etdirilir. İstehsal məsrəflərinin iqtisadi mahiyyətinə görə qruplaşdırılmasının
firmanın təsərrüfat maliyyə fəaliyyətinin nəticələrinin təhlil edilməsində və
mühasibat uçotunun təşkilində mühüm əhəmiyyəti vardır. Lakin xərclər iqtisadi
mahiyyətinə görə təsnifləşdirildikdə onun hansı məhsula sərf edildiyi məlum
olmadığından bu cür təsnifləşdirmədən müəssisədə
istehsal edilən hər bir növ
məhsul vahidinin maya dəyərinin hesablanmasında istifadə olunması mümkün
deyildir. Buna görə də məhsul vahidinin maya dəyərinin hesablanmasında
məsrəflərin
kalkulyasiya maddələri üzrə təsnifləşdirilməsi sistemindən istifadə
edilir.
Kalkulyasiya (latın
sözü olub, hesablama, hesab mənalarına uyğun gəlir)
xərclərin daşıyıcısının məhsulun hər vahidinin istehsalı və satışına məsrəflərin
hesablanmasıdır. Kalkulyasiyanın xərc maddələri aşağıdakılardır: 1) xammal və
materiallar; 2) satın alınmış dəstləşdirici məmulatlar, yarımfabrikatlar, müəssisəyə
kooperasiyalaşma
yolu ilə göstərilən xidmətlər; 3) qaytarılan tullantılar; 4)
texnoloji ehtiyaclar üçün sərf edilən yanacaq və enerji; 5) istehsal fəhlələrinin əsas
əmək haqqı; 6) istehsal fəhlələrinin əlavə əmək haqqı; 7) sosial sığorta ayırmaları;
8) yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri; 9) xüsusi təyinatlı
alətlər və tərtibatların alınması xərcləri və sair xüsusi xərclər; 10) avadanlıqların
istismara yararlı vəziyyətdə saxlanılması və istismarı xərcləri; 11) sex xərcləri; 12)
ümumzavod xərcləri; 13) zay məhsul hesabına
yaranan itkilər; 14) sair istehsal
xərcləri; 15) istehsaldankənar xərclər. Qeyd olunan bu xərc maddələrinin 1-11-ci
maddələrinə aid edilənlərin cəmi məhsulun
sex maya dəyərini, 1-14-cü
maddələrinə aid olunanların
məcmusu məhsulun istehsal maya dəyərini ifadə
Dostları ilə paylaş: