konteynerə yerləşdirilməsi və taralara qablaşdırılmasının mümkünlüyü və s. onun
nəqlolunmağa münasibliyini müəyyən edir.
8.
Patent-hüquq göstəriciləri. Məmulatın bu qəbildən olan keyfiyyət
xassələrinə bazar iqtisadi sistemində işləyən ölkələrdə xüsusi əhəmiyyət verilir.
Patentə layiq bilinmiş məmulat öz “sələflərindən”
yeni texniki işləmələrin
daşıyıcısı kimi fərqlənməlidir, onun nümunəsi həm istehsalçı ölkədə və həm də
ixrac olunacaq ölkələrdə qeydiyyatdan keçməlidir.
9.
Ekoloji göstəricilər. Bu göstəricilər hər hansı bir məmulatın istehsalı,
istifadəsi və ya istismarı prosesində ətraf mühitə ziyanlı təsirini xarakterizə edir.
Məmulatın istehsalı zamanı ətraf mühitə ziyanlı təsirinin
gücü onun keyfiyyətini
formalaşdıran digər xassələrin əhəmiyyətini neytrallaşdıra, daha doğrusu, ciddi
şəkildə azalda bilər.
10.
Dostları ilə paylaş: