Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə63/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   59   60   61   62   63   64   65   66   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

3. Firmanın gəlirləri-il ərzində pul vəsaitləri və digər əmlak şəklində 
aktivlərin daxil olması, öz öhdəliklərini yerinə yetirməklə kapitalının həcmcə 
çoxalması nəticəsində təşkilatın (müəssisə və ya firmanın) əldə etdiyi məcmu 
(ümumi) iqtisadi fayda, götürdüyü xeyirdir. Daxilolmalar dedidə, hesablaşma 
mərhələsi kimi pul vəsaitlərinin nağd və nağd olmayan formalarda firmanın 
hesablaşma hesabına daxil edilməsi aktlarıdır. Əgər firma tərəfdən istehlakçıya 
göndərilmiş məhsulların haqqının ödənilməsi sonraya saxlanırsa, və ya 
gecikdirilirsə, bu, daxilolmalar deyil, debitor borclar adlanır. Firmanın ümumi 
gəliri-istehsal-kommersiya fəaliyyətinin yekun nəticəsini xarakterizə edən 
göstəricidir. O, satışdan vəsaitin və satışla bağlı olmayan əməliyyatlardan daxil 
olan vəsaitlərin cəmindən-əmək haqqı xərc maddəsi istisna olmaqla – kommersiya 
(tam) maya dəyərini çıxmaqla hesablayırlar. Firmanın gəlirləri onların xarakteri
istiqamətləri, alınma şərtlərinə və özünün yaranma mənşəyinə görə aşağıdakı 
göstərilən fəaliyyət növləri ilə bağlı olurlar: 
1. Firmanın adi (əsas) fəaliyyətindən daxil olan gəlirlər. 
2. Firmanın icra etdiyi əməliyyatlardan gəlirlər. 
3. Məhsulların, göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı 
olmayan gəlirlər. 
4. Fövqəladə hallarla əlaqədar daxil olan gəlirlər. 
Bunlardan ancaq birincisi firmanın əsas (adi) fəaliyyətilə, qalanları isə sair 
daxilolmalardan 
əldə edilən gəlirlər hesab edilir. Gəlir növlərinin 
təsnifləşdirilməsində onların 2 əlaməti əsas götürülür. 1) Gəlirlərin əldə 
olunmasının daimiliyi-mütəmadi və təsadüfi; Gəlirlərin daimiliyi, fasiləsizliyi 
baxımından istisna təşkil edən “fövqəladə hallarla bağlı” gəlirlərdir. Bunlar 
gözləniləndir, lakin zəruri, arzuolunan deyildirlər, bu gəlirlər təsadüf mahiyyətli, 
olsa-olsa, vaxtaşırı mahiyyət daşıyan gəlirlərdir. 2) hesabat dövrünə aidiyyatına 
görə-cari gəlirlər və gələcək dövrün gəlirləri.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin