Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə16/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   12   13   14   15   16   17   18   19   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Fərdi istehsal təkrar istehsalı, əsasən nəzərdə tutulmayan bircinsli 
məmulatların buraxılışının kiçik həcmi ilə xarakterizə olunur. Fərdi istehsalda 
təhkimetmə əmsalı adətən 40-dan yüksək olur, iş yerləri az əməliyyatlar isə çox 
olurlar. Seriyalı istehsal dövrü olaraq istehsalı vaxtaşırı təkrar edilən, fərdi deyil, 
müəyyən partiyalarla məhsul istehsalı ilə xarakterizə olunur. Partiyadakı, 
məmulatların sayından və təhkimetmə əmsalının qiymətindən asılı olaraq seriyalı 
istehsal özü də, kiçik, orta və iri seriyalı istehsallara bölünür. Kütləvi istehsal uzun 
müddət ərzində fasiləsiz istehsal edilən məmulat buraxılışının böyük həcmi ilə 


xarakterizə olunur ki, bu zaman hər bir iş yerində yalnız bir əməliyyat yerinə 
yetirilir və elə buna görə də kütləvi istehsal üçün əməliyyatların təhkimetmə əmsalı 
1-dən çox olmur.
2. İstehsal tsikli-xammal və materialların istehsal prosesinin ilk əməliyyatına 
daxil olduğu andan hazır məhsulun alınmasına qədər sərf olunan təqvim vaxtını 
əks etdirir. İstehsal tsiklinin əsasında müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin 
bir sıra vacib texniki-iqtisadi və iqtisadi göstəriciləri hesablanır. İstehsal tsiklinə 
məhsulun hazırlanması üzrə əməliyyatların yerinə yetirilməsi ilə bağlı və fasilələri 
əhatə edən vaxtlar aiddir.
İstehsal prosesindəki fasilələr müəssisədə müəyyən edilmiş iş rejimi ilə 
əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar nəticəsində 
yaranır. Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələrə qeyri-iş 
günləri və növbələri, növbələrarası və nahar fasilələri, işçilərin istirahəti ilə 
əlaqədar növbədaxili reqlamentləşdirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki 
səbəblərlə şərtlənən fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, 
xammal və materialların, enerjinin və s.-nin olmaması ilə əlaqədar boşdayanmalar 
daxil edilir. Qeyd etmək lazımdır ki, istehsal tsiklinə müxtəlif səbəbdən baş verən 
boşdayanmalar deyil, müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələr 
aid olunur.
Əvvəllər qeyd olunduğu kimi, istehsal tsikli xammal və materialların əsas 
istehsala buraxılmasından hazır məhsulun alınmasına qədər istehsalda qaldığı 
təqvim iş vaxtını (T
i.t
) əhatə edir və aşağıdakı kimi hesablanır:

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin