Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə26/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   22   23   24   25   26   27   28   29   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Firmada əmək resursları 
1. Firmanın əmək resursları və onun tərkibi 
2. Firmada kadrların idarə olunması 
3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları 
4.Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri 
 
1. Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəliliyi onun kadrlarından, 
orada çalışan işçilərin səriştələrindən, peşəkarlıq və ixtisas səviyyələrindən 
bilavasitə asılı olur. Hər hansı bir müəssisənin istehsal proqramını yerinə yetirmək 
(başqa sözlə, dolayı olsa da, onu əsaslandırmaq) üçün zəruri sayda işçilər tələb 
olunur. Müəssisənin kadrları funksional tərkibinə görə təsnifləşdirilir. Firmanın 
kadrları, ilk əvvəl, istehsal heyəti (başqa sözlə, əsas fəaliyyət heyəti) və qeyri-


istehsal heyəti ( qeyri-əsas fəaliyyət heyəti) kimi (başqa sözlə, mənzil-kommunal 
təsərrüfatının, uşaq bağçalarının, səhiyyə və yardımçı təsərrüfatlarının işçiləri) 
qruplaşdırılır.
İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə fəhlələr, 
mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər və 
mühafizə işçiləri kateqoriyalarına bölünürlər. 
İstehsal heyətinin əsas tərkib hissəsi olan fəhlələr qrupuna bilavasitə məhsul 
yaradılmasında iştirak edən və habelə istehsal prosesinin normal gedişatını təmin 
edən işçilər aid olunurlar.
Mühəndis-texniki, mütəxəssis və rəhbər işçilər kateqoriyasına istehsala 
texniki rəhbərlik funksiyasını həyata keçirən kadrlar aid olunurlar.
Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-satış, dəftərxana və bəzi 
inzibati-idarə işçiləri aid olunurlar.
Şagirdlər kateqoriyasına fərdi və briqada (qrup) şəklində həm bilavasitə 
müəssisənin özündə hamilik yolu ilə və həm də başqa məktəblərə ezamiyyə 
olunmaqla fəhlə peşəsinə yiyələnən gənclər aid olunurlar.
Kiçik xidmətedici heyətə inzibati-idarə binaların aqulluq edən xadimələr, 
süpürgəçilər, minik avtomobillərinin sürücüləri, kuryerlər, paltarsatanlar və s. 
işçilər aiddirlər. 
Mühafizə işçilərinə isə müəssisənin gözətçiləri və yanğından mühafizə işçiləri 
aid edilirlər.
Firmanın qeyri-istehsal sahələrində çalışan işçilər istehsal heyətinə aid 
edilmir. Bu qəbildən olan işçilərə yaşayış binalarına, səhiyyə məntəqələrinə, uşaq 
bağçalarına, klublara , yardımçı təsərrüfatlara xidmət edən işçilər daxil olunurlar.
Fəhlələr ixtisas dərəcələrinə görə 4 qrupa bölünürlər: ixtisassız (ixtisas 
dərəcəsi olmayan), az ixtisaslı, ixtisaslı, yüksək ixtisas dərəcəli.
Öz-özlüyündə aydındır ki, xüsusi hazırlıq tələb etməyən işlərin icrası ixtisas 
dərəcəsi olmayan, başqa sözlə, ixtisassız fəhlələr tərəfindən yerinə yetirilməlidir. 
Az ixtisas dərəcəli fəhlənin xüsusi hazırlıq keçmə müddəti cəmisi bir neçə 
həftə ərzində baş verə bilər. Bu qəbildən olan fəhlələrin icra etdikləri iş o qədər də 
mürəkkəb olmur.
İxtisas dərəcəli, başqa sözlə, ixtisaslı fəhlələrin hazırlanması 2-3 il 
müddətində vaxt tələb edir. 
Yüksək ixtisas dərəcəli fəhlələrin hazırlanmasında, onlarda nəzəri biliklərlə 
yanaşı, müəyyən iş təcrübəsinin formalaşması da zəruri əhəmiyyət daşıyır.
2. Firmada kadrların idarə edilməsi-işə qəbul, fəhlələrə, xüsusilə, gənc 
fəhlələrə hamilik, ixtisas səviyyəsinin yüksəldilməsi və kadrların yenidən 
hazırlanması, heyətin davranışına nəzarətin təşkili və s. bu kimi məsələləri özündə 


birləşdirir. Çünki yalnız bu halda sahibkar öz məqsədinə-mümkün qədər daha çox 
gəlir götürməyə-nail ola bilər.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin