Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


 Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   24   25   26   27   28   29   30   31   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları 
Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox 
məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin 
yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə 
çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın 
miqdarının azaldılması ilə mümkündür. Əmək məhsuldarlığının artmasının 
əhəmiyyəti, hər şeydən əvvəl, onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, 
ictimai sərvəti artırmağın başlıca şərti kimi çıxış edir. Əmək məhsuldarlığının 
yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhalinin maddi rifah halının 
yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir. Müəssisə və 
ya firma iqtisadiyyatı üçün əhəmiyyəti və rolu baxımından əmək məhsuldarlığının 
yüksəldilməsi, istehsal həcminin genişləndirilməsilə yanaşı, onun məhsulunun 
dəyərini ucuzlaşdırır və keyfiyyət göstəricilərini yüksəldir. Əmək məhsuldarlığının 
artım tempi orta əmək haqqının artım tempinə nisbətən daha yüksək olmalıdır. Bu, 
geniş təkrar istehsal prosesinin zəruri şərtidir. Əmək məhsuldarlığının 
yüksəldilməsi nəticəsində əmək haqqı məsrəflərinə qənaət olunması, istehsal 
həcminin artırılması və istehsal gücündən istifadənin yaxşılaşdırılması hesabına 
məhsul vahidinə düşən şərti sabit xərclərin azaldılması ilə məhsulun maya dəyərini 
aşağı salmağa imkan verir. Mütərəqqi texnikanın tətbiqi nəticəsində əmək 
məsrəflərinin azalması, adətən, maddi ehtiyatlara qənaətlə müşayiət olunur ki, bu 
da bütün xərc maddələri üzrə məhsulun maya dəyərinin aşağı düşməsi ilə 
nəticələnir. Fəhlənin iş vaxtından səmərəli istifadə, nəticə etibarilə, istehsalın 
səmərəliliyini, xüsusilə əmək məhsuldarlığının yüksəldilməsini təmin edən güclü 
amil kimi çıxış edir. İstehsalın həcmi genişləndikcə iş vaxtına qənaətin əhəmiyyəti 
daha da artır, çünki eyni vaxt vahidi ərzində daha çox məhsul istehsal etmək 


mümkün olur. İstehsal firmasında əmək məhsuldarlığının səviyyəsini xarakterizə 
edən göstəricilərə aşağıdakılar daxildir: 
Ət = T/N ; Əm = N /T
Burada, Ət – məhsulun əmək tutumu; Əm – əmək məhsuldarlığı(hasilat 
göstəricisi); N – istehsal edilmiş məhsulun həcmi; T – məhsul istehsalı üçün iş 
vaxtı məsrəfidir.
Əməktutumu – məhsul vahidinin hazırlanması üçün zəruri olan iş vaxtının 
miqdarıdır. Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə 
edən natural, şərti-natural, əmək və dəyər göstəricilərindən istifadə edilir. Natural 
ifadədə məhsul buraxılışı həcmi (məsələn, litr, metr, ton və s.) istehsal fəaliyyətinin 
nəticəsini daha dəqiq səciyyələndirir, lakin bu göstərici ilə əmək məhsuldarlığı 
müəyyən edildikdə bəzi qeyri-dəqiqliyə yol verilir. Natural göstəricilər həmcins 
məhsul buraxan (məsələn, kömür hasilatı, poladəritmə, kərpic istehsalı və s.) 
müəssisələrdə tətbiq oluna bilər. Şərti-natural göstərici kimi, adətən eyni iqtisadi 
təyinat alan məhsul növlərindən biri, bir qayda olaraq, digərlərini təmsil edən 
məhsul kimi seçilir. Bu metodda müəyyən məhsul növü – fiziki ölçüsündən asılı 
olmayaraq – vahid kimi qəbul edilir və başqa məmulatlar onların istehlak 
xassələrinə və ya əmək tutumuna görə həmin şərti ölçü vahidinə adekvat kimi 
qəbul edilir (şərti yanacaq, şərti banka və s.). İstehsal fəaliyyətinin nəticəsinin 
natural, şərti-natural və əmək tutumuna görə ölçülməsi – mötəbər məlumata malik 
olmaq nöqteyi-nəzərindən çox faydalıdır. Bununla belə, qeyd edilən 
göstəricilərdən istifadə imkanları məhduddur. Bu göstəricilər sahə üzrə istehsal 
fəaliyyətinin nəticələrini ümumiləşdirmək işini çətinləşdirir və həm də müxtəlif 
müəssisələrin istehsal nəticələrini müqayisə etməyə imkan vermir. Qeyd edilən 
qüsurları dəyər göstəricisindən istifadə etməklə aradan qaldırmaq mümkündür. 
Dəyər göstəricisindən istifadə müəssisələrin fəaliyyət göstəricilərini sahə üzrə 
ümumiləşdirməyə imkan verir. Məhsul buraxılışının dəyər ifadəsində müəyyən 
olunmasının əsas üstünlüyü həm onun asanlığında, həm müxtəlif növ məhsul 
buraxan müəssisələrin və həm də ümumən müəssisələr qrupu üzrə istehsal 
həcminin dinamikasını müəyyən etmək imkanı verməsindədir. Bu zaman 
planlaşdırma və təhlil imkanı genişlənir, müxtəlif dövrlərdə hər bir tədqiq olunan 
qrup müəssisələr üzrə göstəricilərin müqayisəsinə imkan yaranır. Artıq qeyd 
olunduğu kimi, əmək məhsuldarlığının yüksəldilməsi vaxt vahidi ərzində istehsal 
olunan məhsulun həcminin artırılması və yaxud məhsul vahidi istehsalına sərf 
olunan vaxtın, başqa sözlə, məhsulun əməktutumunun azaldılması yolu ilə 
mümkün olurƏmək məhsuldarlığının yüksəldilməsi bütün istehsal ehtiyatlarının 
səfərbərliyə alındığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər. Bunun üçün elmi-


texniki tərəqqinin tətbiqi ilə yanaşı, maddi, əmək və maliyyə ehtiyatlarından daha 
qənaətlə və səmərəli istifadə etmək, artıq xərclərə yol verməmək və itkiləri ləğv 
etmək lazımdır. İstehsaldaxili ehtiyatlardan səmərəli və bacarıqla istifadə uğrunda 
mübarizə "mövsümi" xarakter daşımamalı, mütəmadi olaraq əmək kollektivinin, 
xüsusilə mühəndis-texniki işçilərin diqqət mərkəzində olmalıdır. Müəssisədə və ya 
istehsal firmasında əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə, orta 
istehsal normasını artırmaq və ya məhsulun əmək tutumunu azaltmaq üçün 
mövcud və gerçəkləşməsi mümkün olan imkanlar nəzərdə tutulur. Firma və 
müəssisədə əmək məhsuldarlığının artırılması ehtiyatları elmi-texniki tərəqqi, 
müəssisənin düzgün yerləşdirilməsi, müəssisədə yeni texnika və texnologiyanın 
tətbiqi, mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın ictimai təşkili 
formalarının düzgün seçilməsi, rəqabətqabiliyyətli müvafiq sahələrin inkişaf 
etməsi və s. ilə əlaqədardır. Əmək məhsuldarlığının yüksəldilməsi üçün 
istehsaldaxili ehtiyatlarının aşkar edilməsi resurslardan səmərəli istifadə 
olunmasından birbaşa asılı olur. Bu ehtiyatlara: məhsulun əmək tutumunun aşağı 
salınması, iş vaxtından istifadənin yaxşılaşdırılması, istehsal heyətinin 
strukturunun təkmilləşdirilməsi, xammal və materiallara qənaət, istehsal əsas 
fondlarından istifadənin yaxşılaşdırılması və fondtutumunun aşağı salınması 
aiddirlər.Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə 
əlaqədardır. Bu amillərə aşağıdakılar daxildir. 
1. Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə: elmi-texniki 
tərəqqinin 
əsasında 
istehsalın 
mexanikləşdirilməsi, 
avtomatlaşdırılması, 
robotlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların 
modernləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.
2. Təşkilati amillərə isə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi, onun 
fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsi, istehsalın idarə edilməsinin 
təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, istehsal sahəsində məşğul olan 
ayrı-ayrı kateqoriya işçilərin say nisbəti, sağlam, təhlükəsiz və estetik cəhətdən 
əlverişli əmək şəraitinin yaradılması daxildir.
3. İqtisadi amillərə kollektivin və ayrı-ayrılıqda hər bir işçinin əmək 
məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər iqtisadi stimulların 
yaradılması aiddir. 
4. Sosial amillərə gəlincə, bunlara kadrların mədəni-texniki və mənəvi səviyyəsi, 
ixtisası, əmək məhsuldarlığının artımının mənəvi cəhətdən stimullaşdırılması 
dərəcəsi və formaları aid edilir.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin