Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Müəssisədə kadrların idarə olunması



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə27/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   23   24   25   26   27   28   29   30   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

2.Müəssisədə kadrların idarə olunması 
Müəssisədə kadrların idarə olunması aşağıdakı mərhələləri özündə birləşdirir: 
- Kadrlara tələbatın planlaşdırılması: kadrlara tələbatın hesablanması; 
- Kadrların yığılması: bütün vəzifələr üzrə potensial namizədlər ehtiyatının 
yaradılması; 
- kadrların seçilməsi: iş yerləri üçün namizədlərin qiymətləndirilməsi və 
onlardan müəssisənin işçi heyətini tamamlamaq üçün ən yaxşılarının seçilməsi.
Müəyyən ümumiləşdirməyə yol vermək şərtilə istehsal heyətinin idarə 
olunmasının nəticəsini səciyyələndirən göstərici kimi müəssisədən iş qüvvəsi 
axıcılığını qəbul etmək olar. Başqa sözlə, iş qüvvəsi axıcılığının vəziyyəti heyətin 
idarə edilməsinin keyfiyyətindən, əmək münasibətlərinin necəliyindən bilavasitə 
asılı olur.
İş qüvvəsi axıcılığı heyət üzvünün özü ilə bərabər tərk etdiyi müəssisənin 
iqtisadiyyatına da mənfi planda təsir göstərir. Göründüyü kimi, iş qüvvəsi axıcılığı 
üç tərəfin hamısına-müəssisələrdən hər ikisinə və fəhlənin özünə iqtisadi ziyan 
gətirir. İş qüvvəsi axıcılığının qarşısının alınması müəssisənin istehsal heyəti üzrə 
menecerinin ciddi və hərtərəfli düşünülmüş monitor fəaliyyətini tələb edir. 
Müəssisədə iş qüvvəsi axıcılığının təhlili üçün ilk əvvəl “xalis axıcılığın” həddini 
müəyyən edirlər. Bunun üçün il ərzində işdən gedənlərin (və ya fəhlələrin) sayı 
işçilərin (və ya fəhlələrin) orta illik sayı ilə müqayisə edilir, onların faiz hesabı ilə 
xüsusi çəkisi müəyyən olunur. Kadr axıcılığı başqa bir variantda da hesablanır. Bu 
Kadrlara tələbatın 
planlaşdırılması 
Əmək fəaliyyətinin 
qiymətləndirilməsi 
Kadrların 
vəzifədən-vəzifəyə 
keçirilməsi, işdən 
azad etmə 
Kadrların cəlb 
olunması 
Tədris 
Rəhbər kadrların 
hazırlanması, 
xidməti vəzifə 
üzrə hərəkətin 
idarə olunması 
Kadrların 
seçilməsi 
Kadrların peşə 
istiqamətinin 
müəyyən 
edilməsi və bu 
istiqamətə 
uyğunlaşdırılması 


zaman obyektiv səbəbdən, öz təşəbbüsü ilə işi tərk edənlərin sayı, il ərzində 
ümumiyyətlə işdən gedənlərin sayından ayrılıqda müəyyən edilir və o, işçilərin (və 
ya fəhlələrin) orta illik sayı ilə müqayisə olunur.
İş qüvvəsi axıcılığı iki tərəfdən birinin-həm muzdlu fəhlənin və həm də işə 
götürənin iradəsi ilə baş verə bilər. İkinci halda iş qüvvəsi axını müəssisə 
rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir.
Bütünlükdə idarəçilik üçün olduğu kimi, istehsal heyətinin də idarə edilməsi 
məlum üç metod əsasında həyata keçirilir: a) inzibati; b) iqtisadi; c) sosial-
psixoloji. Öz-özlüyündə aydındır ki, əgər göstərilən üç metoddan hər hansı biri
istehsal heyətinin idarə olunmasının öhdəsindən gələ bilsəydi, digər ikisinə ehtiyac 
qalmazdı. Deməli, ümumiyyətlə idarəçilikdə və xüsusilə, heyətin idarə 
olunmasında bu üç metodun hamısından-şəraitdən asılı olaraq-müəyyən hədlər 
çərçivəsində istifadə olunmalıdır. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin