69
1. borc kapitalına görə faizlər bir xərc kimi vergi tutulan mənfəətə daxil edilmir;
2. adətən faizlərin ödənilməsinə olan xərclər müəssisə dövriyyəsində borc
vəsaitlərinin istifadəsindən alınan mənfəətdən aşağı olur, nəticədə xüsusi kapitalın
rentabelliyi yüksəlir.
Bazar iqtisadiyyatında xüsusi kapitalın xüsusi çəkisinin artımı
heç də müəssisənin
vəziyyətinin yaxşılaşmasını, işgüzar şəraitin dəyişməsinə tez reaksiya vermək
imkanlarını əks etdirmir. Əksinə, borc vəsaitindən istifadə müəssisənin çevikliyini sübut
edir, götürülmüş krediti qaytarma iqtidarında olur.
Xüsusi və borc vəsaitlərinin nisbəti normativləri öz
xüsusiyyətinə görə müxtəlif
sahələrdə toplanır. Harada ki, kapitalın dövretmə əmsalı aşağıdır
həmin sahələrdə
maliyyə riski əmsalı 0,5-dən yuxarı olmamalıdır. Digər sahələrdə harada ki, kapitalın
dövr etməsi yüksəkdir, maliyyə riski əmsalı 1- dən yuxarı ola bilər.
Maliyyə vəziyyətinin daxili təhlili zamanı bu göstəricilərdən başqa
xüsusi və borc
kapitalının dinamikası və quruluşunu öyrənmək, onun ayrı-ayrı
tərkib hissələrinin
dəyişməsinin səbəblərini aydınlaşdırmaq və hesabat dövrü ərzində bu dəyişikliklərə
qiymət vermək lazımdır.
Dostları ilə paylaş: