“Ötürücü qurğular”. Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə
maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir.
İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri
əsas fondların istehsal strukturunu müəyyənləşdirir. Əsas fondların istehsal
strukturu və onun dinamikası istehsalın texniki səviyyəsini səciyyələndirən
göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir
göstərirlər. İstehsalın təmərküzləşmə, ixtisaslaşma və kooperativləşmə səviyyəsi də
istehsal əsas fondlarının strukturuna əhəmiyyətli dərəcədə təsir göstərir: istehsalın
təmərküzləşmə, ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa, onun mexanikləşmə
dərəcəsi bir o qədər yüksək və əsas fondların quruluşunda iş maşınları və
avadanlıqların da xüsusi çəkisi böyük olar.
2. İstehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota alınır və
planlaşdırılır. İstehsal əsas fondlarının natural göstəricilərlə qiymətləndirilməsi
istehsal prosesininn texnoloji xüsusiyyətlərindən asılıdır və istehsal
müəssisələrində
əsas
fondların
texniki
tərkibini,
istehsal
gücünü
müəyyənləşdirmək, istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqlar və
yollar müəyyən etmək, avadanlıq balansı tərtib etmək, habelə investisiyanın və
yeni maşın və avadanlıqların tərtibi hesabına istehsalı inkişaf etdirmək üçün
istifadə olunur.
Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırılması
müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən etmək və
amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və onların geniş təkrar
istehsalını planlaşdırmaq, habelə məhsulun maya dəyərini və müəssisələrin
rentabelliyini müəyyən etmək məqsədilə aparılır.
Əsas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və bu müddətdə
təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əsas fondlar-onların
hərəkətinə nəzarət məqsədilə-üç növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri)
qiymətləndirilir.
Əsas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşası), əldə
edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əlaqədar olan xərclərin
məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fondlarının uçotu onların ilkin dəyəri
ilə aparılır.
Bərpa dəyəri üzrə qiymətləndirmə yeni istehsal şəraitində (cari ildə) əsas
fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə edir. İstehsal əsas
fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi aşınmanın dəyər formasında ifadə
olunmuş kəmiyyəti arasındakı fərq kimi müəyyən edilir.
Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məqsəd onun
istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini, başqa
sözlə, həmin məqam üçün faktiki dəyərini müəyyən etməkdir.
Əsas fondların təkrar istehsal xarakteristikası onların artması, təzələnməsi və
sıradan çıxması göstəriciləri vasitəsilə təhlil olunur və öyrənilir.
Artma əmsalı baxılan dövrdə əsas fondların artımını əks etdirir və yeni
istifadəyə verilmiş əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların
dəyərinə nisbəti kimi müəyyən edilir.
İstehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşmə) əmsalı ilə müəyyən
olunur və bu əmsal yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına
olan əsas fondların dəyərinə nisbətini əks etdirir.
Əsas fondların sıradan çıxma əmsalı baxılan dövrdə istifadədən çıxmış əsas
fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi
hesablanır.
3. Əsas fondlar özlərinin dəyər və istehlak dəyərini tədricən itirməklə
köhnəlir: onlar fiziki aşınmaya və mənəvi köhnəlməyə məruz qalırlar.
İstehsal əsas fondları həm istifadə zamanı və habelə boşdayanmalar vaxtı
özünün texniki-istismar xassələrini itirir-belə köhnəlmə (aşınma) fiziki köhnəlmə
adlanır.
Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar
olunmadıqları halda fiziki cəhətdən köhnəlirlər. Lakin hər iki halda, qüvvədə olan
qaydaya görə əsas fondların dəyəri amortizasiya normasına müvafiq olaraq
yaradılan məhsulun üzərinə keçirilir. Buna görə də, əsas fonlardan məhsuldar
istifadə (istismar) zamanı onların fiziki köhnəlməsi həm də iqtisadi köhnəlmədir.
Başqa sözlə, əgər əsas fondların dəyərinin yaradılan məhsul üzərinə keçirilməsi
onların istifadəsi ilə bir zamanda baş verirsə, bu, həm fiziki və həm, həm də
iqtisadi köhnəlmədir.
İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəlmə ilə yanaşı sosial
cəhətdən də köhnəlirlər. Belə köhnəlmə, köhnə avadanlıqlara nisbətən istismarı
fəhlə üçün daha rahat və cazibədar olan (səssiz, təhlükəsiz və s.) yeni
avadanlıqların əmələ gəlməsində özünü göstərir.
Qeyri-maddi aktivlər əsas fondların bir növü kimi köhnəlmənin bütün
növlərinə məruz qalmırlar. Qeyri-maddi aktivlərin fiziki əsasları olmadığından,
onlar fiziki cəhətdən köhnələ bilməzlər; onlar yalnız mənəvi cəhətdən köhnəlirlər-
mükəmməl və ucuz layihələr yarandığı hallarda əvvəlkilər mənəvi cəhətdən
köhnəlirlər. Qeyri-maddi aktivlər-hesablamanın mürəkkəbliyi və çətinliyinə görə-
bərpa dəyəri ilə qiymətləndirilmir. Onlar yalnız ilkin və qalıq dəyərinə görə
planlaşdırılır və uçota alınırlar.
Əsas fondlar fiziki cəhətdən qismən və tam köhnəlirlər. Onların fiziki
cəhətdən qismən köhnəlməsi cari, orta və əsaslı təmirlə aradan qaldırılır.
Cari təmir əsas fondları lazimi texniki istismar vəziyyətində saxlamaq üçün və
həm də qısa vaxt ərzində aparılır.
Orta təmir zamanı maşın və avadanlıqlar qismən sökülür, onun işlənib
korlanmış hissələri yenisi ilə əvəz olunur. Bu iş nisbətən əməktutumlu olduğundan,
cari təmirə nisbətən çox vaxt tələb edir.
Əsaslı təmir-maşın və avadanlıqların tam sökülməsi, köhnəlmiş hissə və
qovşaqların dəyişdirilməsi, detalların təmizlənməsi, yığılması və nizamlanması ilə
əlaqədar işləri əhatə edir.
Fiziki cəhətdən köhnəlmiş, əsaslı təmir vasitəsilə bərpası iqtisadi cəhətdən
sərfəli olmayan əsas fondlar istehsaldan çıxarılır və yenisi ilə əvəz olunur. Əsas
fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi amortizasiya fondudur.
Amortizasiya, köhnəlmə dərəcəsindən asılı olaraq, əsas fondun dəyərindən istehsal
olunan məhsul üzərinə keçən hissəsidir ki, bu da istehsal olunmuş məhsul
satıldıqca toplanır, müəssisənin maliyyə resursuna çevrilir.
Amortizasiya ayırmaları əsas fondların bütün xidmət müddətində onların
balans dəyərindən (ilkin və bərpa) faizlə birqərarda (eyni vaxtda bir eyni
məbləğdə) müəyyən edilə bilər. Amortizasiya ayırmaları əsas fondların istismarda,
təmirdə olmasından və ya boş dayanmasından asılı olmayaraq onların dəyərinə
görə faizlə hesablanır.
Müəssisə və firmalarda amortizasiya siyasəti amortizasiya normaları əsasında
həyata keçirilir. Düzgün hesablanmış amortizasiya normaları əsas fondların
hərəkətini (dövriyyəsini) sürətləndirir, onların təkrar istehsal prosesini
intensivləşdirir. Əgər amortizasiya əsas fondun ilkin dəyəri əsasında hesablanarsa,
aşağıdakı düsturun köməyilə hesablana bilər:
Dostları ilə paylaş: |