50
- Marketinq prosedurunun adekvat olmasının qiymətləndirilməsi
- Marketinq proseduru ilə bağlı risklərin
və həmin risklərə nəzarətin
qiymədəndirilməsi
- Marketinq funksiyasının səmərəlilik, effektivlik və qənaətlilik aspektlərinin
müəyyən edilməsi
Marketinq funksiyasının auditini aparmaq üçün
daxili auditor marketinq
prosedurlarını başa düşməli, müəssisənin strategiyalarını, müştəri şərhlərini və s.
nəzərdən keçimirməlidir.
Marketinq riskləri:
- Şişirdilmiş marketinq məsrəfləri
- Müvafiq qanunun pozulmasına səbəb olan reklam
- Marketinq riskləri üzrə nəzarət metodları:
- Meydana çıxan məsrəflərdən əvvəl büdcənin hazırlanması
- Məsrəflərin faydalılğı ilə bağlı təhlil aparılmalıdır
- Reklam nəzarətinə bağlılıq
- Səlahiyyətli şəxslər tərəfindən marketinq xərclərinə icazə verilməsi
Xəzinədarlıq. Müəssisənin xəzinədarlıq funksiyasına pul ehtiyatlarının axını,
işlək
kapitalın tənzimlənməsi, mümkün ola biləcək ən aşağı məsrəflər üçün pul ehtiyatlarının
tənzimlənməsi, optimal nağd pul balansının müəyyən edilməsi, artıq pul vəsaitlərinin ən
doğru şəkildə investisiya edilməsi və xarici mübadilə riskinin idarə edilməsi daxildir.
Xəzinədarlıq təşkilatda çox əhəmiyyətli funksiyadır, çünki bu mexanizm təşkilatın
rifahını artırmaq üçün mümkün pul vəsaitlərin ən doğru şəkildə istifadə olunması ilə
bağlı metodları aşkara çıxarmaqla məşğul olur Xəzinədarlıq funksiyası effektiv şəkildə
həyata keçirilməməsi müəssisə üçün itkilərə səbəb olacaq və müəssisənin gəlir əldə
etmək üçün etdiyi bütün cəhdlər boşa çıxacaq. Müəssisənin
pul vəsaitləri tükəndikdə
müflisləşmə və likvidasiya qaçılmaz olur.
Daxili auditor dövriyə kapitalının cəlb edilməsi və hər hansı aktiv saldonun
investisiya edilməsi ilə bağlı müəssisənin strategiyalarını qiymətləndirməlidir.
Auditor müəssiənin pul ehtiyatlarının idarə edilməsi üçün yaradılmış strategiyalarla
bağlı riskləri qiymətləndirməlidir.
51
- Mümkün ən ucuz mənbədən pul vəsaitlərinin əldə edilməməsi riski
- Qeyri-adekvat investisiya mənfəətindən əmələ gələn risk
- İnvestisiya təhlükəsizliyi
- Xarici valyuta riski və s.
Müəssisə ilə bağlı riskləri aşkara çıxardıqdan sonra
auditor risklərin effektiv
şəkildə idarə edilib- edilmədiyini müəyyən etməlidir.
Dostları ilə paylaş: