 

“Kitabi-Dədə Qorqud” dastanında  “xatın” sözü həm arvad, həyat yoldaşı”, həm də “qadın, xanım” anlamlarında 

işlənmişdir. Məs.: “Böylə digəc Dirsə xan xatununa cavab vermədi” (KDQ., B., 1988, s.38); “Qırq incə bellü qız ilə həlalın 

– Boyu uzun Burla xatun ağlayuban  şundan keçdi” [KDQ., s.45]; “Qısırca yengə derlər bir xatun vardı, ana 

ayıtdılar”[(KDQ., B., 1988, s.64]. 

Ə.Tanrıverdiyev qeyd edir ki, “xatın” titulu müasir ədəbi dilimizdə apelyativ kimi arxaikləşmişdir. “Xatın” fonetik 

variantında müasir Azərbaycan antroponimləri və toponimləri sistemində mühafizə olunmuşdur. Qadın adları sistemindəki 

Xatın, Xatun, Ayşaxatun və s. toponimlər sistemindəki Xatıncan, Xatınlı (Tovuz), Xatınbulaq (Füzuli) və s. vahidlər 

dediklərimizi təsdiqləyə bilər. Qeyd olunan  oykonim və hidronimlərdə “xatun” titullu (Xatun) antroponim əsasında 

formalaşmışdır” [2, 105]. 

Füzuli rayonundakı  Xatunbulaq kəndi öz adını bulaq adından almışdır. 



 

Ədəbiyyat 

1.  Azərbaycan toponimləri. Bakı, 2000. 

2.  Ə.Tanrıverdiyev. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996. 

3.  “Kitabi-Dədə Qorqud”. Bakı, 1988. 

4.  Qarabağnamələr. I kitab, Bakı, 1989. 

 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

178 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

FLEKTİV DİLLƏRDƏKİ AQQLÜTİNATİV ELEMENTLƏRİN STRUKTUR-TIPOLOJİ        

VƏ XRONOLOJİ ÖZƏLLİKLƏRİNƏ DAİR 

Aytən HACIYEVA 

Azərbaycan Dillər Universiteti, Nəsimi adına Dilçilik İnstitu 



ayten-haciyeva@yandex.ru 

 

Dil sistemində kök – aqqlütinasiya – flekstiv quruluşların bir-birini əvəzləməsilə struktur-tipoloji təkamülül ardıcıllğı-



nın kodlaşması  ideyası bu və ya digər nəzəri konsepsiyalar müstəvisində  hələ XIX əsr dilçiliyində  səsləndirilməyə 

başlamışdır. A.Şeyxerin naturalist dilçiliyində bir qədər ifrata varılan (bax: A.Axundov Ümumi dilçilik,B.,1979, s.26), 

N.Marrın stadial təkamül ideyalarında isə demək olar ki, vulqarizmə yuvarlanan (bax: Марр  Н.Я.  Яфетическая  теория. 

Программа  общего  курса  учения  о  языке.  Б., 1927, müqayisə et: Алпатов  В.М.  История  одного  мира.  Марр  и 

марризм.  М.,1991) bu ideyalar əslində özlüyündə sağlam məntiq rüşeymini ehtiva edirdi. Belə ki, dil təkamülü ilə bağlı 

filogenestik ehtimallar, eləcə də ontogenestik müşahidələr bəşər dilinin ilkin mərhələdə üzvlənməyən və situativ xarakterə 

malik simpraktik söz-cümlələrdən, daha sonra isə qeyri-situativ və qeyri-diffuz sözlərdən ibarət olduğunu söyləməyə əsas 

verir. Zamanla insan təfəkkürünün inkişafı söz>şəkilçi keçidini mümkün edir, daha sonra isə qrammatik məna sözün 

daxilinə doğru irəliləyərək flektiv elementləri törəyir. Bu mənada heç şübhəsiz ki, bütün flektiv təmauyüllü elementlərin 

qısa və ya üzunmüddətli, tarixə bəlli olan və ya olmayan aqqlütinativ “keçmiş”inin olduğunu söyləsək, düşünürük ki, heç də 

yanılmarıq. Konkret olaraq, Hind-Avropa dillərinin tarixi-tipoloji inkişaf mərhələlərini izləmiş V.V.İvanov  və bir çox 

başqaları adıçəkilən dillərin flektivliyinin aqqlütinativlikdən sonrakı  mərhələni təcəssüm etdirdiyini önə sürürlər.(bax: 

Иванов В.В. Об агглютинации в индоевропейском основообразовании и формообразовании / Понятие агглютина-

ции и агглютинативного типа языков. Л., 1961; s.24-28). Maraqlıdır ki, hətta sami dillər kimi daxilə pərçimlənmiş qəliz 

daxili fleksiya strukturuna malik dillər haqqında da təxmini oxşar fikir səsləndirilir, bu dillərdəki flektivliyin 

aqqlütinasiyaya yaxın mahiyyət kəsb etdiyi iddia edirlir.  

Flektiv quruluşlu dillərdəki aqqlütinativ elementləri  əks etdirdikləri struktur-tipoloji özəlliklərə  və xronoloji 

spesifikaya görə aşağıdakı qruplar çərçivəsində nəzərdən keçirmək olar: 

1) Erkən, yəni tipoloji baxımdan öncəki mərhələnin rudiment formaları kimi təzahür tapan faktlar 

Əslində,  ərəb və digər sami dillərindəki struktural anomaliya hallarının mövcud olması ilə bağlı müəyyən 

şübhələr doğuran faktları    təhlil edən V.Məmmədəliyev flektiv dillərlə aqlütinativ dillər arasında heç bir 

keçilməz «Çin səddi»nin olmadığını qeyd edir  (Məmmədəliyev V.Ərəb  ədəbi dilində felin zaman, şəxs və  şəkil 

kateqoriyaları. B., 1992. ;s.110). Ərəb,  akkad və digər qohum dillərin strukturunda yer alan aqqlütinativ xarakterli 

tipoloji sapma hallarının tədqiqində L.A.Lipin, N.V.Yuşmanov, Y.Q.Titov, V.P.Starınin, V.M.Məmmədəliyevvə 

digər dilçilərin araşdırmaları  məstəsna rol oynadığını söyləmək olar.İstənilən halda qeyd etməliyik ki, müəyyən 

təzadlı mülahizələrin yer almasına baxmayaraq, İ.A.Melçukun  araşdırmaları    da  ərəb dilindəki aqlütinativ 

ünsürlərin tədqiq işində  işində önəmli rol oynamış  və  hətta ümumi dilçilik nəzəriyyəçilərinin bu dillərin 

bərmənalı flektivliyi ilə bağlı  səsləndirdikləri fikirlərində yanıldıqlarını etiraf etməsinə (məsələn, bax: 

Реформатский А.А. Введение в языковедение. М., 1967; s.269; 285-286) təkan vermişdir). Müqayisə üçün deyək 

ki, C.Layonz isə ingilis dilindəki -s morfeminin ( [-s]; [-z]; [-iz] allomorfları ilə birgə) yarımaqlütinasiya (və ya 

«yarımfleksiya») hadisəsini təcəssüm etdirdiyini bildirmişdir (Лайонз  Дж.  Введение  в  теоретическую 

лингвистику.  К.:  Прогресс, 1978 ;s.250). Rus dilində növ kateqoriyasının formatı kimi orta əsrlərdən etibarən 

geniş  işləklik qazanmış  –ся affiksi bir çox rus dil tarixçiləri, o cümlədən N.A.Yanko-Trinitskaya tərəfindən 

aqqlütinasiya elementi kimi dəyərləndirilmişdir (daha ətrafl bax: Лукина С.Л.Русские возвратные глаголы и их 



английские 

эквиваленты 

http://www.dissercat.com/content/russkie-vozvratnye-glagoly-i-ikh-angliiskie-

ekvivalenty). Xatırladaq ki,  ся affiksi məhz iltisaqi mexanzim qaydalarına uyğun olaraq, söz>şəkilçi keçidinin 

məhsulu kimi ortaya çıxmışıdır. Belə ki, fel postpozisiyasında qərarlaşan həmin affiks, əslində orta Şərqi 

slavyancadakı qayıdış əvəliyinin enklitik formasından başqa bir şey deyil. 

2) Postflektiv xarakterli aqqlütinasiya faktları kimi meydana çıxan iltisaqi quruluş elementləri 

Son dövr araşdırmalarında analitik-flektiv quruluşlu dillərdə  təkrar iltisaqiləşmə tendensiyalarının müşahidə edildiyi 

qeyd edilir. Konkret olaraq, A.V.Şirokova (daha ətraflı bax: Широкова А.В. Сравнительная типология разноструктур-

ных языков, М., 2000; s.120) müasir Hind-Avropa dillərində gedən tipoloji prosesləri bu nöqteyi-nəzərdən dəyərləndirir. 

Dilçi, zənnizmizcə, tam haqlı olaraq, flektiv quruluş  çərçivəsində  cərəyan edən analitikləşmə prosesi ilə bu dillərdəki 

iltisaqiləşmə tendensiyaları arasında üzvi bağlılığın olduğunu qeyd etmiş və sintetik-flektiv strukturlu rus dilinin timsalında 

fuziyon affiksasiyanın “morfem müstəqilliyini azaltdığına diqqət çəkmişdir” (Широкова  А.В.; s.89, 113). Məhz, 

analitikləşmə prosesi nəticəsində qrammatik və ya leksik məna daşıyıcısı olan səs  əvəzlənməsinin sözdən xaric edilməsi, 

analitik-flektiv strukturun leksik vahidini quruluş etibarilə kökdaxili fonetik metamorfozlardan kənar olan iltisaqi sözə 

yaxınlaşdırır. Bir çox tədqiqatçılar sintetik-flektiv dillərdəki analitizmə istiqamətlənən tendensiyaların əslində iltisaqiləşmə 

meyllərinin güclənməsi ilə müşayət edildiyini xüsusilə qeyd edirlər (ВидановЕ.  Ю.  Аналитизм в именном 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

179 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

словообразовании современного русского языка, aвтореферат, Омск,2011, c.7-15). Konkret olaraqY.Y.Vidanov, 

Y.A.Jdanova rus dilinin sözyaradıcılığında XX əsrin sonlarında cərəyan edən prosesləri məhz analitikləşmə  və 

iltisaqiləşmənin müştərək fəaliyyəti kimi dəyərləndirirlər.  

Başqa sözlə desək, söz və affiksal morfem arasındakı, habelə birləşmə  təşkil edən iki söz arasındakı morfem 

“tikiş”inin pozulmaması analitikləşmə, yəni qrammatik və ya leksik mənanın söz(əsas) daxilinə sintetizmlə müdaxilə 

etməməsi kimi dəyərləndirilə bilər. Eyni zamanda bu proses məhz morfem sərhəddinin toxunulmazlığı ilə müşayət 

edildiyindən iltisaqilik mexanizminin təzahürü kimi də səciyyələndirilə bilər.  

 

 



TEONİM KOMPONENTLİ FRAZEOLOJİ VAHİDLƏRİN SEMANTİK 

QRUPLAŞDIRMASINDA FRAZEOSEMANTİK SAHƏ METODUNUN TƏTBİQİNƏ DAİR 

 

Aytən SADIQOVA 

Azərbaycan Texniki Universiteti 

sadiqovayten@gmail.com 

 

Özlüyündə xeyir və  şər qüvvələrinin  ən mütləq ifadə formalarını  əks etdirən teonimik və demonimik obrazların 



frazeoloji sistemdəki “davranışı” gözlənildiyi kimi birmənalı və şəffaf deyil. Azərbaycan dilinin frazeoloji sisteminin təhlili 

belə burada teonim komponentin fərqli semantik sahələri əhatə etdiyini ortaya qoyur: 

a)  pozitiv anlamlıAllah yanından yan ötməyib, Allah heç nəyini əsirgəməyib; Allah – Təala mağmun etməyib; Allah 

adamı və s.  

b)  neqativ anlamlıAllah ağıl paylayanda, kənarda qalıb, Allahın gici, Allahın tənbəli; Allahın bəlasıAllah elə bil 



gözünü yumub və s.  

Teonim komponentli frazeoloji vahidlərin  ən geniş spektri məna yükünə malik olması bu növ frazeologizmlərin 

semantik sahə metodu üzrə təhlili məsələsində müəyyən çətinliklərə yol aça bilir. Belə ki, bəzi hallarda tədqiqatçılar teonim 

komponetli frazeoloji vahidlərin transformasiya özəlliklərini nəzərə almadan, habelə onların polifunksional mahiyyətini 

diqqətdə saxlamadan bölgü aparırlar ki, bu da son nəticədə qeyri – adekvat semantik qruplaşdırmaların ortaya çıxmasına 

rəvac verir.Azərbaycan dilinə  tətbiqən, onu demək olar ki, bu semantik bölgü dilimizn frazeoloji sistemindəki “Allah” 

komponentinin semantik sahəsini dolğunluğu ilə açmır, daha dəqiq desək, bir çox linqvokoqnitiv özəlliklər həmin bölgünün 

tətbiqini bir qədər çətinləşdirir.  İlk olaraq, onu deyək ki, Azərbaycan frazeoloji sistemində “Allah” komponentinin İlahi 

qüvvə olaraq dərkindən qaynaqlanan semantika, onun (Tanrının) mütləq həqiqəti simvolizə etməsinin etirafı ilə eyni 

məcrada mümkün olur. Lakin əlavə altməna kimi, fərqli semantik konnatasiya kimi “Allah” komponentinin təkcə ilahi 

qüvvə anlamında deyil, ilahi ədaləti gerçəkləşdirən varlıq kimi daha seçkin məna yükündə təqdimatı mümkündür. Məsələn, 

Bizim də Allahımız var, Yetimin də Allahı var və s. bu kimi ifadələr də Tanrının “Yeri – Göyü Yaradan” və mütləq Həqiqət 

kimi ali instansiya olması etiraf edilsə  də, teonim komponentin  aidliyinin əvəzliklərə müvafiq dəyişə bilməsi  fərqli 

mətləbləri də ortaya qoyur. Belə ki, məlum olur ki, bu ifadənin istifadəsi danışanın adresata və ya hər hansı bir üçüncü 

tərəfə ünvanladığı 1) təhdid (məs: “Eybi yox, bizim də Allahımız var! Görək kiminki gətirəcək”); 2) təsəlli, təskinlik ( məs: 

Qəm yemə! Bizim də Allahımız var! Hər şey düzələr!”) altmənalarını impilsit inikasına xidmət edə bilər. Bədii əsərlərdə və 

mətbuatda yer alan nümunələr teonim komponentinin “özəlləşdirilməsi” halları ilə bağlı maraqlı faktlar ortaya qoyur. 



Varlının pulu varsa, bizim də biliyimiz və Allahımız var (Pərviz).  

Çünki bizim Allahımızamerikalıların Allahından daha yaxşıdır 

Dini inanc baxımından, ilk baxışdan paradoksal görünə biləcək bu ifadə də, məhz, dərin qatda yerləşən həmin İlahi 

ədalətin zəfəri ilə bağlı əminliyin frazeoloji qəlibdəki əks-sədası, verbal inikasıdır.I s k ə n d ə r x a n . Allah əgər mənim 

Allahımdır, bu yazını pozar (N.Vəzirov). Sözsüz ki, dini dəyərlər prizmasından baxıldığında, “Allah mənim Allahımdırsa” 

xarakterli ifadə, ümumiyyətlə, inancsızlıq kimi dəyərləndirilə bilər. Lakin frazeoloji sistem kontekstində belə bir ifadənin 

istifadəsi ateistik yanaşma və ya bir olan Allahın gücünə,qüdrətinə  şübhəli münasibət kimi dəyərləndirilmir. Bu, sadəcə, 

frazeoloji metafora keçididir və burada teoloji dissonans, uyğunsuzluq axtarmaq lazım deyil. Digər tərəfdən,  İslamı 

dəyərlərə görə bir olan Allahın kiməsə aidliyi məsələsi ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Deməli, “bizim”, 

“sənin”,“mənim”, “yetimin” və s. aidiyyatılılığın ortaya qoyulması artıq yüksək instansiyanın özünə deyil, onun həyata 

keçirdiyi ilahi ədalətə  işarədir. “İngilis, rus, tatar və türk dillərində “Allah” konseptini reprezentasiya edən frazeoloji 

vahidlərin materialına istinadən frazeosemantik sahələrin konstruktiv təhlili”ni aparmış L.V.Bazarova bu dillərdəki müvafiq 

komponentli frazeologizmlərin aşağıdakı frazeosemantik sahələrdə təmsil olunduğunu qeyd edir: “xarakteristika – səciyyə-

ləndirmə”; “fəaliyyət”; “münasibət”; “hal – vəziyyət” .   L.V.Bazarova birinci frazeosemantik sahə (qısaca olaraq, FSS) 

olan “səciyyələndirmə”də müsbət – mənfi altqruplarını, “fəaliyyət” FSS-də isə “yaratma”, “bağışlayan / verən/bəxş edən”, 

“müraciət”, “minnətdarlıq”, “qayğı”, “bağışlama”, “ziyan”, “cəza”, “söyüş”, “təhdid” mikrosahələrini fərqləndirir. Hətta 

digər iki makrosahə daxilindəki bölgüyə  nəzər salmadan, onu demək olar ki, dilçi semantik sahə  fərqləndirməsində bir 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin