Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


İdarəetmənin məqsədlərinin onun elementləri ilə qarşılıqlı əlaqəsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə38/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   34   35   36   37   38   39   40   41   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İdarəetmənin məqsədlərinin onun elementləri ilə qarşılıqlı əlaqəsi 
 
 
 
Firmanın idarə olunması müəyyən prinsiplərə əsaslanır və bu prinsiplərdə 
firmaya rəhbərliyin əsas qaydaları, idarəetmə orqanlarının təşkilati quruluşu və 
onların iş üslubu qarşısında qoyulan tələblər, inzibati idarəetmə orqanlarının əmək 
kollektivləri ilə qarşılıqlı əlaqələri, firmanın müxtəlif idarəetmə oillələri arasındakı 
münasibətlərin forma və üsulları öz əksini tapır. Fransız iqtisadçı A.Fayol 
idarəetmənin aşağıdakı prinsiplərini irəli sürmüşdür: 
1. İdarəetmədə əmək bölgüsü; 2. Səlahiyyət və məsuliyyət; 3. İntizam; 4. 
Təkbaşınaçılıq; 5. İstiqamətlərin vəhdəti; 6. Şəxsi mənafelərin ümumi mənafeyə 
tabe olması; 7. Heyətin mükafatlandırılması; 8. Mərkəzləşdirmə; 9. Qayda; 10. 
Ədalət prinsipi; 11. Heyət üçün iş yerinin stabilliyi; 12. Təşəbbüskarlıq; 13. 
Korporativ (müttəfiqlik) əhval-ruhiyyəsi.
Vəzifə həvalə olunmuş fərdin-rəhbər işçinin məsuliyyətinin reallığı ona 
verilmiş səlahiyyətlərdən birbaşa asılıdır. Səlahiyyət dedikdə, firma əməkdaşının 
resurslardan istifadənin hüquq məhdudluğu şəraitində onun qarşısında qoyulmuş 
tapşırıqların yerinə yetirilməsinə təhrik olunması başa düşülür. Səlahiyyət fərdin 
özünə deyil, onun icra etdiyi (tutduğu) vəzifəyə aiddir. Hər hansı bir işin yerinə 
yetirilməsinin səmərəli idarə edilməsi və arzu olunan nəticənin alınması üçün 
səlahiyyətlə məsuliyyətin optimal nisbətləri düzgün müəyyən edilməlidir.
2. İdarəetmə funksiyası firma və müəssisənin qarşıya qoyulmuş məqsədlərinin 
reallaşdırılması üçün həyata keçirdiyi fəaliyyətinin özünəməxsus növüdür və 
funksional əmək bölgüsündən irəli gəlir.Planlaşdırma idarəetmənin əsas 
funksiyası 
kimi, 
məqsədlərin 
müəyyən 
edilməsi, 
problemin 
təhlili, 
proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş 
qərarların qiymətləndirilməsi mərhələlərini əhatə edir. Planlaşdırma firmanın 
gələcək inkişafını müəyyən edir, onun qarşısında qoyulmuş sosial-iqtisadi 
məqsədlərə nail olmanın yolları və metodlarını müəyyənləşdirir, nəzərdə tutulmuş 
İnsanlar (idarəetmənin 
subyekti və obyekti) 
Məqsədlər 
İdarəetmənin vəzifələri 
İdarəetmə orqanlarının 
strukturu 
İdarəetmənin 
texnologiyası 


tədbirlərin həyata keçirilməsinin nəticələrini əvvəlcədən qiymətləndirməyə imkan 
verir. İdarəetmənin funksiyalarından biri təşkiletmə funsiyasıdır. Bu funksiya 
istehsal proseslərinin həyata keçirilməsi istiqamətlərinin təşkilində mühüm rol 
oynayır. Təşkiletmənin vəzifəsi müəssisədə ayrı-ayrı fəaliyyət növlərinə, şəxslərə 
və maddi vasitələrə münasibətləri elə formalaşdırmaqdan ibarətdir ki, qarşıya 
qoyulmiş məqsədlərə çatmaq ən az xərclə mümkün olsun. Bunun təmin olunması 
üçün isə təşkilati forma və modellərdən istifadə edilir və onların seçilməsi zamanı 
qarşıya qoyulmuş məqsədlər əsas götürülür. Müəssisədə planlaşdırmadan sonra 
planların yerinə yetirilməsi mərhələsi gəlir. Sonrakı mərhələ nəzarət və plandan 
kənarlaşmaların təhlilidir. Nəzarət plan göstəriciləri ilə faktiki göstəricilər 
arasındakı kənarlaşmaları aşkar edir, təhlil isə bu kənarlaşmaların səbəblərini 
müəyyənləşdirir. Nəzarət və təhlilin nəticələri planlaşdırma üçün informasiya verir, 
bu baxımdan informasiyanın uçota alınması vacib məsələdir. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin