Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 80 Əsas Qanunun XV maddəsi türk dilinin işlənməsini azad elan etsə də Azərbaycan türklərinə
məktəblərdə öz ana dilində oxumağa imkan verilmir. Hazırda İranda ―vahid İran milləti‖, ―vahid islam
ümməti‖ adı altında antitürk siyasət aparılır, azərbaycanlıların milli mənsubiyyəti inkar edilir.
Mədəniyyət -İnqilabdan sonra fars olmayan millət və etnik qrupların milli mədəniyyətlərinin
inkişafı yolunda yaradılan əngəllərə baxmayaraq həmin millətlər nisbi milli diçəlişə nail oldular.
Təbrizdə Azərbaycan türkcəsində ―Odlar yurdu.‖, ―Ulduz‖, ―Araz‖, Tehranda ―Azadlıq‖ və s. qəzet və
jurnalların nəşr edilməsinə başlandı. Bunların içərisində Cavad Heyətin buraxdığı ―Varlıq‖ jurnalı
daha uzunömürlü oldu.
Cənubi Azərbaycanda və Tehranda bir sıra cəmiyyətlər, mədəniyyət ocaqları fəaliyyət
göstərirdi.
Bu cəmiyyətlərdə təmsil olunan ziyalılar aşağıdakı tələbləri irəli sürürdülər: 1) Azərbaycan dilinin bu xalqın rəsmi dili kimi tanınmasını;
2) Azərbaycanda tədrisin ana dilində aparılmasını;
3) Tehranda ikidilli məktəblərin yaradılmasını və s.
Müxtəlif mədəniyyət ocaqlarının nəşr etdirdikləri qəzet və jurnallar İranda azərbaycanlıların
milli şüurunun inkişafına təkan verirdi.
Məhəmmədhüseyn Şəhriyarın ―Heydərbabaya salam‖ poeması Şimali və Cənubi Azərbaycanın
mənəvi yaxınlaşmasına güclü təsir etmişdir.
Hazırda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi–siyası və
mədəni əlaqələr inkişaf etməkdədir.
Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 81 MÖVZU 33 Cənubi Azərbaycan İkinci Dünya Müharibəsindən sonrakı dövrdə.