MƏKTƏBDƏ İNSAN RESURSLARININ
İDARƏ OLUNMASI
Məktəbdə insan resurslarının idarə olunmasının bir neçə
komponenti özündə birləşdirdiyi qeyd edilə bilər. Tədris
müəssisəsində insan resurslarının idarə olunması müəs-
sisədə çalışan kadrların idarəetmə prosesinə uyğun olaraq
planlanması, təşkilatlanması, yönləndirmə və qiymətlən-
dirməsini əhatə edir. Bir təhsil təşkilatı olaraq məktəbin
insan resursları deyiləndə müəllimlər, məktəb direktoru,
onun müavinləri və digər məktəb personalı nəzərdə tutu-
lur. Həmçinin, təhsil mütəxəssisləri, təhsil məsləhətçiləri də
təhsil təşkilatında insan resurslarına daxildir.
Hər bir təhsil müəssisəsinin qarşısına qoyduğu məqsəd
və hədəflər vardır və müəssisələr bu məqsəd və hədəflərə
nail olmaq üçün fəaliyyət göstərirlər. Təhsil müəssisələrinin
qarşılarına qoyduqları hədəflərə nail olması onların insan
resurslarından əhəmiyyətli dərəcədə asılıdır. Yəni, insan
34
resurslarının istər sayı, istərsə də keyfiyyəti təhsil müəs-
sisələrinin məqsədlərinə çatmasında mühüm rol oynayır.
İnsan resurslarının idarə olunmasının müxtəlif məqsəd-
ləri vardır. Bu məqsədlər arasında məhsuldarlığı yüksəlt-
mək, yüksək səriştəli personal üçün cəlbedici mühit yarada
bilmək, iş prosesinin keyfiyyətini yüksəltmək, müvəffəqiy-
yətli işçini təşkilatda saxlamaq və işçini həvəsləndirmək xü-
susi əhəmiyyət kəsb edir (Erdoğmuş, 2011). Ümumiyyətlə,
məhsuldarlıq - bir istehsal və ya xidmət sisteminin istehsal
etdiyi çıxış ilə bu çıxışı (nəticəni) yaratmaq üçün istifadə
olunan giriş arasındakı əlaqə olaraq ifadə edilir (Proko-
penko, 1992). Digər bir ifadə ilə, məhsuldarlıq çıxışların,
yəni nəticələrin həcmi ilə girişlərin həcmi arasındakı nisbət
olaraq ifadə edilir (Krugman, 1994). Məhsuldarlıq hər bir
təşkilatın əsas məqsədlərindən biridir. İstənilən səviyyədə
məhsuldarlıq əldə edə bilməyən təşkilatların məqsədlərinə
nail olması ehtimalı da azdır. Təhsildə məhsuldarlıq, əvvəl-
cədən müəyyən edilmiş məqsədlərə təhsilalanların nə qədər
nail olduqları və ya istənilən keyfiyyətlərin hansı səviyyədə
qazanıldığını ifadə edir (Demirtaş, 1991). Bir təhsil müəs-
sisəsi olaraq məktəbin məhsuldar olmasının əsas göstəricilə-
rindən biri məktəbdə yüksək nailiyyətlər əldə edən təhsila-
lanların varlığıdır. Təhsildə məhsuldarlığın artırılması üçün
girişlə çıxış arasında sağlam əlaqələr qurmaq və resurslar-
dan effektiv şəkildə istifadə etmək zəruridir. Bunun üçün
tədrisin keyfiyyəti yüksəldilməli, tədris prosesindəki vaxt
doğru istifadə olunmalı, elmi ölçmə və qiymətləndirmə me-
todlarına istinad edilməlidir (Özgen, 1997).
35
Hər bir təşkilatın keyfiyyətli insan resurslarının təmin
olunmasına ehtiyacı vardır. İnsan resurslarının müvəffəqiy-
yətli idarə olunması təşkilatların uzunmüddətli hədəflərinin
doğru təyin olunmasında və fəaliyyətində əhəmiyyətli rol
oynayır. İnsan resurslarının seçimində tələb olunan key-
fiyyətlərə uyğun namizədə üstünlük verilməsi zəruridir.
Tələblərə cavab verməyən kadr fəaliyyətə başladığı zaman
vəzifəsini qənaətbəxş olmayan səviyyədə yerinə yetirə bilər,
eyni zamanda mənəvi narahatlıq yaşaya bilər. İşin tələb
etdiyi xüsusiyyətlərə və keyfiyyətə malik olmayan kadrla-
rın varlığı təşkilata mənfi təsir göstərə bilər. Ona görə də
bu kimi problemlərin qarşısını almaq üçün hər bir təşkilat
lazımi sayda və keyfiyyətdə, vəzifəyə uyğun personalı işə
cəlb etməlidir. Təhsil müəssisələrində insan resurslarının
əsas məqsədlərindən biri də iş prosesinin keyfiyyəti məsələ-
sidir. İş prosesinin keyfiyyəti, ümumiyyətlə, iş mühitinin
çalışanların maraq, ehtiyac və gözləntilərinə uyğun olaraq
qurulması dərəcəsi olaraq ifadə edilir (Taştan & Erdem,
2010). Məktəbdə iş prosesinin keyfiyyəti deyiləndə isə
təhsilverənlərin və digər personalın maraqlarına və ehti-
yaclarına uyğun olan bir mühitin təşkili nəzərdə tutulur.
İş prosesinin keyfiyyətinin yüksək olması həm işçi, həm də
təşkilat üçün əhəmiyyət kəsb edir. Eyni zamanda, iş mühiti
yüksək səriştəli personal üçün də cəlbedici olmalıdır. İşdən
və ya iş mühitindən məmnun olmayan, işə qarşı lazımi sə-
viyyədə bağlılıq hiss etməyən personalın fəaliyyət göstərdiyi
təşkilatın məqsədlərinə nail olmasında lazımi dərəcədə ça-
lışmayacağı və bunun da təşkilatın məhsuldarlığına mənfi
təsir edəcəyi təxmin edilir.
36
İnsan resurslarının əsaslandığı müxtəlif prinsiplər vardır.
Üzərində ən çox müzakirələrin aparıldığı prinsiplər arasın-
da
ləyaqət, bərabərlik və qərəzsizliyin qeyd olunduğu ifadə
edilə bilər. Ləyaqət sözü ərəbcədən götürülmüş bir sözdür
və layiq olmaq kəlməsindən yarandığı ifadə edilir. Azər-
baycan dilinin izahlı lüğətində (2006) layiq sözü “müna-
sib, yaraşan”, Türk Dil Kurumu Müasir Türkcə Lüğətində
(2021) isə “keyfiyyətləri, özü, hərəkətləri, davranışları ilə
bir şeyi əldə etməyə haqq qazanmış olan” kimi izah olunur.
Azərbaycan dilinin izahlı lüğətində ləyaqət sözü “insanda
yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu,
həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qar-
şı duyduğu ehtiram hissi” olaraq ifadə edilir. Bundan əlavə,
həm də “qabiliyyət, istedad, iqtidar” formasında açıqlanır.
İnsan resurslarında ləyaqət prinsipi müəyyən bir vəzifəyə
ən uyğun olan şəxsin təyin edilməsi mənasında istifadə olu-
nur. Daha geniş mənada isə effektiv və məhsuldar bir perso-
nal sistemin formalaşmasına imkan verən qayda və tətbiq-
etmələrin cəmi kimi açıqlanır (Demirci, 2008). Təhsildə
insan resurslarının idarə olunması prinsiplərindən biri olan
ləyaqət prinsipinin sektordakıların işə götürülməsi, vəzifəsi-
nin yüksəldilməsi və mükafalandırılması kimi proseslərdəki
rolu vacibdir. Bu prinsipə əməl olunmasının təhsillə əlaqə-
li effektivliyin təmin olunmasında xüsusi əhəmiyyət kəsb
etdiyi qeyd edilə bilər. Bu baxımdan təhsil müəssələrində
fəaliyyət göstərən müəllimlər, məktəb direktorları, direktor
müavinləri, məsləhətçilər və s. icra etdikləri vəzifənin şərt-
lərinə uyğun bilik, bacarıq və mövqelərə sahib olmalıdırlar.
37
Təhsildə insan resurslarının idarə olunmasında bir prin-
sip də bərabərlik prinsipidir. Ümumiyyətlə, bərabərlik in-
sanlar arasında haqlar və fürsətlər baxımından ayrı-seçkilik
yaradılmaması mənasını ifadə edir. Yəni, istər işə qəbul,
istər vəzifə yüksəlişi prosesində insanların dili, dini, cinsiy-
yəti, irqi kimi xüsusiyyətlər təsiredici faktor olmamalıdır.
Təhsildə insan resurslarının idarə olunmasında aktuallı-
ğını qoruyan daha bir prinsip qərəzsizlik prinsipidir. Qərəz-
sizlik sözü Azərbaycan dilinin izahı lüğətində (2006) “heç
bir pis fikir və niyyəti olmama” formasında açıqlanmışdır.
Təhsil müəssisələrində idarəçi vəzifəsini icra edənlər mək-
təbdəki digər şəxslərə qarşı tərəfsiz olmalı, qərəzli davran-
mamalıdırlar. Məktəb direktoru rəhbərlik etdiyi qurumda
qərəzsizlik prinsipinin əməl olunmasına xüsusi nəzarət et-
məli və bunun pozulmasına yol verməməlidir. Qeyd olunan
prinsiplərə əməl olunması insan resurslarının qarşısında du-
ran əsas vəzifələrdən hesab olunur.
Dostları ilə paylaş: |