Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   8   9   10   11   12   13   14   15   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Dövlətin məhdudlaşdırılmış rolu. Bu –dövlətin sahibkarlığa 
müdaxiləsinin optimal, yol verilməsi mümkün olan maksimum həddidir. Bu 
həddin düzgün müəyyən edilməməsi - həm çoxluğu və həm də azlığı sahibkarlığa 
ziyan gətirə bilər.
Sahibkarlığın xarici və daxili mühiti onun özünə təsir edən bir sira amillər 
döğurur. Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillər 
aşağıdakılardır: 
a) təbii-demoqrafik amillər. Firmanın yerləşdiyi regionun iqlim şəraiti, 
əmək qabiliyyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s.; 
b) sosial-mədəni amillər. Əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, 
təhsil senzi (səviyyəsi); 
c) texnoloji amillər. Ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, 
tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi; 
d) iqtisadi amillər. Bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit 
və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.; 


e) hüquqi amillər. Təsərrüfat hüququnun inkişaf səviyyəsi, dövlətin 
sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının 
mövcudluğu və s.; 
f) siyasi amillər. Ölkənin siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı 
münasibətləri.
Yuxarıda sadalanan amillərin əksəriyyətini dövlətin tənzimləmə tədbirləri və 
müəyyən qanunvericilik aktları vasitəsilə dəyişmək, təkmilləşdirmək və hətta ləğv 
etmək olar. Burada istisnalıq təşkil edən təbiətlə bağlı amillərin bir qismidir-
məsələn, iqlim şəraitidir, regionun seysmiklik dərəcəsidir. 
Firmanın daxili mühitini, hər şeydən əvvəl, onun istehsal potensialı (gücü) 
müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə malik fəaliyyətlə məşğul 
olmaq üçün – məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər 
göstərmək-müəssisənin sərəncamında olan istehsal resurslarının məcmusudur.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin