MÖVZU 4:Fövqəladə halların nəticələrinin aradan qaldırılması
üsulları.
Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması dövründə yaranan
şəraitdən, obyektlərdən istifadə olunması müddətinden, dağıntıların
xarakterinden ve-hoçminden ilin fəslindən və havanın proqnozundan, eləçə də
bərpa işlərinin yerinə yetirilməsi ücün ayrılmış qüvvə, vasite ve vaxtdan asılı
olaraq, bərpa işlərinin üç növü olur: qısamüddətli, müvəqqəti və əsaslı bərpa
işləri.Bunlardan əlavə, bir sıra mətbu mənbələrdə göstərilir ki, bəzi hallarda
təcili və ya təxirəsalınmaz qəza-bərpa növlü işlərdən də istifadə edilə biler ve
bele işter diger növ bərpa iş ərindən əvvəl icra edilir. Məsələn, belə
qısamüddətli və təcili bərpa işləri: binaların, qurğuların və mühəndis
şəbəkələrinin bərpası zamanı zədələnmə ocağını məhdudlaşdırmaq məqsədile;
yolların bərpası zamanı isə - oradan bərpa işlərinə göndərilən texnikanın
keçmişini təmin etmək ücün; xilasetmə və digər təxirəsalınmaz işlərin gedişində
yerinə yetirilə bilər.Qəza və ya təbii fəlakət nəticələrinin aradan qaldırılmasında
obyektin bərpası qısamüddətli və ya müvəqqəti xarakterli ola bilər.Bəzi hallarda
belə işlər ardıcıl surətdə icra edilir. Qısamüddətli bərpa müvəqqəti bərpanın bir
növü hesab edilir; bu, müvəqqəti bərpadan əvvəl, davam etmekde olan təbii
felakət şəraitində yerinə yetirilən və müvəqqəti bərpaya nisbətən texniki
cəhətdən kənar təmin olunan berpa növüdür. Təbii fəlakətlərlə təcili mübarizə
şəraitində adətən, əsaslı bərpa işləri aparılmır. Əsaslı bərpa ancaq təbii
fəlakətin təsiri qurtarandan sonra onun netiçələri aradan qaldırılarkən yerinə
yetirilir. Borpanın növü yuxarı təşkilatın, nazirliyin, baş idarənin, ərazi
orqanlarının qərarı ilə müəyyən edilir.
Dağılmış obyektin qısamüddətli berpası bu obyektlerin qısa müddət istismarı
ücün ve ya ondan bir defe istifade etmek meqsədilə aparılır. Belə hallarda sadə
konstruksiyalardan istifade olunmasına və qurğuların qismən bərpa edilməsinə,
məsələn, yalnız zirzəmi binaların bərpa edilməsinə, pəncərə yerlərinin taxta
lövhələrlə berkidilməsinə (lövhelerin arasına torpaq doldurmaqla), yol və
körpülərin ancaq birtərəfli hərəkət ücün bərpa edilməsinə, körpünün zə-
dəlenmiş konstruksiyalarında dayaqlarla güçlendirmeye, tayyare limanlarında
uçuş-eniş zolaqlarının bütün eni ve uzunu boyu deyil, yalnız tək-tək təyyarələrin
uçuşu ve enişi ücün bərpa olunmasına və ya bu məqsəd ücün avtomobil
yolunun uyğunlaşdırılmasına icazə verilir.
Qısamüddətli bərpa işləri, adətən, əlaltı materiallardan və yığılıb-sökülen
konstruksiyalardan istifadə olunmaqla aparılır. Bu zaman belə bərpa işlərinin
icra müddəti - saatlarla, bu cür bərpa olunan obyektlərin fəaliyyət müddəti isə
günlerle hesablanır. Qısamüddətli bərpanın əsas xüsusiyyəti - işlərin icrasının
təcili xarakter daşıması, bərpa olunan konstruksi-yaların isə qısamüddətli
istismar ücün nəzərdə tutulmasıdır.Dağılmış obyektin daimi və ya müvəqqəti
bərpası ise zadelənmiş qurğuları qismən (və bəzi sadələşdirmə yolu ilə) bərpa
edərək obyektin xeyli bir müddət fəaliyyət göstərməsinə nail olmaq ücün
aparılır. Məsələn, binanın ancaq bir neçə mertebesinin bərpa olunması, yaxud
deformasiyaya uğramış yol örtüyünün bütünlükdə deyil, bəzi sahələrinin
qaydaya salınması bu qabildəndir. Belə işlər müvəqqəti konstruksiyalardan və
əvvəlcədən hazırlanan materiallardan istifadə edilməklə yerinə yetirilir. Bele
hallarda bərpa edilmiş obyektlerin fəaliyyət müddəti istifade edilen
materiallardan asılı olur və bir necə ay təşkil edə bilər. Obyektlərin əsaslı
bərpası onların daimi istismarını təmin etmək ücün yerinə yetirilir. Bu zaman
qurğunun qısa müddətdə mənəvi cəhətdən köhnəlməsinin qarşısını almaq
məqsədilə qurğuları yenidən qururlar (modernleşdiririor). Dağıdılmış nadir ve
tarixi əhəmiyyətli obyektlər lazımi hallarda restavrasiya edilib əvvəlki şəklinə
salınır. İşlərin icrasında zavodlarda hazırlanan yığma konstruksiyalardan istifadə
olunur. İşlərin icrası aylarla davam edir. Bərpa edilmiş obyekt on illərlə istismar
ücün nəzərdə tutulur. Əsaslı bərpa sənaye qəzaları və təbii fəlakət nəticələrinin
tamamilə aradan qaldırılması prosesində qurğuların bərpa edilmesinin əsas
növüdür.Təbii fəlakətlərlə mübarizə və müxtəlif qəzaların məhdudlaşdırılması
işləri aparılarkən berpa işlərinin icrasını çətinləşdirən xüsusi şərait amilləri
aşağıdakılardan ibarətdir: işlərin qısa müddət- de yerinə yetirilmesi lüzumu;
işlərin icrası layihəsinin (IL) və əvvəlcədən hazırlanmış tikinti meydancasının
olmaması; ərazinin zəhərlənməsi ehtimalı və təbii fəlakətlərin davam edən
təkrar təsiri.
Dostları ilə paylaş: |