Latın Amerikası mülki aviasiya komissiyası (LAKAK) 1973-cü ildə
yaradılmışdır. Başlıca məqsədi üzv-dövlətlərin hava nəqliyyatının
fəaliyyətini
əlaqələndirməkdən ibarətdir. Ali orqanı Assambleyadır. Assambleyanın qətnamə
və tövsiyələri üzv-dövlətlər tərəfindən bəyənildikdən sonra məcburi qüvvəyə malik
olur. İcra komitəsi icra orqanı kimi Latın Amerikası mülki aviasiya komissiyasının
(LAKAK) cari fəaliyyətini təmin edir.
Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası
(KOKESNA) 1960-cı ildə təsis olunmuşdur. Sözügedən sahədə
yeganə beynəlxalq
təşkilatdır ki, regionun dövlətlərinin əraziləri üzərində hava nəqliyyatının idarə
edilməsini bilavasitə təmin edir. Öz xidmətlərini
Təşkilat nəinki üzv-dövlətlərə,
habelə müvafiq kontraktlar əsasında onların hüquqi və fiziki şəxslərinə də təklif
edir. Təşkilatın verdiyi təlimatlar uçuş aparatlarının komandirləri üçün məcburidir.
Ali orqanı üzv-dövlətlərin nümayəndələrindən ibarət İnzibati şuradır. Şuranın
qərarları bilavasitə icra olunur.
Ərəb dövlətlərinin mülki aviasiya şurasının (KAKAS) 1965-ci ildə əsası
qoyulmuşdur. 20 üzvü vardır. İldə bir dəfə sessiyaları keçirilir. Başlıca fəaliyyəti
əlaqələndirmə,
təcrübə mübadiləsi, beynəlxalq standartların və Beynəlxalq mülki
aviasiya təşkilatının (İKAO) təcrübəsinin öyrənilməsi, müvafiq elmi tədqiqatların
təşkili ilə bağlıdır. Texniki və kadr hazırlığı sahələrində üzv-dövlətlərə yardım
göstərir. Habelə, mülki aviasiyanın fəaliyyəti ilə bağlı
əlaqədar üzv-dövlətlər
arasında yaranan mübahisə və ixtilafları nizamlamaq hüququna malikdir.
N Ə T İ C Ə
Aviasiya sahəsi (hava daşımaları) beynəlxalq hava hüququ ilə tənzimlənərək,
aşağıdakı münasibətlərdən ibarətdir:
1. Hava məkanlarının statusu ilə bağlı münasibətlər
2. Beynəlxalq hava uçuşlarının təşkili ilə
əlaqədar münasibətlər
3. Beynəlxalq uçuşlarında ahva gəmilərinin təhlükəsizliyinin təımin edilməsi
ilə əlaqədar münasibətlər
BHH tətbiqi sahələri:
- Suveren hava məkanları
- Açıq hava məkanı
BHH prinsipləri: 1. Öz hava məkanı üzrəndə dövlətin tam və müstəsna suverenliyi;
2. Açıq məkanlar üzərində uçuş azadlığı; 3. Beynəlxalq mülki aviasiyanın
təhlükəsziliyin təmini.