partiyaları yarandı.
1967-ci ildə yeni Konstitusiya qəbul edildi, ölkədə
avtoritar rejim gücləndi.
Xarici siyasətdə yenidən Amerika meylli xətt götürüldü.
1964-cü ildə Braziliya Kuba ilə münasibətləri pozdu. Braziliya
hərbi hissələrini Dominikan respublikasına göndərdi. Ölkəyə
yenidən ABŞ kapitalı axmağa başladı. Gəlirin xaricə
276
ötürülməsinin məhdudlaşdırılması haqqında qanun ləğv edildi.
Xaricilər torpaq almaq, qazıntı aparmaq hüququ aldılar. Ölkəyə
nəinki ABŞ, hətta AFR, Yaponiya, Fransa, İngiltərə kapitalı da
müdaxilə etdi. Bunun əsasında XX əsrin 60-cı illərində ölkədə
iqtisadi yüksəliş başladı. Sənaye məhsulu istehsalının artımı
1963-cü illə müqayisədə 1967-ci ildə 3,8%-ə 1968-ci ildə 9%-ə
qalxdı. 1968-1970-ci illərdə isə o 12,5% yüksəldi. Kənd
təsərrüfatı da yüksək templə inkişaf etməyə başladı. Ölkənin
iqtisadi vəziyyətinin xeyli dərəcədə yaxşılaşması qənd, qəhvə,
pambıq istehsalının artması ilə də bağlı idi.
Braziliyada «İqitsadi möcüzə» daxili və xarici
kapitalistlərə böyük zənginilk gətirdi. Zəhmətkeşlərin isə
vəziyyəti ağır idi. 1965-1968-ci illərdə real əmək haqqı 40%
aşağı düşdü.
Braziliya XX əsrin 70-ci illərində. Braziliyada 70-ci
illərdə iqtisadi rəqabət gücləndi. Sənaye məhsulu istehsalı
1970-ci ildə 10%, 1974-cü ildə 15% artdı. Ölkəyə kapital axını
davam edirdi. Braziliyanın topdansatış milli sərvəti 1975-ci
ildə 60 mlrd dollar idi. Yüksəliş 1974-cü ilə qədər davam etdi.
«Açıq qapılar» siyasəti yeridilirdi. Bütün bunlar isə
Braziliyanı «Xarici kapital üçün cənnətə» döndərdi. Xarici
investisiya 1969-cu ildə 1,4 mlrd-dan 1978-ci ildə 13,7 mlrd.
dollara çatdı. Eyni zamanda Braziliya iri həcmdə istiqraz və
kredit əldə etdi. Bu da onun borclarını 1964-cü ildəki 2,8 mlrd
dollardan 1979-cu ildə 47 mlrd dollara çatdırdı. Son nəticədə
bu ölkənin maliyyə qəzasına yuvarlandırdı.
1974-cü ildə Braziliyada iqtisadiyyatın inkişafı zəiflə-
məyə başladı. Milli valyutanın kursu aşağı düşdü. 1975-ci ildə
dövlət büdcəsində kəsir yarandı, inflyasiya və qiymətlər artdı.
Xüsusilə ərzaq məhsulları istehsalı azaldı. Vəziyyəti düzəltmək
üçün hökumət idxalı məhdudlaşdırmağa məcbur oldu. Bu-
nunla belə, xarici kapital üçün qapılar daha çox açıldı. Xarici
inhisarlar neft sahələrinə, tropik meşə massivlərinə sərəncam
verməyə başladılar.
277
70-ci illərdə Braziliyada demokratik qüvvələrin müqa-
viməti gücləndi. 1971-ci ilin marında Respublika demokratik