həmçinin hesabat ilində aşkar olunmuş
keçmiş illərin mənfəəti, keçmiş illərdə
silinmiş debitor borclarının ödənməsindən daxil olan məbləğ, müəssisənin
hesablarında olan pul vəsaitlərinə görə ödənilən faizlər, digər müəssisələrin
nizamnamə kapitalında pay iştirakından gəlirlər, qiymətli kağızlar üzrə gəlirlər və
s. daxildir. Büdcəyə vergilər və digər ödənişlər köçürüldükdən sonra xalis mənfəət
müəssisənin sərəncamına keçir. Müəssisə həmin
mənfəətdən öz nizamnaməsinə
uyğun istifadə edir.
4. Hər bir ölkənin vergi siyasətinin səmərəlilyi öonun öz funksiyalarını
lazımınca yerinə yetirdiyi təqdirdə təmin oluna bilər. Bunlar: a) büdcəyə
daxilolmalar dövlətin öz iqtisadi və sosial vəzifələrini relalaşdırmaq üçün kifayət
məbləğdə olsun; b) geniş təkrar istehsalın fasiləsizliyi üçün yetərli olsun. Firmanın
maliyyə siyasətinin mühüm istiqamətlərindən biri uçot işinin mötəbərliyi və vergi
işinin düzgün planlaşdırılmasının təşkilidir. Vergi planlaşdırılmasının təşkilində
məqsəd müəssisənin büdcə ilə qarşılıqlı münasibətlərinin səmərəli, həm də
qanunvericiliyin tələblərinə müvafiq qurulmasıdır. Vergi planlaşdırılması işi vergi
qanunları (Vergi Məcəlləsi və s.) əsasında aparılır. Hazırda Azərbaycan
Respublikasında firma və müəssisələr dövlət büdcəsinə və büdcədənkənar fondlara
aşağıdakı vergi və ayırmaları ödəyirlər:
1)
Əlavə edilən dəyərdən vergi (əlavə dəyər vergisi-ƏDV)-məhsulların,
işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca reallaşan dəyər
artımının bir hissəsinin büdcəyə alınması formasıdır. Əvvəla,
əlavə dəyər vergisi
birbaşa deyil, dolayısı ilə alınan vergi növüdür; əmtəənin, görülən işin və
göstərilən xidmətlərin qiymətlərinə əlavə formasıdır. İkincisi, bu vergi növü
istehsalçı müəssisələrin mənafelərinə toxunmur, O, məhsulların istehlakçılarına
tətbiq edilən, daha doğrusu, onlardan alınan vergidir. İstehsalçı müəssisə və yaxud
sahibkar,
sadəcə olaraq, bu işdə vergi toplayan qismində çıxış edir. Hal-hazırda
Azərbaycan Respublikasında əlavə dəyər vergisi 18% dərəcəsi ilə ödənilir. ƏDV
məhsul istehsalının və göndərilməsinin, işlər görülməsinin bütün mərhələlərində
ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür
dövriyyədən hesablanan verginin məbləği ilə verilən hesab-fakturalara müvafiq
surətdə əvəzləndirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən
edilir. Məhsul satılarkən onun qiyməti əlavə dəyər
vergisinin məbləği qədər
artırılmalıdır.
2)
Aksiz vergisi-müəyyən qrup kütləvi istehsal məhsullarının, zinət
əşyalarının, habelə xidmətlərin (məsələn, alkoqollu içkilər, tütün məmulatları, neft
məhsulları və s.)qiymətlərinə daxil edilən və alıcı tərəfindən ödənilən vergidir.
Aksiz tutulmalı məhsulların siyahısı və onların aksiz dərəcələri respublika
hökumətinin müvafiq qərarları ilə təsdiq edilir.
3)
Mənfəət vergisi-müəssisə və təşkilatların mənfəətindən qanunla
müəyyənləşdirilmiş dərəcə ilə hesablanaraq dövlət büdcəsinə köçürülür. 1 yanvar
2010-cu ildən mənfəət vergisinin dərəcəsi 20 faiz səviyyəsində müəyyən
edilmişdir.
4)
Mədən vergisi-ölkə ərazisindəki yeraltı sərvətlərdən səmərəli istifadə
etmək və onlar çıxarılarkən ayrı-ayrı sahələr arasında
rentabellik səviyyəsiilə
əlaqədar rəqabət münasibətlərini tənzimləmək məqsədilə ödənilir. Mədən vergisini
yalnız yerin təkindən faydalı qazıntıların çıxarılması ilə məşğul olan müəssisələr
ödəyir. Bu vergiyə cəlb olunan faydalı qazıntı növlərini və vergi dərəcələrini
hökumət təsdiq edir.
5)
Əmlak vergisi-müəssisələrin balansında olan əsas vəsaitlərin məbləğindən
1 faiz dərəcəsi ilə ödənilir.
6)
Torpaq vergisi- müəssisə və təşkilatların mülkiyyətində və istifadəsində
olan torpaqlardan səmərəli istifadəni təmin etmək üçün hər il torpaq vergisi tutulur.
Verginin dərəcəsi torpağın təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və
keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir
və təsdiq
edilir.
7)
Xarici iqtisadi fəaliyyətdən vergilər- firma, müəssisə və təşkilatların
idxal-ixrac əməliyyatları həyata keçirməsinə görə büdcəyə ödədiyi gömrük vergi
və rüsumlarıdır.
8)
Məcburi dövlət sosial sığorta haqqı- müəssisələr məcburi dövlət sosial
sığorta haqqını hesablanmış əməyin ödənişi fondunun 22 faizi və işçiyə verilən
əmək haqqının 3 faizi məbləğində Dövlət Sosial Müdafiə Fonduna ödəyirlər.
9)
Yol vergisi- ölkə ərazisinə daxil olan və avtomobil nəqliyyatı vasitələrinə
malik bütün fiziki və hüquqi şəxslərdən yollardan istifadəyə görə tutulur.
Dostları ilə paylaş: