Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 85 1960-1970-ci illərdə kənd təsərrüfatının inkişafına da diqqət yetrilirdi. 70-80-ci illərdə bir sıra
kanallar, su qurğusu və dəryaçalar tikilib istifadəyə verildi.
1970-ci illərin sonu-1980-cı illərin birinci yarısında üzümçülük intensiv inkişaf edirdi. Lakin,
1980-ci illərin ikinci yarısında bütün SSRİ-də alkoqolizmə qarşı mübarizə kampaniyasının başlanması
ilə yüz min hektradan çox üzümlük məhv edildi.
1950-1960-ci illərdə respublikanın dağlıq rayonlarında kiçik heyvandarlıq təsərrüfatının ləğv
edilməsi burada heyvandarlığın inkişafının ləngiməsinə səbəb oldu. 80-90-cu illərdə iri heyvandarlıq
komplekslərinin tikilməsi belə bu sahədə köklü dəyişiklik edə bilmədi.
Bəhs olunan dövrdə SSRİ-nin mərkəzi şəhərlərini tərəvəzlə təmin etmək üçün Lənkəran,
Astara, Quba və Xaçmaz rayonlarında, əsasən, tərəvəzçilik inkişaf etdirildi. 1970-1980-cı illərdə
nəqliyyat – kommunikasiya vasitələrinin inkişafına da diqqət yetirilirdi.
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə SSRİ-nin ən böyük və nifüzlu ali
məktəblərində 17 mindən çox yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı.
Respublikada milli-hərbi kadrlar yetişdirmək üçün H.Əliyev 1971-ci ildə G.Naxçıvanski adına
Respublika orta ixtisaslaşdırılmış internet məktəbini aşdırdı. Eyni zamanda respublikadan kənarda
hərbi kadrların hazırlanması işinə diqqət artırıldı.
Sovet təhsil sisteminin çatışmazlıqlarına baxmayaraq, Azərbaycan təhsil sistemi inkişaf edirdi.
Bu dövrdə Azərbaycan astronomlarının elmi nailiyyətləri bütün dünyada tanındı. Beynəlxalq
Astronomiya İttifaqının qərarı ilə astronom N.İbrahimovun şərəfinə Mars planeti kraterlərindən birinə
―ibrahimov krateri‖, üç asteroidə ―Azərbaycan‖, ―Nizami Gəncəvi‖, ―ŞAR‖ (Şamaxı Aztrofizika
Rəsədaxanası) adı verildi.
İctimai elmlər sahəsində Ziya Bünyadov kimi alimlər tarixi saxtalaşdıranlara qarşı öz fikirlərini
açıq şəkildə bildirirdilər. Lakin kommunist ideologiyasının güclü təsiri altında olan ictimai fənlərin
əsas xüsusiyyəti sosislist təsərrüfat sisteminin qüsurlarını ört-basdır etmək idi.
Göstərilən dövrdə Nizaminin, Xəqaninin, Nəsiminin, N.Tusinin, Ü.Hacıbəyovun,
M.Maqomayevin, H.Cavidin və Aşıq Ələsgərin yübileyləri keçirildi. Azərbaycan Milli Teatrının 100
illiyi qeyd olundu. 1982-ci ildə H.Cavidin cəsədinin qalıqları İrkutsk vilayətindən gətirilib Naxçıvanda
dəfn edildi. Bakıda Ü.Hacıbəyovun, S.Vurğunun, C.Cabbarlının, Bülbülün, Naxçıvanda H.Cavidin ev-
muzeyləri açıldı.
Bu dövrdə Azərbaycan mətbuatının inkişafı da irəliləyişlərlə əlamətdar oldu. Bakıda ―Sovet
türkologiyası‖ jurnalı (1970), ―Qobustan‖ incəsənət almanaxı (1969), ―Ulduz‖ Jurnalı (1967), 1976-
1987-ci illərdə ilk milli ensiklopediya-―Azərbaycan Sovet Ensiklopediyası‖ çap olundu. ―Ulduz ‖ və
―Qobustan‖ jurnalları xalqın özünüdərk və milli dirçəliş prosesində mühüm rol oynayırdı.
Azərbaycan incəsənətində də mühüm irəliləyişlər əldə edildi. Azərbaycan musiqisi Qara
Qarayevin ―Zəriflik‖ monooperası və ―Dostluq himni‖ kantatası, Fikrət Əmirovun ―1001 gecə və
―Nizami‖ baletləri, dünayada ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın ―Gəlin qayası‖
operası ilə daha da zənginləşdi. Rauf Hacıyev, Emin Sabitoğlu, Ağabacı Rzayeva, Polad Bülbüloğlu,
müğənnilərdən Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Müslüm Maqamayev, Rübabə
Muradova, Lütfiyar İmanov, Qədir Rüstəmov, pianoçular Fərhad Bədəlbəyli, Vaqif Mustafazadə
azərbaycan müsiqisinin inkişafına öz töhfələrini verdilər.
Rejisorlardan T.Tağızadə, H.Seyidbəyli, E.Quliyev, R.Ocaqov, V.Mustafayev, aktyorlardan
Məlik Dadaşov, Əliağa Ağayev, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Amalya Pənahova, Rasim
Balayev, Fuad Poladov, Həsən Turabo v, Həsən Məmmədov, Səməndər Rzayev və başqalarının iştirakı
ilə maraqlı kino əsəsləri yaradıldı.