Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə41/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   37   38   39   40   41   42   43   44   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Matris quruluşda xətti rəhbərlərlə və funksional quruluşu aparatla yanaşı bir 
də aparatın predmet üzrə ixtisaslaşmış vəsilələri fəaliyyət göstərirlər. Bu vəsilələrə 
hər hansı bir obyektin hazırlanma prosesini və ya tədqiqat insitutunda mövzunun 
tədqiq edilməsini idarə etmək təhkim olunur. 
İdarəetmənin təşkilati quruluşunun matris tipinin bir sıra üstünlükləri vardır: 
ondan istifadə etdikdə istehsal fəaliyyətinin məzmununu təşkil edən hər üç 
parametrə-bölmələrə, idarəetmə funksiyalarına və predmetlərə rəhbərlik təmin 
edilmiş olur.
Bir sıra hallarda idarəetmənin proqramlı-məqsədli təşkilati quruluşu da 
tətbiq olunur. Bu təşkilati quruluşda idarəetmə orqanlarının əsasını müəyyən 
məqsədli vəzifənin yerinə yetirilməsi təşkil edir. Bütün qalan bölmələrin fəaliyyəti 
isə həmin vəzifənin həyata keçirilməsinə yönəldilir. 
Firmanın investisiya fəaliyyəti və innovativ inkişafı 
1. İnvestisiyanın mahiyyəti, tərkibi, quruluşu 
2. Firmanın investisiya fəaliyyəti, layihələrin qiymətləndirilməsi 
metodları 
3. İnvestisiya səmərəliliyinin yüksəldilməsi yolları 
4. İnnovasiyanın mahiyyəti və növləri 
1. İnvestisiya latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” 
mənasını verir. İnvestisiya mənfəət, gəlir və ya müəyyən sosial iqtisadi səmərə 
əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri 
obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və 
intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlərə aşağıdakılar aid 
olunur: 
- pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli 
kağızlar; 
- daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və s.); 
- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual 
sərvətlər; 
-bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq 
patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi 


təryib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nou-
hau”); 
- torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, 
avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa 
əmlak hüquqları; 
- başqa sərvətlər.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin