Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrənmək üçün iqtisadi və



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə36/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   32   33   34   35   36   37   38   39   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

2. Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrənmək üçün iqtisadi və 
texniki-iqtisadi 
göstəricilər sistemindən istifadə olunur. Material 
vəsaitlərindən və dövriyyə vəsaitlərinin digər ünsürlərindən səmərəli istifadə 
edilməsi, nəticədə ümumiləşdirici bir göstərici olan dövriyyə vəsaitlərinin dövr 
sürətini artırır. Dövriyyə fondlarından istifadənin yaxşılaşdırılması iqtisadi 
cəhətdən böyük səmərə verir. Məhsul vahidinin hazırlanmasına maddi-enerji 
ehtiyatları sərfinin azaldılması, eyni miqdarda istehsal ehtiyatlarından daha çox 
məhsul istehsal etməyə, onun maya dəyərini və materialtutumunu aşağı 
salmağa, müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir.
Ayrı-ayrı ünsürlərin deyil, dövriyyə vəsaitlərindən bütünlükdə istifadə 
səmərəliliyi üç əsas göstərici ilə-dövretmə əmsalı (dövretmələrin sayı), 
dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və bir dövriyyənin uzunluğu ilə 
(günlərlə)-xarakterizə olunur.
Dövriyyə vəsaitlərinin dövretmə əmsalı realizə olunmuş məhsulun həcminin 
(əlavə edilmiş dəyərin satılmış hissəsi) dövriyyə vəsaitlərinin orta qalığına 
(illik, rüblük) nisbəti kimi hesablanır və bunun üçün aşağıdakı düsturdan 
istifadə olunur
 
Burada, 
- dövriyyə vəsaitlərinin dövretmə əmsalı-il (rüb, ay) ərzində 
dövretmələrin sayıdır; 
R-topsdansatış qiymətində realizə olunmuş məhsulun həcmidir, manatla; 
- dövriyyə vəsaitlərininorta illik (rüblük, aylıq) qalığıdır, manatla.
Dövriyyə vəsaitlərinin orta illik qalığını hesablamaq üçün onların ilin əvvəlinə 
və axırına olan qalıqlarının yarısının üzərinə ilin aylarının (ilin I ayı istisna 
olmaqla) əvvəlinə olan qalıqları əlavə edilib, nəticəni ildəki ayların sayına 
bölürlər. 
Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı dövretmə əmsalının tərsi kimi 
hesablanır və o 1 manatlıq realizə olunmuş məhsula sərf edilmiş dövriyyə 
vəsaitlərinin həcmini səciyyələndirir. Bunun üçün aşağıdakı düsturdan istifadə 
olunur: 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin