Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə40/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   36   37   38   39   40   41   42   43   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İdarəetmənin sosial-psixoloji metodları öz məzmununa görə işçilərin əməyə 
maraqlarının və yaradıcılıq təşəbbüslərinin artırılması, müəssisədə istehsal 
mədəniyyətinin yüksəldilməsi, işçi heyətinin təsərrüfat fəaliyyətinə və onun 
təşkilinə təsirindən və başqa bu kimi aspektlərdən ibarətdir; sosial-psixoloji 
metodlarda, habelə əxlaq normaları və tərbiyəvi motivlərin də payı vardır. 
İstehsalın texniki səviyyəsi yüksəldikcə, iş şəraiti yaxşılaşdıqca, işçilərin xüsusi 
peşə təhsili artdıqca, dünyagörüşləri genişləndikcə, onların sosial fəallığı artır, 
işlədikləri müəssisənin idarə olunmasında daha yaxından iştirak edirlər. İdarəetmə 
prosesində işçilərin hərəkətini elmi cəhətdən izah etmək, bu davranışın proqnozunu 
vermək çox önəmli bir məsələdir. Müəssisənin rəhbərliyi qeyd olunan cəhətləri 
bilməklə tabeçiliyində olan işçilərin hər birində daha səmərəli işləmək üçün ən 
yaxşı psixoloji keyfiyyətləri aşılamaqla inkişaf etdirə bilməsi istehsalın 
səmərəliliyinin artırılmasında böyük rol oynayır. Müəssidə qarşılıqlı anlaşma və 
sağlam münasibətlərin tənzim edilməsində ictimai davranış normaları, əxlaq 
normaları və ictimai rəyin formalaşdırılması mühüm rol oynayır. Həmin normalar 
və ictimai rəy sosial-psixooji amillərlə birlikdə qarşlıqlı münasibətlərə əhəmiyyətli 
dərəcədə təsir göstərir, bu münasibətləri bir növ özü-özünə idarə olunan prosesə 
çevirir və beləliklə də, idarəetmə sisteminin daha da demokratikləşməsinə səbəb 


olur. Bu vasitələrdən birinə misal olaraq müəssisədə əmək kollektivinin konüllü 
qəbul etdiyi etika kodeksini göstərmək olar. Etika kodeksi kollektiv daxilində 
qarşılıqlı münasibətlərin ictimai tənzimlənməsi vasitəsi kimi idarəetmənin sosial-
psixoloji amilinin “təlimatçısı” rolunu oynayır. 
4. Rəhbər kadrların və mütəxəssislərin seçilməsi və yerləşdirilməsi, onların 
əməyinin təşkili, əməyin iyerarxiyası və funksional bölgüsünün formalaşması, 
idarəetmə orqanları aparatının quruluşunun müəyyənləşdirilməsi və işçilərin 
sayının müəyyən olunması idarəetmənin təşkilati sisteminə daxildir. İdarəetmə 
prosesi-idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş 
müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə 
yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının 
təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcıllıqla yerinə yetirilən 
müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksi kimi başa düşülür.
İdarəetmənin xətti quruluşu obyektlər üzrə rəhbərlərin ayrılmasını göstərir 
ki, bunlardan hər biri bütün növ işləri yerinə yetirir, həmin obyektin idarə edilməsi 
ilə əlaqədar olan bütün qərarları işləyib hazırlayır və qəbul edir. Belə quruluş xalis 
şəkildə idarəetmənin yalnız ən aşağı pillələrində (briqada, istehsalat sahəsi) tətbiq 
edilir.
İdarəetmənin funksional quruluşunda kollektivin idarə edilməsinə dair 
bütün iş növləri müxtəlif funksional bölmələr arasında bölüşdürülür və bu 
bölmələrdən hər biri müəyyən işləri yerinə yetirir. İdarəetmə quruluşunun bu 
tipində idarəetmənin ixtisaslaşdırılması daha dolğun həyata keçirilir. Əmək 
kollektivi daha ixtisaslı və əsaslandırılmış qərarlar alır. Lakin bu halda çox vaxt 
kollektivə müxtəlif funksional bölmələrdən bir-birinə zidd göstərişlər gəlir, vahid 
rəhbərlik pozulur, əmək kollektivinin fəaliyyətinin ümumi istiqaməti itir. Bu sistem 
vahid rəhbərlik prinsipinə uyğun olmadığına görə bütün hallarda tətbiq edilmir. 
İdarəetmənin xətti-funksional quruluşu daha geniş yayılmışdır. Belə 
quruluşda idarəetməni bütünlükdə müəyyən kollektivə başçılıq edən xətti rəhbərlər 
həyata keçirirlər. Ayrı-ayrı qərarları hazırlayarkən xətti rəhbərə ixtisaslaşmış 
funksional aparat kömək edir. Bu aparat aşağıdakı vəsilələrə aid qərarları bilavasitə 
özü qəbul etmir. O, xətti rəhbərin tabeliyindəki qərargah hüququnda işləyir və 
qərarların hazırlanması prosesində ona kömək edir. 
İdarəetmənin xətti-funksional quruluşu 
İstehsalın müasir inkişaf mərhələsində iri təşkilatlar çərçivəsində 
idarəetmənin qərargah sistemində qeyri-qənaətbəxşlik meydana çıxır. İşləri 
əlaqələndirmək və ən məhsul qərarların yerinə yetirilməsinə nəzarət etmək zərurəti 


meydana çıxır. Buna idarəetmənin matris quruluşunu tətbiq etmək yolu ilə nail 
olurlar. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin