148
bir yarışda uğurlu olanlara mükafatların verilməsi buna nü-
munə olaraq göstərilə bilər.
Yeniləmə ilə əlaqəli təşkil oluna
mərasimlər təşkilat daxilində baş verən yeniliklərə əhəmiy-
yət verməklə bərabər, həm də öyrənməyi təşviq edir və bilik
əldə etmək üçün cəsarətləndirir. Buna nümunə olaraq isə
bir təşkilatın bir təlim mərkəzi açmasını göstərmək olar.
Bütünləşmə ilə əlaqəli mərasimlər təşkilatdakı fərqli qrup-
ları birləşdirməyi və daha böyük bir təşkilat olma hədəfini
məqsəd olaraq qarşıya qoyur. Təşkilat üzvləri üçün ger-
çəkləşdirilən pikniklər buna nümunə olaraq göstərilə bilər.
Münaqişələri azaldan mərasimlər təşkilatda meydana gələn
konfliktləri və anlaşılmazlıqları ortadan qaldırmağı hədəflə-
yir. Nümunə üçün, hər hansı bir məsələ ilə əlaqədar ortaya
çıxan şikayətlərin dinlənməsi buna misal ola bilər.
Dərəcə
azaltmaq məqsədilə təşkil olunan mərasimlərin məqsədi
təşkilatın davranış və normalarını tətbiq etməkdə uğursuz
olan fərdləri cəzalandırmaqdır. Məsələn, təşkilatlarda bəzən
idarəçilər təşkilatın hədəflərinə nail ola bilmədikdə və ya
hər hansı bir etik olmayan davranış nümayiş etdirdikləri
zaman səs-küylü bir şəkildə vəzifədən uzaqlaşdırılırlar. Nə
qədər xoşagəlməz hal olaraq qiymətləndirilsə də, bu məra-
simlərdən istifadə hallarına rast gəlmək mümkündür.
Dostları ilə paylaş: