idrak fəallığı tədqiqatçılıq xarakterində olmalı, onların biliklərin mənimsənilməsi
prosesində bərabərhüquqlu subyekt kimi iştirakına şərait yaradılmalıdır. Müəllim
planlı və məqsədyönlü şəkildə siniflə əməkdaşlıq edərək,
problem-situasiyalar
yaratmalı, uşaqların qarşısında tədqiqat xarakterli məsələlər qoymaqla, onların
həllinə metodik kömək göstərməli, şagirdləri
biliklərin müstəqil şəkildə
mənimsənilməsinə istiqamətləndirməlidir.
Fəal təlimdə müəllimin fasilitator kimi fəaliyyəti şagirdləri fəallaşdırmaq üçün
təlim diskussiyalarının, dialoji qarşılıqlı təsirdə açıq mübahisə və mühakimələrin,
məntiqi ümumiləşdirmələrin və yaradıcı təxəyyülün inkişafına zəmin yaradır.
Fəal təlimdə qeyri-standart, strukturlaşmamış dərs tiplərinə: dərs–işgüzar
oyunlar, yarış–dərslər, fantaziya–dərslər, dialoq–dərslər, dərs–rollu oyunlar, dərs–
konfranslar, inteqrativ dərslər və s. təşkilati-didaktik strukturlara geniş istinad
imkanları mövcuddur.
Fəal təlim məntiqi düşüncə,
tənqidi təfəkkür, yaradıcı yanaşma və yaradıcı
tətbiqetmə kimi idrak əməliyyatlarının inkişafının motivləşməsinə zəmin
hazırlayır» [Məmmədova İ. 2010].
Fəal təlimdə şagirdlərin fəal idrak mövqeyinin saxlanması üçün psixoloji
dəstək göstərilməli, sinifdə daim hörmət və inam mühiti yaradılmalı, şagirdlərin
müəllim tərəfindən stimullaşdırılması diqqət mərkəzində olmalıdır. Fəal
əməkdaşlıq və birgə iş vərdişlərinin inkişaf etdirilməsi yolu ilə sosial birgəfəaliyyət
və birgəyaşayış qaydalarının mənimsənilməsinə təminat verilməlidir. Fikrimizcə,
interaktiv metodların psixoloji konsepsiyası sistemli təhlil olunduqda onun başlıca
paradiqması şəxsiyyətyönümlü təlim olmalıdır.
Ənənəvi təlimdə əsas sima olan müəllim informasiya verən, interaktiv təlimdə
isə köməkçi rolunu oynayır. Ənənəvi təlimdə müəllimin başlıca vəzifəsi şagirdləri
təlim prosesinə cəlb etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək göstərməkdən
ibarətdir. Ənənəvi təlimlə müqayisədə interaktiv təlimdə aparıcı ilə qarşılıqlı təsir
dəyişir. Müəllimin əsas vəzifəsi şagirdlərin təşəbbüskarlığı üçün şərait yaratmaqdır.
Fəallıq, təşəbbüskarlıq və əməkdaşlıq interaktiv təlim metodlarını səciyyələndirən
əsas cəhətlərdir. Burada şagirdlərin fəallığının fiziki (danışmaq, yazmaq, dinləmək,
rəsm çəkmək), idraki (müəllimin şərhinə əlavələr etmək, problemin həllini müstəqil
tapmaq və s.) və sosial (sual vermək, fikir mübadiləsi və s.) formaları bir-biri ilə
əlaqələndirilmiş olur.
İsveçrə psixoloqu
Jan Piaje qeyd edirdi ki, biz uşağı «duzgun cavablar»
əsasında təlim edərkən onun özünün axtarmaq və tapmaq imkanlarını
məhdudlaşdırmış oluruq: «Uşaqlar yalnız özlərinin kəşf etdikləri şeyləri həqiqi
mənada qavraya bilirlər. Onlara nəyisə tələsik öyrətməyə cəhd etdiyimizdə bu
şeyləri onlarının kəşf etmələrinə mane olmuş oluruq» [Aytac Sahil].
Ənənəvi təlimi interaktiv təlimlə müqayisə edərkən onların hər birinin müəyyən
üstün cəhətlərini və nöqsanlarını qeyd edə bilərik.
P E D A Q O G İ K A
22
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2019, №4
Ənənəvi təlimin başlıca nöqsanları nəzəri təmayülün üstün olması, şagirdlərin
qeyri-fəallığı, metodikaların yeknəsəqliyi, şagirdlərin dalğınlığı, həll yollarının,
əsasən, hazır şəkildə verilməsi, fərdiləşdirmə üçün şəraitin olmaması, vaxtın dəqiq
reqlamentləşdirilməsindən ibarətdir. İnteraktiv təlimin başlıca nöqsanlarına isə
vaxtın reqlamentləşdirilməsinin çətinliyini, müəllimdən dərsə hazırlıq üçün böyük
əmək və vaxt tələb olunmasını, dəqiq planlaşdırmanın mürəkkəbliyini və s. aid
etmək olar.
Təlim modelləri
passiv (ənənəvi),
aktiv və
interaktiv olmaqla üç əsas qrupa
ayrılır.
Passiv (ənənəvi) təlim və ya ekstraaktiv təlim modelinin əsas xüsusiyyəti
öyrənənlərin deyil, öyrədici mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o
deməkdir ki, şagirdlər təlim materiallarını bir-biri ilə ünsiyyətdə olmadan, heç bir
yaradıcı fəaliyyət göstərmədən müəllimin nitqindən
və dərslikdəki mətnlərdən
öyrənirlər. Ənənəvi dərs modeli uzun illər tətbiq olunsa da, dərsə verilən ən yeni
tələblər belə, onun strukturunda uşaqların fəallığını təmin edə bilməmişdir.
Aktiv və interaktiv metodlar isə, ənənəvi metodlardan fərqli olaraq, şagirdlərin
müstəqilliyini və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli,
adətən, yaradıcı xarakterli ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim
münasibətləri sistemində ünsiyyətin zəruriliyinin təmin olunması tələbi ilə
şərtləndirilir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki, şagirdlər öyrənmə
subyekti kimi yalnız özləri üçün calışır, müəllimdən başqa prosesin digər
iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər» (V. Slastenina. Моskva,
2004).
Yeni dövrün təlim nəzəriyyələrində XXI əsrdə insanın, bir şəxsiyyət kimi, in-
tellektual səviyyəsinin daha da aktuallaşdırılması, digər inkişaf etmiş ölkələrdə
olduğu kimi, Azərbaycanda da yeni təlim metod və texnologiyalarından, xüsusilə
interaktiv təlim metodlarından istifadəyə geniş yer verilməsi məsələləri nəzərdə
tutulur.
İnteraktiv təlimdə müəllim–şagird, şagird–şagird əməkdaşlığı əsas şərtdir. İn-
teraktiv metod isə şagirdlərin təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və
keyfiyyətlərə yiyələnməsini həyata keçirən yanaşma, vasitədir.
«İnteraktiv təlim metodunun tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul
edilərək, praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır:
•
Şagirdə yönəlmiş təlim prinsipi. Şagird təlim
prosesinin mərkəzi obyekti
kimi çıxış etməli, təlim prosesi uşağın imkan və qabiliyyətlərinə, biliyinə,
maraq və tələbatlarına yönəldilməlidir.
•
Fəal təlim prinsipi. Tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını,
təbii
öyrənmə fəaliyyətini doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə
imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın.
•
İnkişafetdirici təlim prinsipi. Təlim cəmiyyətin inkişaf təmayüllərini əks
İsmət Məmmədova, Günay Həsənova
Dostları ilə paylaş: