Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Uçot-müəssisənin idarə olunması üçün informasiyanı təqdim edən sistemi əks  etdirir. Mühasibat uçotu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə39/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   35   36   37   38   39   40   41   42   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Uçot-müəssisənin idarə olunması üçün informasiyanı təqdim edən sistemi əks 
etdirir. Mühasibat uçotu-müəssisənin informasiya sisteminin əsasını təşkil edir. 
Əldə edilən informasiyanın keyfiyyəti uçotun dəqiq təşkil olunmasından, xüsusilə 
də təsərrüfat əməliyyatlarının kəmiyyət tərəfinin düzgün və dolğun əks 
etdirilməsindən asılıdır. Müəssisədə qarşılıqlı mühitlə qarşılıqlı əlaqələr maliyyə 
uçotunda (kapital, əmlak, xərclər və mədaxil üzrə məlumatlar) əks olunur, illik 
balans, mənfəət və zərər hesabatlarında ümumiləşdirilir. 
Planlaşdırma və təşkiletmə funksiyaları ilə yanaşı idarəetmənin koordinasiya 
funksiyası da ən vacib funksiyalardan biridir. Koordinasiya funksiyası 
idarəetmənin planlaşdırma funksiyası ilə daha çox əlaqəsi olan funksiyadır. Bu 
funksiya bütöv bir tamın ayrı-ayrı komponentlərinin əlaqəli fəaliyyəti, qarşılıqlı 
təsiri və onun bir sistem kimi dinamik, tarazlı inkişafını təmin etməyə xidmət 
göstərir. Bu funksiya hadisə və proseslərə sistemli təhlil mövqeyindən yanaşmağı 
zəruri edir. 
İdarəetmənin funksiyaları içərisində tənzimləmə mühüm əhəmiyyətə 
malikdir. Tənzimləmə idarəetmə sisteminin müəyyən qaydalı və ahəngdar 
inkişafının təmin olunması ilə əlaqədardır. Başlıca məsələ idarəetmə proseslərinin, 
idarəetmə fəaliyyətinin verilmiş normativlərdən kənarlaşma hallarının aradan 
qaldırılmasıdır. Burada etolon səciyyəli norma və normativlər nəzərə alınmalıdır. 
Həmin normativlərlə faktiki vəziyyətin müqayisəsi qeyri-bərabər, yaxud bərabər 
inkişafı müəyyən etməyə əsas verir. Ona görə də istehsal, iqtisadi sistemdə 
planauyğun fəaliyyətlə yanaşı, bəzi hallarda tənzimləmə tədbirlərindən də istifadə 
olunmasına ehtiyac yaranır. 
3. İdarəetmənin metodları istehsal-təsərrüfat fəaliyyətinin həyata 
keçirilməsinə xidmət edir və idarəetmə funksiyalarının icrası ilə bilavasitə bağlı 


olur. Bütövlükdə, idarəetmə metodları üç qrupa: iqtisadi, inzibati və sosial-
psixoloji metodlara bölünürlər.
İdarəetmənin iqtisadi metodları istehsal münasibətlərinin, obyektiv iqtisadi 
qanunların dərindən dərk olunması, onlardan geniş istifadə edilməsi əsasında 
həyata keçirilir. Təsərrüfatçılığın iqtisadi vasitələri olan əmək haqqı, qiymət, 
kredit, gəlir və mənfəət, vergi və s. iqtisadi metodun mexanizminə daxildirlər Bir 
metod kimi əmək haqqı işçini daha yaxşı, mümkün qədər səmərəli işləməyə, 
özünün ixtisas səviyyəsini yüksəltməyə və peşəsini təkmilləşdirməyə sövq edir. 
Mənfəət və ya gəlir müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin ümumiləşdirici 
yekun göstəriciləridir.
Firma və müəssisənin idarə edilməsinin inzibati metodlarının mahiyyəti 
idarə olunan obyektə birbaşa təsir göstərmək, onun üçün təsərrüfat tapşırıqları və 
bunların yerinə yetirilməsi vaxtını müəyyən etmək və resurslar ayırmaq; icraçı 
üçün yerinə yetirilməsi hökmən məcburi olan birmənalı qərarlar vermək; 
sərəncam, göstəriş və qərarların inzibati xarakter daşıması və onların yerinə 
yetirilməməsinin intizamsızlıq kimi qiymətləndirilməsindən ibarətdir. İnzibati 
metodlardan dövlətin qanunları, sahibkara verilən səlahiyyətə, hüquqa, əmək 
qanunvericiliyinə və başqa qaydalara əsasən istifadə edilir. Bu metodun təsir 
vasitələri qərar, əmr, qayda, təlimat, normativlər və s.-dən ibarətdir. Bu vasitələr 
idarəetmənin daha çevik təsir vasitəsi olub, idarəedən və idarə olunan sistemlərin 
qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin