Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə57/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   53   54   55   56   57   58   59   60   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Məhsulun maya dəyəri- məhsul istehsalı prosesində istehlak edilmiş istehsal 
vasitələrinin və sərf edilmiş canlı əmək məsrəflərinin dəyəri kimi-məhsulun 
dəyərinin bir hissəsidir.
2. Müəssisə səviyyədə istehsal xərcləri, hər şeydən əvvəl, aşağıdakı üç qrupa 
bölünür: 


1. Məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər, başqa sözlə, uyğun 
olaraq məhsulun istehsal maya dəyəri və tam maya dəyəri; həmin xərclər cari 
məsrəflərdir və məhsul satışından əldə edilən gəlirlər hesabına ödənilir.
2. İstehsalın genişləndirilməsi və yeniləşdirilməsi ilə əlaqədar olan xərclər. Bu 
xərclər yeni məhsulun yaradılması və mövcud məhsulun modernləşdirilməsinə sərf 
olunan birdəfəlik xərclərdir. İqtisadi mahiyyətinə görə bu xərclər əsaslı vəsait 
qoyuluşlarına aid edilirlər.
3. Firmanın sosial-mədəni, mənzil-kommunal, məişət və qeyri-istehsal 
ehtiyaclarına sərf edilən xərclərdir. Bu xərclər istehsalla birbaşa əlaqədar 
olmadıqlarından məhsulun maya dəyərinə daxil edilmir və onlar, əsasən 
müəssisənin mənfəəti hesabına maliyyələşdirilir. Xərclərin iki əsas: a) istehsal 
məsrəflərinin iqtisadi elementlərinə (xərclər smetası) görə və b) xərc maddələrinə 
(kalkulyasiya) görə təsnifləşdirmə sistemi mövcuddur. Məhsulun istehsal 
məsrəflərinin iqtisadi elementlərinə-bu, xərclər smetası da adlandırılır – məhsulun 
maya dəyərinə daxil edilən müxtəlif resursların məsrəfləri iqtisadi mahiyyətinə 
görə qruplaşdırılır. Buraya daxildir: 1. Material xərcləri (geri qaytarılan, istifadəsi 
mümkün olan tullantıların dəyərini çıxmaqla; 2. Əmək haqqı xərcləri; 3. Sosial 
sığorta ayırmaları; 4. Əsas fondların amortizasiyası; 5. Sair xərclər. Bu cür 
təsnnifləşdirmə bütün firma və müəssisələr üçün nümunəvi və məcburidir. 
Material xərcləri qrupuna istehsal planının yerinə yetirilməsi üçün zəruri olan 
xammal və materialların, texnoliji məqsədlər və cari təmir üçün istifadə edilən 
materialların, avadanlığın təmir edilməsi üçün istifadə edilən ehtiyat hissələrinin və 
aşınma nəticəsində sıradan çıxan alətlərin, tərtibatların və azqiymətli tezköhnələn 
əşyaların dəyəri, həmçinin müəssisənin təsərrüfat ehtiyacları üçün istifadə edilən 
bütün növ yanacağın və enerjinin satınalınmasına çəkilən xərclər aiddir. Əmək 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin