Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
FARZALIYEV-MAG (1)

§ 2.2. Seçmə tədqiqatında yaranan xətanın statistik qiymətləndirilməsi 
 
Ev təsərrüfatlarının tədqiqi üçün məlumatların toplanması bir sıra metodların 
köməyi ilə həyata keçirilir. Bu cür informasiyanın toplanması prosesinin ayrılmaz 
hissələrindən biri xətaların yaranmasıdır. Yəni konkret tədqiqat nəticəsindən alınan 
nəticələrin real göstəricilərdən kənarlaşmasıdır.
Onu da qeyd edək ki, təcrübədə seçmə tədqiqatında yaranan xətanın mənbə-
lərinə və onun qiymətləndirilməsinə dair çoxlu sayda yanaşmalar vardır. Ümumiy-
yətlə, seçmə müşahidəsində yaranan xətanın əsas mənbələrinə aşagıdakıları aid etmək 
olar: 
- bu və ya digər sualları əhatə edən sorğu vərəqəsinin quruluşu, 
- sorğu vərəqəsinin köməyi ilə müvafiq şəxslərin sorğu edilməsi formalarının, 
yəni məlumatların toplanması metodu, 
-bu və ya digər sual üzrə alınacaq cavabın və onun qeydiyyatı, 
-sual vərəqəsində qoyulan sualı çavablandırmaq üçün sorğu edilən şəxs.
Bu sadalanan mənbələr seçmə tədqiqatının həyata keçirilməsində mühüm 
əhəmiyyət kəsb edir.
Sorğu vərəqsi tədqiqatın gedişində hər hansı bir şəxsdən informasiyanın əldə 
edilməsinin vasitəsi kimi çıxış edir. Seçmə tədqiqatında sorğu vərəqəsinin tərtibi 
prinsiplərinin düzgün müəyyənləşdirilməsinin tədqiqatın xətasının minimuma endiril-
məsində mühüm əhəmiyyəti vardır. Sorğu vərəqəsinin hansı formada müəyyənləş-
dirilməsi hər hansı bir şəxsdən aınan cavaba təsir edə bilər. 
Tədqiqatı planlaşdırarkən çox vaxt tədqiqatın məqsədi, sorğu vərəqəsində 
istifadə edilən anlayışlar və informasiyalar dəqiq müəyyənləşdirilmir. Bəzən sorğu 
vərəqəsinə daxil edilən sual tədqiqatın məqsədinə nail olmaq üçün zəruri olan in-
formasiyanı əldə etməyə imkan vermir. Məlumatın konkterləşdirilməməsi problemi 
seçmənin xətasını artıra bilər. Məsələn, tədqiqat prosesində “hamiləlik dövründə 
analığın müdafiəsinə göstərilən xidmətlər” sualı qoyularkən, həmin məsələnin ha-
miləliyin hansı dövrünə və müddətə aid edildiyi konkretləşdirilməlidir. Belə qeyri-


41 
müəyyənliklərin dəqiqləşdirilməsi sorğu vərəqəsinin baza suallarının tərtibində də 
nəzərə alınmalıdır. 
Sorğu vərəqsindəki suallar dəqiq və aydın ifadə edilməlidir. Sorğu vərəqəsi 
məlumatları toplayanla soruşulan şəxs arasında əlaqə formasıdır və orada xətanın 
çoxlu sayda potensial mənbələri vardır. Birincisi, ola bilər ki, sorğu vərəqəsinin 
tərtibatçısı müəyyənləşdirilməyə çəhd edilən anlayışı dəqiq ifadə etməyib. Bundan 
başqa həmin sualın təqdimi və şərhinin də düzgün olmaması müvafiq xətaların yaran-
masına gətirib çıxara bilər.
Seçmə tədqiqatı çərcivəsində qoyulan sualların başa düşülməsinin iki səviy-
yəsini müəyyən etmək olar. Birincisi sadə səviyyədir, yəni sualın hərfi mənada 
mahiyyətinin başa düşülməsidir. Suala daxil edilən sözlər soruğu edilən şəxsə 
məlumdurmu? Ola bilər ki, soruğu edilən şəxs ona uyğun informasiyanı xatırlasın və 
düşünülmüş cavab versin. Lakin sorğu edilən şəxs sualları cavablandırarkən özündə 
sorğu vərəqəsinin təyinatı haqqında da nəticə çıxarmalıdır. Başqa sözlə desək, sorğu 
edilən şəxs həmin sualı çavablandırarkən onun praqmatik mahiyyətini müəyyənləş-
dirməlidir. Məhz bu ikinci komponent sualların formalaşdırılmasını çətinləşdirir və 
onların komplekslilik xarakterini ön plana çəkir.
Sağlam fikir və yazılı mətinlərin tərtibinin mövcud təcrübəsi göstərir ki, 
sualların qısa və sadəliyinin təmin edilməsi onların aydın şərhinə gətirib çıxarır. 
Lakin aparılan tədqiqatlar göstərir ki,daha uzun sualların köməyi ilə sorğu edilən 
şəxsdən daha dəqiq və ətraflı cavablar almaq olar. 
Tədqiqatçılar və analitiklər həmişə daha çox suallar vermək istəyirlər. Eyni 
zamanda tədqiqat metodologiyası üzrə mütəxəssislər başa düşürlər ki, sorğu vərə-
qəsinin lüzümsuz həcmi əlavə xətalar yarada bilər.
Araşdırma göstərir ki, sualların ardıcıllığı cavablara təsir edir və bu xüsusilə 
əhalinin mövqeyinin və ictimai rəyin tədqiqi üçün düzgündür. Sorğu edilən şəxs 
əvvəlki suallardan irəli gələn informasiyadan və anlayışlardan istifadə edərək sonrakı 
sualları cavablandıra bilər.
Suallara verilən cavabların kateqoriyalarda birləşdirilməsi əldə edilən cavab-
lara təsir edə bilər. Sorğu edilən şəxs sorğu vərəqəsinə daxil edilən kateqoriyanın onu 


42 
işləyib hazırlayan üçün ən vacib olduğu nəticəsinə gəlir. Onu da qeyd edək ki
kateqoriyanın tədqiqi ardıcıllığı da cavablara təsir göstərə bilər.
Sorğunun həyata keçirilməsi qaydası da cavablar kateqoriyasının ardıcıllığı 
səmərəsinə təsir göstərə bilər. Əgər sorğu edilən şəxs sorğu vərəqəsinin maddələrini 
müstəqil doldurursa, onda siyahıda daha yüksək movqe tutan cavablar kateqoriyası 
üçün sorğu edilən şəxsin onları xatırlaması və onlarla razılaşması ehtimalı da böyük 
olacaqdır. Ona görə ki sorğu edilən şəxsin onlar haqqında ətraflı düşünməyə daha çox 
vaxtı olacaqdır (ilkin səmərə). Əgər sorğu vərəqəsi qeydiyyatçının iştirakı ilə dol-
durularsa, onda böyük ehtimalla siyahıda sonra ortaya çıxan kateqoriya yada düşə-
cəkdir (yenilik səmərəsi).
Məlumatların toplanmasının ən uyğun qaydasının müəyyənləşdirilməsi tədqi-
qat metodologiyası ilə bağlı bir sıra problemlərə aid qərarların qəbul edilməsini zəruri 
edir. Bu cür qərarları qəbul edərkən maliyyə resursları mühüm rol oynayır (6,12).
Şəxsi sorğu məlumatların toplanmasının əsas metodudur. Bir çox hallarda 
qeydiyyatçı strukturlaşdırılmış suallara uyğun olaraq müvafiq şəxsin sorğusunu 
həyata keçirir və sorğu edilən şəxsin cavablarını kağız nüsxələrinə daxil edir. Kağız 
və qələm metodu ilə bu cür şəxsi sorğudan istifadənin uzun tarixi vardır. Yığcam 
fərdi kompyuterlər istehsalı sferasındakı son naliyyətlər avtomatlaşdırılmış şəxsi 
sorğular metodu ilə şəxsi sorğuların həyata keçirilməsinə imkan vermişdir. Qeydiy-
yatçı sorğu edilən şəxsin evinə gedir və nəşr edilmiş sorğu vərəqələrinin əvəzinə 
yığcam kompyuterlərdən istifadə edərək sorğuları həyata keçirir. Avtomatlaşdırılmış 
şəxsi sorğular metodunun üstünlüyü sorğunun keyfiyyətinə nəzarət edilməsi və 
cavablarda xətaların azaldılması ilə bağlıdır. Qeydiyyatçı cavabları kompyuter fayl-
lına daxil edir və onun köməyi ilə bir sıra məsələlər həll edilir.
Şəxsi sorğunun gedişində soruşulan şəxsə sualları cavablandırmaqda kömək 
etmək məqsədilə kompleks sorğular həyata keçirmək və əyani bəsaitlərdən istifadə 
etmək olar.
Ev təsərrüfatlarında şəxsi sorğunu həyata keçirərkən tədqiqat xətasının digər 
mümkün mənbəsi onun digər üzvünün iştirak etməsidir. Ev təsərrüfatının digər üzvü 
sorğu edilən şəxsin cavabına təsir edə bilər.


43 
Onu da qeyd edək ki, sorğu vərəqsəinin müstəqil doldurulmasını nəzərdə tutan 
tədqiqatın xətasının mənbələri şəxsi sorğunun həyata keçirilməsi ilə yaranan xətanın 
mənbələrindən fərqlənir. Görühdüyü kimi qeydiyyatçının təsiri olmadan 
özüqeydiyyat metodu ilə tədqiqatın həyata keçirilməsi halında “sosial lazımlılıq” 
səmərəsinin yaranması riski azalaçaqdır. Bu cür tədqiqat da sorğuu edilən şəxsi 
əlverişsiz vəziyyətə salmayan suallar verməyə imkan verir.
Qeydiyyatçı bir çox seçmə tədqiqatlarında həlledici rol oynayır. Onun işinin 
keyfiyyəti məlumatların toplanması prosesinin əsasıdır və həmin tədqiqatın 
keyfiyyətinə təsir göstərə bilər. Fərdi fərqlilik nəticəsində hər bir qeydiyyatçı konkret 
vəziyyətdə müxtəlif cür hərəkət edə bilər. Hər bir qeydiyyatçı həm xətanın azal-
dılması, həm də çoxaldılması istiqamətində fəaliyyət göstərə bilər. Əgər bütün qey-
diyyatçıların həyata keçirdiyi sorğular çərçivəsində göstəricinin azalması və yük-
səlməsi bir-birini bərabərləşdirirsə onda təhriflər az əhəmiyyətli hesab ediləcəkdir. 
Əks halda, yəni ayrı-ayrı qeydiyyatçılar böyük xətalara yol verərsə onda o əhə-
miyyətli hesab ediləcəkdir. Ona görə də hər bir qeydiyyatçının işinin keyfiyyəti ilə 
şərtlənən təhrifin variasiyası tədqiqatın dəqiqlik dərəcəsinə ciddi təsir göstərə bilər. 
Təcrübədə müxtəlif yanaşmalardan istifadə edərək qeydiyyatçı ilə bağlı 
dispersiyanın təsiri qiymətləndirilir. Belə yanaşmalardan biri 60-cı illərin əvvəl-
lərində Kiş tərəfindən təklif edilmişdir. O, ayrı-ayrı qeydiyyatçılar üçün korrelyasiya 
əmsalından istifadə edilməsi əsasında qeydiyyatçılarla bağlı dispersiyanın təsirini 
müəyyənləşdirilməsini metodunu işləyib hazırlamışdır. 
Həmin göstərici 
ρ
hərfi ilə işarə olunurdu. Onun kəmiyyəti qeydiyyatçı ilə 
bağlı dispersiyanın komponentininnın dispersiyanın sadə təhlili yolu ilə hesablanan 
tədqiqatın hər hansı bir dəyişən kəmiyyətinin ümumi dispersiyasına nisbəti kimi 
müəyyən edilirdi. Şəxsi sorğular həyata keçirilərkən 
ρ
-nun qiymətiəksər dəyişənlər 
üçün bir qayda olaraq təxminən 0.02 təşkil edirdi. 
ρ
-nun qiymətinin böyük olmasına 
baxmayaraq, həmin kəmiyyətin qiymətləndirmənin dəqiqliyinə təsiri olduqca əhə-
miyyətli ola bilər. Seçmənin orta qiymətinin dispersiyası 
(
)
1
1

+

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin