amortizasiya ayırmaları istehsal həcmindən asılı deyil və istehsal əsas fondlarının
ömür müddətinə görə hesablanır.
Əsas istehsal fondlarının sabit qaldığı şəraitdə onlardan istifadəni
yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yeni əsas fondlar yaratmadan
(əsaslı tikinti yolu ilə) istehsalın genişləndirilməsinə bərabər hesab olunur.
Buradan belə nəticə çıxır ki, əsas fondlardan istifadənin yaxşılaşdırılması yeni əsas
fondların yaradılmasına tələbatı azaltdığına görə əsaslı vəsait qoyuluşlarına qənaət
etməyə imkan yaranır.
Əsas fondlardan istifadənin yaxşılaşdırılması onların dövriyyəsinin
sürətlənməsi deməkdir. Nəticədə, il ərzində əsas fondların vahidindən alınan
məhsulun miqdarı artır ki, bu da istehsal gücünün nisbi mənada genişləndirilməsi
deməkdir.
Müəssisədə əmək vasitələrindən istifadənin yaxşılaşdırılması iki yolla:
ekstensiv və intensiv istifadə yolları ilə həyata keçirilir. Əmək vasitələrindən
ekstensiv istifadənin əsas istiqamətləri onlara texniki xidmətin səmərəli təşkili,
keyfiyyətli təmir, təmir müddətinin azaldılması, boşdayanmaların (günərzi,
növbəboyu və növbədaxili) minimuma endirilməsi və s-dir. Əmək vasitələrindən
intensiv istifadə isə prosesə az canlı əmək tətbiq etmək yolu ilə vaxt vahidi ərzində
istehsal edilən məhsulun (görülən işin həcminin) və xidmətin miqyasca
çoxaldılmasıdır. Bu halda əmək vasitəsinin texniki parametrlərindən-gücündən,
sürətindən-yüksək səviyyədə istifadə olunur.
Avadanlıqlardan ekstensiv istifadə dedikdə, avadanlığın işləmə müddətinin
uzadılması, onlardan vaxta görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur. Buna
aşağıdakılar aiddir:
- avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə
təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün
təşkili. Bütün bunlar boşdayanmalara, qəzalara yol verməməyə, avadanlığın işləmə
vaxtını artırmağa imkan yaradır;
- müəssisələrdə ayrı-ayrı istehsal sexləri və sexlər arasında aşkar edilən
uyğunsuzluqların aradan qaldırılması;
- hazırlıq-tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin
azaldılması.
Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına
əsaslanır. Avadanlıqdan istifadənin intensivlik göstəricisi vaxt vahidində hər bir
avadanlıq üzrə istehsal olunan məhsulun miqdarı, başqa sözlə, yerinə yetirilən işin
kəmiyyətidir.
Dostları ilə paylaş: